PASHA Bank Fraud İdarəolunması üzrə mütəxəssis vakansiyasını elan edir

posted in: Xəbər | 0

Vakansiya: Fraud idarəolunması üzrə mütəxəssis – İnformasiya Texnologiyaları Departamenti.

Vəzifənin məqsədi:

Bütün zəruri, önləyici, aşkarlayıcı və araşdırıcı anti-fraud nəzarətlərin yerində olmasını və onun təşkilati, qlobal tərəfdaşlar və tənzimləmə tələbləri ilə uyğunluğunu təmin etmək. Anti-fraud ölçülərin və fəaliyyətlərin məxfiliyinə, bütövlüyünə və əlçatan olmasına cavabdeh olmaq.

Vəzifə Öhdəliyi:

– Fraud monitorinq və hesabat
– Rəqəmsal kanallarda fraud idarəetmə sistemlərinin və nəzarətlərinin optimizasiyasına məsul olmaq
– Məhsulun təhlükəsizliyinə məsul olmaq
– Daxili/xarici müştəri şikayətlərini və sorğularını idarə etmək(keyfiyyət və əməkdaşlıq).
– Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar

Tələb edilən bilik, bacarıq və təcrübə:

• Təhsil: İqtisadiyyat, İnformasiya texnologiyaları, Riyaziyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
• İş təcrübəsi: Fraud İdarəolunması sahəsi üzrə və ya müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
• Lisenziya/ Sertifikat: N/A;
• Xarici dil: İngilis dili (yaxşı);
• Kompüter bilikləri: MS Office, Excel proqramını yaxşı səviyyədə bilmək;
• Məhsul biliyi: Kard Tədbiqi, Ödəniş Sistemləri, Fraud İdarəolunması Sistemləri;
• Bazar biliyi: Qlobal ödəniş sistemlərinin qaydalarını bilmək;
• Digər: Güclü analitik və məlumat vizualizasiya biliklərinə malik olmaq.

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 01.10.2020-ci il tarixinədək elektron ünvanına email-in mövzu hissəsində “Fraud idarəolunması üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Gəlir vergisi” kitabı çapdan çıxıb

posted in: Vergi, Xəbər | 0

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun İqtisadi tədqiqatların riyazi təminatı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayevin, institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktorları Yaşar Məmmədov və Aygün Musayevanın müəllifi olduqları “Gəlir vergisi” kitabı nəşr edilib.

İqtisadiyyat İnstitutundan bildirilib ki, kitabın rəyçiləri iqtisad elmləri doktorları, professorlar Vahid Novruzov və Müşviq Atakişiyev, elmi redaktoru isə iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevdir.

Monoqrafiyada gəlir vergisinin nəzəri əsasları, səciyyəvi xüsusiyyətləri, fiskal siyasətdə, iqtisadiyyatda formalaşan gəlirin bölüşdürülməsində oynadığı rol, gəlir vergisinin istehlak vergisi ilə müqayisəsi, gəlir vergisinə cəlb olunan gəlirin formalaşma mənbələri araşdırılıb və xüsusi yanaşma ilə sistemləşdirilib. Gəlir vergisindən azadolmalar sistemi qüvvədəolma müddətinə, əhatə dairəsinə, subyektinə, məqsədinə, xarakterinə, digər xüsusiyyətlərinə görə təsnifləşdirilib. Kitabda gəlir vergisinin proqnozlaşdırma metodologiyasına, ekonometrik və optimallaşdırma modellərinə, gəlir vergisinin marjinal və effektiv dərəcələrinə və bu sahədə beynəlxalq təcrübəyə geniş yer verilib.

Monoqrafiya vergi sahəsində çalışan mütəxəssislər, vergi ixtisası üzrə təhsil alan tələbə və magistrlər və elmi işçilər üçün faydalı mənbə rolunu oynaya bilər.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İnventarlaşdırma: tarix və müasirlik (IV hissə)

posted in: Xəbər | 0

İnventarlaşdırma mühasibat uçotu metodu kimi / IV hissə

III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


inventarlaşdırma,İnventarlaşdırma müəssisənin iqtisadi gücünü müəyyən etməyə imkan verir. L. I. Gombert

İnventarlaşdırma – mühasib işinin ayrılmaz hissəsidir. Nə vaxtsa bu uçot işinin yeganə üsulu olub. Zamanla onun rolu dəyişildi, amma, o, yox ola bilmədi.

Bunun yaddaşa həkk olunması üçün sözlər və əlifba icad edilmişdir. Sözlər sehirli məna daşıyırdı: “Və İoanın İncilində deyilir ki, söz – bu Tanrıdır”. Əlifba ilə məsələ daha sadə idi. Onun finikiyalı tacirlərin yanında ortaya çıxması sirrini biz əlifbanı icad edən Kadmın dilindən, amma, Anatol Fransın şərhində öyrənəcəyik: “Əgər siz, mərhəmətli hökmdar – Kadm deyir, – ticarətlə məşğul olmaq üçün lazım olan əqli qabiliyyətin çatışmazlığına görə mühasib olmağa məcbur edilmişsinizsə, sizə əlifba verən mənə pərəstiş etməli idiniz… Siz, əlbəttə başa düşürsünüz ki, mən bunu sadəcə öz kommersiya tələbatlarıma görə yaratmışam… Mənə sürətli qeydlər üçün nişanların sadə bir sistemi lazım idi”.

Bəs bu “sürətli qeydlər” nəyə lazım idi?  Əlbəttə ki, əmlakın sayılması və qonşularla hesablaşma üçün. Birinci iş inventarlaşdırmanın köməyilə, ikinci isə kollasiyanın yardımı ilə yerinə yetirilirdi. Bu, indiyə qədər mühasibat uçotunun əsasını təşkil edən və indi onun metodunun elementləri adlandırılan ilk iki üsul idi.

İnventarlaşdırma aşağıdakı səbəblərlə bağlıdır:
  • birincisi, onun olmasının sadə təsdiqi. Burada çoxlu nümunələr gətirmək olar. Döyüş baş verib, qənimətlər ələ keçirilib – onları qeyd etmək lazımdır. Bir mövsüm işləmişik, amma, necə işləmişik, mülkiyyətimiz artıb və ya azalıb – bunu yalnız inventarlaşdırma yolu ilə müəyyənləşdirə bilərik. Mövsümə qədər yoxlama olub, mövsümdən sonra yoxlama həyata keçirilib. Beləliklə də insanlar öz gəlirləri barədə məlumat əldə ediblər. Həmin inventarlaşdırma sayəsində adamlar ağlayacaqlarını və ya güləcəklərini müəyyən edirlər. Sonralar, əlbəttə mühasiblər inventarlaşdırma olmadan da maliyyə nəticələrini müəyyən etməyi öyrənəcəklər. Lakin, bir var nəticə registrlərdə olur, bir də var anbarlarda;
  • ikincisi, hesabat verməli adamlara nəzarət. Uçot sistemi olduqda hesabat verməli şəxslərin dəqiqliyini və düzgünlüyünü yoxlamaq zərurəti ortaya çıxır.

Beləliklə, biz iki əsas ideya ilə qarşılaşırıq: həqiqətin təsviri və onun təsdiqi. Hər iki fikir insan sivilizasiyasının mənşəyinə aiddir.

Beləliklə, əsl vəziyyətin təsviri Qədim Misir, Babilistan, Qədim Çin kimi dövlətlərdə uçotun daimi xüsusiyyətlərindən biri idi.

“Əmlakın hesablanması”, yəni, fironun dəyərlərinin inventarlaşdırılması Qədim Misirdə o qədər mühüm iş sayılırdı ki, padşahların hakimiyyət illəri məhz, onların keçirildiyi vaxta təsadüf edirdi. İnventalaşdırma nə qədər çox icra olunurdusa – hökmdar bir o qədər müdrik və onun xalqı da bir o qədər xoşbəxt idi (ən azından belə hesab olurdu).


V hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda ilk dəfə Banka getmədən, video zənglə BirKart və nağd pul krediti əldə edin

posted in: Xəbər | 0

Kapital Bank ölkədə ilk dəfə olaraq, zamanın tələbinə uyğun olaraq filiala getmədən video zəng vasitəsilə müştərilərə nağd pul krediti və BirKart almaq imkanının təqdim edir. Belə ki, yaşı 18-dən yuxarı və rəsmi gəliri olan hər kəs www.birkart.az www.kapitalbank.az saytları, WhatsApp (+994 51 250 99 99) və digər onlayn üsullar vasitəsi ilə nağd pul krediti və ya BirKart-la bağlı Kapital Bank-a müraciət edə bilər.

Daha sonra Bank tərəfindən xüsusi hazırlanmış rəqəmsal platforma üzərindən əlaqə saxlanılaraq nağd pul krediti və ya BirKart rəsmiləşməsi prosesi icra olunaraq sənədlər imzalanır.
Son mərhələdə müəyyən olunan kredit məbləği karta mədaxil olunur. BirKart almaq istəyənlər üçün isə BirBank mobil tətbiqində kart aktivləşdirilir və müştəri həmin kartı İnternet, NFC, QR-kod və digər ödənişlərdə istifadə edə bilər.

Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. BirKart-ın isə 4 növü var – taksit, taksit/cashback, taksit/miles və Umico. Ölkə üzrə 7500-dən çox partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun