Kapital Bank “YAŞAT” Fonduna yarım milyon manat köçürdü
Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün yaradılan “YAŞAT” Fonduna vəsait ayırıb. Bank fondun hesabına yardım məqsədilə 500 000 manat məbləğində vəsait köçürüb.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il fərmanı ilə yaradılan “YAŞAT” Fondunun manat və xarici valyutalarda rekvizitləri açıqlanıb. Bir sıra iri holdinq və şirkətlər kimi Kapital Bank da müəyyən məbləği, qeyd olunan hesaba köçürtdü. Həmçinin PAŞA Qrup şirkətləri tərəfindən “YAŞAT” Fonduna ümumilikdə 2 milyon manat vəsait ianə edilib.
Qeyd edək ki, ölkə başçısı tərəfindən yaradılan fondun əsas məqsədi Vətən Müharibəsi zamanı yaralanmış hərbi qulluqçuların və şəhidlərin ailələrinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi, maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsidir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Sual: İşçiyə 30.11.2019-cu il tarixində 600 AZN əmək haqqı hesablanıb. 15.11.2019-cu il tarixində işçiyə 400 AZN əvvəlki ilin istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ödənilib. Sualım bundan ibarətdir ki, İşçinin gəliri 1000 AZN olaraq Sosial sığorta haqqına cəlb ediləcək, yoxsa 600 AZN ayrılıqda, 400 AZN ayrılıqda sosial sığorta haqqına cəlb edilməlidir?
İrlandiya, 2020-ci ildə adambaşına düşən ianə baxımından ən səxavətli ölkə olub, bu haqda Forbes nəşri məlumat verib.
Böyük Britaniyanın The Hut Group texnologiya şirkətinin qurucusu Mett Moldinq, öz firmasının 74 əməkdaşına şirkətin səhmlərini hədiyyə etməklə, onları milyonçuya çevirib. Bu haqda Mirror nəşri xəbər verib.