Pandemiyadan zərərçəkmiş 148,2 mindən çox vergi ödəyicisinə 162,6 milyon manat ödənilib

posted in: Xəbər | 0

sahibkarlıq subyekti, tələb, qayda, tələblər, sahibkarlıq subyekti, sahibkarlıq subyektləri, sahibkarlıq subyekti, Sahibkarlıq subyektləri, Dövlət vəsaitləri, ixrac, kadr təyinatları, iqtisadiyyat Nazirliyi, Maliyyə dəstəyi,Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, sentyabrın 28-nə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş 29 min 268 vergiödəyicisi (275 min 765 işçi) və maliyyə dəstəyi almaq üçün 119 min 24 fərdi (mikro) sahibkar olmaqla ümumilikdə 148 min 292 vergi ödəyicisi müraciət edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 216 min 571 işçini əhatə edən 25 min 31 vergi ödəyicisinin müraciəti araşdırılaraq təsdiqlənib, digər vergiödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin məbləği 99,77 milyon manat, ödənilmiş vəsait 98,89 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə 49,13 milyon manat olub.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 111 min 986 vergi ödəyicisinin müraciəti araşdırılaraq təsdiqlənib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin məbləği 63,8 milyon manat olub, 63,7 milyon manat vəsait 107 min 256 fərdi (mikro) sahibkara ödənilib.

Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergi ödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər. Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.

Ətraflı:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3c7VAAt

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: https://bit.ly/2VlICZ7

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *