Ailə kəndli təsərrüfatı necə qeydiyyata alınır?

posted in: Xəbər | 0
birbank biznes

Vakansiya Baş MühasibVergilər Nazirliyinin mövzu ilə bağlı açıqlamasında bildirilib ki, kənd yerlərində ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan istehsal və digər təsərrüfat fəaliyyətinin birgə həyata keçirilməsi ailə kəndli təsərrüfatı hesab edilir. Ailə kəndli təsərrüfatlarının fəaliyyəti sahibkarlıq fəaliyyəti sayılmır və dövlət qeydiyyatına alınmaları tələb olunmur. Bu təsərrüfatların uçotu bələdiyyələr tərəfindən aparılır. Ailə kəndli təsərrüfatının illik dövriyyəsi qanunvericiliklə müəyyən olunmuş miqdarı keçdikdə onlar dövlət vergi orqanlarında qeydiyyata alınmaqla sahibkarlıq fəaliyyəti subyekti kimi fəaliyyət göstərirlər.

Sahibkarlar tərəfindən həmin şəxslərdən kənd təsərrüfatı məhsullarının alışı malların alışına dair “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir. Bu qaydada tərtib olunmuş alış aktına kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən satılan məhsulun onlara məxsus torpaqlarda yetişdirildiyini təsdiq edən sənədlər (həmin şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin və bu prosesdə istifadə olunan əmlakların müvafiq sənədlər) əlavə edilməli və həmin şəxslərə ödənilmiş məbləğlər barədə məlumat ərazi vergi orqanına verilməlidir.

Bunlardan əlavə, sahibkarlar tərəfindən kənd təsərrüfatı məhsulları ailə kəndli təsərrüfatından alındığı halda tərtib olunan “Malların alış aktı”na həmin təsərrüfatın bələdiyyə orqanı tərəfindən uçota götürüldüyünü təsdiq edən vəsiqənin surəti əlavə edilməli və həmin şəxslərə ödənilmiş məbləğlər barədə məlumat təsərrüfatın uçota alındığı bələdiyyəyə təqdim edilməlidir.

Qeyd olunan şərtlər daxilində ailə kəndli təsərrüfatlarından və kənd təsərrüfatı məhsullarının istehsalçılarından alınmış kənd təsərrüfatı məhsullarına görə onlara ödənilən məbləğdən ödəmə mənbəyində vergi tutulmur.

Eyni zamanda, vergi orqanında uçotda olmayan şəxs tədarük etdiyi kənd təsərrüfatı məhsullarını təqdim edərkən həmin şəxsdən ödəmə mənbəyində 2 faiz dərəcə ilə vergi tutulur.

Malların təqdim edilməsini həyata keçirməklə vergiyə cəlb olunmalı gəlir əldə edən və bu fəaliyyətlə sahibkarlıq fəaliyyəti qaydasında məşğul olan vergi orqanlarında uçotda olmayan fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı, təqdim edilən mallara görə digər vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməli və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Buna əsasən, vergi orqanı tərəfindən vergi nəzarəti tədbirləri zamanı vergi ödəyiciləri arasında aparılan əməliyyatların xarakterindən və həcmindən asılı olaraq qeyd olunan hallar araşdırılır. Vergidən yayınma sxemi aşkar edildiyi halda, vergilərin faktiki iqtisadi göstəricilər nəzərə alınmaqla hesablanması həyata keçirilir.

Bunlardan əlavə, malların alışı həyata keçirilən zaman satan şəxsin vergi ödəyicisi olub-olmaması barədə məlumat Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən əldə edilə bilər.

Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir. Kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email