İşçilərin əmək haqlarının yarısının İşsizlikdən sığorta fondu hesabına maliyyələşdirilməsi proqramına necə qoşulmaq olar?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işəgötürənlərin diqqətinə çatdırır ki, onlar Agentliyin göndərişi ilə işə qəbul olunan şəxslərin əmək haqqının və əmək haqqından tutulmaların 50%-nin İşsizlikdən sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilməsi proqramında iştirak edə bilərlər.
Proqrama son 1 ildə fəaliyyətdə olan və müraciət tarixinə yerinə yetirilməmiş vergi öhdəliyi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan, həmin müddətdə iş yerlərinin sayını azaltmayan işəgötürənlər qoşula bilər. Bunun üçün həmçinin işəgötürənin işçilərinin orta illik sayının 20%-dən çoxunu sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər təşkil etməlidir. İşəgötürənin vakansiya bankına müvafiq məlumatları təqdim etməsi, kiçik və orta sahibkarlıq subyekti hesab olunması, müflis elan edilməsi barədə müraciəti olmaması da şərtlər sırasına daxildir.
Əmək haqlarının maliyyələşdirilməsi nəzərdə tutulan iş yerləri üzrə vakansiyalar ən azı 3 ay əvvəl “Məşğulluq” altsisteminə daxil edilməlidir.
2 ildən az olmayan müddətə bağlanan əmək müqaviləsi ilə işə götürülən işçilərin əmək haqqının 50 faizinin maliyyələşdirilməsi 3, 6, 9 ay və ya 1 il müddətində həyata keçirilir.
Proqramda iştirak etmək üçün Agentliyə müraciət edə bilərsiniz. Əlaqə telefonu: (012) 596-37-59, e-mail:
Mənbə: sosial.gov.az

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin təşəbbüsu əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birlikdə Əməyin təhlükəsizliyinin standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 21) yaradılıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə