PAŞA Bank Azərbaycan bazarında ilk dəfə olaraq bonus milləri toplamaq imkanına malik unikal biznes kartı təqdim etdi

posted in: Xəbər | 0

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank Miles&Smiles xəttinin yeni kart məhsulunu – PAŞA Bank Miles&Smiles Visa Business Platinum kartını təqdim etdi. Biznes kartın və Miles&Smiles mil kartının bütün üstünlüklərini özündə cəmləşdirən bu premium sinif kartı iş adamlarının ehtiyacları üçün hazırlanmış və ilk dəfə Azərbaycan bazarında təqdim edilmişdir.

Unikal premium sinif kart məhsulu PASHA Bank Miles&Smiles Visa Business Platinum, Bankın və Visa beynəlxalq ödəmə sisteminin təklif etdiyi bütün müasir üstünlüklərdən yararlanmağa imkan yaradır. Bu biznes kartı sahibkarlara əməliyyat hesablarını və müvafiq hesabatların hazırlanması vaxtını optimallaşdırmağa, biznes proseslərini sürətləndirməyə, o cümlədən zəruri mal və xidmətlərin alınmasına, təchizatçılarla hesablaşma əməliyyatlarının həyata keçirilməsinə və s. imkan verir. Öz növbəsində, bu məhsul həm Azərbaycanda, həm də xaricdə istənilən əməliyyatlar üçün bonus milləri qazanmaq və hava limanlarında 300-dən çox istiqamətə aviabilet almaq üçün mübadilə etməyə imkan verən PASHA Bank Miles&Smiles Visa Platinum mil kartının bu kimi üstünlüklərini özündə cəmləşdirir. PAŞA Bankın premium biznes kartının digər üstünlüklərindən biri, kartın istifadəçiləri arasında ən çox tələb olunan xidmətlərdən biri olan və hava uçuşları tam bərpa olunduğu zaman, aktiv işgüzar turistlər üçün aktual olacaq Lounge Key1 şəbəkəsinin biznes zallarına pulsuz girişidir.

“PAŞA Bank olaraq müştərilərin biznes ehtiyaclarını ödəmək və ən yaxşı beynəlxalq təcrübəni tətbiq etmək üçün fərdi yanaşma sayəsində məhsul və xidmətlərimizin keyfiyyətini daim artırırıq, sahibkarlara bütün biznes problemlərini həll etməyə kömək edirik. Eyni yanaşmanı premium sinif kart məhsulu PASHA Bank Miles&Smiles Visa Business Platinumun hazırlanmasında istifadə etdik. Bu ödəmə vasitəsi, kart sahibi üçün geniş imkanlar açır və bununla da biznes xərclərini optimallaşdırmaq üçün əlverişli hesablaşma vasitəsi kimi istifadə olunmasına imkan verir, eyni zamanda PASHA Bank Miles&Smiles mil proqramından geniş imtiyaz və bonuslardan istifadə edir. Əminik ki, ölkənin iş adamları Azərbaycanın bank bazarında ilk dəfə olaraq PAŞA Bank tərəfindən təqdim olunan bu üstünlükləri layiqincə qiymətləndirəcəklər” – deyə, PAŞA Bankın İdarə Heyəti sədrinin müavini Cavid Quliyev vurğuladı.

“Sahibkarlığın dəstəklənməsi “Visa”-nın əsas qlobal prioritetlərindən biri olaraq qalır. Azərbaycan bazarının yeni məhsullara açıq olması bizi sevindirir və bu, bizi iş üçün daha rahat həllər təklif etməyə sövq edir. Müasir dünyada daimi dəyişikliklərə və yeni şərtlərə tez uyğunlaşmaq və çətinliklərə tez cavab vermək vacibdir. Yeni kart məhsulu PASHA Bank Miles&Smiles Visa Business kartın ölkə daxili xidmətlərə, məsələn taksi, poçt, ofis xərclərinə və s. endirimlərərin olması, sahibkarların gündəlik işlərin öhdəsindən asanlıqla gələ biləcək, strateji biznes inkişafına vaxt ayıracaqdır. Kartın digər bir vacib xüsusiyyəti, korporativ kartlardan sui-istifadədən sığortalanmaqdır2. Beləliklə, sahibkarlar və menecerlər təşkilatın xərclərini effektiv şəkildə idarə edə və bütün xərclərin şəffaflığına və hesabatlılığına arxayın ola bilərlər” – deyə, “Visa”-nın Qafqaz üzrə regional meneceri Kristina Doroş vurğuladı.

PASHA Bank Miles&Smiles Visa Business Platinum kartını 3 il müddətinə birdəfəlik ödənişi cəmi 100 AZN təşkil edir və əlavə olaraq 2000 welcome-milini əldə etmək imkanı verir. Müştərilər bu kartı hər il hissə-hissə 30 AZN ödəyərək də əldə edə bilər. Bu halda welcome-mili 500 mil təşkil edəcək.
PAŞA Bank Miles&Smiles Business Platinum kartını almağa və ilk sahiblərindən biri olmağa tələsin!

PASHA Bank Miles&Smiles Visa Business Platinum kartının mil imtiyazlarının tam siyahısı ilə tanış olmaq və kartı sifariş etmək üçün http://www.miles.pashabank.az/ saytına keçid almaq və ya *9123 və (012) 496 50 00 nömrələrinə müraciət etmək kifayətdir. Həmçinin PAŞA Bankın filiallarına müraciət edərək kartları sifariş edə bilərsiniz.

Visa biznes-kartları üçün bütün imtiyazların tam siyahısı Visa veb saytında mövcuddur, əlavə təkliflər ilə isə Visa-nın Kiçik Bizneslərə Dəstək Platformasında tanış olmaq mümkümdür.

1 İldə 2 dəfə Lounge Key biznes-zalların istifadəsi

2 Corporate Liability Waiver Insurance (CLWI)


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rüşvət alarkən tutulan vergi işçilərinin məhkəməsi başlayır

posted in: Vergi, Xəbər | 0

Konstitusiya MəhkəməsiRüşvətdə ittiham olunan Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyev və Cahid Tahirov cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

Qeyd edək ki, Baş Prokurorluq və İqtisadiyyat Nazirliyinin yaydığı birgə məlumata əsasən, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyev və Cahid Tahirovun qabaqcadan əlbir olaraq vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6000 manat məbləğində pul tələb etdiyi müəyyən olunub.

Xüsusi texniki vasitələrdən istifadə edilməklə aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hər iki vəzifəli şəxs həmin məbləğin bir qismini 04 may 2020-ci il tarixdə rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Həmin cinayət əməlinin A.Allahverdiyev və C.Tahirov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Auditorlar Palatası müsabiqə keçirir

posted in: Xəbər | 0

Auditorlar Palatası müsabiqə keçirir

Auditorlar Palatası, auditorların reytinqi, vebinar, Auditorlar Palatası, Kölgə iqtisadiyyatı, seminar-təlim, Auditorlar Palatası,imtahan,Daxili audit fəaliyyətinin təşkili, Auditorlar palatası, Təkliflər Paketi, Kölgə İqtisadiyyatı, Auditorlar Palatası seminar imtahan auditorAzərbaycan Respublikasının Auditorlar Palatası yaranmasının 25 illiyi münasibətilə auditorların fəaliyyətini əks etdirən müxbir yazısı müsabiqəsi elan edib.

Müsabiqədə iştirak etmək arzusunda olanlar çap olunmuş materiallarını 1 sentyabr 2020-ci il tarixindən 15 fevral 2021-ci il tarixinədək Auditorlar Palatasının Müsabiqə Komissiyasına təqdim edə bilərlər.

Müsabiqədə ilk üç yeri tutanlar mükafatlandırılacaq.

Ünvan: AZ1072, Bakı şəhəri, S.Y.Bakuvi küç. 35

E-mail: 

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə protokol tərtib olunub

posted in: Xəbər | 0

sahibkarlıq subyekti, Sahibkarlıq subyektləri, Dövlət vəsaitləri, ixrac, kadr təyinatları, iqtisadiyyat Nazirliyi, Maliyyə dəstəyi,İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olummasına nəzarət tədbirlərini davam etdirir.

28-30 avqust tarixlərində keçirilən monitorinqlər zamanı Qaradağ rayonunda “Mister şef kafe”də, “Vedi kafe”də, “Mavi dalğa kafesi”ndə, Aqil Alıyevə məxsus pərakəndə ticarət obyektində, Binəqədi rayonunda “Tuana geyim mağazası”nda, “24 saat market”də, “Nihad market”də, “Kafe Şah dağ”da, “Kafe karvan”da, “Kafe yaşıl bağ”da, “Star kafe”də, “Kafe gəl gör”də, Elçin Qaniyevə, Elnur Yusifliyə məxsus mağazalarda, Nəsimi rayonunda “Queen flovers gül mağazası”nda, “Kral ucuzluq kişi geyimləri mağazası”nda, “Vətən kafesi”ndə, “Zəngəzur kafesi”ndə, “Cəngavər kafe”də, “Parkur launge kafe”də, “Ada təpə restoran”da, “Turkuaz ailəvi restoran”da, “Qəbələ kafe”də, Sabunçu rayonunda “Uğur market”də,

“Kafe qaqo”da, “Ləvləv kafe”də, Qasıməli Mustafayevə, Ağakərim Kərimova məxsus ərzaq mağazalarında, Pirallahı rayonunda “Yaşıl ada restoranı”nda, Xəzər rayonunda “Dükkan restoranı”nda, “Eldorado restoranı”nda, “Kafe tut”da, İmdad İskəndərova, Mehdi Əlizadəyə məxsus ərzaq mağazalarında, Xumar Hüseynovaya məxsus ərzaq mağazasında, “Buta Farm” MMC-yə məxsus “Aptek”də, Suraxanı rayonunda “PVC profil satışı mağazası”nda, “Qonaqlıq kafe”də, “Zığ kafesi”ndə, “Pub kafe”də, “Naxçıvan kafesi”ndə, Nizami rayonunda “Güvən santexnika mağazası”nda, “Tutto Bella mebel mağazası”nda, “Sərin restoranı”nda, “Qoşa bulaq çayxanası”nda, “Qəbələ ləzzət restoran”da, Nərimanov rayonunda “İstanbul market”də, “Montin kafesi”ndə, “Köz Tantuni” iaşə obyektində, Xətai rayonunda “Asif Market”də, “Nur market”də, “Gədəbəy mətbəxi” iaşə obyektində, “Orion kafesi”ndə, “Randevu çay evi”ndə, “Mirvari kafe”də, “Yağmur kafe”də, “Bizim ailəvi restoran”da, “Asiman restoran”da,

Səbail rayonunda “Palma kafe”də, “Gourment restoran”da, “Şəki restoran”da, “Ulu Göyçə kafe”də, “Marsel kafe”də, “Taverna kafe”də, “Kafe Xızı dağları”nda, “Nori suşi bar”da, “Mugs coffee and food cafe”də, Yasamal rayonunda “Zebra kids” mağazasında, “Nur market”də, “Eylül kafe”də, “Pakdad kafe”də, “Eliza gözəllik salonu”nda, “DOKTA” MMC-yə məxsus “Aptek”də, Gəncə şəhərində “İdeal market”də, “Uğur market”də, “Azərin hədiyyələr mağazası”nda, “Maqnolia çay evi”ndə, “Narınc psixologiya mərkəzi”ndə, Sumqayıt şəhərində “Ledi-N-Modalar evi”ndə, Cavad Nəsirova məxsus “Şirniyyat evi”ndə, Xanəli Allahverənova məxsus mağazada, İlqar Bayramova məxsus iaşə obyektində, Mingəçevirdə Sənayə Sadıqovaya, Azər Əbilova, Rüxsarə Kazımovaya məxsus mağazalarda, Abşeron rayonunda “Hüseyn market”də, “Pizzaline kafe”də, Salyan rayonunda Abduləzim Kərimova, Səbinə Abbasovaya, İlqar Süleymanova məxsus mağazalarda, Masallı rayonunda “Oba market”də, Yunus Hüseynova məxsus mağazada,

Cəlilabad rayonunda İlkin Əliyevə, Ruslan Əsədova məxsus mağazalarda, Bərdə rayonunda Bayram Cəfərova məxsus yanacaqdoldurma məntəqəsində, Sabir Qasımzadəyə, İqbal Zeynalova, Rafəddin Əliyevə, Ənvər Rəcəbova məxsus mağazalarda, Yevlax rayonunda “Orxan-Vüsal” MMC-yə məxsus yanacaqdoldurma məntəqəsində, Rafiq Məmmədova, Reyhan Həsənovaya, Samir Babazadəyə, Nəsimi Hüseynzadəyə məxsus mağazalarda, Göygöl rayonunda “Xanlar yurdu” kafesində, “Sevimli məkan ailəvi istirahət mərkəzi”ndə, Goranboy rayonunda “Maral oil yanacaq dolduma məntəqəsi”ndə, “Elit cehizlik mallar mağazası”nda, “Tac market”də, Elşad Muradova məxsus iaşə obyektində, Xaçmaz rayonunda “Şabran restoranı”nda, “Kafe Uyut”da, Allahqulu Vəlibəyova, Yaşar Məmmədova məxsus mağazalarda, ümumilikdə, nəzarət tədbirləri keçirilmiş 6.186 obyektin 412-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər tərtib olunub.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun