Səhiyyə sahəsində toplanan cərimələrdən istifadə qaydası dəyişib

posted in: Xəbər | 0

sığorta haqqı, Sığorta haqqının ümumi məbləğinin hesablanması, Layihələrin maliyyələşdirilməsi qaydası, Rayonlara gediş-gəliş, Layihələrin maliyyələşdirilməsi,Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edib.

Bu Qayda səhiyyə sahəsində qanunvericiliyin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən (ödənilən cərimələrdən) toplanan və həmin Nazirliyin xüsusi hesabına köçürülən vəsaitdən istifadə qaydasını müəyyən edir.

İndiyə qədər ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak edən Səhiyyə Nazirliyinin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə istifadə olunub. Dəyişikliyə əsasən, ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi deyil, inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak edən Səhiyyə Nazirliyinin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə istifadə olunacaq.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi-gömrük güzəştləri üzrə səmərəliliyin qiymətləndirilməsinə başlanılır

posted in: Xəbər | 0

aqrar sığorta, xüsusi karantin rejimi, Sığortaolunanların fərdi uçotu, Sığortaolunanların fərdi uçotunun aparılması, uyğunluq nişanı, Uyğunluq sertifikatı, Uyğunluq sertifikatının forması, kassa əməliyyatları, Nağd pul vəsaitinin uçotu, Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiNazirlər Kabineti “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nı təsdiq edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərar “2020-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə ölkə Prezidentinin 16 dekabr 2019-cu il tarixli fərmanının icrasını təmin etmək məqsədi daşıyır və gələn il yanvarın 1-də qüvvəyə minəcək.


“Vergi və gömrük güzəştlərinin səmərəliliyinin
qiymətləndirilməsi Qaydaları”nın təsdiq
edilməsi haqqında

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 dekabr tarixli 877 nömrəli Fərmanının 3.7-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərar 2021-ci il 1 yanvar tarixindən qüvvəyə minir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 3 noyabr 2020-ci il
№ 436

Tam mətnə nəzər yetirmək üçün faylı yükləyin: Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları

Mənbə: nk.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotunun inkişaf mərhələləri (25-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (25-ci hissə)

24-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

II Dünya Müharibəsindən sonra Fransada mühasibat uçotunda amerikan ideyalarının yayılması artdı. A. Labar, A. Dümortye, J. Merlin, A. Padermadjan və digər mühasiblər uçotun məqsədini müəssisənin məhsuldarlığını ölçməkdə görürdülər. 1918-ci ildə Stokholmda, əməyin elmi təşkili üzrə Beynəlxalq konqresdə maya dəyərinə büdcə nəzarəti texnikası nəzərdən keçirildi. Büdcə nəzarəti texnikası mühasibat uçotunun rasional formalaşdırılması ilə üst-üstə düşdü.

Fransız uçotunda Amerikanın təsiri hər zaman güclənirdi. Amma, eyni zamanda Fransada Amerikanın təsirinə də qarşı müxalif olanlar da var idi.

Bütün istiqamətlərin və məktəblərin fransız mühasibləri üçün uçotun unifikasiyası, ümumi prinsiplərin hazırlanması tendensiyası xarakterikdir. XX əsrin ikinci yarısında onlar altı belə müddəa tərtib etmişlər:

  1. uçotun mexanikləşdirilməsi oturuşmuş təşkilatın nəticəsidir;
  2. vaxta qənaət müxtəlif işlərin eyni vaxtda həyata keçirilməsi ilə əldə edilə bilər;
  3. əməyə qənaət;
  4. müddətlərin azaldılması, mühasibatlıq daha qısa müddətdə böyük dəqiqliklə daha çox informasiya təqdim etməyə səy göstərməlidir;
  5. təhlükəsizlik özünü idarəetmə və audit kimi başa düşülən nəzarətlə təmin olunur;
  6. dəqiqlik – mühasibat uçotunun yaxşı təşkili üçün əsas şərtlərdən biridir, dəqiqlik ünsiyyət və aydın terminologiyanı nəzərdə tutur.
5-ci mövzu. Alman mühasibat uçotu məktəbinin yaranması

XVI-XVIII əsrlərdə Almaniyada uçotun inkişafı

Alman uçot ideyası, daxili hesablaşmaların maddi məsuliyyətli şəxslərlə – amillərlə açıqlanması ilə məhdudlaşırdı. 1531-ci ildə İ.Qotlib italyan mühasibatlığını alman amili çərçivəsində tətbiq etməyə cəhd göstərdi. Alman mühasibləri V. Şvayker, H. Haqer alman və italyan uçot ideyalarını sintez etməyə çalışırdılar. Uçotda əsas şeyi onlar bacarıqlı bir qeyd və bütün xərclər və gəlirlərin ağlabatan təsviri hesab edirdilər.

Riyaziyyatçı və filosof Q.V. Leybnits ilk dəfə mühasibat uçotu metodunun elementlərini qeyd edərək, onları xronoloji qaydada yerləşdirmişdi:
  1. təsərrüfat həyatı faktının və sənədləşdirmənin düzgünlüyünün müəyyən edilməsi;
  2. mühasibatlıq registrlərinə faktların qeyd olunması;
  3. hesab əməliyyatlarının həyata keçirilməsi.

Bəzi alman firmalarının uçot təcrübəsi göstərir ki, XVI əsrdən başlayaraq, illik balans tərtib edilməzdən əvvəl inventarlaşdırmanın aparılmasını tələb etməyə başlayıblar. Alman mühasiblər dəyərləri bazar dəyərində qiymətləndirirdi. Şvaykerin əldə etdiyi böyük uğuru, ticarət müəssisəsinin iqtisadi həyatındakı bütün həqiqətləri qruplaşdırmağa və onları 250 standart müxabirləşməyə endirməyə çalışması idi. Əməliyyatların ayrılması hesabların seçilməsini də nəzərdə tuturdu. Bu, Şvaykeri hesabların və təsərrüfat əməliyyatlarının kodlaşdırılması sistemindən istifadə edən hesab planının müəllifi kimi tanımağa imkan verirdi. Malların alınması Şvayker üçün ikili qeydiyyatı izah etməkdən ötrü bir nümunə oldu. Müasir mənada malların hesabı mövcud deyildi. Buna görə də çoxsaylı analitik mal hesablarından söhbət gedirdi. Malların ən ətraflı təbii-dəyər uçotu Qrammersfelder tərəfindən verilmişdi.


26-cı hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank POS-terminal istifadəçilərinə qeyri-bank məhsulları üzrə yeni fürsətlər təqdim edir

posted in: Xəbər | 0

Kapital Bank sahibkarlara dəstək göstərmək, həmçinin iqtisadi subyektlərin bank xidmətləri üzrə xərclərinin azaldılması məqsədi ilə bankın POS-terminal istifadəçilərinə bir sıra güzəşt və fürsətlər təqdim edir. Bunu etməklə Kapital Bank, hər zaman sahibkarları dəstəklədiyini, asan olmayan vəziyyətdə onlara optimal şərtlər təqdim etdiyini və qeyri-bank məhsullarının çeşidini genişləndirdiyini nümayiş etdirir.

Şərtlərə görə, Kapital Bank-ın POS-terminal xidmətindən istifadə edən sahibkarlar üçün bir sıra qeyri-bank məhsullarına endirimlər təqdim olunur. Belə ki, smart kassa, e-commerce üçün sayt və mobil tətbiqlərin yaradılması, daxili sistemlərin idarə edilməsi və smart kassaya inteqrasiyası, məhsulların kuryerlə çatdırılması, sığorta, SMS reklam və şirkət əməkdaşları üçün təlimlərin keçirilməsi kimi xidmətlər, Kapital Bank-la əməkdaşlıq edən sahibkarlara vendorlar tərəfindən xüsusi endirimli tariflərlə həyata keçirilir.

Qeyd edək ki, Kapital Bank-ın çox funksiyalı Smart Kassa və POS-terminallarını əldə etmək istəyənlər 196 Sorğu Mərkəzinə və ya (+99 450) 255 01 96, (+99 451) 206 52 49 qaynar xəttinə müraciət edə bilərlər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun