Kapital Bank işğaldan azad olunan bütün rayonlarda yeni filiallar açacaq

posted in: Xəbər | 0

Kapital Bank işğaldan azad olunan bütün rayonlarda yeni filiallar açacaq

27 sentyabr 2020-ci il tarixindən başlayaraq Silahlı Qüvvələrimiz erməni işğalçıları tərəfindən zəbt edilmiş torpaqlarımızda uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, demək olar ki, hər gün bizi qələbə müjdələri ilə sevindirirdilər. 44 gün davam edən Vətən müharibəsi ərzində müzəffər ordumuz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, eləcə də bir sıra digər yaşayış məntəqələrimizi hərbi cəsarət hesabına düşmən tapdağından azad etdi.

Ordumuzun göstərdiyi şücaət sayəsində mənfur düşmən geri çəkilərək, sülh kapitulyasiyası aktını imzaladı və nəticədə Qarabağımız işğaldan tam olaraq azad edildi. Bu münasibətlə xalqımızı ürəkdən təbrik edirik və başlanan yeni bir dövrdə bol uğurlar arzulayırıq.

«Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında» Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanına əsasən hazırda bu ərazilərdə infrastrukturun tam bərpası istiqamətində işlər həyata keçirilməyə başlanır. Demək olar ki, bütün dövlət qurumları işğaldan azad olunan rayonlarda, şəhərlərdə və qəsəbələrdə yeni layihələrin tətbiq ediləcəyini bildirir.

Ölkənin ən böyük filial şəbəkəsinə malik Kapital Bank da işğaldan azad olunan rayonlarda yeni filiallarını açaraq, müştərilərə xidmət göstərəcək. Qeyd edək ki, Kapital Bank-ın Şuşa, Laçın, Qubadlı, Ağdam və Cəbrayıl filialları hazırda mövcud olduğu üçün, adlarını daşıdıqları rayonlarda fəaliyyətlərini davam etdirəcəklər. Bundan başqa Qarabağ ətrafı Kəlbəcər və Zəngilan rayonlarında, həmçinin Qarabağda olan digər əhəmiyyətli şəhər və qəsəbələrdə də yeni filialların açılması planlaşdırılır. Bununla bağlı bankın baş ofisində artıq hazırlıq işlərinə başlanılıb. Dövlət orqanları tərəfindən müvafiq yerlərdə şərait yaradılan kimi filialların açılışı planlı şəkildə həyata keçiriləcək.

Ermənistanın təcavüzkar siyasəti nəticəsində torpaqlarından didərgin salınmış vətəndaşlarımız öz doğma yurdlarına geri döndükdən sonra bank ehtiyaclarını qarşılamaq üçün Kapital Bank-ın filiallarında bankın məhsul və xidmətlərindən yararlana biləcəklər. Yeni açılacaq filiallarda müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şərait və imkanlar yaradılacaq.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ondan çox ölkə kütləvi aclıq astanasındadır

posted in: Xəbər | 0

BMT,Afrika və Yaxın Şərqin ondan çox ölkəsi kütləvi aclıq astanasındadır. Bu haqda BMT-nin məlumatlarına əsasən Bloomberg agentliyi xəbər verir.

Münaqişələr, iqtisadi çətinliklər, ekstremal hava şəraiti və koronavirus pandemiyası yüz minlərlə insanın ərzağa çıxışını məhdudlaşdırıb. Nəşr yazır ki, dünyada qeyri-sabitlik artır, 16 ölkəni aclıq probleminin kəskinləşməsi təhlükəsi gözləyir. BMT ekspertləri Burkina-Fasonun, Şimal-Şərqi Nigeriyanın, Cənubi Sudan və Yəmən rayonlarının adlarını “qaynar nöqtələr”  adlandırıblar. Ərzaq qiymətləri və hava şəraiti vəziyyətin gələcək inkişafını müəyyən edəcək, təşkilatdan buna əmindirlər.

Bundan bir qədər əvvəl isə koronavirus pandemiyası səbəbi ilə dünyanı “bibliya miqyasında” aclıq nəticələri gözlədiyi deyilmişdi. Belə bir proqnozla Ümumdünya ərzaq proqramının (ÜƏP) rəhbəri Devid Bisli belə bir proqnoz vermişdi. Onun sözlərinə görə, pandemiyanın nəticələrinin yumşaldılması üçün humanitar fəaliyyətin həyata keçirilməsindən ötrü təşkilata yaxın yarım ildə təxminən beş milyard dollar vəsait lazımdır.

Sentyabr ayında Bisli, milyarderləri və müəssisələri, bu il aclıqdan ölmək riski altında olan dünyada 30 milyon insanı xilas etməyə kömək etməklə bağlı çağırış etmişdi.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Tarixin ən böyük almazlarından biri tapılıb

posted in: Xəbər | 0

almazBotsvanada (Afrika) 998 karat çəkisində nəhəng almaz tapılıb. Bu qiymətli daş indiyədək nə vaxtsa aşkar edilən ən böyük almazlar siyahısında beşinci yeri tutur, Bloomberg agentliyi belə yazır.

Bu almazı Karove şaxtasında Kanadanın kiçik bir dağ-mədən şirkəti olan Lucara Diamond aşkara çıxarıb. Ümumilikdə götürdükdə,  bu həmin şirkətin sözügedən mədəndən tapdığı ilk nəhəng almaz deyil. Belə ki, Lucara Botsvanada çəkisi 1758 karat olan “Nadir tapıntı” almazını da aşkar etmişdi, sonradan həmin almaz lyuks mallar istehsalçısı Louis Vuitton şirkəti tərəfindən satın alınmışdı. Həmin qiymətli daş tarixin ən böyük almazları siyahısında ikinci yeri tutur.

2015-ci ildə yenə də Karovedəki mədəndən 1109 karat çəkidə olan və “Bizim işıq” adlandırılan almaz tapılmışdı. Sonra həmin qiymətli daş 53 milyon dollara satılmışdı. Elə həmin ildə, elə həmin mədəndən 813 karat çəkisi olan və “Ulduzlar qrupu” adı verilən almaz tapılmışdı. Bu almaz isə 63 milyon dollara satılmışdı.

Dünyada indiyədək aşkar edilən ən nəhəng daş isə – “Afrika ulduzu” adlandırılan və 3106 karatlıq almazdır. Həmin daş 1905-ci ildə Cənubi Afrikada “Premyer” şaxtasında aşkara çıxarılmışdı ki, sonrakı dövrdə həmin qiymətli daş bir neçə hissəyə bölünmüşdü. Həmin hissələrin ən böyükləi hesab olunan iki qiymətli daş (“Afrikanın böyük ulduzu” və “Afrikanı ikinci ulduzu”)  Britaniya tacını bəzəyən qiymətli daşların bir hissəsini təşkil edib.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotunun inkişaf mərhələləri (28-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (28-ci hissə)

27-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

inventarlaşdırma,Mühasibat uçotu,Alman məktəbində balans nəzəriyyəsinin banisi isveçrəli alim İ.F. Şer olmuşdur. Əvvəlki müəlliflərdən fərqli olaraq Şer uçotun əsasına hesabları deyil, balansı qoyurdu və ifadəni xüsusidən ümumiyə doğru deyil əksinə tərtib edirdi. Balansın əsasında kapital tənliyi dururdu, balansın özü isə kapitalın dövriyyə mərhələlərinin açılması üçün vasitə kimi başa düşülürdü. Mühasibatlıq balans ilə başlayır və onunla bitir. Müasirlərdə uçot və mühasibat prosedurunun bütün nəzəriyyəsinin hesabdan balansa deyil, balansdan hesaba qoyulması böyük təəssürat yaradırdı.

Burada Şer tərəfindən irəli sürülmüş qarışıq hesablar haqqında təlim əhəmiyyətli idi. Qarışıq hesablar dedikdə, o, təsərrüfat əməliyyatlarının nəticələrinin əks olunduğu inventar hesablarını başa düşürdü. Qarışıq hesabların çatışmazlıqlarını etiraf edən Şer onları qaçılmaz hesab edirdi. Buna görə də bütün iqtisadi əməliyyatları mübadilə, nəticə və qarışıqlara bölürdü.

Hesabların mühasibatlıq aparatlarının təşkili və fəaliyyət praktikası ilə əlaqələndirilməsi Şerin böyük xidməti idi. Uçotun və tətbiq edilən hesab planlarının təşkili informasiya axınlarının həm mərkəzdənqaçma, həm də mərkəzə can atma yolları ilə hərəkətini təmin etməli idi. Birinci halda mərkəzləşdirilmiş aparat nəzərdə tutulurdu, ikinci halda isə – mərkəzləşdiriləməmiş aparat. Balansdan irəli gələn hesablar planı iqtisadi idarəetmənin əsasını təşkil edirdi. Şer hesablama məsələlərinə çox diqqət yetirirdi və onu mühasibatın ən mühüm hissəsi kimi nəzərdən keçirirdi. Xərclərin seçilmiş bazaya nisbətdə bölüşdürülməsi son hesablamanın təxmini xarakter verdiyini qəbul edirdi. Lakin hər bir xərc növü üçün xüsusi bir baza seçərək bu yaxınlaşmanın minimuma endirilə biləcəyinə inanırdı.

Şer uçota təhlili daxil edən ilk şəxslərdən biri idi və hesablar üçün dövriyyənin hesablanması da onun xidmətlərindən biri idi. Dövriyyənin hesablanması metodunun təfsiri, xərclərin sabit və dəyişənlərə bölünməsi metodu kimi bu günə qədər də yayılmışdır. Şer hesabdarlıq formalarını inkişaf etdirirdi, o üçhesablı formanı təklif edirdi. Onun mahiyyəti xronoloji qeydiyyat jurnalında üç qrafanın, üç hesabın ayrılmasından ibarət idi: təmiz, qarışıq və kapital. Əgər bu hesablar üzrə balans çıxarılarsa, ilk iki hesabın debet balansının məbləği kapital hesabının kredit balansına bərabərdi. Şerin birjurnallı forması daha maraqlı idi, bu, iqtisadi dövriyyələrin dəyişikliklərlə qalıqların ayrılması ilə sadə bir xronoloji qeydi təmin edirdi. Yəni, hesab balansından hər bir əməliyyatdan sonra zərər və mənfəət çıxarılırdı.

Şerin fikirlərini alimlər tənqid edirdilər, onları ziddiyyətli hesab edirdilər. Lakin balans nəzəriyyəsinin ən böyük çatışmazlığı o idi ki, o hesablaşmalara təsir edən bütün əməliyyatları izah edə bilmirdi və nəticəvi hesablarda əks olunan faktları böyük gərginliklə təsvir edirdi.

Alman məktəbinin böyük nailiyyəti balansın qurulması və şərhi ilə bağlı ideyalardan onun təhlilinə keçid idi. Uçotda üç istiqamət özünü göstərirdi:

1) iqtisadi təhlilin yaradılması (Şer, Ştern, Lyatner və digərləri);

2) hüquqi təhlilin inkişafı mühasibatlıq təftişinin yaranmasına gətirib çıxardı (Beygel, Remer, Porsiq və b.);

3) səhmdarlar arasında balans barədə biliklər populyarlaşırdı (Rozius, Guber, Şenvadt və b.).


29-cu hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun