Read More9
Read More9

Ani Ödənişlər Sisteminə daha iki bank inteqrasiya olunub

posted in: Xəbər | 0

Ani Ödənişlər Sistemi, Rəqəmsal İdentifikasiya Sistemi, Ani Ödənişlər Sistemi, uçot dərəcəsi, Ani Ödənişlər Sistemi, Yeni ödənişlər sistemi, Azərbaycan Mərkəzi Bankı, Ani ödənişlər sistemi, valyutadəyişmə, uçot dərəcəsi, Audit şirkətləri, qaynar xətt, şikayət, NBCBank, AGBank, Bank kreditlərinin təsnifləşdirilməsi,7/24/365 rejimli Ani Ödənişlər Sisteminə (AÖS) daha 2 bank – “AzərTürkBank” ASC və “TuranBank” ASC inteqrasiya edilib.

Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov oktyabrın 30-da keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Mərkəzi Bankı tərəfindən yaradılan Ani Ödənişlər sistemi oktyabrın 1-dən real rejimdə istismara verilib. Hazırda 15 bank AÖS platformasına inteqrasiya olunub. Sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir.

Mühasibat uçotunun inkişaf mərhələləri (23-cü hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (23-cü hissə)

22-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Mühasibat uçotu,XX əsrdə Fransada mühasibat uçotu

P. Qarnye ümumi xüsusiyyətlərə uyğun olaraq faktların təsnifləşdirilməsi metodologiyasını işləyib hazırlamış və onlardan bütün zəruri məlumatları əldə etmək üçün onları dəyişdirmişdi. Beləliklə, Qarnye uçotun idarəetmə traktovkasını fransız müəllifləri üçün ənənəvi olan təsəvvürlərlə sistemləşdirməyə çalışırdı.

Mühasibat uçotunun təşkili anlayışına o, üç elmenti daxil etmişdi:

  1. metod – metodoloji üsulların seçilməsi (permanent və ya adi inventar, kalkulyasiya variantı);
  2. sistem – aparatın strukturu, sənəd dövriyyəsi, hesabdarlığın forması;
  3. prosedur – qeydiyyata alınmalı olan faktların seçilməsi qaydası.

İqtisadi istiqamətin nümayəndələri tərəfindən dörd uçot məktəbi təşkil edilmişdir: 

birinci – uçotu kapital anlayışından  kənarlaşdırırdı (nümyədəsi Ş. Panqlo);

ikinci – qiymət kateqoriyasından (J.B. Dümarşe, J. Burnisyen);

üçüncü – təsərrüfat əməliyytlarından və ya təsərrüfat həyatı faktlarından (R. Delaport);

dördüncü – müəssisə tərəfindən (J. Flammink, J. Furastye).

Tarixən kapitalın uçotu vasitəsi kimi mühasibatlıq anlayışı üstünlük təşkil edirdi. Sonra onu elementlərə parçaladılar və onun tərkib hissəsini –  dəyərini götürdülər. Ətraflı təhlil onun elementlərinin dəyərinin bir hissəsi kimi – iqtisadi əməliyyatları aşkar etməyə imkan verdi; analizdən sonra mühasibat uçotu haqqında bütün iqtisadi təsəvvürləri birləşdirmək üçün sintez gəldi; hər bir müəssisənin iqtisadi fəaliyyətinin təbiəti haqqında nəzəriyyəni sintez etmək lazımdır.

Hazırda Fransada ikili qeydiyyatı şərh etmək üçün yeni bir cəhd ortaya çıxıb: digrafizm resurslar və onların paylanması baxımından izah edilirdi. Bu yanaşma xətti cəbr, xətti proqramlaşdırma metodlarından istifadəni nəzərdə tuturdu və Garniyenin differensial balansına qarşı yaradılmışdı, EHM-nin köməyilə həyata keçirilən inteqral uçot geniş yayılmışdı. O, üç növ məsələnin kompleks həllini verməlidir:

1) mühasibat uçotunun ənənəvi məsələləri;

2) təsərrüfat fəaliyyətinin cari nəticələrinin uçotu;

3) qəbul edilən qərarları qiymətləndirməyə imkan verən qərarların nəticələrinin uçotu.

Dümarşe iddia edirdi ki, mühasibat uçotunda qiymətin iqtisadi kateqoriyası ciddi şəkildə müəyyən miqdarda məna kəsb edirdi. Lakin qiymətləndirmə uçotun məqsədi kimi yox, kənardan mühasibat uçotuna verilmiş mövzu kimi çıxış etdiyindən, o, mühasibin yaradıcılığının məhsulu deyil, yalnız ona mühasibat uçotunun təsiri dairəsinə düşən müxtəlif obyektləri birləşdirməyə imkan verirdi. Dumarşe, təbii konsepsiyanı həyata keçirərək aşınma və amortizasiya anlayışlarını fərqləndirdi – amortizasiya məbləği aşınma məbləğinə bərabər olmalıdır.

Aşınma həm istehsal ilə bağlı, həm də mənəvi aşınma ola bilər: birincisi üstünlük təşkil edirsə, aşınma işin həcminə əsasən hesablanır, ikincisi isə istismar müddətinə əsaslanır. Aktivlərdə əsas deyil, dövriyyə vəsaitləri kimi təmin olunmuş amortizasiya hesabı ehtiyat kimi şərh olunurdu. Dumarşe balansın tipoloji analizini təqdim edən ilk şəxs idi. O, özünün inteqral adlandırdığı yeni hesabdarlıq forması işləyib hazırlamışdı. Onun mahiyyəti bundan ibarət idi ki, ilk tərtibatın hər bir hesabına sinxronik qeydlər (debet və kredit ayırmaları üçün) üçün iki jurnal açılmalıdır. Belə ki, uçota yalnız mürəkkəb provodkalar daxil edilirdi. Bu forma kartoçka hesabdarlığının istifadəsi zamanı və debet tərtibi cədvəl, kedit isə jurnal-order adlandırılan şərtlərdə böyük təsirə malik idi.


24-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xaricdə auditin xüsusiyyətləri (II hissə)

posted in: Audit, Xəbər | 0

Xaricdə auditin xüsusiyyətləri (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Beynəlxalq auditin nəzəriyyəsi və təcrübəsi rəqabət şəraitində formalaşmışdır. Bu, çoxsaylı tədqiqatlar və həmin materialların ictimai müzakirələri ilə müşayiət olunurdu. Nəticədə, bu ona gətirib çıxardı ki, bu günə qədər möhkəm beynəlxalq hüquqi auditor əsası yaradılmışdır. Auditin təşkili formaları ətraflı işlənib hazırlanmışdır və bu, az əhəmiyyətli deyil. Auditor fəaliyyəti üçün çoxlu sayda metodik materiallar nəşr olunur və daim artırılır.

Xaricdə, xüsusilə də inkişaf etmiş ölkələrdə on minlərlə auditor firmaları fəaliyyət göstərir. Təkcə ABŞ-da belə şirkətlərin sayı 45 mindən çoxdur. Xarici audit firmaları dörd kateqoriyada qruplaşdırılır:

  • Böyük dördlük;
  • Digər milli şirkətlər;
  • Yerli iri şirkətlər və regional şirkətlər;
  • Yerli kiçik şirkətlər.

“Böyük dördlük”: (KPMG, Ernst&Young, PricewaterhouseCoopers və Deloitte LLP) – nəhəng xarici auditor şirkətləri. Dünyanın demək olar ki, bütün böyük ölkələrində və şəhərlərində bu firmaların heç olmasa bir ofisi mövcuddur. Onların fəaliyyəti böyük gəlirlərin, dünya bazarındakı auditor xidmətlərinin əhəmiyyətli paylarının əldə edilməsi ilə səciyyələnir. 2012-ci ilin məlumatına görə, böyük dördlük firmaları, demək olar ki, bütün (85% – dən çox) iri şirkətlərdə auditi həyata keçirirlər.

Digər milli firmalar – Böyük dördlükdən başqa milli firmalar sayılan digər firmalar da vardır. Onlar da böyük dördlük firmaları kimi eyni xidmətləri həyata keçirirlər və eyni zamanda onların birbaşa rəqibləri hesab olunurlar.

Böyük yerli və regional firmalar – bu firmalar milli firmalarla rəqabət aparırlar. Onlar region miqyasında audit aparırlar. Onların əsas xüsusiyyəti peşəkar heyətlərinin 50 nəfərdən çox olmasındadır. Bu firmalardan bəziləri texniki məlumat və davamlı təhsil kimi sahələrdəki mənbələri bölüşmək üçün audit şirkəti assosiasiyalarına qoşulmuşdur.

Kiçik yerli şirkətlər – bunlar yoxlamalar aparan və digər əlaqədar xidmətlərə əsasən müəyyən bir bölgədəki kiçik müəssisələr üçün təqdim edən firmalardır. Bu firmaların peşəkar işçilərinin sayı, bir qayda olaraq, 25 nəfərdən çox deyil. Belə firmaların payı təxminən 95% təşkil edir.

2012-ci ilin məlumatına görə, beynəlxalq assosiasiyalarda 4,5 mindən çox auditor şirkəti fəaliyyət göstərir ki, bu da öz funksiyalarını dünyanın 189 ölkəsində həyata keçirir. Yalnız Böyük Britaniyada 200-dən çox böyük audit şirkəti yaradılıb və fəaliyyət göstərir. Beynəlxalq müasir audit, demək olar ki, dünyanın bütün inkişaf etmiş ölkələrində hüquqi və təşkilati infrastrukturu olan ictimai peşəkar audit İnstitutunun mövcud olması ilə səciyyələnir. Lakin auditor fəaliyyətinə dövlət nəzarətində fərqlər var. Böyük Britaniya və ABŞ-da auditor firmaları auditorların peşə vəzifələrinin nə dərəcədə vicdanla və səriştəli şəkildə yerinə yetirildiyinə dair hazırlıq, ixtisasartırma və nəzarətdə böyük sərbəstlik ilə xarakterizə olunur.

Kontinental Avropa ölkələrində auditor fəaliyyəti isə, əksinə, dövlət tərəfindən ciddi tənzimlənməyə məruz qalır. Burada audit hökumət strukturlarında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir və aparılır. Avropa ittifaqı ölkələrində mühasibat hesabatlarının və balanslarının yoxlanılması ilə məşğul olan auditorlarla yanaşı, vergitutma məsələləri üzrə auditor-məsləhətçilərin spesifik kateqoriyasını ayırırlar. Avstraliyada bir sıra Asiya dövlətlərinin, məsələn, Malayziya, Sinqapur, Honkonq vətəndaşlarının da üzv ola biləcəyi diplomlu mühasib-auditorlar institutu yaradılıb. Bundan başqa, bu Asiya ölkələrinin Avstraliyada təmsil olunan nümayəndələrinə auditor peşəsinə hazırlıq, ixtisas imtahanlarının verilməsi və müvafiq rütbələrin verilməsi üzrə yardım göstərilir.


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi ödəyicilərinin ölkədən getmək hüququ nə vaxt məhdudlaşdırılır?

posted in: Vergi, Xəbər | 0

e-qaimə, Sənədlərdə dəyişiklik,Qanunla müəyyən edilmiş vergi və digər dövlət ödənişlərini vaxtında və tam həcmdə ödəmək hər bir vətəndaşın Konstitusiya ilə təsbit edilmiş borcudur.

Hüquqşünas Şəhriyar Həbilov mövzunu şərh edərkən bildirib ki, hər bir vətəndaş dövlət büdcəsinin vergilər əsasında formalaşdığını və başda hərbi büdcə olmaqla bir sıra sosial layihələrin icrasına yönəldiyini nəzərə alaraq sanksiyadan qorunmaq üçün deyil, sosial məsuliyyət baxımından vergilərin ödənilməsində maraqlı olmalıdır.

Mülki Prosessual Məcəllənin 355-7.1-ci maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Bu Məcəllənin 355-7.4-cü maddəsində isə göstərilib ki, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.

Qanunvericiliyə əsaslanaraq müəyyən edilmiş müddətdə vergi öhdəliyi vergi ödəyicisi tərəfindən yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün vergi orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Müvafiq hüququn məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır.

Qeyd edək ki, fiziki və ya hüquqi şəxsin icra orqanının rəhbəri məhkəmə iclasına gəlmədikdə də (üzrlü əsas olmadan) işə onun iştirakı olmadan baxıla və qətnamə qəbul edilə bilər.

Qətnamənin dərhal icraya yönəldilməsi isə şəxsin qətnamə qəbul edilən gündən ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması ilə nəticələnir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

error: Content is protected !!