Bu halda idxal zamanı ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir

posted in: Vergi, Xəbər | 0

ödənilmiş ƏDV-nin məbləği, ƏDV-dən azad, ƏDV-nin qaytarılması, Əvəzləşdirilən ƏDV, ƏDV hesablanması, Əvəzləşdirilməyən ƏDV EDVSual: Vergi məcəlləsinin 175.6-cı maddəsinə əsasən “Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir.” Vergi məcəlləsinin 175.10-cu maddəsinə əsasən Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir.

Bilmək istərdik ki, Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq Dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına alınmış mallar (işlər, xidmətlər) alınarkən də əvəzləşdirilməsinə əsas verir?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına mallar (işlər, xidmətlər) alınarkən ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir.

Qeyd olunanları nəzərə alaraq bildiririk ki, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına mallar (işlər, xidmətlər) alınarkən ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rusiya regionlarına yaşayış minimumunu aşağı salmaq qadağan edilib

posted in: Xəbər | 0

Rusiya regionlarına yaşayış minimumunu aşağı salmaq qadağan edilib. Təşəbbüs hökumətin iclasında müzakirə olunub. Bu haqda “İzvestiya” qəzetinə nazirlər kabinetinə yaxın iki mənbədən məlumat daxil olub.

Qeyd edilir ki, məhdudiyyət hesablamalara görə yeni yaşayış minimumunun miqdarı bir il əvvəl müəyyən edilmiş dərəcədən az olduqda qüvvədə olacaq. Yeniliyin bu məbləğin dəyərinin müəyyənləşdirilməsinə dair qanun layihəsində nəzərdə tutulması planlaşdırılır.

Bundan əlavə, hökumət yaşayış minimumunun hesablanması metodologiyasına düzəlişlər etmək niyyətindədir. Gözlənilir ki, onun ölçüsü bütövlükdə ölkə üzrə məhsulların baza dəsti əsasında müəyyənləşdiriləcək. Subyektlər üçün isə xüsusi əmsal müəyyən ediləcək.

Bu əmsal federal yaşayış minimumu və hər bir fərdi bölgədə median gəlir nisbəti əsasında olacaq. Yaşayış minimumunun miqdarının müəyyən edilməsinə yanaşmaların yenidən baxılması, həmçinin əmək haqqının minimal məbləği beş ildə bir dəfə baş verəcək.

Əmək Nazirliyində bildirirlər ki, yaşayış minimumunun müəyyən edilməsinə müxtəlif yanaşmalar, o cümlədən beynəlxalq təcrübə əsasında, həmçinin istehlak səbətinin aktuallaşdırılması üzrə təkliflər hazırlanır.

Avqust ayında Əmək Nazirliyi 2020-ci ilin ikinci rübündə Rusiyada yaşayış minimumunu dəyişdirməyi təklif edib. Qurum yaşayış minimumunu 11 468 rubl (153 dollar) məbləğində təyin etmək istəyirdi. Əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 12 392 rubl (165 dollar), pensiyaçılar üçün 9422 rubl (125 rubl), uşaqlar üçün isə 11 423 rubl (152 dollar) təşkil edəcək.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Külli miqdarda vergi ödəməkdən yayınan şirkət rəhbəri barədə həbs qətimkan tədbiri seçilib

posted in: Xəbər | 0

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlara kölgə salan ayrı-ayrı sahibkarlıq subyektlərinin qanunsuz əməllərinə qarşı prokurorluq orqanları tərəfindən mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, Türkiyə Respublikası vətəndaşının müraciəti əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırma nəticəsində “Güllübulaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və faktiki rəhbəri Adıgözəlov Füzuli Qəşəm oğlunun 2011-2015-ci illərdə MMC-nin adına Türkiyə Respublikasından müxtəlif məhsullar idxal edib həmin MMC-nin anbarına mədaxil etmədən Cəmiyyətə məxsus 1 milyon 885 min manat məbləğində pul vəsaitinin hesabına malların dəyərini və gömrük rüsumlarını ödəməsinə, habelə malların satışından əldə etdiyi gəlirdən Cəmiyyətə ödəniş etməyərək mənimsəməsinə və bununla da şirkətə külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyənləşdirilib.

Bundan başqa, Füzuli Adıgözəlovun Cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən maddi məsul rəhbər vəzifəli şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olub, dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq 2011-2015-ci illərdə ümumilikdə 8 milyon 396 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmasına da əsaslı şübhələr yaranıb.

Həmin xüsusatlara əsasən sentyabrın 9-da Füzuli Adıgözəlov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan halların tam və hərtərəfli yoxlanılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

BirKart-la dərs ilinə hazırlaşın və noutbuk qazanın!

posted in: Xəbər | 0

Kapital Bank BirKart sahibləri üçün ənənəvi “Məktəbə qayıdış” kampaniyasını başlayır. Şərtlərə görə, BirKart kredit kart sahibləri bir sıra partnyor mağazalarında (dəftərxana, kitab, məktəb və ofis ləvazimatları, saat, geyim, ayaqqabı, parfümeriya və kosmetika) taksitli alış-veriş edərkən noutbuk qazanmaq şansı əldə edəcəklər.

8 oktyabr 2020-ci il tarixinədək keçirilən aksiya zamanı hər həftə ən çox məbləğdə taksit əməliyyatları edən 10 BirKart sahibi qalib olacaq. Qaliblər müəyyən olunarkən həftə ərzində icra edilən taksit əməliyyatlarının cəmi nəzərə alınacaq.

Qaliblər qeyd olunan aralıqlar üzrə müəyyən olunacaq: 10 sentyabr – 17 sentyabr, 18 sentyabr – 24 sentyabr, 25 sentyabr – 1 oktyabr və 2 – 8 oktyabr. Kampaniya çərçivəsində ümumilikdə 40 noutbuk sahiblinə çatacaq. Qalib gəlmiş 1 müştəri, ikinci dəfə qalib ola bilməz.

Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 7500-dən çox partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun