Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müavinətinin hesablanması

posted in: Xəbər | 0

müavinət, vergi, vergidən azad, iş vaxtı,Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir. İşəgötürən tərəfindən işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsi üçün görə müavinətin hesablanmasını oxucular üçün asanlaşdırmaq məqsədilə qanunvericiliyin tələbləri əsasında aşağıdakı düstur formasına salmışıq:

Müavinətin məbləği = (((əvvəlki 12 ayın qazancı)/ (əvvəlki 12 ayda iş günlərin sayı) x müavinət dövründəki iş günlərin sayı) x (staj və kateqoriyaya görə faiz)

Əvvəlki 12 ayın qazancı – müavinət hesablandığı cari tarixdən öncəki 12 ay ərzində işçinin aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxil olmaqla cəmi əməkhaqqıdır.

Əvvəlki 12 ayda iş günlərinin sayı – müavinət hesablandığı cari tarixdən öncəki 12 ay ərzindəki iş günləridir. Burada işçinin neçə gün işləməsi nəzərə alınmır. İstehsalat təqviminə əsasən, aylar üzrə iş günlərinin sayı nəzərə alınır.

Müavinət dövründəki iş günlərinin sayı – işçinin xəstəlik dövründəki iş günlərinin cəmidir.

Staj və kateqoriyaya görə faiz – əsasnaməyə görə, işçinin iş stajı və digər sosial kateqoriyasına görə müəyyənləşdirilir.

İndi isə misal üzərində düsturun köməyi ilə hesablama aparaq.

Misal: Həftədə 5 günlük iş rejimində fəaliyyətdə göstərən “A” MMC-nin 15 illik stajı olan işçisi xəstəlik vərəqəsi təqdim edir ki, 11 okyabr 2019-cu il tarixdən əmək qabiliyyətini 6 günlük itirib. Əvvəlcə düstür üçün istifadə edəcəyimiz göstəriciləri müəyyən edək.

a) Əvvəlki 12 ayın qazancı:
İçinin əməkhaqqı 500 manatdır və son 12 ayda dəyişməz olduğundan son 12 aylıq gəliri 6.000 (500 manat x 12 ay) manat olub.

b) Əvvəlki 12 ayda iş günlərin sayını:

İşçi oktyabr ayında xəstələndiyi üçün son 12 aylıq (1 oktyabr 2018- 30 sentyabr 2019-cu il) dövrü əhatə edən iş günlərinin sayını tapaq:

Ay İş günlərinin sayı
1 Oktyabr 2018 23 gün
2 Noyabr 2018 21 gün
3 Dekabr 2018 20 gün
4 Yanvar 2019 21 gün
5 Fevral 2019 20 gün
6 Mart 2019 15 gün
7 Aprel 2019 22 gün
8 May 2019 21 gün
9 İyun 2019 16 gün
10 İyul 2019 23 gün
11 Avqust 2019 20 gün
12 Sentyabr 2019 21 gün

Cəmi: 243 gün

Cədvəldən göründüyü kimi, son 12 ay ərzində işçinin iş günlərinin sayı 243 gün olub.

c) Müavinət dövründəki iş günlərinin sayı

Xəstəlik vərəqəsinə əsasən, işçi 11 okyabr 2019-cu il tarixdən 6 gün işə çıxmayıb. İşçinin əmək qabiliyyətini itirməsinin başlanma tarixi (11 oktyabr 2019-cu il) cümə günüdür. 12-13 oktyabr 2019-cu il tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən işçi xəstəliyi səbəbindən əmək funksiyasını cəmi 4 iş günü (11, 14, 15 və 16 oktyabr 2019) icra etməyəcək.

d) Staj və kateqoriyaya görə faiz

Misalımızda işçinin stajı 15 il olduğu üçün, əsasnamənin 62-ci bəndinə əsaslansaq, 12 il və daha çox sosial sığorta stajı olan işçilər üçün qazancın 100 faizi miqdarında hesablama aparılmalıdır.

İndi isə əldə olunan göstəriciləri düsturda qeyd edək:

Müavinətin məbləği = ((6.000 manat)/ 243 gün) x 4 iş gün x 100 faiz = 98,76 manat.

Deməli, işəgötürən tərəfindən işçiyə əmək qabiliyyətini itirdiyi 11-16 oktyabr 2019-cu il tarixləri üçün 98,76 manat müavinət hesablanıb ödəniləcək.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Zəruri qayda və tələblərə əməl etməyən 225 sahibkarlıq subyekti barədə tədbir görülüb

posted in: Xəbər | 0

sahibkarlıq subyekti, tələb, qayda, tələblər, sahibkarlıq subyekti, sahibkarlıq subyektləri, sahibkarlıq subyekti, Sahibkarlıq subyektləri, Dövlət vəsaitləri, ixrac, kadr təyinatları, iqtisadiyyat Nazirliyi, Maliyyə dəstəyi,İqtisadiyyat Nazirliyinin pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə sahibkarlıq subyektlərində 21-22 sentyabr tarixlərində keçirdiyi monitorinqlər zamanı Binəqədi rayonunda “Ucuzluq univermaq”da, “Sabit market”də, “Ərəzin restoranı”nda, “Line lahmacun kafesi”ndə, “Bir ləzzət kafesi”ndə, “Zeytun pharmaceuticals” MMC-yə məxsus “Aptek”də, Xəzər rayonunda “Buta market”də, “Kaspian market”də, “RV Baku geyim mağazası”nda, “Sizin market”də, “Evqur xırdavat” mağazasında, “4 yol market”də, “Bol market”də, Qaradağ rayonunda “Soliton” mağazasında,

“Old Baku kafe”də, “Sahil “kafe”də, Umud Sadıqova məxsus “Dəftərxana və ofis ləvazimatları mağazası”nda, Xətai rayonunda “Restoran Olivium”da, Sabunçu rayonunda “Al market”də, “Oba market”də, “Asim market”də, “Fantaziya şirniyyat sexi”ndə, “Kafe Emin”də, “N1 kafe”də, “Üzümlü kafe”də, Suraxanı rayonunda “Güllücə ərzaq mağazası”nda, “Halal süfrə” iaşə obyektində, “Kafe-Elit”də, “Tumurcuq kafe”də, Yasamal rayonunda “MM market”də, “Ruzi market”də, “Fuad market”də, “Ləvəngi restoranı”nda, Nəsimi rayonunda “Təndir kafe”də, “Dönərxana kafe”də, “Titanik kafesi”ndə, “Pitixana kafe”də, “Mütəkkə çay evi”ndə,

“Vita aptekləri” MMC-yə məxsus “Aptek”də, Səbail rayonunda “Old city market”də, “Vitrin geyim mağazası”nda, “Colins geyim mağazası”nda, “Albatros geyim mağazası”nda, “Orxideya gül salonu”nda, “Lanarkine geyim mağazası”nda, “Pizza holiday kafe”də, Nizami rayonunda “Baku ceramik mağazası”nda, Orxan Tahirliyə, Məhəmməd Qaracayevə məxsus pərakəndə ticarət obyektlərində, “Xəzri restoran”da, “Sandıq restoran”da, “Tayqa kafe”də, Nərimanov rayonunda “Etrok xlrdavat” mağazasında, “Zərif gül salonu”nda, “Xəzər market”də, “535 çay evi”ndə, “Cook mood kafe və restoran”da, Sumqayıt şəhərində “Ağababa market”də, “Forte fashion” mağazasında, Abşeron rayonunda “Güzella geyim mağazası”nda, “Restoran yenilik”də, ümumilikdə, 225 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pullar – mahiyyəti, funksiyaları və növləri (II hissə)

posted in: Xəbər | 0

Pullar – mahiyyəti, funksiyaları və növləri (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Pul – universal ekvivalent olaraq xidmət edən xüsusi bir əmtəədir.

Pul dövriyyəsinin ortaya çıxması.

Qiymət ölçüsü qiymət formalaşması zamanı yaranır, o, pulla ölçülən malın dəyərini müəyyən edir (yəni, malların bir-biri ilə bərabərləşdirilməsi). Beləliklə, kəmiyyət ölçüsü əldə edilir.

Dəyərin pul ölçüsü qiymətdir. O, bir neçə şərtlərdən asılıdır:

  • istehsal şərtləri;
  • mübadilə şərtləri.

Qiymətlərin müqayisə edilməsi üçün onları vahid miqyasa gətirmək lazımdır.

Qiymət miqyası – bu, bir ölçü vahidi kimi müəyyən edilmiş qızıl və ya gümüşün ağırlığıdır.

Dəyər ölçüsü olaraq, pul saymaq, ədədi dəyərlər şəklində hərəkət edə bilər. Hesablama pulları qiyməti, mühasibat uçotu və təhlili ifadə etmək, iqtisadi həyat iştirakçılarının hesablarını aparmaq üçün istifadə olunur.

Dövriyyə vasitəsi. Malların dəyərinin pul ifadəsi hələ onun realizə olunması demək deyil. Mübadilə baş verməlidir. Pullar – vasitəçilər mübadilə zamanı sövdələşmənin başlanğıcından (Ə – P) o başa çatana qədər (P – Ə). Ticarət dövründə pul əsasən dövriyyə vasitəsi kimi fəaliyyət göstərmişdir; kredit yarandıqdan və iqtisadiyyatın inkişaf etdirilməsindən sonra ödəniş vasitəsi funksiyası ön plana çıxır ki, bu da müraciət vasitəsi funksiyasını ehtiva edir və hesablaşma vasitəsi funksiyasına çevrilir. Buna bank hesabından köçürülmə yolu ilə ödəniş etməyə, həmçinin topdan və pərakəndə almaların həyata keçirilməsinə imkan verən plastik kartlardan və digər elektron ödəniş alətlərindən istifadəyə imkan yaradır.

Ödəniş vasitəsi – ödəniş vaxtı ödəniş zamanı ilə uyğun gəlmir, mallar kreditlə, ödənişin təxirə salınması ilə satılır (Ə – T və T – P).

Yığım vasitəsi – pul ehtiyatı (hesablardakı qalıqlar, qızıl-valyuta ehtiyatları). Yığım funksiyasını yerinə yetirən pullar milli gəlirin formalaşdırılması, bölüşdürülməsi, yenidən bölüşdürülməsi, əhalinin əmanətlərinin formalaşması prosesində iştirak edir.

Dünya pulları beynəlxalq hesablaşmalarda istifadə olunur.

Müasir inkişaf etmiş iqtisadiyyatda pulların üç funksiyası fəaliyyət göstərir – qiymət ölçüsü, yığım vasitəsi və ödəniş vasitəsi, dövriyyə vasitələri isə çox kiçik ölçülərdə qalır.


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyada mühasibat ixtisası üzrə təhsil verən ən yaxşı 10 universitet (I hissə)

posted in: muhasibat, Xəbər | 0

Axı, iyirmi birinci əsr – bu biznes dünyasıdır. Dünyanın hər bir peşəsində, biznes-identifikator iştirak edir. Əgər biz müəllim və ya həkim peşəsini götürsək, onlar sadəcə öz ailə dairələrini idarə etmək üçün xüsusi bir vəzifə yerinə yetirirlər. Mühasibat uçotu biznes-tədqiqatlarla əlaqəlidir. Biznesdə maraqlı olan insanlar mühasibat uçotunu mövzu kimi seçməlidirlər. Mühasibat uçotu böyük sahəyə malikdir. Mühasibat uçotu dərəcəsi ölçmək, idarə etmək, təhlil etmək və biznes dilində ünsiyyət qurmağı nəzərdə tutur. İnvestorlar, borclular və kreditorlar və s. kimi məşhur iş termini haqqında bir məlumat əldə etmək lazımdır. Mühasibat uçotunu “bir müəssisə, təşkilat və ya şəxs haqqında maliyyə məlumatlarının qeydə alınması, təsnif edilməsi, ümumiləşdirilməsi və yozulması prosesi” kimi müəyyən edirik. Əsas mühasibat uçotuna, mühasibat uçotu üzrə bakalavr dərəcəsi (BACY, BACC və ya BACCY) daxildir. Mühasibat uçotu fənni üzrə bakalavr dərəcəsi almaq istəyən tələbələr riyaziyyat üzrə güclü hazırlıqlara malik olmalıdırlar. Budur, mühasibat uçotu üzrə dünyanın ən yaxşı universitetlərinin bəzilərinin siyahısını sizə təqdim edirik.

  • Harvard Universiteti:

Harvard universiteti – mühasibat uçotu və maliyyə üzrə dünyanın ən yaxşı universitetlərindən biridir. Universitet 1636-cı ildə yaradılıb. Əvvəllər məktəb olan bu universitetdə Con Harvard adlı şəxs olub. Harvard Amerikanın ən qədim universitetlərindən biridir. O, müstəqillik elan olunmamışdan 140 il əvvəl yaradılıb. Hər il universitetə demək olar ki, 13000 tələbə qəbul olunur. Universitetdə 14 000 nəfərə kimi adam çalışır. Bu olduqca böyük miqyaslı bir təşkilatdır.

  • Massaçusets Texnoloji İnstitutu:

Bu universitet də dünyanın ən yaxşı universitetləri sırasına daxildir. Məktəb tələbələrin elm və texnika sahəsində təhsil almaları üçün yaradılıb. 21-ci əsr texnologiyalar əsridir. Təşkilat tələbələrə ən yaxşı və keyfiyyətli təhsil verir. Dünyanın müxtəlif guşələrindən tələbələr yaxşı təhsil almaq üçün Massaçusets universitetinə gəlirlər.

  • Stenford Universiteti:

Stenford, sözsüz ki, dünyanın ən yaxşı universitetidir. Bu universitet peşəkar məktəblərdən hər il 65 fakültəyə demək olar ki, 8 000 tələbə qəbul edir. Stenford məzunlar və tələbələr üçün çoxlu imkanlar təqdim edir. Müəssisə aparıcı elmi-pedaqoji institutlardan biri sayılır. Stenford bütün irqlərdən olan ən görkəmli kişi və qadınları qeyd edir. Stenfordda təhsil alan tələbələrin dörddə üçü Birləşmiş Ştatlardan deyil.

  • Oksford universiteti:

Oksford universiteti də dünyanın ən yaxşı universitetlərinin siyahısındadır. Oksford universiteti ingilisdilli dünyanın ən qədim təhsil ocaqlarından biridir. Bu universitetin əsası 12-ci əsrdə qoyulub. Universitet hər il demək olar ki, 18 000 tələbə qəbul edir. Universitetin mühasibatlıq fakültəsi ən yaxşı fakültələrdən biri hesab olunur. Oksford universitetində 180 millətin nümayəndələri təhsil alır. Bu isə həmin universitetin populyarlığından xəbər verir.

  • London iqtisadiyyat və politologiya universiteti:

London iqtisadiyyat və politologiya universiteti də ən qədim və ən yaxşı elmi məktəblərdən biri hesab olunur. Universitet dünyanın hər yerindən məzunlar və tələbələr üçün sosial elmlər, iqtisadiyyat, siyasət və hüquq, sosiologiya, antropologiya, mühasibat və maliyyə kimi bir çox proqramlar təklif edir. O, 1895-ci ildə təsis edilib. Bu universite də mühasibat uçotu və biznes subyektləri üçün ən yaxşı universitetlərdən biridir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun