Xaricdə auditin xüsusiyyətləri (III hissə)

posted in: Audit, Xəbər | 0

Xaricdə auditin xüsusiyyətləri (III hissə)

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

dünya auditi, Dünya auditinin təkamülü, Auditorun peşəkar fəaliyyəti, Kənar audit, Daxili Audit, auditorlar palatası,Beynəlxalq auditin nəzəriyyəsi və təcrübəsi rəqabət şəraitində formalaşmışdır. Bu, çoxsaylı tədqiqatlar və həmin materialların ictimai müzakirələri ilə müşayiət olunurdu. Nəticədə, bu ona gətirib çıxardı ki, bu günə qədər möhkəm beynəlxalq hüquqi auditor əsası yaradılmışdır. Auditin təşkili formaları ətraflı işlənib hazırlanmışdır və bu, az əhəmiyyətli deyil. Auditor fəaliyyəti üçün çoxlu sayda metodik materiallar nəşr olunur və daim artırılır.

Qərbdə bütün auditorlar, auditorlar üçün GAAP standartlarına (mühasibat uçotu prinsipləri), eləcə də GAAS (audit standartları) standartlarına riayət etməlidir.

Müxtəlif xarici ölkələrin auditin təşkili ilə bağlı normativ-hüquqi aktlarını müqayisə edərək, sahibkarlıq fəaliyyətinin bu sahəsi ilə bağlı bir çox məsələlər üzrə qərarların qəbulunda müəyyən oxşarlıq aşkar etmək olar. Məsələn, demək olar ki, bütün dövlətlərin normativ-hüquqi aktlarında müəssisənin illik maliyyə hesabatlarının auditinin aparılması zərurəti haqqında əsasnamə var. Hər bir ölkə üçün audit təcrübəsinin həyata keçirilməsinin həllindən ötrü ixtisas tələbləri müəyyən edilib. İngiltərədə, məsələn, bir şəxs səlahiyyətli dövlət katibi tərəfindən tanınan hər hansı bir mühasibat orqanının üzvü deyilsə, auditor olmaq hüququna malik deyil. Xarici ölkələrin auditor fəaliyyətində daha bir oxşarlıq auditorların yoxlanılan müəssisənin bütün iclaslarında iştirak etmək və çıxış etmək hüququdur. Xaricdə auditorların məsuliyyətinə gəldikdə: əcnəbi auditorlar işdə səhlənkarlığa yol verdiklərinə, fəaliyyətin bilərəkdən yalan qiymətləndirilməsinə görə mənəvi və intizam məsuliyyəti ilə yanaşı, maddi və hətta cinayət məsuliyyəti də daşıyırlar.

Xarici auditin daha bir xüsusiyyəti ondan ibarətdir ki, xarici qanunvericilikdə audit növlərinin daha müfəssəl təsnifatı verilir. Məsələn, ABŞ-ın qanunvericilik aktlarında daxili, dövlət auditi, idarəetmə və tənzimləyici orqanların auditi kimi müxtəlif növ auditlərə ayrılır. Daxili audit təşkilatın mənafeyi naminə həyata keçirilən daxili auditorların təşkilatın işinin yoxlanması və qiymətləndirilməsi üzrə müstəqil fəaliyyətini təşkil edir.

Həmçinin, xarici təcrübədə üç növ auditin ayrılması qəbul edilib:

  • Maliyyə
  • Əməliyyat
  • İdarəetmə

Maliyyə auditi (maliyyə hesabatlarının auditi) – maliyyə hesabatlarında əks olunan informasiyanın düzgünlüyünün qiymətləndirilməsidir. Bir qayda olaraq, bu audit auditor təşkilatları tərəfindən aparılır və yoxlamanın nəticələrinə əsasən təşkilatın maliyyə hesabatı ilə bağlı rəy verilir. Forma və məzmununa görə, bu audit növü Rusiya auditinə daha yaxındır.

Əməliyyat auditi təşkilatın ayrı-ayrı fəaliyyət növlərinin səmərəliliyinin qiymətləndirilməsidir. Onun xüsusiyyəti ondan ibarətdir ki, bu audit çərçivəsində yoxlama mühasibat uçotu ilə məhdudlaşmır. O, firmanın təşkilati strukturunun, onun istehsal fəaliyyətinin metodlarının, kredit, investisiya, marketinq siyasətinin öyrənilməsini nəzərdə tutur. Hazırda əməliyyat auditi dövlət sektorunda geniş yayılıb.


IV hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Cərimə ödəmək auditdən azad edirmi? – Mütəxəssis rəyi

posted in: Audit, Xəbər | 0

Cərimə ödəmək auditdən azad edirmi?

Xaricdə auditin xüsusiyyətləri,Maliyyə hesabatı auditinin cari vəziyyətini göstərmək üçün qeyd etmək istərdim ki, bu ilin iyun ayında Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən aparılan araşdırmalar göstərir ki, 2019-cu ilin nəticəsinə görə, ölkə üzrə 46 min 282 məcburi audit subyektlərindən 3745 təsərrüfat subyekti məcburi auditdən keçib ki, bu da 8,09 faiz təşkil edir.

2019-cu il üzrə səhmdar cəmiyyətlərin məcburi auditdən keçmə səviyyəsi 47,8 faiz, məhdud məsuliyyətlərin isə daha az, yəni 3,9 faiz təşkil edib.

Ölkəmizdə audit prosesinin ləng getməsinə səbəb olan maneələri göstərmək üçün öncə bir neçə xüsusi məqamı qeyd etmək istərdim.

21 dekabr 2018-ci ildə AR Nazirlər Kabinetinin 556 nömrəli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilmişdir. Bölgü haqqında aşağıdakı şəkildə tanış ola bilərsiniz.

2019 – cu ildən orta və iri sahibkarlıq subyektləri hər il maliyyə hesabatlarının məcburi auditindən keçmə öhdəliyi daşıyırlar.

Çox təəssüf ki, Mülki Məcəllədə, “Auditor xidməti haqqında” və “Mühasibat uçotu haqqında” AR Qanunlarında və digər hüquqi-normativ xarakterli sənədlərdə məcburi auditin anlayışı və onun məcburiliyi göstərilsə də, əksər təsərrüfat subyektləri bu prosedurun keçirilməsində məsuliyyətsizlik edirlər.

Məcburi auditdən yayınmaya görə sanksiyalar hələ 2011-ci ildə müəyyən olunsa da, həmin dövrlərdə inzibati xəta haqqında protokolu tərtib edən orqan müəyyən edilmədiyindən nəticə olmamışdır.

2017-ci ilin mayında isə qanunu pozanlara qarşı inzibati cərimələrin tətbiqi qaydasının müəyyənləşdirilməsi tamamlandıqdan sonra banklar, sığorta şirkətləri, səhmdar cəmiyyətlərinə münasibətdə protokolları Maliyyə Bazarlarına Nəzarət Palatası, digər kommersiya və qeyri-kommersiya təşkilatlarına münasibətdə isə protokolları Auditorlar Palatası tərtib edir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, maliyyə hesabatlarını məcburi auditdən keçirməyən hüquqi şəxslərə qarşı tərtib olunan protokollar məhkəmədə təsdiqini taparsa, onlar 1500 manatdan 2500 manatadək cərimələnəcək. Şirkətlərin vəzifəli şəxsləri də cərimədən yaxa qurtara bilməyəcək. Onları 300 manatdan 600 manatadək cərimə gözləyir.

Xidmətin inkişaf etdirilməsində maneə və ya ləng inkişafında səbəb sadəcə birdir – məcburi auditdən keçməli olan sahibkarların qanuni tələblər haqqında məlumatsızlığıdır. Biz auditorlar demək olar hər cür vasitə ilə bu işin ciddiliyini sahibkarlara çatdırsaq da, real cərimələnmə olmadığına görə, bir çoxlarında sanki bir rahatlıq var.

Xüsusi ilə qeyd etmək istərdim ki, cərimələr təkcə auditdən yayınmaya görə deyil, həm də vaxtında auditdən keçməməyə görə də tətbiq edilə bilər.

Bildiyimiz kimi illik maliyyə hesabatlarının verilməsi qaydası və forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.05.2010 cu il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi qaydaları” ilə müəyyən edilir və qaydalarda göstərilən müddətlərdə öz maliyyə hesabatlarını auditor rəyi ilə təsdiqlətməyən sahibkarlar da istənilən vaxt cərimələnə bilər.

Vaxtında auditdən keçilmədikdə cərimə məbləği ən aşağı hədd ilə qeyd edilir. Məsələn hüquqi şəxs 1500 azn, vəzifəli şəxs 300 azn.

Sahibkarların səthi yanaşdığı mövzulardan biri də auditdən keçmədikdə, cərimə ödəməklə işin bitməsini düşünmələridir. Belə ki, bəzi sahibkarlar elə düşünür ki, cərimə ödəmək onları icbari auditdən azad edir.

Həqiqətdə isə belə bir şey yoxdur. Çünki məcburi auditdən yayınmaya görə cərimələnən təsərrüfat subyektləri cərimədən sonra cərimələndiyi il üzrə maliyyə hesabatlarının auditini keçirmək məcburiyyətindədir. Bu isə iki qat xərcdir və heç bir sahibkar üçün arzuolunan hal deyil.

Audit prosesini davamlı olaraq gündəmdə saxladığınız üçün minnətdaram.

A-Audit and Consulting şirkətinin direktoru Rüfət Əliyev


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Avropa texnologiya nəhəngi bir gün ərzində 30 milyard avro itirdi

posted in: Xəbər | 0

Proqram təminatının hazırlanması sahəsində Avropanın ən nəhəng şirkəti – SAP – 2020-ci ilin üçüncü rüb üzrə neqativ hesabatının dərcindən sonra bir gün ərzində təxminən 30 milyard avro itirib. Bu haqda Financial Times xəbər verib.

Alman texnologiya nəhənginin səhmlərinin qiyməti bazar ertəsi, oktyabrın 26-da 20 faizdən artıq çökərək, 100 dollardan da aşağı aşağı düşüb. SAP şirkətinin bazar kapitallaşması 147 milyard avrodan 118 milyard avroya kimi azalıb. Bu, 2008-ci il maliyyə böhraından bəri SAP üçün ən acınacaqlı ticarət günü olub.

Şirkət, koronavirusa görə, korporativ müştərilərin 2020-ci ildə proqram təminatına daha az pul sərf etdiyini bəyan edib. SAP cari ilin yekunları üzrə gəlir və mənfəət proqnozunu aşağı salıb və 2023-cü il üçün hədəf göstəricilərindən imtina edib. Şirkət pandemiyadan sonra biznesin bərpasının gözləniləndən daha çox vaxt aparacağını etiraf edib.

Sözügedən sahədə böhranı aradan qaldırmaqdan ötrü şirkət diqqəti tam şəkildə virtual hesablamalara cəmləyəcəyini və Oracle və Salesforce şirkətləri kimi şirkətlərlə rəqabət aparacağını bəyan edib.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sahibkarlıq subyektlərinə müraciət edib

posted in: Xəbər | 0

Sosial Sahibkarların Beynəlxalq Forumu, onlayn satış platforması, Vətəndaşa dəstək, KOBİA, vebinar, maliyyə kompensasiyası, KOBİA, onlayn maarifləndirmə, KOBİA, KOB subyektləri, vergi məcəlləsi, Gənc Sahibkarlar Forumu, sahibkarlar, turizm, vergi güzəştləri, KOBİA, sahibkarlıq, seminar,Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) menecment sahəsində beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinə müraciət edib.

KOBİA-dan bildirilib ki, Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı koronavirus (COVID-19) pandemiyası səbəbindən onlayn formatda davam etdirilir. Proqramın Azərbaycan üzrə əlaqələndiricisi olan KOBİA 2021-ci ildə keçiriləcək “İqtisadi kooperasiya” üzrə virtual ixtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər üçün müsabiqə elan edir. İngilis dilində təşkil olunacaq ixtisasartırma kursunda menecment sahəsində peşəkar təlimçilər tərəfindən iştirakçılar üçün praktiki idarəetmə vərdişlərinin qazanılması məqsədilə treninqlər, alman şirkətləri ilə virtual formatda təcrübə mübadiləsi və işgüzar görüşlər təşkil ediləcək. İxtisasartırma kursunu uğurla başa vuracaq iştirakçılara beynəlxalq sertifikat veriləcək. Proqramda iştirak ödənişsizdir.

Virtual ixtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər müvafiq sənədləri noyabrın 22-dək elektron qaydada KOBİA-ya təqdim etməlidir. İxtisasartırma kursunun iştirakçıları Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) mütəxəssisləri tərəfindən onlayn müsabiqə vasitəsilə seçiləcək. Proqram haqqında, eləcə də ixtisasartırma kursunda iştirak etmək üçün lazımi sənədlər barədə məlumatı KOBİA-nın “www.smb.gov.az” saytından əldə etmək olar: https://bit.ly/389xFlo

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun