Məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödəniş qaydaları

posted in: Xəbər | 0

MDSS haqlarıHüquqi şəxsin 2020-ci ilin 1-ci rübü üzrə məcburi dövlət sosial sığorta haqları (MDSS) üzrə borcu var. Həmin borc hüquqi şəxs tərəfindən məhkəmə qaydasında mübahisələndirilir. Hüquqi şəxs 2020-ci ilin 2-ci rübü üzrə məcburi dövlət sosial sığorta haqqı hesablayır və müvafiq hesabatı vergi orqanına təqdim edir. Bu zaman hüquqi şəxsin şəxsi hesab vərəqəsində həm 2020-ci ilin 1-ci rübü, həm də 2-ci rüb üçün sosial sığorta haqları üzrə borcu yaranır. Hüquqi şəxs 2-ci rüb üzrə hesablanmış sosial sığorta haqqı həcmində Dövlət Sosial Müdafiə Fonduna ödəniş edir. Bu zaman həmin ödəniş əvvəlki, yəni 1-ci rübdə yaranmış borcun ödənilməsinə aid edilirmi?

Vergilər Nazirliyinin şərhində bildirilib ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2020-ci ildən məcburi dövlət sosial sığorta üzrə yaranmış borc aşağıdakı sıra ilə ödənilir:
  • cari rüb üzrə borc;
  • cari rübdən geriyə doğru (daha əvvəl) yaranmış borclar (ardıcıl olaraq);
  • yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği;
  • yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.

Qeyd edilənlərə əsasən, vergi ödəyicisinin əvvəlki dövr üzrə sosial sığorta haqqı üzrə borcunun olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən cari rüb üzrə hesablanmış sosial sığorta haqqı üzrə aparılan ödənişlər cari rübdə yaranmış öhdəliyin yerinə yetirilməsinə aid edilir.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

KOBİA indiyə qədər 350-yə yaxın vətəndaşa dəstək verib

posted in: Xəbər | 0

KOBİA, vebinar, maliyyə kompensasiyası, KOBİA, onlayn maarifləndirmə, KOBİA, KOB subyektləri, vergi məcəlləsi, Gənc Sahibkarlar Forumu, sahibkarlar, turizm, vergi güzəştləri, KOBİA, sahibkarlıq, seminar,İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) özünüməşğulluq proqramına cəlb olunan vətəndaşları potensial mikro və kiçik sahibkarlar kimi dəyərləndirir və proqram çərçivəsində öz təsərrüfatını – mikro biznesini qurmuş şəxslərə bizneslərinin inkişafı üçün dəstək göstərir.

Bu barədə Agentliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, KOBİA proqram çərçivəsində müvafiq aktivlər əldə edərək mikro biznes qurmuş iştirakçılara sonrakı mərhələdə bizneslərinin inkişafı üçün biznesin planlaşdırılması, məsləhət xidmətləri, güzəştli maliyyə resurslarına, satışa və bazarlara çıxış kimi istiqamətlərdə dəstək və xidmətlər təqdim edir. İndiyədək özünüməşğulluq proqramı çərçivəsində müxtəlif aktivlərlə təmin olunmuş 30-a yaxın proqram iştirakçısı biznesin genişləndirilməsi üçün KOBİA-nın dəstək və xidmətlərindən yararlanıb.

Agentlik özünüməşğulluq proqramının iştirakçısı olmuş və müxtəlif aktivlərlə təmin edilmiş proqram iştirakçılarına növbəti mərhələdə bizneslərinin inkişafına dəstək üçün KOBİA-nın KOB dostlarına müraciət etməyi tövsiyə edir (https://bit.ly/3l7Ymej).

Özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin yerli məşğulluq mərkəzlərinə müraciət etməklə və yaxud Agentliyin yaratdığı sadələşdirilmiş qeydiyyat sistemindən (https://bit.ly/3o3EWsE) istifadə etməklə yanaşı, KOBİA-nın dəstək və ximətlərindən də faydalana bilərlər. KOBİA proqrama qoşulmaq istəyən vətəndaşlara bir neçə istiqamətdə dəstək göstərir. Bunlar məlumatlandırma və əlaqələndirmə, təlim prosesində iştirak, biznes planların hazırlanmasına dəstək, prosesin təşkilində iştirakdır.

Belə ki, KOBİA ölkənin müxtəlif rayon və şəhərlərində fəaliyyət göstərən “KOB Dostu” şəbəkəsi vasitəsilə proqrama qoşulmaq istəyən vətəndaşları proqramın üstünlükləri və şərtləri barədə məlumatlandırır, onların e-sosial üzərindən qeydiyyatına texniki dəstək göstərir və məşğulluq mərkəzləri ilə əlaqələndirir. İndiyədək 350-yə yaxın vətəndaş proqrama qoşulmaq üçün KOBİA-nın dəstəyindən faydalanıb. Agentliyin müxtəlif şəhər və rayonlarında olan inzibati ofisləri proqram iştirakçılarının təlimləri üçün istifadə olunur. KOBİA proqram iştirakçılarına biznes planların hazırlanmasında da dəstək göstərir. Pandemiya ilə əlaqədar 2020-ci ildə proqram iştirakçıları təlimlərə cəlb edilmədən, biznes planlar əsasında müvafiq avadanlıqlarla təmin olunduğundan bu proses hazırda daha aktiv şəkildə həyata keçirilir. Eyni zamanda KOBİA Dövlət Məşğulluq Agentliyi ilə birgə uyğun namizədlərin təsərrüfatına baxış keçirir, iştirakçılara aktivlərin verilməsi prosesində iştirak edir.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Müasir dünya auditinin təkamül mərhələləri (III hissə)

posted in: Audit, Xəbər | 0

Müasir dünya auditinin təkamülü (III hissə)

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


Auditorun peşəkar fəaliyyətinin effektivliyi, Auditorun peşəkar fəaliyyəti, vakansiya, auditor, Sahibkarlıq Subyektləri Məcburi AuditUzun bir tarix ərzində bir proses olaraq audit üç inkişaf mərhələsindən keçmişdir:

– təsdiqedici audit (XIX əsrin sonu – XX əsrin 30-cu illəri);

– sistem-yönümlü audit (XX əsrin 40-cı-80-ci illəri);

– riskə əsaslanan audit (XX əsrin 90-cı illəri – XXI əsrin əvvəlləri).

Riskə əsaslanan audit təsdiqedici və sistemyönümlü auditin müsbət tərəflərini özündə cəmləşdirən bir prosesdir. Audit sahəsində tanınmış amerikalı mütəxəssis Cek Robertson auditin sahibkarlıq riskinin azaldılmasına yönəlmiş fəaliyyət olduğunu vurğulayaraq, məhz bu audit haqqında yazırdı. Riskə əsaslanan audit konsepsiyası, aşağı riskli sahələrdə auditi əhəmiyyətli dərəcədə asanlaşdıran daha yüksək risklərə malik sahələrdə auditor işi konsepsiyasına əsaslanır.

Bu auditin xüsusiyyəti, birincisi, xarici və daxili auditin sıx qarşılıqlı əlaqəsidir. Çünki auditor yoxlamasının ilkin mərhələsində daxili nəzarət sistemlərinin keyfiyyəti qiymətləndirilir. İkincisi, auditor yüksək risklə bağlı fəaliyyət sahələrini və təsərrüfat əməliyyatlarını müəyyən edir və bu əməliyyatlar üzrə geniş audit sübutlarını cəlb etməklə auditor yoxlamasını aparır. Bu zaman sistemə nəzarət edən insanlara baxırlar və onların qəbul etdikləri idarəetmə qərarlarına qiymət verirlər. Doğrulama müəssisənin şərtlərinə əsasən, işindəki əngəllərə (kritik məqamlara) əsasən seçilmiş şəkildə aparılır. Bu mərhələdə auditin əhəmiyyəti, audit riski, nümunə kimi baza anlayışları birdəfəlik formalaşmışdır.

Audit bu mərhələyə 1990-cı illərin ortalarında daxil olub, o zaman mahiyyət üzrə audit və nəzarət vasitələrinin auditi öz rolunu maksimum dərəcədə yerinə yetirib və müasir risk – yönümlü auditə gətirib çıxardı. Eyni zamanda qeyd etmək lazımdır ki, “risk” anlayışı 90-cı illərin auditorları üçün heç də tamamilə yeni bir şey deyildi. Bunu hələ 1970-ci illərdən auditor riski modelinin mövcudluğu da sübut edir. Belə ki, auditin standartları haqqında əsasnamə (SAS 55) auditordan auditor yoxlamasının planlaşdırılması üçün tələb olunan səviyyədə daxili nəzarətin başa düşülməsini tələb edirdi.

Lakin daxili nəzarətin effektivliyinin yoxlanılmasını tələb etmirdi. Nəticədə, risk və nəzarətin nisbətən dar interpretasiyası nəticəsində auditorlar diqqəti biznes riskinin daha geniş təsəvvürünə deyil, maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi riskinə yönəltməyə meyl edirdilər. Auditor ictimaiyyəti tərəfindən riskin qəbul edilməsi 1992 – ci ildə “daxili nəzarət-konseptual əsaslar” hesabatının buraxılması ilə əhəmiyyətli dərəcədə dəyişməyə başladı. Burada ilk dəfə olaraq auditorlara və mühasiblərə adi mühasibat səhvinin riskindən fərqlənən risk və daxili nəzarət baxışları təqdim edilmişdir.

Auditin inkişaf mərhələlərinin icmalının sonunda qeyd etmək lazımdır ki, müasir audit özündə hər üç təkamül formalarının xüsusiyyətlərini ehtiva edir. Belə ki, hazırda auditi təsdiqləyən əsasən qanunla məcburi audit aparmağa borclu olan subyektlər üçün keçirilir. Bununla yanaşı, o, mülkiyyətçilərin, top-menecerlərin dəyişdiyi və yeni vəzifəyə qədəm qoyarkən, biznes təşkilatçıları əmin olmaq istəyirlər ki, rəsmi hesabatlarda verilən məlumatlar etibarlıdır. Müəssisənin vahid əmlak kompleksi kimi alınması, birləşmə və satınalma əməliyyatları zamanı auditin təsdiqlənməsi xüsusi əhəmiyyət kəsb edir.

Sistem-yönümlü auditin elementləri o halda baş verir ki, auditor öz müştərilərinin biznesinin təşkilatçıları və icraçıları arasında qarşılıqlı münasibətləri öyrənir. Səhvlərin qarşısını almaq üçün hər bir müştərinin idarəetmə sisteminin səmərəliliyinin artırılmasına diqqət yetirirlər. İlk növbədə, təsərrüfatdaxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair tövsiyələr, aşkar edilmiş qeyri-dəqiqliklərin, idarəetmə və maliyyə uçotunun təşkilində zəif tərəflərin aradan qaldırılması üçün ətraflı tövsiyələr verilir.

Beləliklə, audit fəaliyyəti daha müxtəlif və mürəkkəb hala gəlir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotunun inkişaf mərhələləri (14-cü hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (14-cü hissə)

13-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


Mühasibat uçotu,Hesabların açılması üçün Paçoli inventarlar üzrə müxabirləşmələr tərtib etməyi tövsiyə edirdi. Özü də kapital hesabına kredit verilərkən əmlak hesabları debetləşdirilirdi; kredit borcunun hesabları kreditləşdirilirdi və dərhal da kapital hesabı debet edilirdi. Yəni, demək olar ki, bütün hesablar kapital hesabı vasitəsilə müxabirləşmələrə açılırdı. Bu, kapital hesabında saxta dövriyyələrə səbəb olurdu. Buna görə Kazanov giriş və yekun balansının hesablarını təklif edirdi və bunun nəticəsində aşağıdakı müxabirləşmələrə balansları ayırmaq mümkün olurdu:

  • debet əmlak hesabı, kredit balans hesabı; balans hesabı debeti, kapital hesabı krediti.

Yekun balansın tərtib edilməsi üçün əks müxabirləşmələr tərtib edilirdi. Bu təklif uzun müddət bir çox ölkələrin təcrübəsinə və mühasibat nəzəriyyəsinə daxil olmuşdur. Balans adı altında Paçoli Əsas kitabın debet və kredit hesabları üzrə dövriyyəsinin bərabərliyinin müəyyən edilməsi ilə əlaqəli proseduru başa düşürdü. İkili qeydiyyatı göndərilmədə səhvləri üzə çıxarmağa imkan verən metodoloji üsul kimi təfsir edən Paçoli, balansı yalnız Əsas kitabın yazıldığı zaman tərtib etməyi tövsiyə edirdi.

L. Flori, jurnalı iqtisadi həyatdakı faktların Əsas kitabdakı hesabları ilə identifikasiya olunan bir qeyd kimi müəyyənləşdirmişdi və qayda tətbiq etmişdi: istənilən təsərrüfat həyatı faktı Əsas kitabda yalnız jurnalda yazılanlar əsasında qeyd oluna bilər. Flori balansın iki – aralıq və yekun növünü ayırırdı: birinci özündə istənilən an üçün maliyyə nəticəsini ehtiva edirdi, ikinci – il başa çatdıqdan sonra tərtib edilirdi və həmin ilin maliyyə nəticəsini əks etdirirdi.

Beləliklə, XVII əsrin sonunda İtaliyada özündə Memorialı, jurnalı və Əsas kitabı birləşdirən Venetsiya və ya köhnə italyan uçot forması yaradılmışdı. F. Qarati köhnə italyan formasını təkmilləşdirmiş, hesabların sintetik və analitik formalara bölmüş və bu variant hesablamalarını yeni italyan forması adlandırılmışdır.

Mühasibat uçotu XIX əsrdə İtaliyada elmə çevrilir.

XIX əsrin əvvəlindən İtaliya uçotunu inkişafında iki istiqamət formalaşmışdı:  birinci dəyərlərin hərəkəti və mühafizəsi ilə əlaqəli ortaya çıxan uçot münasibətləri – bu, hüquqi istiqamət idi; ikinci, dəyərlərin uçotuna əsaslanırdı – bu isə iqtisadi istiqamət idi.


15-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun