Fəaliyyət dayandırıldıqda ƏDV qeydiyyatını ləğv etmək olar?

posted in: Vergi, Xəbər | 0

Fəaliyyət dayandırıldıqda ƏDV qeydiyyatını ləğv etmək olar?

hədiyyə, vergi öhdəlikləri, təhtəlhesab əməliyyatlar, Büdcə, ƏDV-nin əvəzləşdirilməsi, büdcəyə ödəmələr, Vergi tutulan əməliyyatın vaxtı, Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,


Sual: 158.2. maddədə 158.1. maddə istisna edilir. 16.3. maddəni nəzərə alaraq, yəni vergi ödəyicisi məsələn 2 il müddətinə fəaliyyətini müvəqqəti dayandırarsa 158.2. maddəni tətbiq edə bilər? 158.2. maddədə 16.3. maddə istisna edilmir.
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 158.1-ci maddəsində vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırıldığı halda, vergi orqanına Əlavə Dəyər Vergisinin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə təqdim edilməsi istisna edilmiş, sahibkarlıq fəaliyyətini dayandırmamış şəxsin Əlavə Dəyər Vergisinə cəlb olunan əməliyyatların aparılmasını dayandırdığı halda ƏDV qeydiyyatının ləğvinin mümkünlüyü nəzərdə tutulmuşdur.
Vergi Məcəlləsinin 158.2-ci maddəsinə əsasən isə vergi ödəyicisi sahibkarlıq fəaliyyətini dayandırmayaraq vergiyə cəlb olunan əməliyyatlar apardığı, lakin həmin əməliyyatların ümumi məbləğinin əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox olmadığı və ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdiyi halda ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair vergi orqanına ərizə verə bilər.
Mənbə: taxes.gov.az

Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Çin iqtisadiyyatı barədə 12 maraqlı fakt (I hissə)

posted in: iqtisadiyyat, Xəbər | 0

Çin iqtisadiyyatı barədə 12 fakt

  1. Çinin öz  “Goldman Sachs”ı var

Şençjendə özlərinin  “Goldman Sachs”ı (Goldman Sachs Financial Leasing Co) var. Lakin məşhur amerikan bankının Honkonq bölməsinin mətbuat katibi onunla istənilən əlaqəni inkar edir. Sözügedən telefona cavab verən qadın belə bəyan edib: “Biz sadəcə ad seçmişik. Seçdiyimiz ad isə təsadüfən amerikan bankınn adı ilə eyni alınıb”.

  1. ÇXR-də il ərzində tez hazırlanan və yeyilən əriştə ilə bütün Avropa qitəsi 52 dəfə nahar edə bilər 

2014-cü ildə çinlilər 44,4 milyard paket əriştə yeyiblər. Avropa qitəsində təxminən 853 milyon nəfər (Türkiyə və keçmiş postsovet ölkələri də daxil olmaqla) insan yaşıyır. Bir paketin doymaq üçün kifayət etdiyini düşünsək, bu sayda əriştə paketi 52 dəfə nahar etmək üçün yetərlidir.

  1. Çində siqaret çəkən uşaqların sayı İrlandiya əhalisinin sayından iki dəfə çoxdur

Çin dünyanın ən böyük tütün istehlakçılarından biridir. Tobacco Atlasın məlumatına görə, ölkədə 8.937 milyon uşaq və 275.9 milyondan çox yetkin insan siqaret çəkir. Çinli kişilər dünyada istehsal olunan bütün siqaretlərin üçdə birini çəkirlər. Gözlənildiyi kimi bu zərərli vərdişdən onların üçdə biri öləcək. Dünya bankının dəyərləndirməsinə görə, 2014-cü ildə İrlandıyanın əhalisi 4 612 719 nəfər təşkil edib.

  1. Əgər Çində yemək zamanı işlədilən və son üç il ərzində birdəfəlik istifadədən sonra atılan çubuqları alıb, onları bütün planet əhalisinin sayına bölsək, hər bir sakinə 32 cüt belə çubuq düşər.

Çində il ərzində yemək zamanı 80 milyard ədəd birdəfəlik çubuqlardan istifadə olunur. Bu sayda çubuqların hazırlanmasından ötrü hər il 20 milyon cavan ağaclar kəsilir. Hazırda Yer kürəsində əhalinin sayı 7,4 milyard təşkil edir.

  1. 2015-ci ildə çin inşaat şirkəti 57 mərtəbəli göydələni 19 gün ərzində istifadəyə verib

Binada 800 mənzil və 4 min nəfər üçün bəs edə biləcək qədər ofis meydançaları var. Başlanğıcda göydələnin 220 mərtəbəli olması nəzərdə tutulmuşdu, lakin, aeroport yaxınlığında yerləşdiyinə görə plana yenidən baxılmaq zəurəti yaranmışdı.

  1. Çində il ərzində yeyilən dondurma ilə 2344 olimpiya hovuzunu doldurmaq olardı

Çin Xalq Respublikası dondurma istehlakına görə ABŞ-ı ötüb keçib. Ümumilikdə, ölkədə 5,86 milyard litr dondurulmuş desert yeyilib. Olimpiya hovuzu 2,5 milyon litr su tutur.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qədim Romada uçot (IV hissə)

posted in: Xəbər | 0

Qədim Romada uçot (IV hissə)

III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Vergitutma sisteminin rüşeymləri

Kvestorlar (latıncada quaestor – axtaran) ilkin dövrdə konsullar tərəfindən təyin olunurdu, e.ə. 447-ci ildən isə xalq tərəfindən seçilirdi. 421-ci ildə dörd kvestor vəzifəsi mövcud idi, 267-ci ildə – səkkiz, Sulla dövründə – iyirmi, Sezar dövründə – müvəqqəti olaraq qırx nəfər. Şəhər kvestorları xəzinəyə rəhbərlik edirdilər. Əyalət kvestorları – əyalətin maliyyə idarəçiliyi ilə məşğul idilər. Kvestorlar Roma senatında aşağı sinifləri təşkil etdilər.

Maraqlıdır ki, yeni dövrdə bəzi ölkələrdə universitetin mühasibatlığını kvestura adlandırırlar.

Kvestorlar tərəfindən idarə olunan ödənişlər sənədlərin tərtib edilməsi üçün yeganə əsas olan ilkin sənədlər təqdim edildikdən sonra həyata keçirildi. Xüsusi vergi polisi yaradıldı, onun heyəti, vergidən gizlədilən gəlir və əmlak haqqında məlumat əldə etmək üçün qadınlara və uşaqlara da işgəncə verirdi.

İctimai xəzinənin mövcudluğu dövlətin gəlirlərinin və xərclərinin uçotunu zəruri edirdi. Romada büdcə mühasibatlığı dövlət daxilində böyük dərəcədə inkişaf etdi və bəzi əyalətlərdə həm hesablanmış ayırmalar, həm də onların həyata keçirilməsini əks etdirən xüsusi bir kitab – Brevarium saxlanılırdı. Sonralar ədəbiyyatda bu reyestr dövlət iqtisadiyyatının ilk tarazlığı hesab edilə bilən imperiya hesabları kitabı adlandırıldı.

Roma imperiyasının mülkiyyətinin artması, yeni ərazilərin fəthləri qənimət və vergi şəklində xəzinəyə böyük gəlirlər gətirdi. Lakin dövlət əmlakının həcminin artımına birbaşa mütənasib olaraq dövlət məmurları və hərbçilər tərəfindən mənimsəmə və xərcləmənin həcmi də artmışdı.

Syasətçi Mark Porsiy Katon o zamanlarda belə qeyd edirdi ki, “kimsə hansısa vətəndaşlardan oğurluq edirsə, o, öz həyatını qandallanmış vəziyyətdə və həbsxanada başa vurur, kimsə icmadan oğurluq edirsə, o, həyatını qızıl və təmtəraq içində keçirir”.

O da məlumdur ki, Hannibalı məğlub edən məşhur Roma sərkərdəsi Suppion Afrikanskiy öz qardaşının oğurluqlarına bulaşmışdı. Eləcə də Antioxla daha əlverişli şərtlər əsasında sülh müqaviləsi bağlamış məşhur sərkərdə Suppion Aziatskiy altı min funt qızıl və dörd yüz səksən funt gümüş almışdılar. Yəni, xəzinəyə hərbi qənimət qismində verdiklərindən daha çox qazanc əldə etmişdilər.

Tit Liviyin göstərişi ilə Suppiona qarşı irəli sürülən iddianın məbləği dörd milyon təşkil edirdi. Senat qarşısında hesabat verərkən, o hesab kitabını gətirməyi əmr etdi və senatorların gözü qarşısında öz əlləri ilə həmin kitabı parça-parça etdi. Xəzinəyə iki yüz milyon gətirdiyi halda ondan dörd milyonun hesabatını tələb etmələrindən qəzəbləndiyini bəyan etdi. Qalibə bəraət verildi.

Bu andan etibarən müasir mühasibat uçotu və auditin əsasını təşkil edən ən mühüm prinsiplərdən biri – əhəmiyyətlilik prinsipi öz başlanğıcını götürdü.

Kənd təsərrüfatı

Roma imperiyasının istehsalının əsas sahəsi kənd təsərrüfatı idi. Üç müəllif ev təsərrüfatlarında uçotun təşkili ilə əlaqəli qeydlər qoyublar. Onlardan birincisi – Mark Porsiy Katondur. O, rəhbərlər üçün yazılı təlimatların tərtib edilməsini tələb etdi. Katon onların fəaliyyətini işin nəticələrinə görə qiymətləndirirdi.

O zamanın nümunəvi sahibkarı olan Katon satın alınması lazım gələn sahələrlə bağlı məsləhətlər verirdi. Xüsusilə, o, alınan əmlakın yaxınlığında çoxlu sayda işçi bolluğunun mövcudluğunun və əmlak inventarı kiçik olsa da, onların tam qaydasında və daha böyük xərclər tələb etməməsinin zəruriliyini vacib hesab edirdi. “Nəzərdə saxla – Sahə də insan kimidir, heç olmaya, böyük gəlir gətirəydi, əgər bunun qarşılığında çoxlu xərclər tələb edirsə, belədə sonda qazanc az olacaq”. Bu, çox maraqlı bir ifadədir, çünki burada təsərrüfatın aparılmasından əldə edilən gəlirlərin və çəkilən xərclərin böyüklüyü arasındakı fərq kimi maliyyə nəticəsi barədə söz açılır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotunun inkişaf mərhələləri (30-cu hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (30-cu hissə)

29-cu hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

XX əsrdə Almaniyada uçot

Zommerfeld, eudinamik balansında, Bidermann tərəfindən verilən balansın şərhi ilə Şmalenbax fikirlərinin sintezinə can atırdı: balansın obyekti pul dövrü hesab olunurdu: pullar-ehtiyatlar-hazır məhsullar-realizə-pullar.

Demək olar ki, bütün alman tədqiqatçıları uçotun əsasını balans hesab edirdilər. Valbax uçotun əsasında hesabın dayandığını düşünürdü. Hesab real dünyanı əks etdirirdi, onun kəmiyyət ölçüsünü verirdi və insanların qarşılıqlı əlaqələrini açırdı.

Toms hərəkəti onu yaradan səbəblərdən asılı olaraq öyrənən kinetik mühasibatlıq yaratmışdı. Tomsun yaratdığı hesab matrisası hesabat dövründə müəssisənin vəsaitlərinin dövriyyəsini əks etdirmək, qarşılıqlı əlaqələri açmaq, xətti əmsalları hesablamaq imkanı verirdi. Hesabların matrisanın müəllifini mühasibat uçotu mövzusunu dəyərlər və pul axını kimi başa düşməyə vadar etdi. Beləliklə, matrisa müəssisənin həyat qabiliyyətini açıqladığı şahmat balansını təqdim edirdi. İqtisadi güc isə rentabellikdən daha vacib amil kimi qiymətləndirilirdi.

Alman məktəbi hesabdarlıq formalarının inkişafına böyük töhfələr verib: kartoçka formaları və surətçıxarma. 1905-ci ildə V. Bax hintz hesabdarlığının kartoçka formasını yaratmış və xronoloji qeydiyyat prinsipini tamamilə bərpa etmişdir. Fortştritt (müvəffəqiyyət) forması xəttkeş ilə bərkidilmiş xüsusi taxtanı bildirirdi. Bu taxtaya iki hesab qoyulurdu, üstündən isə jurnal, beləliklə də eyni vaxtda üç qeyd aparılırdı. Bu prinsip fortşritt şəklində istifadə olunan sənədləri əlfəcinləmək üçün analoji aparatın istifadəsinə əsaslanan ruf formasında inkişaf etmişdir. Burada hesablar orijinal sayılırdı, surəti isə jurnal. Günün sonunda iş əməliyyatları jurnal üzrə yenidən hesablanırdı (məbləğlər eyni provodkalar üzrə qruplaşdırılırdı) və bu əsasda balans tərtib edilirdi.

Beləliklə, xronoloji qeydin rolu yüksəlirdi. Definitif (yekun) forması daha geniş yayılmışdır. Bu forma ruf  (zəmanətli öhdəlik) formasının mürəkkəb təsərrüfatların iş şəraitinə praktiki uyğunlaşdırılmasına əsaslanırdı. O, sənədlərin möhkəmləndirilməsinin daha rahat sistemindən istifadə edirdi. Oda, ayaq, şabor oxşar formalar idi. Kartoçkaların və kopyaların yayılması jurnalı nəinki məhv etmədi, həm də hesablar üzrə müxtəlifliyə nəzarət məqsədləri üçün onun aparılmasının zəruriliyini təsdiq etdi. Məsələ nəyin orijinal, nəyin kopya, hesab və ya jurnal hesab olumasına aparıb çıxarırdı. Kartoçka formalarından başqa kitab formaları da mühafizə olunurdu. Lakin heç bir forma təmiz şəkildə tətbiq olunmurdu, onların hamısı kompleks şəkildə istifadə olunurdu.

Beləliklə, alman mühasibat məktəbi hesablama texnikasının inkişafı, hesablama kart formalarının yaradılması, xronoloji yazının (jurnalın) uçotundan çıxarılması, riyazi və statistik metodların yayılması, hesab planlarının unifikasiyası sahəsində böyük xidmətlər göstərmişdir. Alman alimləri sənədlərdə və qeydlərdə, yəni, uçot qaydasında mühasibat uçotunun mənasını görürdülər. Formallaşdırılmış prosedur müxtəlif həllərin sintezinə yol açırdı. Çünki bu cür həllərin hər biri ümumi universal prosedurun özəl hadisəsi idi. Mühasibat modelləşdirilməsi öz başlanğıcını alman məktəbindən götürmüşdür.


31-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun