Mühasibat uçotunun inkişaf mərhələləri (11-ci hissə)

posted in: Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (11-ci hissə)

10-cu hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


Mühasibat uçotu,XIII əsrdə Qərbi Avropa ölkələrində kassa əməliyyatlarının uçot sistemi bərqərar oldu. Hər bir mədaxil qeydində bu rekvizitlər yer alırdı: pulun kimdən daxil olduğunu, ödənişin əsasını bildirən tarix, hərflərlə yazılmış məbləğ və vərəqin kənarında rəqəmlə yazılmış məbləğ. Xarici valyutada daxil olan pul və onun yerli valyuta ilə məbləği.

Hər bir xərc qeydində bu rekvizitlər yer alırdı: tarix, sərəncamçı sənədinə istinad, pulu alan, məbləğ, xərcin məqsədli təyinatı, ödəniş üsulu. Kassa kitabının hər bir səhifəsinin yuxarısında il də göstərilirdi.

Mədaxil-məxaric kitabı iki nüsxədə tərtib olunurdu: onlardan biri kassirdə, digəri isə mühasibdə olurdu. Kitabdakı bütün düzəlişləri yalnız bir xüsusi notarius yerinə yetirirdi. Kitablar üzrə qalıqlar ya aylıq olaraq, ya da hər yarımildə bir dəfə rekapitulyasiya yolu ilə – yekunlar hər bir müxabirləşmə üzrə yerinə yetirilirdi – aparılırdı.

Təsərrüfat fəaliyyətinin inkişafı uçot informasiyasının keyfiyyətinə nəzarətin müəyyən formalarını tələb edirdi. XIII əsrdə İngiltərədə auditor-nəzarətçi institutu peyda oldu.

Avropada sadə mühasibat işi üstünlük təşkil edirdi. Bu, tacirlərin uçotunda cari dövriyyə dəftərlərində xronoloji qeyd şəklində mövcud idi. Real iqtisadi həyatın hər bir faktına qarşı birinci faktın güzgü kimi əks olunduğu informasiya faktı dayanırdı. Müxtəlif faktlar müxtəlif vahidlərdə ölçüldüyündən, onların qeydiyyatı faktların özlərinin yarandığı kimi eyni ölçü vahidlərində həyata keçirilirdi.

Sadə mühasibatlıq öz inkişafında beş mərhələdən keçib:

1) inventar uçotu – yalnız maddi dəyərlər qeydə alınırdı;

2) kontokorrent – yalnız hesablaşma əməliyyatlarının uçotu;

3) pullar – sikkələr uçot obyekti kimi çıxış edirdi;

4) pullar uçot obyekti kimi hesablaşmalar nəzərə alınmaqla birləşdirilirdi;

5) pullar və kontokorrent inventarların uçotunu udurdu.

Beləliklə, sadə mühasibatlıq təsərrüfat həyatı faktlarının nə hüquqi, nə də iqtisadi mənasını açmırdı. Çünki müxtəlif ölçü cihazlarından – təbii və pul ölçülərindən istifadə edilirdi, təsərrüfat həyatı faktlarını ümumiləşdirmək mümkün deyildi. Sadə mühasibatlıqda mənfəətin hesablanması üçün heç bir şərait yox idi və qeyd olunan məbləğlərin düzgünlüyünə avtomatik nəzarət etmək üçün də hər hansı bir qaydalar mövcud deyildi.

Kameral və ya büdcə mühasibatlığı sadə və ikili qeydiyyat uçotu ilə paralel olaraq mövcud idi. Bu ondan irəli gəlirdi ki, uçotun əsas obyekti kassa və gözlənilən daxilolmlar, eləcə də onlardan ödənişlər idi. Xərclərin və gəlirlərin qiymətləndirilməsinə nəzarət mühasibat uçotunun əsas məqsədi idi. Bir və ya bir neçə registrdə kassa əməliyyatlarının uçotunun müxtəlif və özünəməxsus üsullarından istifadə edilirdi.

Tədqiqatçıların fikrincə, mövcud metodların mənfi cəhətləri var:

1) uçot vahid sistemə salnmamışdı, onun obyektlərinin elementləri bir-biri ilə uyğunlaşdırıla bilməyən bir məcmu idi;

2) hər bir obyekt müəyyən edilmiş uçot vahidlərində aparılırdı (məsələn, çörək natural vahiddə, kassa isə pul vahidində);

3) əgər uçot obyektlərini birləşdirən sistemlər rast gəlinirdisə, onlar sadə mühasibatlığı təqdim edirdi. Nə mülkiyyətçinin, nə də nəticəli hesabların hesablarına malik deyildilər;

4) maliyyə nəticələrinin inventar olmadan hesablardan çıxarılması mümkün deyildi.

Bu çatışmazlıqların aradan qaldırılması üçün digrafik və ya ikili mühasibatlıq inkişaf edirdi. Hesabların nomenklaturasına öz vəsaitlərinin hesabları daxil edilir və maddi hesablar pul dəyərləndirməsini alırdı. Bunun nəticəsində təsərrüfat həyatının bütün faktları iki dəfə əks olunurdu. İkili qeydiyyatın meydana gəlməsini ixtiraçı adı ilə əlaqələndirmək üçün bir neçə dəfə cəhdlər edilmişdi. Bununla birlikdə, orta əsrlərə aid sənədlərin araşdırması göstərdi ki, ikiliqeydiyyat Pietra, Paçolidən xeyli əvvəl mövcud idi və mühasiblər pul, əlifba və danışıq dilinin ixtiraçısının olmadığı kimi, ikili mühasibatlığın da hər hansı bir konkret ixtiraçısının olmadığı qənaətinə gəldilər.


12-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *