Yeni kassa aparatlarının istifadəsi zamanı güzəşt varmı?
Marketdə istismarda olan 3 ədəd nəzarət-kassa aparatı mövcuddur. 10 yanvar 2020-ci il tarixdə həmin kassa aparatları Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulmuş yeni nəsil nəzarət-kassa aparatları ilə əvəzlənib və köhnə aparatlar qeydiyyatdan çıxarılıb. Bu halda, yeni kassa aparatına görə güzəştdən yararlanmaq mümkündürmü?
Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatını quraşdıran vergi ödəyicisi tərəfindən hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərinin (nəzarətkassa aparatının dəyəri daxil olmaqla) dəyəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş həddə nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.
Aşağıdakı hallarda nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir:
- NKA 2019-cu ilin 1 yanvar tarixinədək quraşdırıldıqda;
- nəzarət-kassa aparatı 2019-cu ilin 1 yanvar tarixindən sonra quraşdırıldıqda, lakin Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab vermədikdə;
- nəzarət-kassa aparatı 2019-cu ilin 1 yanvar tarixindən sonra quraşdırıldıqda, Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olan nəzarət-kassa aparatını əvəzləmədikdə.
Qeyd olunanlara əsasən, 10 yanvar 2020-ci il tarixdə marketdə quraşdırılmış yeni nəzarət-kassa aparatları köhnə kassa aparatlarını əvəz etdiyindən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulduğundan, həmin nəzarət-kassa aparatlarının alınmasına və quraşdırılmasına çəkilən xərclər qanunla müəyyən edilmiş həddə yaranan vergi öhdəlikləri ilə əvəzləşdirilir.
Mənbə: vergiler.az
Bax:
Fiziki şəxslərlə olan təhtəlhesab əməliyyatlar
Hüquqi şəxsə nəqliyyat xidməti göstərən fiziki şəxs fərqlənmə nişanı almalıdır yoxsa gəlir vergisi bəyannaməsini verməlidir?
Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinin tətbiqi
POS-terminal ilə satış zamanı ƏDV tutulan əməliyyatın aparıldığı vaxt hansı tarixdir?
POS-terminalın quraşdırılması kimin vəzifələrinə aiddir?
İçkili olmağın fəsadları (müxtəlif sahələr üzrə)
Ödəmə mənbəyində verginin tutulması
Hədiyyə kartları vergiyə necə cəlb edilir?

Azərbaycanın aparıcı korporativ bankı, PAŞA Bank “Black Friday” endirim mövsümü çərçivəsində kiçik və orta biznes sahiblərinə
Kapital Bank mövcud korporativ müştərilərin, eləcə də bank hesabı açmaq üçün filiallara müraciət edən sahibkarların və hüquqi şəxslərin rahat xidmət almasını təmin etmək üçün daha bir yeniliyi təqdim edir. Belə ki, hesab açmaqla yanaşı, “ASAN İmza” – gücləndirilmiş mobil elektron imzanı əldə etmək istəyənlər, vergi idarələrinə və ASAN Xidmət mərkəzlərinə getmədən bunu Kapital Bank filiallarında həyata keçirə bilərlər. Korporativ müştərilərlə bərabər, həmçinin həmin təşkilatlara aid fiziki şəxslər də (direktor, mühasib, təsisçisi və s.) “ASAN İmza” əldə edə bilərlər.
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 186-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı