Zəururi qayda və tələblərə əməl etməyən sahibkarlıq subyektləri barədə tədbirlər görülüb

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi, vergi ödəyicisi, sahibkarlıq subyekti, tələb, qayda, tələblər, sahibkarlıq subyekti, sahibkarlıq subyektləri, sahibkarlıq subyekti, Sahibkarlıq subyektləri, Dövlət vəsaitləri, ixrac, kadr təyinatları, iqtisadiyyat Nazirliyi, Maliyyə dəstəyi,İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə oktyabrın 20-də keçirdiyi monitorinqlər zamanı Nərimanov rayonunda “Lux brand butik” pərakəndə ticarət obyektində, Xalid Həsənova, Rəşadət Qarayevə məxsus tikinti materialları mağazalarında, Xəzər rayonunda “Dalğa inşaat” mağazasında, Xətai rayonunda “Al market”də, “İran nemətləri” mağazasında,

“Oba market”də, Nəsimi rayonunda “Neptun market”də, “Spar market”də, “Şeyla market”də, Yasamal rayonunda “Meyxoş şərab evi”ndə, Tural Vəliyevə məxsus “Ordubad quru meyvələri mağazası”nda, Binəqədi rayonunda “Padişah un məmulatları” pərakəndə ticarət obyektində, Telman Məmmədova məxsus şirniyyat mağazasında, Qaradağ rayonunda Rahib Əliyevə məxsus ərzaq mağazasında, Səbail rayonunda “Winnies Flowers” ticarət obyektində, Suraxanı rayonunda Taleh Kərimova, Arzuman Hüseynliyə məxsus mağazalarda, Sabunçu rayonunda “Mağaza ŞM”də, Balaş İbrahimova, Əlikram Məmmədova məxsus pərakəndə ticarət obyektlərində, Nizami rayonunda “Cəliloğlu” MMC-yə məxsus avtomobil ehtiyat hissələri mağazasında,

Seymur Mehdiyevə məxsus telefon mağazasında, Sumqayıt şəhərində “Baba market”də, Minarə Abdullayevaya məxsus mağazada, Abşeron rayonunda Nəsimi Mansurova, Elvin Zeynalova, Rauf İsmayılova məxsus pərakəndə ticarət obyektlərində, Sabirabad rayonunda Rüfət Əlicanova, Bəylər Heydərova məxsus mağazalarda, Cəlilabad rayonunda Tacəddin Quluzadəyə məxsus “Şərq şirniyyatı sexi”ndə, Loğman Aslanova məxsus baytarlıq aptekində, Lənkəran rayonunda “Mağaza Ukrayna”da, Adil Mehrəliyevə məxsus pərakəndə ticarət obyektində, Şəki rayonunda “Hacı pərakəndə ticarət mağazası”nda,

“Marxal baytarlıq apteki”ndə, “Elçin pərakəndə ticarət mağazası”nda, Şəmkir rayonunda Qalib Məhərrəmova məxsus pərakəndə ticarət obyektində, Fazil Abbasova məxsus qarışıq mallar mağazasında, Quba rayonunda Miryaqub Rzayevə, Camaləddin Bahaddinova, Yalçın Aslanova məxsus mağazalarda, ümumilikdə, 71 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sığorta haqqının ümumi məbləğinin hesablanması Qaydası təsdiq edilib

posted in: Xəbər | 0

Layihələrin maliyyələşdirilməsi qaydası, Rayonlara gediş-gəliş, Layihələrin maliyyələşdirilməsi,“Sığorta haqqının ümumi məbləğinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanının 1.3.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə AzərbaycanRespublikasının Nazirlər Kabineti qərara alır:

“Sığorta haqqının ümumi məbləğinin hesablanması Qaydası” təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 21 oktyabr 2020-ci il
№ 405

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 21 oktyabr
tarixli 405 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Sığorta haqqının ümumi məbləğinin hesablanması
QAYDASI
1. Ümumi müddəa
1.1. Bu Qayda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 15-11.9-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və Qanunun 15-10.1.1-ci maddəsinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sığorta haqqının (bundan sonra – sığorta haqqı) ümumi məbləğinin hesablanması qaydasını müəyyən edir.
2. Sığorta haqqının ümumi məbləğinin hesablanması

2.1. Sığorta haqqının ümumi məbləği Qanunun 15-2.1-ci maddəsinə uyğun olaraq sığortaolunan hesab edilən Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında qaçqın statusu almış, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı, habelə Qanunun 15-2.3-cü maddəsinə əsasən Qanunun şamil edilmədiyi müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların, həbs edilmiş şəxslərin, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərin (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) sayına uyğun hesablanır.

2.2. Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərin sayına dair statistik məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (bundan sonra – Agentlik) müvafiq informasiya sisteminə ötürülür, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dair məlumatlar isə Agentlik tərəfindən BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyindən əldə edilir.

2.3. Qanunun 15-2.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərdən Qanunun 15-2.3-cü maddəsinə əsasən Qanunun şamil edilmədiyi müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların, həbs edilmiş şəxslərin, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərin (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) sayına dair statistik məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Agentliyin müvafiq informasiya sisteminə ötürülür.

2.4. Bu Qaydanın 2.2-ci və 2.3-cü bəndlərinə uyğun olaraq əldə edilən statistik məlumatlar hər rübün sonunda 5 (beş) iş günü müddətindən gec olmayaraq, Agentlik tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

2.5. Sığorta haqqının ümumi məbləği bu Qaydanın 2.2-ci bəndində göstərilən şəxslərin sayından bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərin sayı çıxıldıqdan sonra, Qanunun 15-10.1.1-ci maddəsində qeyd olunmuş məbləğə vurulmaqla hesablanır.

2.6. Qanunun 15-10.2-ci maddəsinə əsasən Qanunun 15-10.1.1-ci maddəsində müəyyən olunmuş sığorta haqları 2021-ci il yanvarın 1-dən etibarən ildə bir dəfə ölkə üzrə istehlak qiymətləri indeksinin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir.

Mənbə: nk.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qeyri-iş günü baş verən sığorta hadisələri üzrə xidmətlər ilk iş günü necə tənzimlənməlidir?

posted in: Xəbər | 0

işsizlikdən sığorta, işçilər Sığorta şirkətləri, yemək pulu, işsizlikdən sığorta,Hansı öhdəliklər sığortaçılar tərəfindən qeyri-iş günləri bitən kimi icra olunmalıdır?

  • Sığortaçıya hadisə barədə şifahi məlumat verildikdən sonra 3 iş günü müddətində zərərçəkmişə hadisə barədə yazılı sığorta tələbinin forması göndərilməlidir. Qeyd edək ki, hadisə günü sığorta şirkəti ilə əlaqə saxlansa da, məlumat vermək mümkün olmazsa, səlahiyyətli dövlət orqanına məlumat vermək mütləqdir. Hadisə qeydə alındıqdan sonra bir daha sığorta şirkəti ilə əlaqə saxlanması məqsədəuyğundur.
  • Hadisə barədə məlumat aldıqdan sonra 7 iş günü müddətində əmlaka dəymiş zərəri qiymətləndirməlidir. Qiymətləndirmə şəkil, video, sxem və digər üsullarla aparıla bilər.
  • Hadisə barədə təsdiqedici sənədlərin alınması üçün səlahiyyətli dövlət orqanlarına 3 iş günü müddətində sorğu göndərməlidir.
  • Qanunvericiliklə müəyyən edilmiş bütün sənədlər təqdim edilibsə, 7 iş günü müddətində sığorta ödənişini verməlidir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Muzdla çalışan işçilәrin orta aylıq әmәkhaqqı artıb

posted in: Xəbər | 0

әmәk haqqı, orta aylıq əmək haqqı, təqaüd, Aylıq əmək haqqı, əlavələr, Sosial xidmətlər, Sosial yardımın müddəti, aylıq əmək haqqı, müavinət, vergi,kompensasiya, muzdlu işçilər, muzdlu işçilərin sayı, Kompensasiya məbləği, dəstək proqramı, dəstək proqramı, Əmək haqqı, maaş, Valyuta rejimi, orta aylıq əmək haqqı,Bu ilin yanvar-avqust aylarında ölkә iqtisadiyyatında muzdla çalışan işçilәrin orta aylıq nominal әmәkhaqqı 2019-cu ilin müvafiq dövrünә nisbәtәn 20,5 faiz artaraq 710,2 manat tәşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əmәkhaqqı neft-qaz sektorunda 3443,8 manat, qeyri neft-qaz sektorunda 650,9 manat olub. Dövlәt müәssisәlәrindә çalışan işçilәrin әmәkhaqları 625,4 manat, özәl müәssisәlәrdә isә 817,9 manatdır. Mәdәnçıxarma sәnayesindә, maliyyә vә sığorta fәaliyyәti, peşә, elmi vә texniki fәaliyyәt, informasiya vә rabitә, elәcә dә nәqliyyat vә anbar tәsәrrüfatı sahәlәrindә orta aylıq nominal әmәkhaqqı ölkә üzrә orta göstәricidәn yüksәk olub.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun