trendyol.com-da PAŞA Bank VISA kart sahibləri üçün endirim kampaniyası başladı

posted in: Xəbər | 0

Onlayn alış-veriş sevənlərə şad xəbər!

Ölkəmizdə də kifayət qədər ziyarətçiyə malik, Türkiyənin məşhur onlayn alış-veriş saytlarından biri olan trendyol.com-da PAŞA Bank VISA kart sahibləri üçün endirim kampaniyası başladı.
Dəbli geyim, ayaqqabı, aksesuarlardan tutmuş elektronikaya qədər yüzlərlə məhsulu almaq indi daha sərfəlidir. PAŞA Bank VISA kartları ilə trendyol.com saytından 600 TL və daha çox məbləğdə alış-veriş edin və 60 TL endirim qazanın.
Qısa müddət davam edən kampaniyadan yararlanmağa tələsin!

Kampaniya 5 oktyabr 2020-ci il tarixinədək keçərlidir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

KOBİA sahibkarlara müraciət edib

posted in: Xəbər | 0

KOBİA, onlayn maarifləndirmə, KOBİA, KOB subyektləri, vergi məcəlləsi, Gənc Sahibkarlar Forumu, sahibkarlar, turizm, vergi güzəştləri, KOBİA, sahibkarlıq, seminar,Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara müraciət edib.

KOBİA-dan bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanına uyğun olaraq, bu il yanvarın 1-dən ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə baxan ixtisaslaşdırılmış kommersiya məhkəmələri fəaliyyətə başlayıb. Qeyd edilən məhkəmələrin yaradılmasında məqsəd sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması, sahibkarlıqla bağlı mübahisələrdə məhkəmə icraatının effektivliyinin artırılması, xüsusən sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsidir.

Həmçinin məhkəmədə iddia qaldırmaq istəyən, ona qarşı iddia qaldırılmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə elektron kabinet aça bilərlər. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə elektron kabinetin yaradılması sahibkara ona qarşı məhkəmədə qaldırılmış iddia barədə məlumatlı olmaq, ərizə və ona əlavə edilmiş sənədlərlə tanış olmaq, məhkəmə iclaslarının yeri və vaxtı barədə, həmçinin hüquq və vəzifələri ilə bağlı ətraflı məlumat almaq, elektron kabinet vasitəsilə məhkəməyə müraciət göndərmək, məhkəmə qərarlarını əldə etmək, bir sözlə bütün məhkəmə prosesini izləmək, harada (xaricdə və ya ölkə ərazisində) olmasından asılı olmayaraq etiraz, vəsatət, şikayət (apelyasiya şikayəti) vermək imkanı yaradır.

Sahibkarlar qeyd edilmiş internet səhifələrinə daxil olmaqla “Elektron Məhkəmə İnformasiya Sistemi” barədə ətraflı məlumat əldə edə və öz elektron kabinetlərini yarada bilərlər:

Azərbaycan Respublikasının Vahid Məhkəmə Portalı – https://courts.gov.az/az/

Məhkəmə-Hüquq Şurasının internet səhifəsi – http://www.judicialcouncil.gov.az/

Ali Məhkəmənin saytı – http://www.supremecourt.gov.az/

Sahibkarlar “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə elektron kabinetin yaradılması zamanı dəstəyə ehtiyac olarsa, KOBİA-nın KOB dostlarına müraciət edə bilərlər: (https://bit.ly/3l7Ymej)

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda xeyriyyəçiliklə bağlı qanun layihəsi hazırlanacaq

posted in: Xəbər | 0

sahibkarlıq, Cinayət-Prosessual Məcəlləsi, Sosial yardım, dövlət rüsumu, Sosial sığorta, Vergi Məcəlləsində dəyişiklik, Vergi orqanlarının vəzifəli şəxsləri, müavinət, lisenziyadan azad, icazələr, Lisenziyalar, -ci il üçün ehtiyac meyarı“Milli Məclisin payız sessiyasında “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsini hazırlamağı düşünürük”.

Bunu açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O qeyd edib ki, xeyriyyəçilik fəaliyyəti çox vacib bir sahədir:

“Xüsusilə də Heydər Əliyev Fondunun bu sahədə kifayət qədər təcrübəsi var. Biz bunun qanunvericilik əsaslarını da yarada bilərik”.

M.Quliyev bildirib ki, yeni qanun layihəsinin hazırlanması üçün işçi qrup yaradılacaq: “Həmin işçi qrup tərəfindən dünya təcrübəsi öyrəniləcək. Qanun layihəsində xeyriyyəçiliyin təbliğ olunması, stimullaşdırılması, xeyriyyəçilik fəaliyyəti göstərən özəl qurumlara müəyyən vergi güzəştlərinin, imtiyazlarının verilməsi kimi məsələlər nəzərdə tutula bilər”.

Komitə sədri qeyd edib ki, sessiya çərçivəsində həmçinin “Turizm haqqında” qanun layihəsinin üzərində də işlər aparılacaq.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqlarının hesablanması

posted in: Xəbər | 0

xərclər, gəlir,Prezident İlham Əliyevin 2 iyun 2020-ci il tarixində imzaladığı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə fərmanına əsasən, 1 aprel 2020-ci il tarixindən fərdi sahibkarların məcburi dövlət sosial sığorta ödənişlərinin məbləği azaldılıb. Həmin qanunun 14.5-ci maddəsində göstərilib ki, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

Sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının:

  • Bakı şəhərində 100 faizi;
  • Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
  • digər şəhərlərdə 80 faizi;
  • rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
  • kənd yerlərində 50 faizi miqdarında güzəşt tətbiq edilir.

Maliyyə üzrə mütəxəssis Elməddin Məmmədov qanunvericiliyin bu tələbini misallarla izah edib:

Misal 1: 31 mart 2020-ci il tarixinədək Bakı şəhərində tikinti və ya ticarət sahəsində fəaliyyət göstərən fərdi sahibkar aylıq olaraq 250 manat minimum aylıq əməkhaqqının 50 faizi miqdarında, yəni 125 manat (250×50%) məcburi dövlət sosial sığorta haqqı ödəyirdi. 2020-ci ilin aprel ayının 1-dən isə 250 manat minimum aylıq əməkhaqqının 25 faizi miqdarında – 62,5 manat (250×25%x100%) ödəyəcək.

Misal 2: 31 mart 2020-ci il tarixinədək Bakı şəhərində digər sahələrdə fəaliyyət göstərən fərdi sahibkar aylıq olaraq 250 manat minimum aylıq əməkhaqqının 25 faizi miqdarında – 62,5 manat (250×25%) məcburi dövlət sosial sığorta haqqı ödəyirdi. Güzəştlər tətbiq olunandan sonra isə 250 manat minimum aylıq əməkhaqqının 15 faizi miqdarında sosial sığorta ödəməlidir: 250 x 15% x 100% = 37,5 manat.

Misal 3: 31 mart 2020-ci il tarixinədək Sumqayıt şəhərində tikinti və ya ticarət sahəsində fəaliyyət göstərən fərdi sahibkar aylıq 250 manat minimum aylıq əməkhaqqının 50 faizi miqdarında – 125 manat (250×50%) məcburi dövlət sosial sığorta haqqı ödəyirdi. 2020-ci ilin aprel ayının 1-dən isə bu məbləğ xeyli azaldılıb. Hazırda Sumqayıtda fərdi sahibkarların sosial ödənişi 250 manat minimum aylıq əməkhaqqının 25 faizi və Sumqayıt şəhərinə tətbiq olunan 90 faiz nisbət miqdarında hesablanır: 250 x 25% x 90% = 56,25 manat.

Misal 4: 31 mart 2020-ci il tarixinədək Quba rayonunda tikinti və ticarət sektorundan başqa digər sahələrdə fəaliyyət göstərən fərdi sahibkarlar 250 manat minimum aylıq əməkhaqqının hər ay 25 faizi miqdarında, yəni 62,5 manat (250×25%) məcburi dövlət sosial sığorta haqqı ödəyirdi. Güzəştlər tətbiq olunandan sonra isə ödəniş 250 manat minimum aylıq əməkhaqqının 15 faizi və Quba şəhərinə tətbiq olunan 80 faiz miqdarında edilir: 250 x 15% x 80% =30 manat.

Ölkə üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablanması cədvəli:
Ərazi Tikinti və ticarət sahəsində Digər sahələrdə
Bakı şəhəri 62,5 manat

(250 manat x 25 faiz x 100 faiz)

37,5 manat

(250 manat x 15 faiz x 100 faiz)

Sumqayıt və Gəncə şəhərləri 56,25 manat

(250 manat x 25 faiz x 90 faiz)

33,75 manat

(250 manat x 15 faiz x 90 faiz)

Digər şəhərlər 50 manat

(250 manat x 25 faiz x 80 faiz)

30 manat

(250 manat x 15 faiz x 80 faiz)

Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidləri və qəsəbələr 37,5 manat

(250 manat x 25 faiz x 60 faiz)

22,5 manat

(250 manat x 15 faiz x 60 faiz)

Kənd yerləri 31,25 manat

(250 manat x 25 faiz x 50 faiz)

18,75 manat

(250 manat x 15 faiz x 50 faiz)

 

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun