Sosial sığorta üzrə tutulmalarda dəyişiklik edilə bilər

posted in: Xəbər | 0

Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş sosial verginin ödənilməsi qaydası dəyişə bilər. Bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, gələn ildən aylıq gəlir yalnız 200 manatdan 8 000 manata qədər olduqda sığortaolunan 6 manat + 200 manatdan 8000 manata qədər olan hissənin 10 %-i qədər, sığortaedən isə 44 manat + 200 manatdan 8 000 manata qədər olan hissənin 15 %-i qədər sosial sığorta haqqı ödəyəcək (sosial vergi yükü – 25 %).

Aylıq gəlir 8 000 manatdan çox olduqda isə sığortaolunan 786 manat + 8 000 manatdan çox olan hissənin 10 %-i qədər, sığortaedən isə 1 214 manat + 8 000 manatdan çox olan hissənin 11 %-i qədər sosial sığorta haqqı ödəyəcək. (sosial vergi yükü – 21 %).

Aylıq gəlir 200 manata qədər olduqda isə hazırda qüvvədə olan qaydada sığortaolunan 3 %, sığortaedən isə 22 % sosial sığorta haqqı ödəyəcək (sosial vergi yükü – 25 %).

Xatırladaq ki, 2019-cu il yanvarın 1-dən 7 il müddətinə sözügedən kateroyaya aid şəxslərin aylıq gəliri 200 manatdan çox olduqda sığortaolunanın gəlirlərindən 6 manat + 200 manatdan çox olan hissənin 10 %-i, sığortaedənin vəsaitindən isə 44 manat + 200 manatdan çox olan hissəsinin 15 %-i qədər sosial sığorta haqqı tutulur.

Mənbə: report.az

Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq

Azərbaycanda sadələşdirilmiş vergi limiti artırılacaq

posted in: Xəbər | 0

Azərbaycanda sadələşdirilmiş vergi ödəyicilərinin ƏDV qeydiyyat öhdəliyi yaradan dövriyyə həddinin nağdsız ödəmələrə münasibətdə 2 dəfə artırılması (200 min manatdan 400 min manata çatdırılması) nəzərdə tutulur.

Bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, yenilik 2026-2029-cu illər üzrə gəlir siyasətinin əsas istiqamətlərindən biri kimi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması məqsədilə planlaşdırılır.

Mənbə: report.az

“Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları” dəyişib

Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq

posted in: Xəbər | 0

Azərbaycanda ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən onların nağdsız qaydada ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 %-nin ƏDV tutulan ümumi dövriyyələrindən çıxılması, sadələşdirilmiş vergi ödəyən həmin şəxslər üzrə nağdsız dövriyyənin 6 % dərəcə ilə sadələşdirilmiş vergiyə cəlb olunması nəzərdə tutulur.

Bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, yenilik 2026-2029-cu illər üzrə gəlir siyasətinin əsas istiqamətlərindən biri kimi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması məqsədilə planlaşdırılır.

Mənbə: report.az

“Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları” dəyişib

“PAŞA Bank” biznes müştərilərinə “Tarifim” məhsulu ilə yeni imkanlar təqdim edir

posted in: Xəbər | 0

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” kiçik və orta biznes sahiblərini dəstəkləmək və müştəri təcrübəsini təkmilləşdirmək istiqamətində təşəbbüslərini davam etdirir.

Bank kiçik və orta biznez seqmenti üçün təqdim etdiyi “Tarifim” məhsulunu yeni imkanlarla zənginləşdirib. İndiyə qədər ölkədaxili köçürmələr, beynəlxalq köçürmələr və valyuta mübadiləsi üzrə planlama və endirimli tariflərdən yararlanan sahibkarlar, artıq əməkhaqqı layihəsini də “Tarifim” vasitəsilə idarə edə biləcəklər.

Yeni imkan sayəsində biznes sahibləri 12 aylıq müddət ərzində əməkhaqqı ödənişlərinin məbləğini və əməkhaqqı kartlarının sayını əvvəlcədən planlayaraq, bu xidmətlərdən daha sərfəli şərtlərlə faydalana biləcəklər. Əməkhaqqı layihəsinə “Tarifim” ilə qoşulan bizneslər əlavə olaraq pulsuz korporativ biznes kartı və əməkhaqqı kartları da əldə edəcəklər.

Qeyd edək ki, “Tarifim” sahibkarlara planlı maliyyə idarəçiliyi imkanı yaradan innovativ məhsuldur. Müştəri əvvəlcədən planladığı köçürmə və əməliyyat həcmləri üzrə paketi 60%-dək endirimli komissiya ilə əldə edir və seçdiyi dövr ərzində həmin əməliyyatları sərfəli tariflərlə icra edir. Məhsulun əsas üstünlükləri standart tariflərlə müqayisədə endirimli qiymət, ödənişləri əvvəlcədən planlamaq imkanı və sahibkarın öz biznesinə uyğun fərdi tarif paketi yaratmaq imkanından ibarətdir.

Sərfəli köçürmələrdən yararlanmaq istəyən sahibkarlar linkə keçid edərək ətraflı məlumat əldə edə bilərlər: https://pshb.az/47uwbR1

“PAŞA Bank” sahibkarların maliyyə əməliyyatlarını daha rahat, çevik və sərfəli etmək üçün məhsul və xidmətlərini yeniləməkdə davam edir. Bank 2025-ci ildə real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə “International Investor” və “Euromoney” beynəlxalq nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşı bankı” elan edilib, həmçinin “Stevie Awards” tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatı qazanan ilk Azərbaycan bankı olub. Bundan başqa, “PAŞA Bank” bu il “Global Finance” nəşri tərəfindən təqdim edilən “World’s Best Private Banks 2025” mükafatlarının qaliblərindən biri olaraq tanınıb.

1 109 110 111 112 113 114 115 2. 680