Kapital Bank POS-terminal istifadəçilərinə qeyri-bank məhsulları üzrə yeni fürsətlər təqdim edir

posted in: Xəbər | 0

Kapital Bank sahibkarlara dəstək göstərmək, həmçinin iqtisadi subyektlərin bank xidmətləri üzrə xərclərinin azaldılması məqsədi ilə bankın POS-terminal istifadəçilərinə bir sıra güzəşt və fürsətlər təqdim edir. Bunu etməklə Kapital Bank, hər zaman sahibkarları dəstəklədiyini, asan olmayan vəziyyətdə onlara optimal şərtlər təqdim etdiyini və qeyri-bank məhsullarının çeşidini genişləndirdiyini nümayiş etdirir.

Şərtlərə görə, Kapital Bank-ın POS-terminal xidmətindən istifadə edən sahibkarlar üçün bir sıra qeyri-bank məhsullarına endirimlər təqdim olunur. Belə ki, smart kassa, e-commerce üçün sayt və mobil tətbiqlərin yaradılması, daxili sistemlərin idarə edilməsi və smart kassaya inteqrasiyası, məhsulların kuryerlə çatdırılması, sığorta, SMS reklam və şirkət əməkdaşları üçün təlimlərin keçirilməsi kimi xidmətlər, Kapital Bank-la əməkdaşlıq edən sahibkarlara vendorlar tərəfindən xüsusi endirimli tariflərlə həyata keçirilir.

Qeyd edək ki, Kapital Bank-ın çox funksiyalı Smart Kassa və POS-terminallarını əldə etmək istəyənlər 196 Sorğu Mərkəzinə və ya (+99 450) 255 01 96, (+99 451) 206 52 49 qaynar xəttinə müraciət edə bilərlər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bakıda muzdla işləyənlərin orta aylıq əmək haqqı artıb

posted in: Xəbər | 0

Bakıda muzdla işləyənlərin orta aylıq əmək haqqı artıb

әmәkhaqqı, әmәk haqqı, orta aylıq əmək haqqı, təqaüd, Aylıq əmək haqqı, əlavələr, Sosial xidmətlər, Sosial yardımın müddəti, aylıq əmək haqqı, müavinət, vergi,kompensasiya, muzdlu işçilər, muzdlu işçilərin sayı, Kompensasiya məbləği, dəstək proqramı, dəstək proqramı, Əmək haqqı, maaş, Valyuta rejimi, orta aylıq əmək haqqı,

Yanvar-avqust aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 14,1 faiz artaraq 938,4 manat təşkil edib.

Bu barədə Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumatda bildirilir.

Mənbə: azertag.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Nazirlər Kabineti aqrar sığorta qaydalarını açıqlayıb

posted in: Xəbər | 0

xüsusi karantin rejimi, Sığortaolunanların fərdi uçotu, Sığortaolunanların fərdi uçotunun aparılması, uyğunluq nişanı, Uyğunluq sertifikatı, Uyğunluq sertifikatının forması, kassa əməliyyatları, Nağd pul vəsaitinin uçotu, Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiNazirlər Kabineti 431 nömrəli Qərarını izah edib. Nazirlər Kabinetindən verilən məlumata görə, “Aqrar sığorta Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 809 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə qəbul olunub.

Qərarla təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”na əsasən, kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası üzrə buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıq, kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar, akvakultura məhsulu kimi balıqlar, o cümlədən mayalanmış kürülər, sürfələr və körpə balıqlar aqrar sığorta predmeti hesab olunur.

Qaydaların tətbiqi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının bu sahədə üzləşdikləri risklərin azaldılması, onlara dəymiş zərərin və itkilərinin aradan qaldırılması, aqrar sektorun investisiya cəlbediciliyinin yüksəldilməsi, kənd təsərrüfatı sahəsində sabit biznes mühitinin yaradılması, aqrar sahədə sığortanın inkişaf etdirilməsi, o cümlədən bu sahə üzrə dövlət dəstəyi mexanizminin praktiki cəhətdən tənzimlənməsi təmin ediləcək.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin illik dövriyyəsi 200.000 manatdan artıq olduqda sadələşdirilmiş vergi ödəyicisi hüququnu saxlaya bilərmi?

posted in: Vergi, Xəbər | 0

İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin illik dövriyyəsi 200.000 manatdan artıq olduqda sadələşdirilmiş vergi ödəyicisi hüququnu saxlaya bilərmi?

Vergi ödəyicisinin sualına cavab olaraq Vergilər Nazirliyindən bildirilib ki, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan və yeganə fəaliyyəti ictimai iaşə olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək üçün “İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etməsi haqqında məlumat forması” ilə vergi orqanına müraciət edə bilərlər. Bu halda, yeganə fəaliyyəti ictimai iaşə olan şəxslər bu fəaliyyət üzrə sadələşdirilmiş vergini 8 faiz dərəcə ilə hesablayırlar.

İctimai iaşə fəaliyyəti dedikdə, fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti başa düşülür.

Şərtlərə cavab verməyən (fəaliyyəti yalnız ictimai iaşə olmayan) və müvafiq Məlumat formasını təqdim etməyən vergi ödəyiciləri isə ƏDV qeydiyyatına durmaq öhdəliyi yarandığı dövrdən etibarən müvafiq ərizə ilə vergi orqanına müraciət edərək ƏDV ödəyicisi kimi ƏDV bəyannaməsini təqdim etməlidirlər.

Qeyd olunanlar, habelə vergi orqanına edilmiş müraciət barədə daha ətraflı məlumat üçün aidiyyəti üzrə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Mənbə: vergiler.az


Bax: 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun