Azərbaycanda hərbi vəziyyət ləğv edilir

posted in: Xəbər | 0

Azərbaycanda hərbi vəziyyət ləğv edilir

işçilərin icbari tibbi sığortası, Dövlət rusumu, Könüllü fəaliyyəti, Sosial müavinətlər, əmək fəaliyyəti, İnzibati Xətalar Məcəlləsi, əmək müqaviləsi, Xeyriyyəçilik, sahibkarlıq, Cinayət-Prosessual Məcəlləsi, Sosial yardım, dövlət rüsumu, Sosial sığorta, Vergi Məcəlləsində dəyişiklik, Vergi orqanlarının vəzifəli şəxsləri, müavinət, lisenziyadan azad, icazələr, Lisenziyalar, -ci il üçün ehtiyac meyarıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan “Hərbi vəziyyətin ləğv olunması haqqında” Fərmanının təsdiq edilməsi məsələsi Milli Məclisdə müzakirə olunacaq.

Bu barədə “Report”a MM-dən məlumat verilib.

Məsələ Milli Məclisin dekabrın 11-də keçiriləcək növbəti iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İxrac təşviqi nəticəsində əldə edilən vəsaitlərin vergiyə cəlb olunması

posted in: Xəbər | 0

mütəxəssis, Vergi uçotu üzrə mühasib, Vergi üzrə mühasib, vakansiya,Qeyri-neft sektorunun inkişaf etdirilməsi, ixrac potensialının artırılması məqsədilə atılan addımlardan biri də ixrac təşviqi proqramınının reallaşdırmasıdır. İqtisadçı ekspert Mahmud Abasquliyev bu proqramın işləmə mexanizmini şərh edir.

İxrac təşviqi məhsulun ixrac gömrük bəyannaməsində göstərilən gömrük dəyərinin bir hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına ixracatçıya ödənilməsi mexanizmidir. İxrac təşviqi bir sıra qeyri-neft məhsullarına şamil olunur. Bu məsələ Nazirlər Kabinetinin 6 oktyabr 2016-cı il tarixli 401 saylı qərarı ilə tənzimlənir. Qeyd edək ki, müddəti 2020-ci ilin dekabr ayınadək qüvvədə olan həmin qərar yenidən nəzərdən keçirilib və vaxtı uzadılıb.

Bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün icra olunan yol xəritələrində ixracın təşviqinə xüsusi yer ayrılıb. Sektorun inkişafına təkan verən məhsulların yerli istehsalını artırmaq üçün onları xaricə ixrac edən zaman dəyərinin müəyyən məbləği geri qaytarılır. Məsələn, yumurta, təbii bal, xurma, nar, zeytun, yağ, şirələr, meyvə-tərəvəz məhsullarını xaricə çıxaran zaman gömrük dəyərindən həmin malın dəyərinin müəyyən faizi hesablanaraq ixracatçıya geri qaytarılır. İxrac təşviqinin baza məbləği 3% təşkil edir. Əlavə olaraq məbləğə 1 və 2 əmsalları da tətbiq olunur.

Misal 1: 100.000 manat dəyərində meyvə-tərəvəz ixrac edən ixracatçıya 3000 manat geri qaytarılır və 1 əmsalı tətbiq olunur.
100.000 x 3% = 3000 manat
3000 x 1 = 3000 manat.

Misal 2: xaricə ixrac edir. Tutaq ki, ixracatçı bir əməliyyat çərçivəsində 100.000 manat dəyərində istehsal etdiyi şirəni xaricə çıxarıb. Şirələrin ixracında 2 əmsalı təqbiq olunur:
100.000 x 3% = 3000 manat
3000 x 2 = 6000 manat.

Bu zaman ixracatçı həmin məhsula görə 6000 manat vəsaiti ixrac təşviqi kimi geri alacaq.

Vergi Məcəlləsinin 102.1.35-ci maddəsində göstərilib ki, fiziki şəxslərin ixrac təşviqi sənədinə əsasən əldə etdiyi məbləğ gəlir vergisindən azaddır. Məcəllənin 106.1.27-ci maddəsinə əsasən, hüquqi şəxslərin ixrac təşviqinə görə əldə etdiyi gəlirlər mənfəət vergisindən azaddır və həmin məbləğlər sadələşdirilmiş vergi və əlavə dəyər vergisinə cəlb olunmur. Dövlət vəsaiti hesabına, yəni ixrac təşviqinə uyğun olaraq ixracatçıya qaytarılan məbləğlər vergi öhdəliklərindən azaddır.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank həssas əhali qrupuna yeni paket təqdim edir

posted in: Xəbər | 0

Kapital Bank hər zaman bir sıra dövlət layihələrində iştirak edərək, müvəkkil bank qismində əhaliyə xidmət göstərir. Əmək pensiyaları, sosial müavinətlər, ünvanlı sosial yardımlar, təhsil və bir sıra digər xidmətlər üzrə dövlət tərəfindən verilən vəsaitlər, əsasən Kapital Bank kartları vasitəsilə əhaliyə təqdim olunur.

Həmçinin 2020-ci ilin mart ayından başlayaraq ölkədə pandemiya şəraiti zamanı işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılar üçün 190 manat birdəfəlik ödəmə vəsaitlərinin əksər hissəsi Kapital Bank filialları və kartları vasitəsilə verilib.

Bütün bunları nəzərə alaraq Kapital Bank aşağı gəliri olan əhali qrupuna yeni “Baza bank xidmətləri paketi”ni təqdim edir. Bu paketi əldə edənlər daha sərfəli şərtlərlə maliyyə xidmətindən yararlana biləcəklər.

“Baza bank xidmətləri paketi” çərçivəsində aşağı gəlirli əhali qrupuna daxil müştərilərə Kapital Bank-da cari hesabın açılması, mobil və SMS bankçılıq, yaşayış minimumu həcmində vəsaitin ölkədaxilində bankomatlarda nağdlaşdırılması, debit ödəniş kartlarının təqdim edilməsi kimi xidmətlərdən komissiyasız istifadəni nəzərdə tutulub.

Qeyd edək ki, cari ilin sonuna qədər tətbiqinə başlanacaq “Baza bank xidmətləri paketi” ilkin olaraq təqribən 200 000 nəfər aşağı gəliri olan vətəndaşı əhatə edəcək və həmin şəxslər yuxarıda qeyd olunan bir sıra xidmətlərdən komissiyasız istifadə edə biləcəklər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qeyri-rezidentə ödənilən üzvlük haqlarında ƏDV hesablanmalıdır?

posted in: Vergi, Xəbər | 0

Mühasibat, maliyyə,muhasibat,Sual: Mən həkiməm ve America Endocrine Society – Amerika Endokrin Cəmiyyətinə illik üzvlük haqqını plastik kart ilə ödəniş etdikdə 18% əlavə dəyər vergisi (ƏDV) ödəməliyəm?

Cavab: ƏDV-nin elektron ticarət qaydasında işlərin görülməsinə və xidmətlərin göstərilməsinə tətbiq edildiyini, üzvlük haqqının isə iş (xidmət) hesab edilmədiyini nəzərə alaraq qeyri-rezident təşkilata ödənilən üzvlük haqlarına ƏDV hesablanmır.

Əsas: Vergi Məcəlləsinin 13.2.11-ci, 159.1-ci, 169.1-ci və 169.3-cü maddələri və “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının 10.05.2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsi.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun