Bir şəxslə eyni vaxtda həm əmək həm də xidmət müqaviləsi bağlamaq olar?

posted in: Xəbər | 1

Qeyri-formal məşğulluq Əmək müqaviləsi xidməti müqavilə emekSual: Öyrənmək istərdim ki, hər hansı işçi müəssisə ilə əmək müqaviləsi bağlayıb işlədiyi halda, həmin müəssisə ilə eyni zamanda əmək müqaviləsi ilə yanaşı digər xidmət müqaviləsi bağlayıb əlavə məvacib ala bilərmi?

Cavab: Bildiririk ki, müraciətinizdə qeyd olunan hal sahibkarlıq fəaliyyəti hesab olunur və qanunvericilikdə bununla bağlı məhdudiyyət nəzərdə tutulmamışdır.

Bu halda həmin şəxs vergi ödəyicisi kimi uçota alınaraq əldə olunan gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı xərclərini çıxmaqla gəlir vergisi ödəməlidir.

Vergi ödəyicisi kimi uçotda olmadığı halda isə gəliri ödəyən şəxs ödəmə mənbəyində 14 faiz dərəcə ilə gəlir vergisi və 25 faiz dərəcə ilə sosial sığorta haqqı tutub aidiyyəti üzrə köçürməli, hesabat təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 101-ci,108-ci, 109-cu, 150.1.7-ci, 218.5.10-cu və 218.6-cı maddələri.

Mənbə: taxes.gov.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

  1. Rəhman
    | Reply

    Salam, hüquqi adı dəyişmək üçün nə lazımdır etmək?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *