PAŞA Bank və Umico, Masterpass vasitəsilə yeni rəqəmsal POS təqdim edir

posted in: Xəbər | 0

Onlayn biznes krediti, Black Friday, AzerGold, Biznes kreditləri, PAŞA Private Bankinq, vakansiya, Fraud idarəolunması üzrə mütəxəssis, Kreditlərin Monitorinqi üzrə Kiçik Mütəxəssis, Link ilə ödəniş, PASHA Bank Cup II, Məlumat təhlükəsizliyi xidmətləri, Private Banking müştəriləri, Biznes proqram təminatlarına dəstək, əmək haqqı tarifləri, Bonus milləri, PASHA Bank Cup - II, trendyol.com, PAŞA Bank VISA kart sahibləri, womENcourage, çirkli pulların yuyulması, PAŞA Bank, kredit, NICE Actimize,Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank, MasterCard və Umico mobil tətbiqi ilə birlikdə istehlakçılara daha bir innovativ həll təklif edir. Yerli bazarda ilk dəfə istehlakçılar barkodu skan edərək tətbiqdaxili kartlarla Masterpass vasitəsilə ödəniş edərək əlavə bonuslar əldə edə bilərlər.

Bazarda tamamilə yenilik olan rəqəmsal ödəniş sistemi həm istehlakçının, eyni zamanda da satış və xidmət nöqtələrinin iş və həyat səviyyəsini yüksəltməyə xidmət edəcək. Artıq istehlakçılar Umico mobil tətbiqetməsinə hər hansı bir ödəmə kartı əlavə edərək və sadəcə barkodu kassaya təqdim etməklə rahat və etibarlı şəkildə alış-veriş edə biləcəklər – nə fiziki kart, nə də nağd pul tələb olunmur. Bundan başqa, “Umico” tərəfindən təqdim olunan bütün bonus təklifləri və digər üstünlüklər ilə yanaşı Masterpass ilə ödəniş qəbul edən partnyor şəbəkəsindən əlavə 1% bonus qazanacaqlar. Təqdim olunan bu yeni xidmət sayəsində tərəfdaş ticarət obyektləri və xidmət şirkətləri barkodu oxutmaqla, POS terminal olmadan belə, mal və xidmətlərin ödənişini qəbul edə bilərlər.

Umico-nun baş icraçı direktoru İqor Bıçekin sözlərinə görə, Umico mobil tətbiqi pərakəndə satış məntəqələri və ödəmələrdə ən yenilikçi texnoloji həlləri tətbiq edən platforma halına gəlir. “Təmassız ödəmələr üçün istənilən bank kartını Umico-ya bağlamanıza imkan verən yeni məhsulu – Masterpass elektron cüzdanını təqdim etməyə şadıq. Yeni həllin bir neçə üstünlüyü var: əlavə bonus ilə yanaşı, ödəmə üçün bank kartı kiməsə ötürmənizə ehtiyac qalmır. Bu da pandemiya zamanı çox vacib amildir- ödəmə etmək üçün yalnız mobil telefona ehtiyacınız var. Müştərilərin Masterpass istifadə edərək ödəyə biləcəyi partnyor şəbəkəsi günü-gündən böyüyür. Bu da Umico ilə alışların müştərilərimiz üçün getdikcə daha sərfəli olacağı deməkdir ” deyə İ. Bıçek bildirib.

Mastercard Azərbaycanın ölkə üzrə meneceri Erdem Çakar, Masterpass ilə yeni bir ödəmə üsulu təqdim etdiklərindən məmnun olduqlarını qeyd etdi.
“Umico istifadəçiləri kartlarını Umico tətbiqetməsindən Masterpass’a əlavə edə bilərlər. Umico barkodları skan edildikdən dərhal sonra mobil telefonlarından əməliyyata icazə verərək Masterpass ilə təhlükəsiz, etibarlı, sürətli və sərfəli şəkildə dərhal ödəniş edə bilərlər. Bu, Azərbaycanda nağdsız ödənişlərin təşviqi təşəbbüsündə yeni bir mərhələdir” – E. Çakar.

PAŞA Bankın İdarə Heyətinin üzvü və Baş əməliyyat inzibatçısı Cəlal Orucovun sözlərinə əsasən, Azərbaycanın maliyyə bazarına yeni texnoloji vasitələrin təqdim edilməsi PAŞA Bankın 2018-2020-ci illər üçün nəzərdə tutulan İnkişaf Strategiyasında xüsusi yer alıb.

“Son illərdə PAŞA Bankın nağdsız ödənişlər sahəsinin inkişafında həm ölkənin bank icması, həm də sektorun dövlət tənzimləyicisi tərəfindən tanınan əhəmiyyətli nəticələr əldə etməsi xüsusi olaraq vurğulanmalıdır. 2020-ci ildə bu sahədəki ən mühüm layihələrdən biri “Umico” xidməti ilə tərəfdaşlıq çərçivəsində “MasterPass” rəqəmsal cüzdanının tətbiqi olub. “MasterPass” platforması müxtəlif bankların ödəniş kartları ilə əməliyyatlar apararkən istifadəçi rahatlığını təmin etməkdə, bank kartı sahiblərinə bütün ödəniş məlumatlarını bir tətbiqdə saxlamaqda və həyata keçirilən əməliyyatların təhlükəsizliyini gücləndirməkdə yardımçı olmaqla yanaşı, həm də alış-veriş zamanı əlavə bonuslar qazanmaq imkanı yaradır. Əminəm ki, PAŞA Bankın tərəfdaşlarla birlikdə uğurla həyata keçirdiyi bu layihə vətəndaşları gündəlik həyatda daha çox bank kartlarından istifadəyə təşviq edəcək. Beləliklə də, ölkədə nağdsız ödənişlərin həcminin artırılmasına töhfə verəcək”, deyə Cəlal Orucov vurğulayıb.

Umico istifadəçiləri, Masterpass-dan istifadənin mümkün olduğu məntəqələrin siyahısı ilə xüsusi işarələnmiş partnyorlar siyahısı səhifəsində tanış ola bilərlər.

Yeni məhsuldan faydalanmaq üçün
– Umico tərəfdaşı olun – https://umico.az/become-partner
– Xidmət üçün PAŞA Banka müraciət edin – https://www.pashabank.digital/login#/signup

Daha ətraflı məlumat üçün PAŞA Bank Əlaqə Mərkəzinə müraciət edin: * 8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün), * 9123 / (+99412) 4965000 (fiziki şəxslər üçün).

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

BirKart-la taksit əməliyyatları edin, 100 AZN qazanın!

posted in: Xəbər | 0

Hər zaman olduğu kimi, bu ildə də BirKart sahibləri üçün Yeni il ərəfəsində qazandıran kampaniya keçirilir. “Yeni ilin yüzdə yüz taksit kampaniyası” şüarı ilə keçirilən kampaniyada bütün BirKart taksit kartı sahibləri iştirak edib, əlavə pul qazana bilərlər.

Şərtlərə görə, BirKart-la partnyor mağazalar şəbəkəsində minimum 50 manatlıq taksit əməliyyatı edən hər yüzüncü müştəri 100 manat qazanacaq. Kampaniya 6 yanvar 2021-ci il tarixinədək davam edəcək.

Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 7500-dən çox partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bir şəxslə eyni vaxtda həm əmək həm də xidmət müqaviləsi bağlamaq olar?

posted in: Xəbər | 1

Qeyri-formal məşğulluq Əmək müqaviləsi xidməti müqavilə emekSual: Öyrənmək istərdim ki, hər hansı işçi müəssisə ilə əmək müqaviləsi bağlayıb işlədiyi halda, həmin müəssisə ilə eyni zamanda əmək müqaviləsi ilə yanaşı digər xidmət müqaviləsi bağlayıb əlavə məvacib ala bilərmi?

Cavab: Bildiririk ki, müraciətinizdə qeyd olunan hal sahibkarlıq fəaliyyəti hesab olunur və qanunvericilikdə bununla bağlı məhdudiyyət nəzərdə tutulmamışdır.

Bu halda həmin şəxs vergi ödəyicisi kimi uçota alınaraq əldə olunan gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı xərclərini çıxmaqla gəlir vergisi ödəməlidir.

Vergi ödəyicisi kimi uçotda olmadığı halda isə gəliri ödəyən şəxs ödəmə mənbəyində 14 faiz dərəcə ilə gəlir vergisi və 25 faiz dərəcə ilə sosial sığorta haqqı tutub aidiyyəti üzrə köçürməli, hesabat təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 101-ci,108-ci, 109-cu, 150.1.7-ci, 218.5.10-cu və 218.6-cı maddələri.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

PAŞA Bankın “Onlayn biznes krediti” məhsulu ilk beynəlxalq mükafatını aldı

posted in: Xəbər | 0

Black Friday, AzerGold, Biznes kreditləri, PAŞA Private Bankinq, vakansiya, Fraud idarəolunması üzrə mütəxəssis, Kreditlərin Monitorinqi üzrə Kiçik Mütəxəssis, Link ilə ödəniş, PASHA Bank Cup II, Məlumat təhlükəsizliyi xidmətləri, Private Banking müştəriləri, Biznes proqram təminatlarına dəstək, əmək haqqı tarifləri, Bonus milləri, PASHA Bank Cup - II, trendyol.com, PAŞA Bank VISA kart sahibləri, womENcourage, çirkli pulların yuyulması, PAŞA Bank, kredit, NICE Actimize,Ölkənin aparıcı korporativ bankı olan PAŞA Bankın kiçik və orta biznes sahibləri üçün cəmi altı ay öncə istifadəyə verdiyi “Onlayn biznes krediti” məhsulu artıq ilk beynəlxalq mükafatını aldı.

Belə ki, 20 noyabr 2020-ci il tarixində “SME Banking Club” tərəfindən onlayn formatda keçirilən Ekspertlər Şurası iclasında region üzrə kiçik və orta bizneslərə dövriyyə vəsaitini artırmağa kömək edən üç ən yaxşı kredit məhsulu seçildi.

“Tinkoff Bank”, “Sberbank”, “OTP Bank Ukraine” kimi nəhəng bankların da iştirakı ilə keçirilən Ekspert Şurasında PAŞA Bankın “Onlayn biznes krediti” məhsulu finalçı bankların nümayəndələrinin səsverməsi ilə müəyyən edilmiş 3 qalıb arasında yer almışdır.

Tədbirdə Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna, Belarus daxil olmaqla 11 ölkəni təmsil edən bank nümayəndələri iştirak etmişdir. Finalçılar 200-dən çox bankın kiçik və orta sahibkarlar üçün təklif etdiyi dövriyyə vəsaitini artırmağa kömək edən məhsulların “SME Banking Club”-ın analitikləri tərəfindən hazırlanmış tədqiqatların nəticəsində müəyyən edilmişdir.

PAŞA Bank, kiçik və orta sahibkarlar üçün “Onlayn biznes krediti” məhsulunu müştərilərinə 2020-ci ilin may ayından təklif edir. Prosesin maksimum avtomatlaşdırılması sayəsində müştərilər 250.000 AZN-dək biznes kreditlərini tamamilə onlayn şəkildə banka gəlmədən və növbə gözləmədən əldə edə bilərlər. Kredit üzrə müraciələr 24/7 rejimində qəbul olunur, qərar isə bütün sənəd və məlumatlar təqdim edildikdən sonra müştəriyə cəmi 2 iş günü ərzində bildirilir.

Əlavə olaraq qeyd olunmalıdır ki, 30 noyabr 2020-ci il tarixinədək keçirilən “Endirimlər həftəsi” çərçivəsində “Onlayn biznes krediti” məhsulunu 16.5% illik faiz dərəcəsi və komissiyaya 25% endirim ilə əldə etmək mümkündür. Endirimlərdən faydalanmaq üçün: link.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun