Dünyanın ən zəngin adamı təbiətin qorunmasına 791 milyon dollar xərcləyib

posted in: Xəbər | 0

Bezos varlı, təbiətin qorunması,Dünyanın ən zəngin adamı və Amazon şirkətinin qurucusu Jeff Bezos ətraf mühitin qorunmasına 791 milyon dollar vəsait sərf edib. Milyarder bu haqda özünün Instagram səhifəsində məlumat verib.

Sahibkar “innovativ, ambisiyalı və dinamik qərarlar üzərində işləyən” 16 ekoloji təşkilata pul verib. Məsələn, ianələr Vəhşi Təbiət Ümumdünya Fonduna (WWF), ClimateWorks fonduna və dünya resursları İnstitutuna göndəriləcəkdir. Onlar beş milyondan 100 milyon dollara kimi vəsaitlər alacaqlar. Bezosun sözlərinə görə, ayrılan məbləğ – bu, yalnız başlanğıcdır, o, xeyriyyəçiliyə bundan sonra da pullar xərcləmək niyyətindədir.

“Son bir neçə ay ərzində inanılmaz dərəcədə ağıllı insanlardan öyrənmişəm ki, onların həyatında əsas məqsəd iqlim dəyişikliyinə və təbiətə mənfi təsirlərə qarşı mübarizə aparmaqdır. Onların gördüyü işlər məni ruhlandırır, mən onlara kömək etdiyimə görə şadam”, – Bezos belə yazıb.

Noyabr ayının əvvəlində sahibkar öz şirkətinin 3 milyard dollarlıq səhmlərini satıb. Beləliklə, ümumilikdə 2020-ci ildə planetin ən varlı adamı öz şirkətinin 10 milyard dollardan çox qiymətli kağızından qurtulub. Bezosun sərvətinin 183,8 milyard dollar olduğu təxmin edilir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda işçilərin icbari tibbi sığortalanması təmin ediləcək

posted in: Xəbər | 0

Dövlət rusumu, Könüllü fəaliyyəti, Sosial müavinətlər, əmək fəaliyyəti, İnzibati Xətalar Məcəlləsi, əmək müqaviləsi, Xeyriyyəçilik, sahibkarlıq, Cinayət-Prosessual Məcəlləsi, Sosial yardım, dövlət rüsumu, Sosial sığorta, Vergi Məcəlləsində dəyişiklik, Vergi orqanlarının vəzifəli şəxsləri, müavinət, lisenziyadan azad, icazələr, Lisenziyalar, -ci il üçün ehtiyac meyarıMilli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Məcəlləyə yeni maddənin “Maddə 307-1. İşçilərin icbari tibbi sığortası” əlavə edilməsi təklif olunub.

Yeni maddəyə əsasən, işəgötürən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hər bir işçinin icbari tibbi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin icbari tibbi sığortalanması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotunun inkişaf mərhələləri (31-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (31-ci hissə)

30-cu hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

6-cı hissə. İngilis-Amerikan mühasibatlıq məktəbi

XVI-XVIII əsrlərdə İngiltərədə uçotun inkişafı

Uçot üzrə ilk kitab 1543-cü ildə çap edilib, onun müəllifi riyaziyyat müəllimi X. Oldkastl idi. O, hər bir hesabda iki hissəni – debitor və kreditoru ayırırdı, buradan bütün mühasibat hesablarının fərdi şərhi və onların məlumatlarını iqtisadi proseslərin idarə edilməsi məqsədləri üçün istifadə etmək imkanı yaradırdı.

İngilis mühasibləri öz əsərlərində amortizasiya məsələlərini, hesabdarlığın formalarını, didaktikanı və kənd təsərrüfatı və sənayedə uçotun təşkilini işləyib hazırlamışlar. İlk dəfə əsas vəsaitlərin amortizasiyası anlayışı ilə biz D. Mellisdə rastlaşırıq, təcrübədə iki yanaşma geniş yayılıb:

  1. amortizasiya daşınmaz əmlakın birbaşa xərcidir;
  2. amortizasiya əsas kaptalı daim eyni səviyyədə saxlamağa imkan verən bir üsuldur.

Hesabdarlıq formalarını D. Veddinqton, R. Dafforne, E.T. Cons inkişaf etdiriblər.

Veddinqton Yaddaş kitabını və jurnalı aparmaq əvəzinə bir sıra ixtisaslaşdırılmış yardımçı kitablar təklif etmişdir ki, bunlardan da yekun yazılar birbaşa Əsas kitaba köçürülürdü. Bu yanaşma əməyin bölüşdürülməsi və qeydlərin sayının qənaət edilməsi ilə əsaslandırılmışdır. Mühasibat uçotunun mənasını o, şəxsi hesabların aparılmasında və hesabat verən şəxslərlə şəxsi hesablaşmalarda görürdü.

Dafforne aşağıdakı kitabların aparılması qaydasını təsvir edirdi:

  1. kassa kitabları və bank hesabları;
  2. xüsusi kitab;
  3. xərclərin kiçik kitabı;
  4. məktubların surətlərinin kitabı;
  5. yaddaş;
  6. ödəniş üçün göndərilən hesabların nüsxə kitabı;
  7. itkilərin uçotu kitabı;
  8. jurnal;
  9. inventar;
  10. Əsas kitab.

Bu registrlər olduqca mürəkkəb və inkişaf etmiş bir müəssisə üçün nəzərdə tutulmuşdur.

T. Cons mühasibatlıq sahəsində yenilikçi idi və uçotun ingilis formasını yaratmışdı. O, ikili qeydiyyatı çatışmazlıqlarına görə tənqid edirdi. Hesabdarlığın ingilis forması Consa görə belə olmalı idi:

  1. mühasibat uçotunda yaranan səhvlərin və təsvirlərin avtomatik aşkarlanmasını təmin etmək;
  2. maliyyə nəticələrinin müəyyən edilməsinin operativliyini artırmaq.

Mərkəzi registr jurnal hesab olunurdu, onun üç sütunu vardı: orta, kassaya aid məbləğlər göstərilməklə bütün əməliyyatlar yazılırdı; iki yan sütünlar – soldan (debitor) kassaya daxil olan məbləğ yazılırdı, sağdan (kreditor) kassadan verilən məbləğ yazılırdı. Əgər kənar sütunların bütün məbləğlərini əlavə etsəniz, onların ümumi nəticəsi həmişə fərqin idarə olunması üçün tətbiq olunan orta sütunun yekununa bərabər olmalıdır. Yalnız nağd əməliyyatlar üçün mühasibat uçotunda bu qədər aydın fərq ingilis dilində mühasibatlığı ofis uçotuna daha da yaxınlaşdırır. Lakin ofis və mühasibat uçotundan əməliyyat və nəticə hesablarının tamamilə və əsaslı şəkildə rədd edilməsi ilə əhəmiyyətli dərəcədə fərqlənirdi.

Uçot işə yatırılan kapitalın tərkibi və miqdarı jurnalında ətraflı qeydlərlə başlayırdı: bütün cari əməliyyatlar jurnalda əks olunurdu. Jurnaldan üç ayda bir dəfə Əsas kitabda yekun qeydlər aparılırdı, burada yalnız aşağıdakı hesablar nəzərdə tutulmuşdu: debitor və kreditorlar; alnmış və verilmiş veksellər. Əsas kitabın yekunları jurnalın yekunlarına bərabər olmalı idi. Gəlirləri çıxarmaq üçün malların və yekunların inventarlaşdırılmasını aparmaq və onu jurnalın sol sütununa daxil etmək lazım idi.

Consun metodu sadə mühasibatlığa aid idi, jurnalda sol və sağ sütunlar üzrə dövriyyələr öz aralarında bərabər deyildi. Nəticə etibarilə birinci sütündan olan yekunu ikinci sütundan olandan çıxdıqda, biz bu işdə olan öz şəxsi kapitalımızın məbləğini əldə etməli idik. Onu ilkin məbləğ ilə müqayisə etdikdə gəlir və zərərin həcmini müəyyən edə bilərdik.


32-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank aztəminatlı ailələrdən olan abituriyentlərə dəstək göstərdi

posted in: Xəbər | 0

Kapital Bank-ın və Aqrar İnnovasiya və Təchizat şirkətinin dəstəyi ilə Sabirabad rayonda yaşayan aztəminatlı ailələrin övladlarının ali məktəblərə hazırlığını təmin etmək məqsədilə sentyabr ayından sosial layihə başlayıb. Sabirabadın millət vəkili Kamal Cəfərovun təşəbbüsü ilə keçirilən layihənin şərtlərinə əsasən, həmin ailənin övladları “Kainat” Tədris Mərkəzində ali məktəblərə ödənişsiz hazırlıq kurslarında iştirak edəcəklər.

Düşünən Azərbaycan Gənci (DAG) platforması çərçivəsində keçirilən layihədə Sabirabadda yaşayan aztəminatlı ailələrin övladlarının yaşayış səviyyələri təhlil edilib, sonra onlar sınaq imtahlarında iştirak edib və yüksək potensiala malik 12 gənc layihəyə cəlb olunub.

26 sentyabr 2020-ci il tarixində Sabirabad rayonu Heydər Əliyev Mərəzində keçirilən təqdimat zamanı millət vəkili Kamal Cəfərov, Kapital Bank-ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, Aqrar İnnovasiya və Təchizat şirkətinin direktoru Tofiq Niftəliyev, “Kainat” Tədris Mərkəzinin, Sabirabad rayon təhsil idarəsinin rəhbərliyi, həmçinin digər şəxslər iştirak edirdi.

Qeyd edək ki, Sabirabadın kəndlərində yaşayan gənclərin kurslara gəlib-getməsi üçün pulsuz nəqliyyat da ayrılıb. 10 ay davam edəcək layihə çərçivəsində hər gün 5 saat olmaqla müxtəlif fənlər üzrə tədris həyata keçiriləcək və hər ayın yekununda həm sınaq, həm də yoxlama testləri təşkil olunacaq.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun