Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar layihələrin maliyyələşdirilməsi qaydası müəyyənləşib

posted in: Xəbər | 0

Rayonlara gediş-gəlişNazirlər Kabineti “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”nı təsdiq edib.

Bu Qayda Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat  və dəstək layihələrinin maliyyələşdirilməsi, habelə maliyyələşdirmənin həyata keçirilməsi üzrə müsabiqələrin təşkili və keçirilməsi qaydasını müəyyən edir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar layihələrin maliyyələşdirilməsini “Qrant haqqında” qanuna və bu Qaydaya uyğun olaraq həyata keçirir. Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar layihələrin maliyyələşdirilməsi Agentlik tərəfindən keçirilən müsabiqələr yolu ilə müəyyən edilir.
Müsabiqələr aşağıda qeyd olunmuş sahələr üzrə həyata keçirilir:

– təhsil layihələri;

– elm layihələri;

– tədqiqat layihələri;

– dəstək layihələri.

Müsabiqənin keçirilməsi barədə elan və onun nəticələri haqqında məlumatlar Agentliyin rəsmi internet saytında yerləşdirilir və bu barədə kütləvi informasiya vasitələri ilə ictimaiyyətə məlumat verilir.  Bu Qayda ilə müəyyən olunmuş məqsədlər üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (KOB subyektləri) aid olan istənilən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müsabiqədə iştirak etmək hüququna malikdir. Hər bir şəxs hər müsabiqə çərçivəsində yalnız 1  layihə təqdim etmək hüququna malikdir. Müsabiqəyə  təqdim  olunmuş  layihələrin  icra  müddəti 3 aydan az, 12  aydan çox olmamalıdır. Hər bir layihə üzrə maliyyələşdirilmə məbləğinin dəyəri  20 min manatdan çox olmamalıdır. Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz. Layihələrə ayrılmış maliyyə vəsaiti Azərbaycan manatı ilə nağdsız qaydada ödənilir.

Agentliyə təqdim edilmiş və maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş layihələr üzrə ödənişlər 2 mərhələdə həyata keçirilir. Müqavilə bağlanıldıqdan sonra vəsaitin 70 faizi, layihənin tam icrası ilə bağlı yekun hesabat təqdim edildikdən sonra isə vəsaitin qalan 30  faizi layihəni təqdim edən şəxsin  müvafiq bank hesabına köçürülür. Yerinə yetirilmiş layihə üzrə yekun hesabat layihə rəhbəri tərəfindən baxılması üçün Agentliyə təqdim olunur. Agentlik layihə üzrə yekun hesabatı qiymətləndirmək məqsədilə hesabatı ekspert komissiyasına göndərmək hüququna malikdir.

İlkin, aralıq və yekun hesabatların təhlili nəticəsində layihənin bu Qayda ilə müəyyən edilmiş  göstəricilərə uyğun gəlmədiyi müəyyən edildikdə, Agentliyin əsaslandırılmış qərarına əsasən layihənin maliyyələşdirilməsi dayandırılır və bu Qaydada nəzərdə tutulmuş tədbirlər həyata keçirilir. Layihə üçün ayrılmış vəsait tam istifadə edilmədikdə, qalıq məbləğ və ya təyinatı üzrə xərclənmədiyi aşkar edildikdə, tam məbləğ Agentliyin hesabına qaytarılır. Agentlik bu hallarla əlaqədar məbləğin qalıq və ya tam hissəsinin ödənilməsi məqsədilə müraciət edən şəxsə tələb məktubu göndərir. Müraciət edən şəxs tərəfindən tələb məktubu icra edilmədikdə və qalıq və ya tam məbləğin qaytarılmasından imtina edildikdə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Layihə üçün ayrılmış vəsait tam xərclənmədikdə, qalıq məbləğ layihənin icra müddəti bitdikdən sonra Agentliyin hesabına qaytarılır.

Agentlik tərəfindən layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edildiyi təqdirdə, layihənin maliyyələşdirilməsi aşağıda göstərilən maliyyə mənbələri hesabına həyata keçirilir:

– Agentliyə dövlət büdcəsindən ayrılmış vəsaitlər;

– Agentliyin fəaliyyəti nəticəsində əldə etdiyi sərbəst vəsaitlər;

– beynəlxalq təşkilatların verdikləri kreditlər, qrantlar, texniki və maliyyə yardımları;

– sahibkarlıq subyektlərinin bu məqsədlər üçün ayırdıqları vəsaitlər;

– xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası” təsdiqlənib

posted in: Xəbər | 0

Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiNazirlər Kabinetinin Qərarı ilə “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası” təsdiq olunub.

Bu qayda vergiödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılmasını tənzimləyir. Qayda Azərbaycan Respublikasının Mərkəzi Bankına, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlara və kredit təşkilatlarına şamil edilmir.

Bank hesabından çıxarılan pul vəsaitinin təyinatı nağd pulun alınmasında istifadə edilən çek kitabçasında, habelə bankın məxaric orderində göstərilən təyinatlar (mal və xidmətlərin alınması üçün, əməkhaqqı və ona bərabər tutulan ödənişlər üçün və digər) üzrə müəyyən edilir. Vergi ödəyicilərinin bank hesablarından çıxardıqları və digər mənbələrdən aldıqları nağd pul vəsaitləri bu qayda ilə müəyyən edilmiş qaydada kassaya mədaxil edildikdən sonra kassa məxaric orderində təyinatı göstərilməklə məxaric olunur.

Vergi ödəyicisinin kassasına nağd pul vəsaitləri malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əldə edilən pul vəsaitlərindən, bank hesablarından məxaric edilmiş pul vəsaitlərindən, təsisçidən və digər şəxslərdən alınmış borclardan, verilmiş borcların (o cümlədən, təhtəlhesab şəxslərə verilmiş vəsaitlərin) qaytarılmasından, malların (işlərin, xidmətlərin) təqdim edilməsinə görə alınmış avanslardan, məhkəmə qərarları əsasında həyata keçirilmiş ödənişlərdən, işçi heyətinə artıq ödənilmiş pul vəsaitlərinin qaytarılmasından və sair mənbələrdən mədaxil edilir. Qeyd olunan pul vəsaitlərinə görə tərtib edilən kassa mədaxil orderində pul vəsaitlərinin təyinatı göstərilir.
Pul vəsaiti vergi ödəyicisinin səlahiyyət verdiyi şəxs və ya fərdi sahibkarın özü tərəfindən bank hesabından nağd qaydada çıxarıldığı halda, pul vəsaitləri həmin gün ərzində vergi ödəyicisi tərəfindən kassa mədaxil orderi tərtib olunmaqla kassaya mədaxil edilir.

Kassa mədaxil orderində əks etdirilən bank hesabından nağd çıxarılmış pul vəsaitinin məbləği pulun alınmasında istifadə edilən çekin kötüyündə və bank hesabının çıxarışında göstərilən məbləğlə uyğun olmalıdır. Kassadan pul vəsaitləri məxaric edilərkən, pul vəsaitlərini alan şəxs kassa məxaric orderini imzalamaqla yanaşı, həmin məbləğin alınması barədə orderdə qeyd aparır. Kassa məxaric orderinə əlavə edilən ödəniş sənədləri müvafiq olaraq vergi ödəyicisinin rəhbəri, fərdi sahibkar, baş mühasib və ya onların səlahiyyətli nümayəndələri, habelə xəzinədar (və ya bu vəzifə həvalə olunmuş şəxs) və pulu alan şəxslər tərəfindən imzalanır. Vergi ödəyicisinin kassasından təhtəlhesab şəxslərə nağd pul (avans) 5 iş günündən çox olmayan (ezamiyyə xərcləri istisna olmaqla) müddətə verilir.
Təqvim ayı ərzində təhtəlhesab şəxslərə verilən pul vəsaitlərinin ümumi məbləği “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilən hədlərlə məhdudlaşdırılır (həmin Qanunun 3.5-ci maddəsində göstərilən malların alışı, habelə vergilərin, gömrük rüsumlarının, yığımların ödənilməsi və bank hesabına pul vəsaitinin mədaxil olunması üçün təhtəlhesab şəxslərə verilən pul vəsaitlərinin ümumi məbləği istisna olmaqla). Təhtəlhesab şəxslər tərəfindən alınmış avanslara görə məxaric sənədlərində göstərilən müddət ərzində, lakin 5 iş günündən gec olmayaraq və ya həmin müddətin sonuncu günü onların xərclənməsi barədə mühasibatlığa avans hesabatı təqdim edilir. Təhtəlhesab şəxsə verilmiş pul vəsaitlərinin müddət gözlənilmədən qaytarılması tələb edilə bilər. Pul vəsaitinin müddət gözlənilmədən qaytarılması tələb edilmədiyi halda, məxaric sənədində göstərilən müddətin sonuncu günündə pul qalığı kassaya qaytarılır.

Təhtəlhesab şəxsin avans hesabatına pul vəsaitinin xərclənən hissəsi üçün malların alışını (işlərin və ya xidmətlərin qəbulunu) və pul vəsaitlərinin ödənişini təsdiq edən elektron qaiməfaktura, qəbzlər, alış aktları, elektron alış aktları, təhvil-qəbul aktları və digər təsdiqedici sənədlər əlavə edilir. Ezam olunan şəxslərə verilən və xərclənməyən nağd pul ezamiyyət müddəti başa çatdıqdan sonra ən geci 3 iş günü ərzində avans hesabatı təqdim edilməklə, vergi ödəyicisinin kassasına qaytarılır. Fərdi sahibkar bank hesabından nağd qaydada çıxarılan pul vəsaitini şəxsi məqsədlər üçün istifadə etmək niyyətindədirsə, əvvəlcə həmin pul vəsaiti sahibkarın kassasına mədaxil edilir və pul vəsaitlərinin təsərrüfat əməliyyatlarından kənar fəaliyyəti üçün götürülməsi ilə bağlı kassa məxaric orderi tərtib edilir. Vergi ödəyicisinin bank hesablarındakı pul vəsaitləri onun sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə, kassadan pul vəsaitinin məxarici Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 964-cü maddəsinin tələbləri və həmin Məcəllənin 965-ci maddəsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi nəzərə alınmaqla həyata keçirilir.

Kassa əməliyyatları üzrə tərtib olunmuş bütün mədaxil və məxaric sənədlərində vergi ödəyicisinin rəhbəri və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri, xəzinədarı, habelə nağd pul alan və ya nağd pul verən şəxslər imza edirlər. Kassaya nağd pul vəsaitləri vergi ödəyicisinin və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onun səlahiyyətli nümayəndəsi, habelə xəzinədarı tərəfindən imzalanmış ciddi hesabat blankı olan kassa mədaxil orderi vasitəsilə mədaxil edilir və pulu kassaya verən şəxsə xəzinədar tərəfindən möhürlə təsdiqlənmiş kassa mədaxil orderinin qəbzi verilir.
Kassa mədaxil orderinə onu tərtib etmək üçün əsas olan sənədlər əlavə olunur. Kassadan nağd pul vəsaitləri vergi ödəyicisinin rəhbəri və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri, habelə xəzinədarı və pulu qəbul edən şəxs tərəfindən imzalanmış kassa məxaric orderi və ona əlavə edilmiş sənədlər əsasında verilir. Kassa məxaric orderi vergi ödəyicisinin və ya onun müvafiq struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri, habelə xəzinədarı və pulu qəbul edən şəxslər tərəfindən imzalanır. Kassadan bir neçə sənəd əsasında ödənişlər aparılarkən, bu sənədlərin ümumi yekunu üzrə bir kassa məxaric orderi tərtib edilir. Kassa məxaric orderi ilə vergi ödəyicisinin işçisi olmayan şəxslərə fərdi qaydada pul vəsaiti verildikdə, kassa məxaric orderinin “Sənəd” rekvizitində pul alanın şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, verildiyi yer və tarix yazılır.

Xəzinədar nağd pul vəsaitini yalnız kassa məxaric orderində və ya ona əlavə edilən etibarnamədə göstərilən şəxslərə verə bilər. Əgər nağd pul etibarnamə əsasında kassa məxaric orderi ilə verilərsə, orderdə pul alan şəxsin adı, soyadı və atasının adından sonra pulun alınması etibar edilən şəxsin adı, soyadı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, verildiyi yer və tarix yazılır. Nağd pul etibarnamə ilə ödəniş cədvəlləri əsasında verilərsə, xəzinədar pulun alınması üçün imza edilməmişdən əvvəl “etibarnamə ilə” sözünü və pulu alan şəxsin şəxsiyyətini təsdiq edən sənədin adını, seriyasını və nömrəsini yazır. Etibarnamənin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti xəzinədarda qalır və kassa məxaric orderinə əlavə edilir. Bankdan müxtəlif məqsədlər üçün alınmış vəsaitlərin ödəniş müddəti bitdikdə, xəzinədar tərəfindən həmin pul vəsaitləri ilə bağlı aşağıdakı işlər icra olunur:

– ödəniş cədvəlində pulunu almayan şəxsin adına qeyd olunan məbləğin qarşısındakı “İmza” qrafasına xəzinədar tərəfindən “Deponentləşdirilib” sözü yazılır və ya mətbəə üsulu ilə hazırlanmış “Deponentləşdirilib” ştampı vurulur;

– deponent olunmuş məbləğ üçün reyestr tərtib edilir;

– ödəniş cədvəlinin sonunda faktiki olaraq ödənilən və ödənilməyən deponentləşdirilən məbləğlər barədə qeydlər edilir, bu məbləğlər ödəniş cədvəlinin ümumi cəmi məbləği ilə üzləşdirilir və qeydlər xəzinədarın imzası ilə təsdiq olunur;

– kassa mədaxil və məxaric orderləri üzrə məbləğlər gün ərzində kassa kitabında qeydə alınır.

Ödəniş cədvəlləri üzərində xəzinədar tərəfindən edilən qeydlər, ödənilən və deponentləşdirilən məbləğlər mühasibatlıqda əsaslı surətdə yoxlanılır. Deponentləşdirilmiş və banka təhvil verilmiş məbləğlər üçün bir ümumi kassa məxaric orderi tərtib olunur. Deponentləşdirilmiş məbləğlər üçün tərtib olunmuş reyestr həmin kassa məxaric orderinə əlavə edilir. Kassa mədaxil orderi və onların qəbzləri, həmçinin kassa məxaric orderi və ona əlavə edilən ödəniş sənədləri mürəkkəbli və ya diyircəkli qələmlə, yaxud kompüterlərdə və ya digər müasir hesablama texnikalarında dürüst və aydın formada doldurulur. Həmin sənədlərdə heç bir düzəlişə yol verilmir.
Kassa mədaxil orderi blanklarının cırılmasına, pozuntuların aparılmasına, ləkələnməsinə, habelə kassa mədaxil və məxaric orderlərinin üzərində düzəlişlərin edilməsinə yol verilmir (korlanmış blankların əvəzinə başqaları doldurulur). Korlanmış kassa mədaxil orderi blankları ciddi hesabat blankları üçün müəyyən edilmiş qaydada ləğv olunur. Kassa məxaric orderləri yazıldıqdan, rəhbər və baş mühasib tərəfindən imzalandıqdan sonra icra üçün xəzinədara verilir. Gün ərzində müvafiq qaydada istifadə edilmiş (rəsmiləşdirilmiş) kassa mədaxil və məxaric orderləri üzrə reyestr tərtib edildikdə, həmin reyestrlərin yekun məbləğləri kassa kitabına işlənilir. Reyestrlərdə kassa mədaxil və məxaric orderlərinin nömrələri, tarixləri və məbləğləri yazılaraq gün ərzində mədaxil və məxaric əməliyyatları üzrə yekun məbləğləri göstərilir. Xəzinədar kassa mədaxil və məxaric orderlərini və ya onlara əlavə edilən kassa sənədlərini alan zaman aşağıdakıları yoxlayır:

– ödəniş sənədlərində rəhbərin, baş mühasibin və ya onların səlahiyyətli nümayəndələrinin imzalarının mövcudluğunu və özündə olan imza nümunəsi ilə uyğunluğunu;

– ödəniş sənədlərinin düzgün tərtib edilməsini və yekun məbləğlərin doğruluğunu;

– kassa sənədlərində sadalanan əlavələrin mövcudluğunu.

Bu tələblərin hər hansı birinə riayət olunmadıqda, xəzinədar həmin sənədləri icra etmədən mühasibatlığa qaytarır. Mədaxil və məxaric orderləri ilə və ya onlara əlavə edilən sənədlərlə pul alındıqdan və ya verildikdən sonra bu sənədlər tarix (gün, ay, il) göstərilməklə dərhal xəzinədar tərəfindən imzalanır, onlara əlavə edilən ödəniş sənədlərinə ştamp vurulur və ya tarix (gün, ay, il) göstərilməklə “Ödənilib” qeydi edilir. Pul vəsaitlərinin hərəkəti bu Qaydaya uyğun olaraq uçot sənədləri (kassa kitabı, kassa mədaxil və məxaric orderləri, qəbzlər, çeklər, bank ödəniş sənədi, elektron qaimə-faktura, alış aktları, elektron alış aktları, təhvil-qəbul aktları və digər təsdiqedici sənədlər) ilə rəsmiləşdirilmədikdə və ya həmin sənədlər mövcud olmadıqda, bu hallar pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması kimi qiymətləndirilir.
Vergi ödəyicilərində bütün növ pul vəsaitləri (valyutaları) üzrə aparılan kassa əməliyyatları üçün müəyyən olunmuş formada ayrıca kassa kitabı açılır. Həmin kitablarda bütün mənbələr hesabına kassa əməliyyatları üzrə pul vəsaitlərinin hərəkəti əks etdirilir. Kassa kitabı qaytanlanır, onun vərəqi iki hissədən (ikinci hissə xəzinədarın hesabatı sayılır) ibarət olduğundan, hər iki hissə eyni nömrə ilə nömrələnir, səhifələrin sayı vergi ödəyicisinin və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri tərəfindən imzalanaraq möhürləndikdən sonra istifadə üçün xəzinədara verilir. Kassa kitabının vərəqləri diyircəkli və ya mürəkkəbli qələmlə doldurulur, vərəqin ikinci hissəsi kəsilərək xəzinədarın hesabatı kimi bütün təsdiqedici sənədlərlə birlikdə baş mühasibə təhvil verilir və kassa kitabının özü (vərəqin birinci hissəsi) kassada saxlanılır. Kassa kitabında qeydsiz düzəlişə yol verilmir.

Qeydli düzəlişlər isə xəzinədar, baş mühasib və ya onu əvəz edən şəxslərin imzaları ilə müvafiq qaydada təsdiq edilir. Xəzinədar gün ərzində kassa mədaxil və məxaric orderləri üzrə məbləğləri kassa kitabında qeydiyyatdan keçirir, aparılan əməliyyatları yekunlaşdırır, növbəti günün əvvəlinə kassada nağd pul qalığını çıxarır və hər gün üçün kassa hesabatını vergiödəyicisinin baş mühasibinə təhvil verir. Baş mühasibə təqdim olunmuş kassa hesabatı onun tərəfindən yoxlanılaraq qəbul edilir. Kassa kitabının düzgün tərtib edilməsinə və kassa əməliyyatlarının aparılmasına baş mühasib nəzarət edir. Kassa mədaxil orderi olmadan kassaya nağd pul mədaxil və ya kassa məxaric orderi olmadan kassadan nağd pul məxaric edilmir.

Xəzinədar kassa (pul) sənədlərində imza etmək səlahiyyəti olan vəzifəli şəxslərin və ya onların səlahiyyətli nümayəndələrinin imza nümunələri ilə və kassa (pul) sənədlərinin rəsmiləşdirilməsində istifadə edilməsi nəzərdə tutulmuş möhürlə (ştampla) vergiödəyicisinin və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri tərəfindən təmin edilir. Vergiödəyicisinə aid olmayan nağd pul və başqa qiymətlilər onun kassasında saxlanılmır. Xəzinədar işə qəbul edildikdən sonra vergiödəyicisinin və ya müvafiq struktur bölmənin rəhbəri onu kassa əməliyyatlarının aparılması qaydaları ilə rəsmi tanış edir və onunla müəyyən olunmuş qaydada tam maddi məsuliyyət haqqında fərdi müqavilə bağlayır. Xəzinədar tərəfindən ona həvalə edilmiş işlər yalnız onun tərəfindən icra edilir.
Vergi ödəyicilərində xəzinədarın əvəz edilməsi zamanı onun vəzifəsinin icrası vergiödəyicisinin rəhbərinin əmri ilə başqa işçiyə həvalə edilir. Xəzinədar vəzifəsinin icrası həvalə edilmiş işçi ilə tam maddi məsuliyyət barədə fərdi müqavilə bağlanılır. Kassa sənədlərini imzalamaq hüququna malik olan mühasiblər xəzinədar vəzifəsini icra etmir. Xəzinədar ştatı olmayan vergi ödəyicisində kassa əməliyyatlarının yerinə yetirilməsi vergiödəyicisinin rəhbərinin əmri ilə başqa işçiyə həvalə edilir və onunla tam maddi məsuliyyət barədə fərdi müqavilə bağlanılır.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pullar – mahiyyəti, funksiyaları və növləri (IV hissə)

posted in: Xəbər | 0

vergi güzəştləriPullar – mahiyyəti, funksiyaları və növləri (IV hissə)

III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Pul – universal ekvivalent olaraq xidmət edən xüsusi bir əmtəədir.

Pul dövriyyəsinin ortaya çıxması.

Pul axını formaları

Əmtəə pulları

Uzun zaman çox nadir və bahalı əmtəələr pul rolunu oynayıb: mal-qara, balıqqulağı, çay, tütün, düyü, duz, balıq, dəri.

Əlaqələrin beynəlmiləlləşməsi bəşəriyyəti nəcib metallara – qızıl və gümüşdən istifadəsinə gətirib, çıxardı.

Qiymətli metallar ona görə seçilmişdi ki:

  • onlar öz dəyərlərini uzun müddət qoruyub saxlaya bilirdi;
  • onlar öz keyfiyyətinə görə bircinsli idilər;
  • bölünə bilir və yüksək dəyərə malik idilər (onların hasilatı və emalı çox çətin olduğundan).

Qızıl və gümüş minilliklər ərzində pul funksiyasını yerinə yetirib. Qiymətli metallar pul statusundan 20-ci əsrin 70-ci illərinin ortalarında qızılın demonetizasiya baş verdikdən sonra məhrum edildi – qızıl və digər qiymətli metallar kağız və kredit pullarla əvəzləndi.

Pullar öz inkişafında bir neçə maddi daşıyıcı formasından keçdi:

Əmtəə, metal pullar – həqiqi və yaxud tamdəyərli pullar.

Həqiqi pulllar nominal dəyəri onların istehsal edildiyi metalın həqiqi dəyərinə uyğun gələn puldur (mis, gümüş, qızıl)

Sikkə müəyyən edilmiş fərqli xüsusiyyətlərə malik idi (zahiri görünüş, çəki tutumu).

Həqiqi pul əvəzediciləri (tam dəyərli olmayan) nominal dəyəri real dəyərdən yüksək olan, yəni, onların istehsalına sərf olunan əmək dəyərindən yüksək olan puldur. Onlara aiddir:

– metal dəyər əlamətləri – solmuş qızıl sikkə, ucuz metaldan (mis, alüminium) hazırlanmış kiçik sikkə;

– kağız dəyəri əlamətləri – kağızdan hazırlanmışdır. Bu kağız pul və kredit puludur.

Kağız pulları buraxmaq hüququ dövlətə məxsusdur.

Buraxılmış pulun nominal dəyəri ilə buraxılış dəyəri arasındakı fərq xəzinənin emissiya gəlirlərini təşkil edir. Kağız pulların mahiyyəti ondan ibarətdir ki, onlar büdcə kəsrini ödəmək üçün buraxılır və dövlət tərəfindən onlara məcburi kurs verilir. Kağız pul metal pula dəyişdirilə bilməz.

Kağız pulların iqtisadi təbiəti:
  • onlar heç də həmişə dayanıqlı deyil (onlar öz kursunu daim fiksasiya edə bilmir);
  • onların buraxılması pul dövriyyəsinə olan ehtiyacla heç vaxt tənzimlənmir;
  • artıq pulun dövriyyədən çıxarılmasının obyektiv mexanizmi yoxdur.

Kağız pulların dəyərsizləşməsi artıq buraxılışı, hökumətə etimadın azalması, ölkənin əlverişsiz ödəniş balansı ilə bağlıdır.


V hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotunun inkişaf mərhələləri (8-ci hissə)

posted in: Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (8-ci hissə)

7-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Qədim Yunanıstan

Qanun təsərrüfat sahələrindən asılı olaraq uçotu ciddi şəkildə ixtisaslaşdırırdı və hər bir fəaliyyət növü üçün xüsusi səlahiyyətli şəxslər tərəfindən müstəqil hesabat tələb olunurdu. Təsərrüfatlarda sənəd dövriyyəsi ciddi şəkildə tənzimlənirdi, sənədlərin bütün növləri və onların doldurulması qaydaları əvvəlcədən nəzərdə tutulurdu. Arxivdə sənədlərin saxlanmasının dəqiq qaydası təsis edilmişdi. Uçot registrləri sistematik qeydiyyat prinsipləri əsasında aparılırdı. Bu registrlərdə maddi, şəxsi və maliyyə hesabları ayrılırdı. Hesabların təsnifatının əsasını predmetin mənşəyinin ümumiliyi prinsipi təşkil edirdi. Şəxsi hesablara borcluların hesabları da daxil edilmişdi, hansı ki, borc və onun ödənilməsi göstərilməklə real kontokorrent hesablar kimi aparılırdı. Hesablardakı qeydlər xronoloji qaydada həyata keçirilirdi və balans iqtisadi həyatın hər bir faktının qeydindən sonra ortaya çıxırdı. Dövrilik üzrə hesabat formaları aylıq, illik və üçillik formalara bölünürdü, hesabatlılıq məcburi idi və vergitutmaya xidmət göstərirdi.

İstehsal uçotunda istehsal olunan məhsulların gündəlik istehsal nisbətləri və parça nisbətləri geniş istifadə olunurdu. Məhsulların növündən asılı olaraq qaimə xərcləri normaları ayrıca müəyyən edilmişdi.

Beləliklə, Qədim Yunanıstanda yaxşı inkişaf etmiş uçot sistemi mövcud  idi. Amma bu əsasən natural dəyərləndirməyə malik mühasibatlığın sadə bir bir forması idi.

Qədim Roma

Qədim Romada uçot qeydləri mum doldurulmuş lövhəciklərdə, mis səth, dəri, kətan, perqament və papirus üzərində yerinə yetirilirdi. Qədim Romada yunan uçotu əsasında inkişaf etmiş qarşlıqlı əlaqəli uçot sistemi mövcud idi.

Qədim Roma mühasibatlığının uçot registrləri sistemində gündəlik təsərrüfat həyatı faktlarının qeydə alınması üçün nəzərdə tutulan ilk kitab Yaddaş və ya Memorial idi və bununla yanaşı iki kodeks də mövcud idi, birinci kodeks – hesablaşma hesabları ilə kassa kitabı, ikinci kodeks isə – sistematik qeydlər kitabı idi.

Tədqiqatçıların fikrincə, Qədim Romada memorial hesabların məlumatlarının pula çevrilməsi olmadan sadə mühasibatlıq formalaşmışdı. Kodekslərdə xronoloji yox, sistematik qeyd tətbiq edilirdi; iki kodeksin hesablarından saldo çıxarılırdı.

Romada büdcə uçotu bütün dövlət miqyasında inkişaf edirdi və ayrı-ayrı əyalətlərdə Brevarium kitabı aparılırdı. Burada həm smeta ayırmaları, həm də onların icrası əks olunurdu. Bu registr ilk dövlət büdcəsi balansı kimi baxmağın mümkün olduğu imperiya hesablarının Kitabı adını almışdı. Tədqiqatçılar Brevariumda aşağıdakı xarakterik xüsusiyyətləri fərqləndirirlər: qeydlərin məcburi sənədləşdirilməsi; pul vəsaitlərinin uçotu ilə təbii dəyərlərin uçotu arasında ciddi fərq; cari uçotda xronoloji qeyd və əvvəlcə başlıca mədaxil, sonra isə çıxılan qalığı göstərən məxaric maddələrinin aylıq sistematik qeydiyyatı; yuxarı orqanlar qarşısında dövri hesabatlılıq, bundan ötrü kodeksdəki qeydlər mənbə rolunu oynayır. Roma imperiyası dövründə sistematik qeydlər daha geniş inkişaf etmişdi. Legionlarda hər bir əsgər üçün ayrıca hesab vərəqi açılırdı.

Əsgərə ildə üç dəfə maaş verilirdi, həmin maaş ya pulla ödənilirdi, ya da qida, geyim, ayaqqabı və saman şəklində verilirdi.  Təqdim olunan əmlakın və yeməklərin dəyəri hesablanmış əmək haqqından çıxılırdı, qurbanlar istisna olmaqla, praktiki olaraq heç bir vergi yox idi və ödəniləcək məbləğ yüksələn yekun nəticə ilə qeydə alınırdı. Əgər əsgər həlak olurdusa və ya vəfat edirdisə, onun hesabında olan pullar legionun və ya administratorların gəlirinə əlavə edilirdi. Qeydiyyat geniş yayılmağa başladı. Hər bir vergi ödəyicisi üçün şəxsi hesab açılırdı ki, orada da bunlar göstərilirdi: vergiyə cəlb olunan obyekt və onun dəyəri, müxtəlif vergi haqları, ümumi üzvlük haqları.


9-cu hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun