“Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxs yaradılır

posted in: Xəbər | 0

Texniki Komitə, Əməyin təhlükəsizliyi, Əməyin təhlükəsizliyinin standartlaşdırılması, Məşğul şəxslərin reyestri, birdəfəlik ödəmə, məşğulluq, Əmək münasibətləri, sığorta, Birdəfəlik ödəmə, işsizlikdən sığorta, orta aylıq pensiya, Əlillik, əmək qanunvericiliyi, hüquq pozuntuları, 190 manat, Əmək müqaviləsinin forması, 190 manat, Məşğulluq xidmətləri, pensiya, əmək məzuniyyəti, Ünvanlı sosial yardım, məzuniyyət, işəgötürən, işəgötürənlər, əmək, əlilliyi olan şəxslər, ƏƏSMN, qeyri-iş günləri, Pensiya ilə bağlı yeni qanun, pensiya, MDSS, işsizlik sığortası üzrə rekvizitlər, işsizlik səviyyəsi, Birdəfəlik ödəmə, işsiz şəxslərin sayı, birdəfəlik ödəmə, İşsiz şəxslər, İşsiz, İşsiz şəxslərin qeydiyyatı, sektorlara dəstək, xəbərdarlıq sahibkarlarƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin yaradılması istiqamətində işlər görülür.

Nazirlikdən verilən məlumata görə, mərkəz əmək hüquqları, əməyin mühafizəsi və əməyin təhlükəsizliyi sahəsində məsləhət xidmətləri verəcək.

Təlimlər, standart norma və qaydaların müəssisələrdə tətbiqi, sertifikasiya və inspeksiya nəzarətinin keçirilməsi, fərdi və kollektiv mühafizə vasitələrinin sertifikatlaşması, iş yerlərinin attestasiyası kimi xidmətlər də Mərkəzin fəaliyyət dairəsinə aid olacaq. “Əməyin Mühafizəsi Mərkəzi” xidmət çeşidlərinin artırılmasına və xidmətlərin təkmilləşdirilməsinə şərait yaradacaq.

Beynəlxalq Əmək Təşkilatının da rəyi alınmaqla Mərkəzin Nizamnaməsinin layihəsi hazırlanıb və təsdiq edilməsi istiqamətində işlər aparılır.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ödəniş xaricdəki bank hesabımızdan edildiyi halda qeyri-rezidentə ödənişdən ÖMV tutulmalıdır?

posted in: Vergi, Xəbər | 0

ƏDV, cərimə, EDV, Riskli vergi ödəyiciləri,Sual: Azərbaycanın hüquqi şəxsi xaricdə tenderi udur. Xaricdəki işləri yerinə yetirmək üçün subpodratçı olaraq digər qeyri-rezidentlərlə müqavilə bağlayır. Vergi orqanına məlumat verərək həmin ölkənin istənilən bankında cari hesab açır. Görülmüş işlərə görə xaricdəki hesaba vəsait daxil olur, eyni zamanda subpodratçılara ödənişlər edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 159.2 maddəsinə əsasən işlər respublika hüdudlarından kənarda olduğu üçün ƏDV-yə cəlb edilmirik, ümumi qaydada mənfəət vergisi ödəyirik. Bilmək istəyirik ki, işlər xaricdə görüldüyü üçün və subpodratçılara xarici bankdan ödəmələri həyata keçirəcəyiksə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 125.1.5 maddəsinə əsasən subpodratçı qeyri-rezidentlərdən ödəmə mənbəyində vergi (ÖMV) tutmalıyıqmı?

Cavab: Bildiririk ki, sorğunuzda qeyd edilən halda qeyri-rezident tərəfindən göstərilən xidmətlərin müqabilində ödənilməli olan vəsaitdən rezident müəssisə 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutmalıdır.

Eyni zamanda, işlərin görülməsi və xidmətlərin göstərilməsi Vergi Məcəlləsinin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyat sayılır. Məcəllənin 168-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir.

Əsas: Vergi Məcəlləsinin 125.1.5-ci, 159.2-ci, 167-ci və 168-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

PAŞA Bank Biznes proqram təminatlarına dəstək üzrə mütəxəssis axtarır

posted in: Xəbər | 0

PAŞA Bank ailəsinə qoşulun! Biznes proqram təminatlarına dəstək üzrə mütəxəssis axtarırıq! Bütün tələblərə cavab verən namizədlərdən CV-lərini elektron poçtuna göndərməklə müraciət etmələri xahiş olunur.

Mövzu hissəsində “Biznes proqram təminatlarına dəstək üzrə mütəxəssis” qeyd etməyi unutmayın!

Müraciət üçün keçid: https://bit.ly/3lqKM63

Fərqi bizimlə yarat!


Bax: Kiçik və orta sahibkarlar üçün yeni və daha sərfəli əmək haqqı tarifləri


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kanadanın ÜDM II rübdə rekord həddə – 38,7 faiz aşağı düşüb

posted in: Xəbər | 0

Kanadanın Statistika idarəsinin məlumatına görə, 2020-ci ilin II rübündə ölkə iqtisadiyyatı əvvəlki rüblə müqayisədə rekord həddə  – 11,5% azalıb. İnterfaks agentliyi yazır ki, aprel-iyun aylarında Kanadanın ÜDM illik ifadədə 38,7% azalıb. Ölkənin daxil olduğu resessiya isə koronavirus pandemiyası ilə əlaqədardır.

Əhalinin gəlirləri ikinci rübdə işsizliyin yüksəlməsi səbəbi ilə 13,1 faiz azalıb. İxrac 18,4%, idxal isə 22,6% aşağı düşüb. Əsas kapitala investisiya qoyuluşları göstəricinin uçota alınmasının başlanğıcından bəri maksimum 16,2% azalmışdır.

Qeyd edək ki, Avropa İttifaqı statistika idarəsinin məlumatına görə, II rübdə avrozonanın 19 ölkəsinin ümumi daxili məhsulu 12,1% azalıb. ÜDM-nin belə bir düşüşü, bu göstəricinin nəzərə alındığı 1995-ci ildən bəri ən əhəmiyyətli bir enişi hesab olunur.

Ən yüksək eniş özünü İspaniyada göstərib. Belə ki, orada ÜDM 18,5% azalıb, sonra 13,8 faizlə Fransa, 12,4 faizlə İtaliya gəlir. Əvvəlki rüblə müqayisədə itkilər baxımından son sırada 10,1 faizlə Almaniya durur.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun