Zəruri qayda və tələblərin pozulmasına görə 161 sahibkarlıq subyekti barədə tədbir görülüb

posted in: Xəbər | 0

Sahibkarlıq subyektləri, Dövlət vəsaitləri, ixrac, kadr təyinatları, iqtisadiyyat Nazirliyi, Maliyyə dəstəyi,İqtisadiyyat Nazirliyinin pandemiya şəraitində zəruri qayda və tələblərə əməl edilməsinə nəzarət tədbirlərini davam etdirir. Nazirliyin avqustun 26-da keçirdiyi monitorinqlərdə Qaradağ rayonunda “Tural kafe”də, “Karvan kafe”də, Binəqədi rayonunda “Dədə restoran”da, “Qəbələ restoran”da, “Sarvan kafe”də, “Sulutəpə kafesi”ndə, Rüstəm Eyyübova məxsus “Ərzaq topdan satış” mağazasında, Nəsimi rayonunda “Rodigio restoranı”nda, “Koza restoranı”nda, “Möhtəşəm məkan” iaşə obyektində, “Zəngəzur kafesi”ndə, “Fəvvarə pub”da, “Muğan kafe”də, Nərimanov rayonunda “Holdom mağaza”da, “Kənan inşaat kafel-metlax mağazası”nda, “SR Dent” klinika”da, “Yanar dönər”də, Vasif Kərimzadəyə məxsus “Kişi geyimləri mağazası”nda, Xətai rayonunda “Azgranata” mağazasında, “Pinqvin paltar mağazası”nda, “Ucuzluq” pərakəndə ticarət obyektində, “Oba market”də, “Məkan Aygün kafesi”ndə, “Buta Farm” MMC-yə məxsus “Aptek”də, Xəzər rayonunda “Mərdəkan kafe”də, Rüfət Məmmədova məxsus “Kafe-çayxana”da, Əli Məhsumova, Rüfət Ramazanova, Fizuli Murtuzayevə məxsus mağazalarda,

Sabunçu rayonunda Rasim Süleymanova məxsus “Xırda bəzək əşyaların təmiri” xidmət obyektində, İbrahim Əskərova, Ağasəlim Əsgərova məxsus mağazalarda, Nizami rayonunda “Şəms uşaq oyuncaqları” mağazasında, “Arpaçay restoranı”nda, “Keyfiyyət dönər”də, “Həyat kafe”də, “Murad telekom mağazası”nda, “Əlioğlu qapı satışı” mağazasında, Səbail rayonunda “Forestra paltar mağazası”nda, “Trabzon Dönər”də, “Ponarama kafe”də, “Kafe-come in club”da, “Taksim kebab”da, “Cafe city”də, Suraxanı rayonunda “Xilə” iaşə obyektində, “Parkdadlı dönər”də, “Viktoriya-F” firmasına məxsus kafedə, Yasamal rayonunda “Avtoplus”, “Ekonom AVM”, “ARZ geyim” pərakəndə ticarət obyektlərində, “Babat dönər”, “İz kulinariya” iaşə obyektlərində, “FN Dent” klinikasında, Gəncə şəhərində “Musa motors” mağazasında, Kamran Əhmədova məxsus divar kağızı mağazasında, Almaz Quliyevaya məxsus pərakəndə ticarət obyektində, Sumqayıt şəhərində “On beer pub”da, Elnur Abduləzimova, Elvin Şamıyevə məxsus mağazalarda, Yasin Mirzəyevə məxsus kafedə,

Mingəçevirdə “Elvin market”də, Mahal Vəliyevə məxsus kafedə, Röyal Şərifova məxsus mağazada, Abşeron rayonunda “Uğur market”də, Daşqın Mirzəyevə, Ramil Camalova, Şəhriyar Mürvətliyə məxsus kafelərdə, Masallı rayonunda İntiqam Mahmudova məxsus mağazada, Əhməd Zamanova məxsus aptekdə, Cəlilabad rayonunda Kamal Nəsirova məxsus mağazada, Xaçmaz rayonunda Mübariz Rəcəbova, Qiyas Salayevə, Hümmət Qürbətova məxsus iaşə obyektlərində, Bərdə rayonunda Məhəmməd Əhmədova məxsus mağazada, Asif Bərxudarova məxsus iaşə obyektində, Yevlax rayonunda “Lux oil petrol” yanacaqdoldurma məntəqəsində, “Dokta” aptekində, Ceyhun Süleymanova məxsus ət mağazasında, Salyan rayonunda Rüfət Cəfərova məxsus mağazada, Göygöl rayonunda “Al market”də, Rasim Xudiyevə məxsus ərzaq mağazasında, Goranboy rayonunda Ramin Qasımova, Hakim Göyüşova, İmaməddin Hümbətova məxsus ticarət obyektlərində, ümumilikdə, nəzarət tədbirləri keçirilmiş 2341 obyektin 161-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“PASHA Bank Cup – II” yarışmasının final mərhələsinə hazır olun!

posted in: Xəbər | 0

“PASHA Bank Cup – II” yarışmasının final mərhələsinə hazır olun!

30 avqust, 10:00 – 14:00 arasında baş tutacaq “PASHA Bank Cup – II” yarışmasının final mərhələsində ölkənin güclü beyinləri birincilik uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, hədiyyə fondu 3 ədəd Apple MacBook Pro 13, 2 ədəd Apple iPad 9.7 32Gb Wi-Fi, 3 ədəd Apple AirPods 2, 2 ədəd Pocketbook 614 və digər qiymətli hədiyyələrdən ibarətdir.

Yarış HackerRank platforması üzərindən onlayn keçiriləcək.

Ətraflı məlumat əldə etmək və yaranan suallara cavab almaq üçün, həmçinin ümumi proqramlaşdırma mövzularında müzakirələr üçün “Slack” kanalına (https://join.slack.com/t/digital-engineers-az/shared_invite/) qoşula bilərsiniz.

 

 

 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rusiyalılara maaşların dollarla verilməsi perspektivi qiymətləndirilib

posted in: Xəbər | 0

dolların hökmranlığı, Amerikalı zənginlər, qazanc,Rusiyalıların əmək haqlarının dollar ilə verilməsi mümkün deyil.

Ölkənin milli valyutası rubldur, o səbəbdən başqa bir valyutaya yalnız ixrac ödənişlərini bağlamaq mümkündür. Beləliklə, NSN telekanalının efirində ruslara dollar ilə əmək haqqı verilməsi perspektivi iqtisadçı Denis Rakşa tərəfindən bu cür qiymətləndirilib.

O, qeyd edib ki, əmək haqlarının dollara çevrilərək ödənilməsi məsələsi hətta müzakirə belə edilməyəcək. Bir müddət əvvəl sözügedən məsələ ilə bağlı keçirilən sorğunu isə iqtisadçı ağılsızlıq adlandırıb. “Vətəndaşlar müxtəlif şeylər istəyə bilərlər. Son dəfə belə bir hal ötən əsrin 90-cı illərinin əvvəlində baş vermişdi”, – Denis Rakşa sözügedən təklifə qəzəbli formada reaksiya verib.

Qeyd edək ki, bir müddət əvvəl Superjob portalının həyata keçirdiyi sorğunun nəticələri dərc olunmuşdu. Həmin sorğuya əsasən rusiyalıların üçdə biri öz məvaciblərini valyutada almaq istəklərini bəyan ediblər. Sorğuda iştirak edənlərin 39 faizi isə maaşlarını rublla almaqda davam etmək istədiklərini söyləyiblər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

BirBank-dan Visa kartları ilə 25 manat qazanmaq kampaniyasının müddəti uzadıldı

posted in: Xəbər | 0

Xəbər verdiyimiz kimi, Kapital Bank-ın 1 milyondan artıq yüklənən, ölkənin ən məşhur tətbiqi olan BirBank mobil tətbiqində Kapital Bank-ın Visa kartları ilə ödəniş edərək, keşbek qazanmaq mümkün olub. Bu aksiya Kapital Bank-ın Visa International şirkəti ilə tərəfdaşlığı çərçivəsində təqdim olunub.

10 avqust tarixində bitən kampaniyanın müddəti 10 sentyabr 2020-ci il tarixinədək uzadılıb. Şərtlərə görə, Visa kartları ilə hər biri minimum 5 manat olmaqla 10 ədəd təmassız ödəniş edən müştərilər 25 manat keşbek qazana bilirlər. Kampaniya müddətində hər Visa kart sahibi ay ərzində 1 dəfə kampaniyadan yararlanıb, qeyd olunan məbləği qazana bilər.
Qeyd edək ki, Android istifadəçiləri Kapital Bank-ın BirBank mobil əlavəsi vasitəsilə NFC ödənişlər üçün hər hansı bir Kapital Bank-ın Visa kartını təyin edib, telefonu POS terminala yaxınlaşdırıb, ödəniş edə bilərlər.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun