İşçilərin yemək xərclərinin təmin olunması məqsədilə ödənilən ƏDV məbləği əvəzləşdirilmədiyindən gəlirdən çıxılan xərclərə aid edilir?

posted in: Vergi, Xəbər | 0

ödənilmiş ƏDV-nin məbləği, ƏDV-dən azad, ƏDV-nin qaytarılması, Əvəzləşdirilən ƏDV, ƏDV hesablanması, Əvəzləşdirilməyən ƏDV EDVSual: ƏDV qeydiyyatında olan hər hansı bir restoran və ya yeməkxana başqa şirkətin işçi heyətinə yeməkxana xidməti göstərir. Bu halda xidmət göstərən təşkilat yazdığı e-qaimədə göstərilən ƏDV, xidməti qəbul edən təşkilatda necə əksini tapmalıdır? Yeməkxana xidmətləri zamanı xidmətin ƏDV məbləği əvəzləşmədiyi üçün xərcə salınmalıdırmı?

Cavab: Bildiririk ki, sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakter daşıyan vergi ödəyicisinin bu cür fəaliyyət çərçivəsində çəkilən əyləncə və sosial xərcləri istisna olmaqla əyləncə və yemək xərclərinin gəlirdən çıxılmasına yol verilmir. Həmçinin, işçilərin yemək xərclərinin təmin olunması məqsədilə ödənilən ƏDV məbləğinin əvəzləşdirilməsinə və gəlirdən çıxılan xərclərə aid edilməsinə yol verilmir. Qeyd olunan xərclər müəssisənin sərbəst mənfəəti hesabına maliyyələşdirilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109.3-cü və 175.3-cü maddələri.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İsveçrə barədə 25 maraqlı fakt (I hissə)

posted in: Xəbər | 0

İsveçrə barədə 25 maraqlı fakt (I hissə)

İsveçrəDeyirlər ki, İsveçrədə bankların sayı diş həkimlərinin sayından çoxdur və dünyadakı bütün bahalı saatların yarısı bu ölkədə istehsal olunub.

  • İsveçrə həm də Confoederatio Helvetica kimi məşhurdur ki, bu da onun CH kimi qısaldılmış formasıdır. Rəsmi adı İsveçrə Konfederasiyasıdır – Bu, tarixi ənənədir, müasir İsveçrə isə 26 kantondan ibarət federativ respublikadır.
  • Dünyada kvadrat formasında dövlət bayrağına yalnız İsveçrə və Vatikan dövlətləri malikdir.
  • İsveçrə təkbaşına idarə olunmur. Ölkədə yeddi nəfər üzvü olan icra şurası fəaliyyət göstərir ki, o da kollektiv dövlət başçısı hesab olunur. Şura üzvlərindən bir il müddətinə prezident seçilir, hansı ki, ona primus inter pares – bərabər olanlar arasında birinci şəxs olaraq baxılır.
  • İsveçrə vətəndaşları parlament tərəfindən qəbul edilən istənilən qanuna etiraz edə bilərlər. Bundan ötrü 100 gün ərzində 5 min imza toplamaq lazım gəlir. Bu şərt yerinə yetirildiyi halda seçicilərin mübahisəli qanuna sadə səs çoxluğu ilə qərar verdikləri ümumxalq səsverməsi keçirilir.
  • İsveçrədə dörd rəsmi dil mövcuddur: fransız, alman, italyan və retroroman (latın köklü). Ölkə əhalisinin təxminən 60% ingilis dilini bilir.
  • İsveçrəlilər uzunömürlüdürlər. ÜST-ün məlumatına görə, 2015-ci ildə ölkədə orta ömür həddi kişilər üçün 81,3 il və qadınlar üçün 85,3 yaş təşkil edir. Bu rəqəmlər İsvçrəni orta ömür müddətinə görə Yaponiyadan sonra ikinci yerə çıxarıb.
  • İsveçrə doğulmaq, yaşama və xoşbəxt olmaq üçün dünyanın ən yaxşı yerlərindən biridir. Ölkə bütövlükdə və onun şəhərləri müxtəlif qlobal həyat keyfiyyəti reytinqlərində ən yaxşı yerləri tutur.
  • Ölkədə hündürlüyü 3 min metrdən yüksək olan 3 mindən çox dağ vardır ki, onların 24-ü 4 min metrdən ucadır. Ən yüksək (4634 m) Monte Roza dağı İsveçrə ilə İtalya sərhədi arasında yerləşir.
  • İsveçrədə 1500 göl var, onlardan ən böyüyü Cenevrə gölüdür. Şayiələrə görə, onun dibində 40-dan çox batmış gəmi var.
  • Liberal silah qanunlarına baxmayaraq, İsveçrə İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələri (OECD) arasında ən aşağı cinayət nisbətinə sahibdir. Small Arms Survey hesablamalarına görə, İsveçrənin hər 100 sakininə təxminən 45,7 odlu silah aid olduğu məlum olub. Bu ABŞ (88,8) və Yəməndən (54,8) sonra üçüncü göstəricidir.
  • Orduda xidmət isveçrəli kişilərdən ötrü əvvəlki vaxtlarda olduğu kimi yenə də məcburidir. İsveçrə Avstriya ilə birlikdə bu normanın gözlənildiyi ən sonuncu Qərb ölkələrindəndir. Konstitusiyaya görə, 18 yaşına çatan kişi cinsindən olan vətəndaşlar orduda xidmət etməlidirlər, qadınlar üçün isə orduda xidmət könüllüdür. Qanun, xidmət bitdikdən sonra orduda alınan silahları (adətən yarıavtomatik tüfəng) şəxsi istifadədə saxlamağa icazə verilir. Bu, ölkədəki silah sahibliyinin yüksək səviyyəsini qismən izah edir.
  • İsveçrəyə gedən əsas yollar xarici işğal hallarından müdafiə olunur. Hücum hallarında bütün ölkəyə aparan əsas yollar, körpülər və dəmiryolları məhv ediləcək. Ən azından bütün ölkə üzrə 3000 belə yer verilən əmrlə bir anda partladılacaq.

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Müasir dünyada effektiv mühasibin top 5 bacarığı

posted in: Mühasib, Məqalə, Xəbər | 0

Sürətli dəyişikliklər və texniki tərəqqi ilə müşayiət olunan müasir zaman istənilən peşəkar fəaliyyətdə uğur qazanmaq üçün ən azı iki başlıca komponenti tələb edir: keyfiyyətli təhsil və təcrübə. Mühasib peşəsi də bu baxımdan istisna təşkil etmir. Lakin çox vaxt məlum olur ki, bunlar da kifayət etmir. Hazırda mühasiblərin çalışdıqları şərait keçmişdəki vəziyyətdən çox fərqlidir. Dünya dəyişir. Beləliklə, müasir mühasib hansı bacarıqlara malik olmalıdır?

  • Dəyişikliklərə sürətli uyğunlaşmaq bacarığı

Ali məktəbdə qazanılmış bilik yüksək maaşlı iş almaq üçün o qədər də yetərli deyil. Bugünkü əmək bazarının diktə etdiyi şəraitdə, hətta praktik mühasiblərdən ötrü özlərini peşəkar formada saxlamaq çox vacibdir. O səbəbdən, daim ixtisası təkmilləşdirmək mühüm əhəmiyyət kəsb edir. Belə şəraitdə uğurlu fəaliyyətin əsas elementi dəyişiklikləri izləmək bacarığıdır. Mühasibə daim öyrənmək və peşəkar bacarıqların sərhədlərini genişləndirmək lazımdır.

  • Qeyri-standart problemlər və məsələlərin unikal həll yollarını tapmaq bacarığı
Mühasiblər öz sahələrində baş verən dəyişiklikləri izləməli və ixtisaslarını artırmağa çalışmalıdırlar. Məhz, buna görə də, onlar ən müxtəlif  həll variantlarını hazırlamağa imkan verəcək aktual biliklərə və səriştələrə malik olmalıdırlar. Mühasibat uçotu bacarıqlarına malik olmaq kifayət deyil – müasir mühasib maliyyə hesabatını “oxumağı”  bacarmalı və müəssisənin iqtisadiyyatının və onun fəaliyyəti ilə bağlı proseslərin kompleks baxışına malik olmalıdır.
  • Ekspertizanın yüksəldilməsi və peşəkar üfüqlərin genişləndirilməsi

Mühasibatlıq elə bir fəaliyyət sahəsidir ki, orada daim müxtəlif dəyişikliklər baş verir: qanunvericilik, vergi xüsusiyyətləri, hesabat formaları, istifadə olunan proqram və s. Öz sahəsində peşəkarlığı qoruyub saxlamaq üçün daim bu dəyişiklikləri izləmək və onlara müvafiq olmaq lazımdır. Mühasibdən ötrü daim öz biliklərini dərinləşdirmək, öz peşəsi sahəsində cari tendensiyaları izləmək və ixtisasını təkmilləşdirmək bir zərurətdir.

  • Yeni bacarıq və istiqamətləri inkişaf etdirmək və mənimsəmək bacarığı

Yeni işə başlayan mühasiblərin daim biliklərinin artırılması, stajlı mütəxəssislərin isə öz ixtisaslarını təkmilləşdirmələri üçün bir neçə səbəb vardır: bu daim dəyişikliyə uğrayan qanunvericilik, həm şirkətlərin böyüməsi, genişlənməsi və standartlara və tələblərə uyğun gəlməklə bağlı zərurətlərdir.

Həm də hesab edilir ki, peşəkarlar işdə səhvlərə daha az yol verirlər. Mütəxəssis ixtisasını artırmaqla öz peşəkarlığını təsdiq, inkişaf etdirmək və əmək bazarında daha çox tələb olunan bir mütəxəssis olmaq arzusunu ortalığa qoyur.

  • Öz peşəkar inkişafının və ixtisasın yüksəldilməsinin təsdiqi

Beynəlxalq diplom bütün dünyada həm işəgötürənlər, həm də işaxtaranlar üçün aydın olan peşəkarlığın fərqləndirici bir nişanıdır. Belə bir diplomun olması, yüksək ixtisaslı mütəxəssislər axtaran şirkətlər üçün, habelə məzun olmuş işaxtaranlardan ötrü maraqlı yüksək maaşlı iş axtarışlarında əhəmiyyətli bir rahatlıqdır. Diplomun olması mütəxəssisin yüksək peşəkar səviyyəsini təmin etməyə, mühasibə böyük tələbatı tənzimləməyə, prestij və yüksək əmək haqqı səviyyəsini təmin etməyə imkan verir. Bu günkü əmək bazarının reallıqlarında mütəxəssislərin rəqabət qabiliyyətliliyini təmin etmək üçün sadəcə peşəkarlığın qayğısına qalmaq, mühasibat və vergi uçotu sahəsində bütün yeniliklərlə və tendensiyalarla maraqlanmaq lazımdır.

Bəzən məlum olur ki, mühasib artıq 10 ildir müəyyən bir sahə üzrə işləri aparır. Amma müəssisədə mühasibat uçotunun kompleks təsvirindən heç bir anlayışı yoxdur. Yaxud elə olur ki, istehsal müəssisəsinin uçotunu aparan mühasib ticarətlə məşğul olan müəssisəyə işləməyə keçir və tanımadığı bir sahəyə düşür. Bax, o zaman çətinliklər ortaya çıxır.

Bu gün peşəkar mühasib bacarıqlarını əldə etmək üçün ali təhsil almaq heç də bir zərurət deyildir. Bir çox hallarda ambisiyalı və məsuliyyətli insanlar profil kurslarında oxumaqla istənilən vəzifəni problemsiz alırlar. Təcrübə keçən mühasibdən ötrü isə bu sahədə daim baş verən dəyişiklikləri izləmək və öz ixtisaslarını yüksəltməyə səy göstərmək kifayət edir. Elə kurslar da vardır ki, həm təcrübəli mühasiblərə, həm də təcrübə keçənlər üçün uyğun gəlir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi bəyannamələri təkmilləşdirilir

posted in: Xəbər | 0

Vergi bəyannamələri təkmilləşdirilir

icarə müqaviləsi, Obyekt kodu, İcarə müqaviləsi, sərəncam, sahibkar, onlayn növbə, Könüllü vergi ödəyicisi, Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mütərəqqi dəyişikliklərin aparılması, səmərəliliyin artırılması, bəyannamə (hesabat) formalarının təkmilləşdirilməsi və sadələşdirilməsi prosesini davam etdirir.

Bəyannamə (hesabat) formaları ilə praktiki işləyən vergi ödəyicilərinin də fikirlərinin və təkliflərinin öyrənilməsi məqsədilə Dövlət Vergi Xidmətinin rəsmi saytında “Bəyannamə formalarına dair təkliflərin verilməsi” adlı bölmə yaradılıb (https://www.taxes.gov.az/az/page/beyanname-formalarina-dair-tekliflerin-verilmesi). Vergi ödəyiciləri bütün növ vergi bəyannamələrinin formaları və məzmunları ilə bağlı təkliflərini həmin bölmə vasitəsilə Dövlət Vergi Xidmətinə göndərə bilərlər.

Bəyannamə formalarının təkmilləşdirilməsi və vergi ödəyiciləri üçün daha rahat və səmərəli bir formaya gətirilməsi üçün bütün təkliflər bu məqsədlə yaradılmış müvafiq işçi qrupu tərəfindən diqqətlə öyrəniləcək və təhlil ediləcəkdir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun