Rezident vergi ödəyicilərinin mənfəətinin (gəlirinin) müəyyən olunması

posted in: Xəbər | 0
birbank biznes

sənədlər, Təmir xərcləri, malların təqdim edilməsi, Xidmətlərin göstərilməsi, Vergi Məcəlləsində dəyişiklik, vergi uçotu, daşımalar, Ödəmə mənbəyində vergi, Vergi elementləri, vergi məcəlləsi, qayda pozuntusu, icra, Nağdsız hesablaşmalar?Sadələşdirilmiş vergi, qayda pozuntusu, təmir xərcləri, vergi ödəyicisinin vergi öhdəliyi, maliyyə dəstəyi, Pandemiya, Vergi Məcəlləsi, Vergi ödəyiciləri, Ezamiyyə xərci, vergi borcu, vergi mükəlləfiyyəti, koronavirusla bağlı fəsil, Vergi Məcəlləsi, vergitutma, Mənfəət vergisi üzrə güzəşt, debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt, , maliyyə sanksiyası, Vergi Məcəlləsi, Gəlir vergisi, 102.2.5 maddəsi, 102.2.5 maddəsindəki güzəşt, güzəşt hüququ, satış, fərqlənmə nişanı, EDV, güzəşt, Vergi Məcəlləsi, xərcin çəkilməsi, kassa, vergi mecellesi, Vergi Məcəlləsi, mal, nağd,ÖMV, ƏDV,Əsas vəsaitlər, MMC-nin satılması,Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Qanunvericiliyin tələbini iqtisadçı Mahmud Abasquliyev belə izah edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarının 6.1-ci maddəsində göstərilib ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir. Qərara əsasən, vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında:

M = G : ( 100 + R) x R-dir.

Burada:

M- vergi ödəyicinin mənfəəti;
G- vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir;
R – şərti rentabellik normasıdır.

Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında hesablama isə belə aparılır:

M = X : 100 x R

Burada:
M- vergi ödəyicisinin mənfəəti;
X- vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərclərdir.

Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20% səviyyəsində götürülür. Vergi ödəyicisinin (xarici hüquqi şəxslər istisna olmaqla) mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən çəkilmiş xərclərə Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir.

Misal: Tutaq ki, “ZZ” MMC-nin il ərzində göstərdiyi xidmətlərdən əldə etdiyi gəlirləri 105.000 manat olub. Bu müddətdə çəkilən xərclərin sənədləri fövqəladə hal nəticəsində yararsız vəziyyətə düşüb. Bu halda mənfəət vergi orqanı tərəfindən şərti rentabelliyə əsasən hesablanacaq:

M=G: (100 + R) x R

M=105.000 : 120% x 20% = 17.500 manat

MV = 17.500 x 20% = 3500 manat.

Beləliklə, nəzərdən keçirdiyimiz misalda şirkətin mənfəət vergisinin məbləği 3500 manat təşkil edir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email