ABŞ-da niyə taxta dollar buraxıblar? (I hissə)

posted in: Xəbər | 0

Hələ elə də uzaq keçmişdə deyil, ötən əsrin 90-cı illərinin əvvəlində keçmiş SSRİ-də və sonra müstəqil olmuş Rusiyada “taxta rubl” ifadəsi geniş yayılmışdı. İnflyasiya o dərəcədə yüksək idi ki, rublun alıcılıq qabiliyyəti demək olar ki, göz önündə əriyirdi. O səbəbdən “taxta” adı ilə bir növ sözügedən pul nişanının alıcılıq qabiliyyətinin əhəmiyyətsizliyinə işarə edilirdi.

Qızıl pullar zamanla da öz dəyərlərini itirmirdi, taxta pullar isə – elə deyildiyi kimi, taxta idi. Maraqlıdır ki, Tomskda 2008-ci ildə hətta rubla ağacdan hazırlanmış abidə də qoyulub. Onun diametri iki metrdən bir qədər çox, çəkisi isə 250 kq-dır. Amma yada salmaq lazımdır ki, öz maliyyə sistemini dünyada ən stabil hesab edən ABŞ-da vaxtilə taxta dollar da tədavüldə olub. Bu heç də zarafat-filan deyil. Hər şey 1931-ci ildə Vaşinqton əyalətində yerləşən Amerikanın kiçik Tenino qəsəbəsində başlamışdı. Həmin zamanlarda ABŞ tarixə “Böyük depressiya” adı ilə daxil olmuş ən dəhşətli böhranı yaşayırdı. Banklar bir-birinin ardınca iflasa uğrayırdı, elə bunu demək kifayətdir ki, yalnız 1931-ci ildə ölkədə 1000-dən çox bank iflas etmişdi.

Təbii ki, Tenino şəhərciyi də iqtisadi və maliyyə böhranından kənarda qalmamışdı, 1931-ci il dekabrın 5-də Teninodakı Citizen’s Bank of Tenino bankı bağlandı. O, şəhərdə yeganə bank olduğundan vəziyyət çox mürəkkəb hal almışdı. Dəhşətli nağd pul qıtlığı yaranmışdı. Lakin, yerli qəzetin sahibkarı Don Meyncer vəziyyəti düzəltmək qərarı verdi. O, şəhər hakimiyyətinə qeyri-adi təkliflə müraciət etdi: maliyyə problemləri həllini tapana kimi müvəqqəti pullar buraxılışını yoluna qoymaq və hətta bundan ötrü öz şəxsi tipoqrafiyasının xidmətini də təklif etdi. Meyncerin fikrincə, yeni pullar Teninoda dövriyyədə nağd pullarla bağlı böhranı aradan qaldırmağa kömək edəcəkdi. Don Meyncerin təklifi qəbul edildi.

Nəzərə almaq lazım idi ki, şəhər hakimiyyət orqanlarının həmin an üçün başqa çıxış yolu da yox idi. Meyncerin mətbəəsində əvvəllər artıq yeni il açıqcaları buraxılırdı. Onlar ortasında kağız parçası ilə bərkidilən iki laminasiya edilmiş küknar zolağından hazırlanırdı. Bax, elə onlardan yerli pul istehsal etmək üçün nümunə kimi istifadə etmək qərarına gəldilər. İlkin olaraq, dəyəri 25 sent təşkil edən yalnız taxta plastinkalar buraxılırdı. Lakin inflyasiya yüksəldikcə, tipoqrafiya 50 sent və 1 dollarlıq “banknotlar” istehsalına başladı.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *