Barter əməliyyatlarının rəsmiləşdirilməsi necə aparılır?

posted in: Xəbər | 0

Maliyyə Meneceri Əmək münasibətləriVergi Məcəlləsinin 67.13-cü maddəsinə əsasən, verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirildikdə, müvafiq əməliyyatlar elektron vergi hesab-fakturaları ilə rəsmiləşdirilməlidir.

İqtisadçı ekspert Anar Bayramov mövzunu şərh edərək bildirib ki, əgər barter əməliyyatının elektron vergi hesab-fakturasında göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiyməti nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir.

Misal: Tutaq ki, “A” müəssisəsi 60 kisə sementi “S” müəssisəsinə təqdim edərək əvəzində 20 ədəd stul alıb. Barter əməliyyatı zamanı “A” və “S” şirkətlərinin təqdim etdikləri malların barter əməliyyatı hesab olunmasına baxmayaraq, müvafiq olaraq sement və stulların dəyəri ilə bağlı elektron qaimə-faktura təqdim olunmalıdır. Vergi nəzarəti tədbirləri zamanı həmin əməliyyatlar həyata keçirilərkən qiymətlərin bazar qiymətlərinə uyğun təyin olunmadığı müəyyən edildiyi halda bazar qiymətləri tətbiq olunur. Eyni zamanda, barter əməliyyatları həyata keçirilərkən qiymətlərin qəsdən aşağı salınması səbəbindən gəlirin azaldılması yolu ilə vergi qanunvericiliyinin tələblərinə zidd olaraq vergi məbləğinin gizlədilməsinə görə Vergi Məcəlləsində nəzərdə tutulan sanksiyalar tətbiq edilir.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Komendant saatı müddətində xüsusi icazənin verilməsi qaydası müəyyənləşib

posted in: Xəbər | 0

xüsusi icazənin verilməsiAzərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində xüsusi icazənin verilməsi qaydası müəyyənləşib.

Bu Qayda Azərbaycan Respublikası Prezidentinin “Hərbi vəziyyət elan edilməsi haqqında” 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanına və “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarına uyğun olaraq hazırlanmışdır və hərbi vəziyyətin elan edildiyi inzibati ərazi vahidlərində komendant saatı müddətində şəxslərin və nəqliyyat vasitələrinin sərbəst hərəkətinə xüsusi icazənin verilməsi ilə bağlı məsələləri tənzimləyir.

Komendant saatı müddətində xidməti vəsiqə ilə hərəkətə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarına 1 nömrəli əlavədə göstərilən dövlət orqanlarının əməkdaşlarına icazə verilir.

Aşağıdakı şəxslər barəsində məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra komendant saatının qüvvədə olduğu müddətdə onların hərəkətinə xüsusi icazə verilir:

3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarına 2 nömrəli əlavədə göstərilən dövlət orqanlarının əməkdaşlarına;

3.2.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarına 3 nömrəli əlavədə göstərilən sahələrdə çalışan şəxslərə.

4. Ölmüş şəxsin dini qaydalara uyğun dəfnə hazırlanması üçün onun yaxın qohumlarının sərbəst hərəkətinə Daxili İşlər Nazirliyinin “102” Xidmətinə və ya “Qaynar xətt”inə edilmiş müraciət üzrə aparılan araşdırmalardan sonra icazə verilir.

5. Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir.

6. Tibb müəssisəsinə təcili tibbi yardım avtomobili ilə yaxud yaxın qohumları tərəfindən aparılan şəxslərin hərəkətinə şərait yaradılır.

7. Xidməti vəsiqə əsasında, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və təxirəsalınmaz tibbi zərurətlə əlaqədar hərəkətinə  icazə verilmiş şəxslər xidməti və fərdi avtomobildən istifadə edə bilər.

8. Hər hansı şəxsin komendant saatının qüvvədə olduğu müddətdə həyata keçirdiyi fəaliyyətlə bağlı iş yerindən arayış əsasında hərəkətinə icazə verilmir.

9. Komendant saatı müddətində hərəkətinə icazə verilən şəxlərin şəxsiyyəti təsdiq edən sənədlərinin üzərində olması məcburidir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Komendant saatı müddətində əməkdaşlarına icazə verilən qurumların siyahısı tətbiq edilib

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə

Rayonlara gediş-gəliş“Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində əməkdaşlarının xidməti vəsiqə ilə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) Siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə).
  2. “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində elektron imzadan istifadə edilməklə əməkdaşlarının “icaze.e-gov.az” portalından qeydiyyatdan keçməklə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) Siyahısı” təsdiq edilsin (2 nömrəli əlavə).
  3. “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində fəaliyyətinə icazə verilən sahələrin siyahısı təsdiq edilsin (3 nömrəli əlavə).
  1. Müəyyən edilsin ki: 4.1. bu Qərarın 3-cü hissəsi ilə təsdiq edilən sahələrdə fəaliyyət göstərən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir;

4.2. bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir;

4.3. beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir;

4.4. bu Qərarla müəyyən edilmiş tələblərin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar;

4.5. bu Qərarla müəyyən edilmiş tələblərə riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 28 sentyabr 2020-ci il
№ 358

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 28 sentyabr
tarixli 358 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
1 nömrəli əlavə

Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində əməkdaşlarının xidməti vəsiqə ilə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının)
SİYAHISI
  1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
  2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
  3. Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti
  4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı
  5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi
  1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
  2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
  3. Azərbaycan Respublikasının Baş Prokurorluğu
  4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
  5. Məhkəmə orqanlarının əməkdaşları, vəkillər
  6. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
  7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
  8. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında)
  1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
  2. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti
  1. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
  1. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti
  1. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti
  1. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi
  1. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti
  2. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
  3. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
  1. Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri
  1. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik.

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 28 sentyabr
tarixli 358 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
2 nömrəli əlavə

Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində elektron imzadan istifadə edilməklə əməkdaşlarının “icaze.e-gov.az” portalından qeydiyyatdan keçməklə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının)
SİYAHISI
  1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
  2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
  3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
  4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
  5. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi
  6. Azərbaycan Respublikasının Energetika Nazirliyi
  7. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
  8. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
  9. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
  10. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
  11. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc)
  12. Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətə məxsus banklar
  13. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)
  14. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
  15. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
  16. “Azəriqaz” İstehsalat Birliyi
  17. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
  18. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
  19. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
  20. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
  21. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
  22. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
  23. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
  24. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi
  25. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 28 sentyabr
tarixli 358 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
3 nömrəli əlavə

Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində faliyyətinə icazə verilən sahələrin
SİYAHISI
  1. Səhiyyə və sosial sahə üzrə:

1.1. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;

  1. İnfrastruktur sahəsi üzrə:

2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması);

2.2. elektrik enerjisinin istehsalı və təchizatı;

2.3. su təsərrüfatı və meliorasiya;

2.4. telekommunikasiya və rabitə xidmətləri.

  1. Nəqliyyat və logistika sahəsi üzrə:

3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;

3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;

3.3. logistika xidmətləri;

3.4. ictimai nəqliyyatın fəaliyyəti.

  1. Əsas istehsalat növləri:

4.1. müdafiə sənayesi məhsullarının istehsalı;

4.2. neft avadanlıqları və qurğularının istehsalı;

4.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;

4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

4.5. kimyəvi məhsulların istehsalı;

4.6. kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;

4.7. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

4.8. neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi;

4.9. metallurgiya sənayesi üzrə fəaliyyət;

4.10. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

4.11. qablaşdırma məhsullarının istehsalı;

 4.12. maşın və avadanlıqların istehsalı;

 4.13. elektrik avadanlıqlarının istehsalı;

 4.14. kompüter, elektron və optik məhsulların istehsalı;

 4.15. avtomobil, qoşqu və yarımqoşquların istehsalı;

4.16. sair nəqliyyat vasitələrinin istehsalı;

 4.17. tütün məmulatlarının istehsalı;

 4.18. sair sənaye məhsullarının istehsalı.

  1. Pərakəndə və topdan satış üzrə:

5.1. yanacaqdoldurma məntəqələri.

  1. Məişət xidmətləri üzrə:

6.1. məişət tullantılarının yığılması və utilizasiyası.

  1. Kütləvi informasiya vasitələri.
  2. Təhsil müəssisələrinin fəaliyyəti.
  3. Fəaliyyətinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə fəaliyyət.

Mənbə: cabmin.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə

icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqi“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılsın.
  1. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bəndin mətnində “30 sentyabr saat 00:00-dək” sözləri “2 noyabr saat 06:00-dək” sözləri ilə əvəz edilsin;

2.2. 1.2.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.2.5. 2020-ci il 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək, 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək, 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması.”.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 28 sentyabr 2020-ci il
№ 359

Mənbə: nk.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun