Azərbaycanda yaşı 18-dən az olanların əmək fəaliyyətinə dair qadağalardan biri ləğv edilir

posted in: Xəbər | 0

İnzibati Xətalar Məcəlləsi, əmək müqaviləsi, Xeyriyyəçilik, sahibkarlıq, Cinayət-Prosessual Məcəlləsi, Sosial yardım, dövlət rüsumu, Sosial sığorta, Vergi Məcəlləsində dəyişiklik, Vergi orqanlarının vəzifəli şəxsləri, müavinət, lisenziyadan azad, icazələr, Lisenziyalar, -ci il üçün ehtiyac meyarıİcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi, yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsinin qadağan edilməsi barədə müddəa Əmək Məcəlləsindən çıxarılır.

Bu, Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Qanun layihəsi 7 sentyabr tarixində Milli Məclisin Elm və təhsil komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev açıqlamasında deyib ki, “Təhsil haqqında” qanuna edilmiş dəyişikliyə əsasən, hazırda 9 və 11-ci siniflər olmaqla, iki buraxılış sinifləri var: “Bu buraxılış siniflərini bitirənlər 6 aylıq peşə təhsili alaraq əmək fəaliyyəti ilə məşğul ola bilər. Eyni zamanda artıq qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, orta məktəbdə də peşə təhsilinin verilməsi imkanı var. Tutaq ki, əgər mən 9-cu sinifdən peşə təhsilinə gedirəmsə, peşə fəaliyyəti göstərmək istəyirəmsə, deməli, mənin o hüquqlarım da qorunmalıdır. Bu baxımdan qanunda qadağanedici hallar aradan qaldırılmalıdır. Digər tərəfdən, ola bilər ki, biri 5 yaşında məktəbə gedir, yaxud müsabiqə əsasında imtahan verərək sinifdən sinfə daha tez keçməklə orta məktəbi tez, 15, 14 yaşında bitirir. Ola bilər ki, peşə məktəbində də 6-9 ay təhsil alsın.

Ona deyilməlidir ki, 18 yaşın tamam olmayıb, işləyə bilməzsən?! Vətəndaşı bu hüquqlarından da məhrum etmək olmaz. Buna görə də Əmək Məcəlləsinə müvafiq dəyişiklik edilir. Bir məqamı da qeyd etmək istəyirəm. Təhsillə əlaqədar mövcud qanunvericiliyə əsasən, 9-cu sinifdən peşə məktəbinə gedən və ümumi təhsil almaq istəyənlərə də tam ümumi təhsil almaq imkanı yaradılır. Hər iki məsələyə çevik münasibət var. Bu, ilk növbədə insanların hüquqlarının müdafiəsinə yönəlib”. 

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət büdcəsi hesabına icbari sığorta haqqının ödənilməsi müddəti və qaydası dəyişib

posted in: Xəbər | 0

gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiNazirlər Kabineti “İcbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının 2020-ci ildə mərhələli şəkildə ödənilməsi Qaydası”nda dəyişiklik edib.

Dəyişikliyə əasən, icbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqı 2020-ci ildə deyil, 2020-2021-ci illərdə mərhələli şəkildə ödəniləcək.

Qüvvədə olan qərara əsasən, sığorta haqqının adambaşına məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”na uyğun olaraq, icbari tibbi sığortanın yanvar-mart aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat, aprel-iyun aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat, iyul-sentyabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 45 manat, oktyabr-dekabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 22,5 manat təşkil edirdi.

Dəyişikliyə əsasən, sığorta haqqının adambaşına məbləği Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”na uyğun olaraq aşağıdakı kimi müəyyən edilir:

– 2020-ci il üzrə – icbari tibbi sığortanın 2020-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat;

– 2021-ci il üzrə – icbari tibbi sığortanın 2021-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat + 90 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi, aprel ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat + 67,5 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sığortaçılar Assosiasiyasından sahibkarlara tövsiyə

posted in: Xəbər | 0

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 42.2 maddəsinin tələbinə görə, əmlakın istismarı ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirilib ki, növün imperativliyindən irəli gələrək əmlak sahibi olan sahibkarlara sığorta etdirmədikləri təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə tətbiq olunur. Sahibkarlar, ilk növbədə, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növünün vacibliyini formalaşdıran əsas istiqamətləri, bu növün mahiyyətini və üstünlüklərini bilməlidirlər. Belə ki, adıçəkilən növ qeyd olunan Qanunun preambulasında da bildirildiyi kimi, daşınmaz əmlakın istismarı, eyni zamanda, həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəymiş zərərin qarşılığının ödənilməsi məqsədilə tətbiq edilir. İstismarı ilə bağlı mülki məsuliyyətin sığortası məcburi olan əmlak dedikdə, hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyəti həyata keçirmək məqsədilə istismar etdiyi daşınmaz əmlak olan binalar, tikililər, qurğular və sahələr nəzərdə tutulur. Bu növ üzrə aşağıda qeyd olunan hallar sığorta hadisəsi hesab olunur:

• elektrik və ya təbii qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticələri;

• təbii qaz partlayışı;

• elektrik naqillərində baş verən qısa qapanma;

• su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma;

• hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri.

“Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” üzrə sığorta haqlarının məbləği isə mövcud əmlakın təyinatından asılı olaraq sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir. Yuxarıda qeyd olunan hallar nəticəsində üçüncü şəxs olan fiziki şəxsin sağlamlığına dəyən zərərə görə 5 min manat, əmlaka dəyən zərər üzrə isə 50 min manat sığorta təminatı verilir. Yəni yuxarıda qeyd olunan hallar bu və ya digər səbəblər nəticəsində baş verərsə, sahibkar üçüncü şəxsə və ya əmlaka görə ödəməli olacağı 5 min manatdan 50 min manata qədər olan əlavə xərcdən azad olmuş olur.

Təəssüf ki, məhz hadisə baş verdikdən sonra bu kimi halların qaçılmaz olduğu, adıçəkilən sığorta növünün isə vacibliyi aktuallaşır. Sabah baş verə biləcək hər hansı hadisədən zərərli çıxmamaq üçün bu gündən etibarən sığortanlanmalıyıq. Unudulmamalıdır ki, sığorta sosial əhəmiyyət kəsb edib, xərclərin optimallaşdırılması, eyni zamanda, risklərin yarada biləcəyi zərərliliyi minimallaşdıran unikal bir maddi müdafiə mexanizmidir. Bu dəstək mexanizminin təklif etdiyi üstünlüklərdən istifadə geniş ictimaiyyətin sağlam və firavan gələcəyi naminə icbaridir.

Qeyd edək ki, yaxın günlərdə “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növü üzrə sığorta hadisəsi hesab oluna biləcək bir hadisə qeydə alınıb. Belə ki, Nərimanov rayonu, Mövsüm Sənani 37 ünvanında kranın aşması nəticəsində ətrafda park vəziyyətində olan 6 nəqliyyat vasitəsinə ciddi zərər görüb.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu şəxslərlə əmək müqaviləsi bağlamış vəzifəli şəxslər cərimələnəcəklər

posted in: Xəbər | 0

Xeyriyyəçilik, sahibkarlıq, Cinayət-Prosessual Məcəlləsi, Sosial yardım, dövlət rüsumu, Sosial sığorta, Vergi Məcəlləsində dəyişiklik, Vergi orqanlarının vəzifəli şəxsləri, müavinət, lisenziyadan azad, icazələr, Lisenziyalar, -ci il üçün ehtiyac meyarıİnzibati Xətalar Məcəlləsinə yeni – 192.12-ci maddənin əlavə edilməsi təklif olunur. Dəyişiklik əmək qanunvericiliyinin pozulması ilə bağlıdır.

Layihəyə əsasən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə vəzifəli şəxslər üç min manat məbləğində cərimə ediləcək. 

Layihə bu gün Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclasında müzakirə edilərək Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Layihənin hansı məqsədlə hazırlandığına aydınlıq gətirən Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev APA-ya açıqlamasında deyib ki, “Təhsil haqqında” qanunun 36-1-ci maddəsində pedaqoji fəaliyyətlə məşğul olmanı qadağan edən hallar sadalanıb.

Qanuna əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər, ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər, fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.

Eyni zamanda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz. 

Komitə sədri deyib ki, “Təhsil haqqında” qanunda bu tələblərin pozulmasına görə həm Mülki Məcəllə, həm İnzibati Xətalar Məcəlləsi, həm də Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmalıdır: “Buna uyğun olaraq da İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Beləliklə, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlamış vəzifəli şəxslər inzibati məsuliyyət daşıyacaqlar və 3 min manat məbləğində cərimə ediləcəklər. Bu, təhsilin bütün pillə və səviyyələrinə şamil edilir”.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun