Müxtəlif ölkələrdə orijinal müasir vergilər (II hissə)

posted in: Vergi, Xəbər | 0

Müxtəlif ölkələrdə orijinal vergilər (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Hava, yağış, qeyri-formal münasibətlər və qəbirüstünə tətbiq edilən vergilər…

Vergi orqanlarının büdcə kassasını artırmaq, potensial mənfəətin yeni mənbələrini axtarmaq üçün yanaşmasının nə qədər yaradıcı ola biləcəyinə baxın. Ən qeyri-adi və bəzən çox ekzotik vergiləri aşkara çıxarmaq üçün dünyanın müxtəlif ölkələrinin vergi qanunlarını araşdırdıq.

  • Sülhə görə vergi. Qvineya ərazisində artıq çox da hərbi əməliyyatların getməməsinə baxmayaraq, bu kasıb ölkənin sakinləri sülhə görə vergi ödəməyə borcludurlar. Qvineya sakinlərinin əksəriyyətinin kasıblıq həddindən aşağı səviyyədə yaşamasını, kofenin bir kiloqramının qiymətinin isə cəmi yarım avro təşkil etməsini nəzərə alsaq, bu vergi növünün illik kvotası 17 avro ölçüsündədir ki, bu da onlardan ötrü çox ağır bir yük hesab olunur.
  • İtlərə görə vergi. Bu vergi növü hələ 2008-ci ilin əvvəlində ləğv edilib. Lakin üstündən bir neçə il keçdikdən sonra Krakov şəhərindən olan məmurlar yenidən insanların bu dördayaqlı dostlarının vergiyə cəlb olunması ideyasına qayıdıblar. Beləliklə, Krakovda itlərə görə vergi tətbiq edilib və həmin vergi il ərzində təxminən 10 dollar təşkil edir.
  • Ölümdən sonrakı vergi… Xoşbəxtlikdən belə bir vergi ölülərə deyil, dirilərə aiddir. Qərbi Almaniyanın Essen şəhərinin hakimiyyət dairələri vəfat etmiş yaxınlarının qəbirləri üstünə qoymaq üçün güllər və əklillər alan şəxsləri vergiyə cəlb etmək barədə qərar qəbul ediblər. “Grabschmucksteuer” adlanan vergini əklil və güllərin satışı ilə məşğul olan satıcılar ödəməlidirlər. Hamıya məlumdur ki, həmin vergi malın qiymətinə əlavə olunur. Buna baxmayaraq, yenə də sözügedən vergi növü tətbiq olunub və qəbirüstü üçün satılan gül və əklillərin tutduğu hər kv.metr yerə görə həmin vergi 3,8 avro təşkil edir.
  •  Almaniyada da çox maraqlı, hətta belə demək mümkünsə qəribə bir vergi sisteminin olduğunu söyləmək olar. Belə ki, alman milli yeməyi hesab edilən qızardılmış kolbasa dilimləri müxtəlif ƏDV tariflərinə məruz qala bilər – bu onu harada və necə … ayaqüstə dayanaraq və ya oturaraq həzm-rabedən keçirməyinizə bağlıdır. Belə ki, kolbasanı ayaqüstə yeyirsinizsə – ƏDV 7 faizdən, oturaq vəziyyətdə bunu edirsinizsə – 19 faizdən hesablanır. Bax, Avropada bu cür kolbasa qeyri-bərabərliyi də var imiş.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

74 obyektdə zəruri qayda və tələblərin pozulduğu müəyyən edilib

posted in: Xəbər | 0

Sahibkarlıq subyektləri, İqtisadiyyat Nazirliyi, vergi ödəyicisi, sahibkarlıq subyekti, tələb, qayda, tələblər, sahibkarlıq subyekti, sahibkarlıq subyektləri, sahibkarlıq subyekti, Sahibkarlıq subyektləri, Dövlət vəsaitləri, ixrac, kadr təyinatları, iqtisadiyyat Nazirliyi, Maliyyə dəstəyi,Oktyabrın 21-də İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) keçirdiyi monitorinqlər zamanı Binəqədi rayonunda “Rəvan market”də, “Gilan alçipan satışı” ticarət obyektində, Yasamal rayonunda Qoşqar Əliyevə məxsus telefon aksessuarları satışı mağazasında, Gülnara İsrafilovaya məxsus gözəllik salonunda, Sabunçu rayonunda “Bakıxanov mall” ticarət obyektində,

Rəmiş İsrafilova məxsus mağazada, Nəsimi rayonunda “Neptun market”də, “Araz market”də, Nərimanov rayonunda “Unilift mağaza”da, Tural Muradova məxsus “İstilik sistemləri mağazası”nda, Xətai rayonunda “Al market”də, “Oba market”də, “Bərəkət mağaza”da, Xəzər rayonunda “Nə alırsan 1 manat” pərakəndə ticarət obyektində, Mayıl Mustafayevə məxsus ərzaq mağazasında, Qaradağ rayonunda “King smart super market”də, Suraxanı rayonunda “Gülay market”də, “Nyu sfera MMC-yə məxsus ticarət obyektində, Səbail rayonunda “Glamshop qadın geyimləri” mağazasında,

Raya Cəfərovaya məxsus pərakəndə ticarət obyektində, Nizami rayonunda “Rahat market”də, Sumqayıt şəhərində Ramazan Hudulova, Əli Qafarova, Fikrət Quliyevə, Hidayət Əliyevə məxsus pərakəndə ticarət obyektlərində, Abşeron rayonunda Aygül Ağayevaya, Namiq Hüseynova məxsus mağazalarda, Sabirabad rayonunda Əliağa Mustafayevə, Nofəl Abdullayevə məxsus mağazalarda, Cəlilabad rayonunda Səməd Tarverdiyevə, Sakit Hüseynova məxsus pərakəndə ticartət obyektlərində, Lənkəran rayonunda “Üfüq mağazası”nda, Şəmkir rayonunda Xəyyam Aslanova məxsus bitki dərmanları və gübrə satışı mağazasında, Sevda İsgəndərovaya məxsus gözəllik salonunda, Şəki rayonunda Rövşən Axundova məxsus ərzaq mağazasında, Rauf Hacıyevə məxsus mebel sexində, ümumilikdə, 74 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mülki-məsuliyyətin icbari sığortası növü üzrə sığorta haqqı necə müəyyən edilir?

posted in: Xəbər | 0

Dəyərli oxucular, bu yazımızı bir az gündəmdən uzaqlaşmaq üçün fərqli istiqamətdə yönəltdik. Bu dəfə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (hamıya avto icbari kimi məlum olan) növü üzrə sığorta haqlarının hansı meyarlara əsasən müəyyən edilməsi barədə məlumat verəcəyik. Mövzuya keçməzdən əvvəl xatırlatmaq mümkündür ki, bu sığorta növü üzrə sığorta şirkəti (sığortaçı) sığorta təminatı verdiyi avtonəqliyyat vasitəsini qanuni əsaslarla idarə edən şəxsin nəqliyyat vasitəsini istismar edərkən başqasının (özü və ailə üzvləri istisna olmaqla) sağlamlığı və ya əmlakına vurduğu zərəri ödəmək öhdəliyini daşıyır. Bu sığorta növü üzrə sığorta haqqı 1 illik və birdəfəlik ödənilir.

Sığorta haqqının formalaşmasına təsir edən amillər kimi avtonəqliyyat vasitəsinin mühərrikinin həcmi və ya növünə görə oturacaq sayı, yaxud icazə verilən maksimum kütlə, sahibinin subyektliyi və müqavilə bağlanmazdan əvvəl müqavilə bağlayan şəxsin təqsiri nəticəsində baş vermiş hadisələri göstərmək olar. Bir sıra ölkələrdə sığorta haqqı nəqliyyat vasitəsinin dəyəri əsas götürülməklə ödənilsə də, ölkədə tətbiq edilən sığorta haqqı sistemi yuxarıda göstərilən kimi müəyyən edilib.

Belə ki, sığorta haqqı müqavilə gününə heç bir təqsirli hadisəsi olmayan fiziki şəxslə bağlanarsa, bu halda mühərrik həcmi 50-1500 kub sm olan nəqliyyat vasitəsi üçün 1 əmsalın 50 manata vurulması ilə alınan sığorta haqqı (50 manat baza sığorta haqqı sayılır) həddində olacaq. Qeyd edək ki, minik avtomobilləri üçün bu əmsallar hər 500 kub sm artıma görə 1 əmsal artımla hasilə əsasən sığorta haqqı müəyyən edilir. Misal üçün 1501-2000 kub sm minik avtomobili üçün sığorta haqqı 2 əmsal, yəni 100 manat olacaq.

Avtobus və mikroavtobuslarda oturacaq yeri 9-16 olduqda 3, 16-dan artıq olduqda 4 əmsal, yük avtomobillərində icazə verilən kütlə 3500 kq-dək 3, 3501-7000 kq-dək 4, yuxarı kütlədə isə 5 əmsal tətbiq olunur. Misal: 9-16 oturacaq yeri üçün 3×50=150 manat sığorta haqqı müqavilə bağlanmazdan əvvəl hadisəsi olmayan şəxslərə şamil olunur.

Əgər nəqliyyat vasitəsinin sahibi hüquqi şəxsdirdə, bu halda sığorta haqqı əlavə olaraq 1.2 əmsalına da vurulur. 9-16 oturacaq yerli avtobus misalına münasibətdə 150×1.2=180 manat

Onu da qeyd edək ki, bu sığorta növü üzrə tətbiq edilən bonus-malus sistemi şəxsin təqsirsiz sürücü olması halında hesablanan sığorta haqqının azalmasına, inzibati və ya cinayət hüquqi pozuntusu olması halında isə sığorta haqqının artmasına təsir edir.

Yekunda xatırladaq ki, sığorta haqqı üçün hesablamada fərqli nüanslar olsa da, sığortaçının maksimum öhdəliyi sabit məbləğdədir. 1 şəxsin ölümü və hadisə zamanı zərərçəkmiş əmlaklara münasibətdə 5000 manat, ümumilikdə əmlaka görə 5000 manat, sağlamlığa dəymiş zərərə görə 50000 manat məbləğində ödəniş verilir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov

Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotunun inkişaf mərhələləri (17-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (17-ci hissə)

16-cı hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Mühasibat uçotunun informasiya və psixoloji aspektlərinə nəzər salarkən, Rossi hesabdarlığı və hesabşünaslığın “cəmiyyətin iqtisadi maraqlarının mühafizəçiləri kimi çıxış etdiyini, təhlükələrin və onların aradan qaldırılması üsullarının olduğunu, sui-istifadələri ifşa etdiyini, onların qarşısının alınması və qarşısının alınması vasitələrini diktə etdiyini” göstərirdi. Rossinin fikrincə, şəxslərin iqtisadi maraqları təsərrüfat əməliyyatlarında kəsişir. Bu əməliyyatları mühasibat uçotu predmeti hesab edirdi və üç qrupa təsnif etmişdi:

1) iqtisadi (maddi nemətlərin istehsalı, paylanması və ya istehlakı);

2) hüquqi (hüquq və öhdəliklərin izahı, əldə edilməsi, itirilməsi və ya dayandırılması);

3) administrativ (dəyərlərin müəssisə daxilində hərəkəti).

Hər bir əməliyyat iki subyektə  toxunduğundan, onlar isə üçdür, belədə Rossi uçotunun əsas prinsipi ikili üçlük adını almışdır. Rossi mühasibat uçotu sahəsində böyük bir tarixçi və hesablamaların şahmat formasının yaradıcısı (uçot qeydlərinin şahmat qaydasında  yerləşdirilməsi) kimi tanınır. Rossi istifadə etdiyi formanın yalnız İngiltərə xəzinədarlıq palatasında tətbiq edilən metodların bərpası olduğunu sübut etməyə çalışırdı, həmin səbəbdən onu normand forması adlandırmışdı.

Çerboninin bütün şagirdləri loqismoqrafik ideyaları inkişaf etdirirdilər – ikili qeydiyyat – bu, abstrakt, süni şəkildə yaradılmış üsul deyil, əks qütblərdə duran maraqların razılaşdırılması – idarəçiliyin əsas ideyasını ifadə edən prinsipdir.

Venetsiya məktəbi. Bu məktəbin banisi uçotda iqtisadi istiqaməti inkişaf etdirən F. Besta (1845-1923-cü il) idi. O, iddia edirdi ki, mühasibat uçotu iqtisadi nəzarət vasitəsi kimi müəyyən fəaliyyətlərlə bağlı olan dəyərlərin hərəkətini öyrənir:

1) rəhbərliyi;

2) idrəetməni;

3) təsərrüfatın agentlərinə nəzarət.

Mühasibat uçotunda ilkin mərhələdə təlimatlar, əsasnamələr, smetalar işlənib hazırlanır, planlı iş aparılır; sonra inventarlaşdırma aparılır, etibarnamələr, mədaxil və məxaric maddi və kassa orderləri rəsmiləşdirilir. Besta hazırkı nəzarətin müəssisənin agentlərinin əks maraqlarını təmin etdiyi təqdirdə uğurla təşkil edildiyini, mühasibat uçotu zamanı maliyyə cəhətdən məsul şəxslərin qarşılıqlı nəzarəti təmin edilməsini vacib sayırdı.

Üçüncü mərhələ, iqtisadi həyatın gerçəkləşdirdiyi faktların qeydləri ilə bütün ənənəvi mühasibatlıqları əhatə edir, kompüter texnologiyaları isə mühasibat metodunun elementi kimi qiymətləndirilir. Mühasibat uçotunun iqtisadi şərhinə uyğun olaraq, Besta qeyd edirdi ki, uçotda təsərrüfat dəyərlərinin kəmiyyət və keyfiyyət strukturu deyil, onların dəyəri öyrənilir. Uçotun obyekti kimi dəyərlərin özü deyil, onların qiymətinin çıxış etdiyini elan edən Besta, o vaxt üçün məşhur olan fond nəzəriyyəsini irəli sürdü. Fond – bu, məssisəyə yatırılmış qiymətin ümumi həcmi idi. Fond ayrı-ayrı elementlərdən təşkil olunur və hər bir element müvafiq hesaba uyğun gəlir.

Bütün hesablar dəyər xarakteri daşıyır və birbaşa və törəmə hesablara bölünür.  Birbaşa hesablar bütün aktivləri və kreditorları daxil edir, törəmə hesablar isə şəxsi vəsaitləri və nəticələri. Birbaşa hesablar birbaşa elementləri əks etdirir və müsbətə (aktiv) və mənfiyə (kreditor) bölünür. Bütün birbaşa və törəmə elementlərdəki dəyişikliklər aktiv və passiv xarakter daşıya bilər.


18-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun