Məcburi dövlət sosial sığortası: hesablamalar və ödəmələr

posted in: Xəbər | 0

Məcburi dövlət sosial sığortası: hesablamalar və ödəmələr

2020-ci il yanvarın 1-dən məcburi dövlət sosial sığortası (MDSS) ilə bağlı qanunvericilikdə müəyyən yeniliklər qüvvəyə minib. Vergi ödəyicilərini bu yeniliklərə dair sosial sığorta ödəmələri və hesabatlılıq məsələləri maraqlandırır. 2020-ci ildə hansı MDSS hesabatları verilməlidir?

Kimlər MDSS hesabatlarını təqdim etməlidirlər?

Hesablamalar və ödəmələr necə aparılmalıdır?

Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

MDSS üzrə illik hesabatlar olmasa da, rüblük hesabatlar mövcuddur. Hesabatlar rüb qurtardıqdan sonrakı ayın 20-dən gec olmayaraq təqdim edilməlidir. Son ödəmə tarixləri cari ay üçün növbəti ayın 15-dən gec olmayaraq müəyyənləşdirilib. Fəaliyyəti aktiv olan və rüb ərzində fəaliyyəti dayandırılmış hüquqi şəxslər cari rüb üzrə müvafiq hesabatlarını təqdim etməlidirlər.

Fəaliyyəti aktiv olan və rüb ərzində fəaliyyəti dayandırılmış vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər cari rüb üzrə müvafiq hesabatlarını təqdim etməlidirlər. Mülki hüquqi müqavilələr üzrə işlərə cəlb edilmiş işçilər üçün (fərdi sahibkarlar istisna olmaqla) hüquqi şəxslər və vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər müvafiq hesabatları verməlidirlər.

Müəlliflik qonorarı üzrə ödəmələr etmiş hüquqi şəxslər və vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər müvafiq hesabatları verməlidirlər. Hesabatı doldurarkən hüquqi və fiziki şəxslərin mühasibləri əsasən nəyə diqqət yetirməlidir?
  • Neft-qaz, dövlət sektoruna aid olub-olmamanı hesabatda dəqiq qeyd etməlidirlər. Buna görə hesabatlar da fərqlənir.
  • 200 manatdan aşağı olan və 200 manatdan yuxarı olan işçi sayını, həmçinin ümumi əməkhaqqı məbləğlərini dəqiq yazmaq lazımdır ki, sonda sığortaolunanlar arasında bölüşdürmə aparılanda uyğunsuzluqlar əmələ gəlməsin.
  • Sığortaolunanlar haqqında məlumatlar tam düzgün əlavə olunmalıdır ki, gələcəkdə işçilərin pensiya təminatı məsələlərində çatışmazlıqlar yaranmasın.
  • MDSS-yə cəlb olunan və olunmayan gəlirləri düzgün yazılmalıdır ki, vergi orqanlarında muzdlu işlə bağlı vergi hesabatlarında olan rəqəmlərə uyğun olsun.
  • Fizki şəxs sahibkarlar həm özü, həm də işçiləri üçün hesabat təqdim etməlidirlər. Bir çox hallarda sahibkarlar özlərinin hesabatlarını təqdim etmirlər.
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs ticarət və xidmət sahələri üzrə ayrı-ayrılıqda məşğul olarsa, ticarət fəaliyyəti üzrə hesabat təqdim etməlidir. Belə ki, müəyyən dövr ərzində bir neçə fəaliyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qanunvericiliklə iqtisadiyyatın sahələri üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğcə ən böyüyünü ödəyirlər.
2020-ci il yanvarın 1-dən tətbiq olunan yeniliklər

Sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında MDSS haqqı ödəyəcəklər.

Hüquqi şəxslərdə MDSS tutulmalarında heç bir dəyişikliklər olmayacaqdır.

Misal: Tutaq ki, fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarın Qəbələ rayonunun Əmirvan kəndində mağazası vardır və o, həm də işçi briqadası ilə təmir işləri görür. Sual meydana çıxır ki, bu sahibkar özü üçün 2019-cu ildə və 2020-ci ildə hansı hesabatları verməlidir və hansı məbləğlərdə ödəmələr aparmalıdır? 4-cü rüb 2019-cu ildə 0704 (ticarət sahəsində məşğul olan sahibkarlar – kənd yerlərində) fəaliyyət növünün kodu üzrə hesabat təqdim etməlidir. Bu hesabatı o, 2020-ci ildə də təqdim edəcəkdir.
Hesablamalar belə olacaqdır:

2019-cu ilin 4-cü rübü üçün ticarət fəaliyyətindən 250 * 50% * 50% = 62,50 manat
2020-ci il üçün isə ticarət fəaliyyətindən 250 * 50% = 125 manat olacaqdır.

Göründüyü kimi, 2020-ci ildən ölkənin bütün regionları üçün vahid dərəcələr tədbiq olunur.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotunun inkişaf mərhələləri (13-cü hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (13-cü hissə)

12-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


Mühasibat uçotunun italyan məktəbinin inkişafı

XVXVIII əsrlərdə İtaliyada uçot

İtalyanlar qədim Roma mühasibatlıq ənənələrinin davamçıları idi, onlar da Yaddaş kitabı, Memorial və Əsas kitab adlandırılan eyni uçot registrlərindən, kodekslərindən istifadə edirdilər. Lakin, onları pul ölçüsündə aparırdılar.  Əsas kitaba kapital hesabları daxil edildikdən sonra isə ikili qeydiyyat ortaya çıxdı. Əvvəlcə mühasibatlıq hər bir firmada müstəqil şəkildə inkişaf edirdi. Sonra mətbəə kitabları ortaya çıxdı, çap mühasibatlığı yarandı. Onun meydana çıxmasını iki adla əlaqələndirirlər – B. Kotrulyi və L. Paçoli.

B. Kotrulyi Raquzadan olan tacir idi və 1458-ci ildə “Ticarət və mükəmməl tacir barədə” kitabını yazmışdı. Həmin kitab 1573-cü ildə çap edilmişdi. Luka Paçoli isə dünya şöhrətli riyaziyyatçı və Leonardo da Vinçinin dostu idi. O, “Hesabın məbləği, həndəsə, nisbətlər və münasibətlər barədə elm” (1494-cü il) və “Hesabat qeydləri haqda XI traktat” kitablarında ikili qeydiyyat prosedurunu ifadə etmişdir. L. Paçoli uçotun əsas məqsədini – öz işlərini lazımi qaydada aparmaq adlandırmışdı  ki, həm borc, həm də tələblərlə bağlı hər cür məlumatı gecikmədən əldə etmək mümkün olsun. İtaliyadakı ikili qeydiyyatın inkişafı ilə mühasibat uçotunun iki qarşılıqlı məqsədi ortaya çıxdı: hüquqi – borcların və tələblərin miqdarının operativ şəkildə müəyyən edilməsi; iqtisadi – öz işlərinin düzgün təşkili. Uçot qarşısında qoyulmuş məqsədlərə çatmaq üçün uçot registrlərini doldurmaq zəruri idi, bununla əlaqədar olaraq, bütün mühasibatlıq bir çox yüzilliklər ərzində kitabların aparılması sənəti kimi müəyyən edilirdi.

Kotrulyi və Paçolidə ticarət sahəsində mühasibat uçotundan söhbət gedir və ikili qeydiyyat xalq təsərrüfatının bu sahəsinə aid edilirdi; A. Kazanova ikili qeydiyyatı gəmiqayırma sahəsində genişləndirirdi; A. di Pyatero –monastr təsaərrüfatı və bankların uçotunda; D. Mosketti – sənaye sahəsində; L. Flori hospitallar, dövlət təşkilatları və ev təsərrüfatlarında; B. Venturi – kənd təsərrüfatında.

İtalyan məktəbi ümumi mühasibat məsələlərinin təfsiri ilə deyil, mühasibat uçotu prosedurunun hərtərəfli təsviri ilə xarakterizə olunurdu. Paçolinin traktatındakı fəsillərin qaydası uçot qeydiyyatının ardıcıllığını tam əks etdirir. O, mahiyyəti cansız obyektləri nəzərə alan hesabların fiziki şəxslərin hesabları kimi qiymətləndirilməsinə səbəb olan fərdi yanaşmadan istifadə etmişdir. O, Paçolinin iki postulatı adlandırılan və mühüm iki məqamı olan iqtisadi fəaliyyətin əsas məlumat modelini yaratdı:

1) debet dövriyyələrinin məbləği həmişə eyni hesab sisteminin kredit dövriyyələrinin məbləğinə bərabərdir;

2) debet balansının məbləği həmişə eyni hesab sistemlərinin kredit balansının məbləğinə bərabərdir.

Bu dövrün bütün italyan müəllifləri fərdiləşdirmə mövqeyində qaldılar və onların verdiyi töhfələr Paçolinin ayrı-ayrı müddəalarının dəqiqləşdirilməsi və inkişafı ilə bağlı idi. İqtisadi həyat faktını xarakterizə edərkən, Paçoli nəzərə alınmalı olan dörd zəruri anı fərqləndirirdi:

1) subyekt;

2) obyekt;

3) zaman;

4) məkan.

Bu məqamlara dörd sual müvafiq gəlir: kim, nə, nə vaxt, harada?

Hesabların sintetik və analitik bölünməsi üçün mühasibat təcrübəsinin olmaması orta əsr firmalarının balans hesabatlarında maddələrin həddən artıq yüklənməsinə səbəb olurdu. Orta əsrlərin balans tərtibatında maraqlı bir məqam, hesablamalardakı arifmetik səhvlər nəticəsində yaranan debet və kredit dövriyyələri arasındakı fərqin təsdiqlənməməsi, mənfəət və zərər hesabına silinməsi idi.


14-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir

posted in: Xəbər | 0

uyğunluq nişanı, Uyğunluq sertifikatı, Uyğunluq sertifikatının forması, kassa əməliyyatları, Nağd pul vəsaitinin uçotu, Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiSon günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, sanitar-epidemioloji vəziyyət, koronavirusa yoluxmuş aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə aşağıdakı məhdudiyyətlər tətbiq edilir:

• 2020-ci il 19 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır;

• 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq digər əməkdaşlar məsafədən iş rejiminə keçirilir. Özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur.

Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilir.

Bir daha vətəndaşlarımızı COVID-19 ilə bağlı hazırkı vəziyyətdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara ciddi əməl etməyə, qoruyucu maskalardan istifadə etməyə, evdən yalnız zəruri ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud karantin şərtlərinə əməl etməyə çağırırıq.

Onu da qeyd edək ki, Milli Ordumuzun Ermənistanın təcavüzünə qarşı uğurlu əks-hücum əməliyyatları apardığı zamanda hər birimiz virusun geniş yayılmaması üçün müvafiq qaydalara riayət etməklə dövlətimizə, ordumuza dəstək vermiş olarıq.


“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının 1.2.5-ci yarımbəndindən “və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin” sözləri çıxarılsın, həmin yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.2.6-cı yarımbənd əlavə edilsin:

“1.2.6. Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması.”.

2. Bu Qərar 2020-ci il 19 oktyabr saat 00:00-dan qüvvəyə minir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 16 oktyabr 2020-ci il
№ 395


Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər barədə

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının ərazisində 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək:

1.1. məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələri istisna olmaqla, bütün təhsil müəssisələrində əlavə tətil günləri (ümumi təhsil müəssisələrində payız tətili ilə əvəz olunmaqla) müəyyən edilsin;

1.2. məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti dayandırılsın.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri bu Qərarın icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etsinlər.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 16 oktyabr 2020-ci il
№ 396

Mənbə: nk.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xəbardarlıq müddəti əvəzinə verilən orta aylıq əmək haqqı məbləği MDSS-ə cəlb edilir?

posted in: Xəbər | 0

Xəbardarlıq müddəti əvəzinə verilən orta aylıq əmək haqqı məbləği MDSS-ə cəlb edilir?


MDSS, Orta aylıq əmək haqqı məbləğiSual: İşçi 11 ildir A müəssisəsində işləyir. O Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) ilə işdən azad edilir. Bu zaman ona müvafiq müəssisədəki əmək stajına uyğun olaraq orta aylıq əmək haqqısının 2 (iki) misli məbləğində işdən çıxarılma müavinəti və xəbardarlıq müddəti əvəzinə (işçi razıdır) orta aylıq əmək haqqısının 2 (iki) misli məbləği ödənilir. Burada sualım budur.

1. İşdən çıxarılmaya görə verilən orta aylıq əmək haqqısının 2 (iki) misli məbləğində işdən çıxarılma müavinəti MDSS-yə cəlb olunurmu?

2. Xəbardarlıq müddəti əvəzinə verilən orta aylıq əmək haqqı məbləği-nin 2 (iki) misli məbləği MDSS-yə cəlb olunurmu?

Cavab: Bildiririk ki,  “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin 4-cü abzasına əsasən, müəssisənin ləğvi, işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmişdir. Buna əsasən müraciətinizdə qeyd olunan işçiyə ödənilən birdəfəlik məbləğlərə sosial sığorta haqqı hesablanmır.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun