Read More9
Read More9

PAŞA Bankın VISA kart sahibləri üçün “Beymen” onlayn mağazasından 10% endirim!

posted in: Xəbər | 0

çirkli pulların yuyulması, PAŞA Bank, kredit, NICE Actimize,Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank, plastik kart sahiblərinə təqdim olunan imkanları genişləndirməyə davam edir.

Beləliklə, VISA debet və ya kredit kartına sahib olan PAŞA Bank müştərilərinə Beymen.com onlayn mağazasında böyüklər və uşaqlar üçün geyim və aksesuarlara 10% endirimdən yararlanmaq imkanı verilir. Endirim markanın yaz-payız və payız-qış kolleksiyalarından olan məhsullarına aiddir.

Endirimdən yararlanmaq üçün PAŞA Bankın VISA kart sahiblərinə Beymen.com saytından alış-veriş edərkən VISA10 promo kodunu daxil etmək yetərlidir. Kampaniya 30 sentyabr 2020-ci ilədək davam edəcək.

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün), *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) nömrələri ilə Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları  ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ASK ilə AİBNDX arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu

posted in: Xəbər | 0

Assosiasiyada effektiv menecment, onlayn seminar, ASK, biznes trendi. müsabiqə, Gələcəyin sahibkarı, onlayn seminar, Böhran dövründə şirkət psixologiyası, Öz biznesinə başla, onlayn seminar, vergi güzəştləri, tikinti sektoru,Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti (AİBNDX) arasında görüş keçirilib. Görüş Dövlət Xidməti ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, sahibkarların maarifləndirilməsi və digər məsələlərin müzakirə edilməsi məqsədini daşıyıb.

Video-konfrans formatında keçirilən görüşdə sahibkarları maraqlandıran məsələlərə toxunulub. Dövlət satınalmaları sahəsində şəffaflığın təmin edilməsi, sahibkarlar üçün satınalmalar prosesində bərabər imkanların yaradılması, istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsi, istehlak bazarına nəzarət, süni qiymət artımı ilə mübarizə, haqsız rəqabətin qarşısının alınması, standartlaşdırma, metreologiya və s. istiqamətlərdə qanunvericiliklə müəyyən edilmiş kompleks tədbirlərin görüldüyü vurğulanıb. Bildirilib ki, yeni normativ hüquqi sənədlərin hazırlanması və bəzi qanunların təkmilləşdirilməsi üzərində ciddi işlər aparılır.

Görüşdə qurumlar arasında İkitərəfli Əməkdaşlıq Şurasının yaradılması təklif edilib və bu məsələnin müzakirə edilməsi qərara alınıb.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Yaxınlarda bəyannamələrin elektron forması vergi ödəyicilərinin istifadəsinə veriləcək”

posted in: Xəbər | 0

Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıAzərbaycanda koronavirus (COVID-19) pandemiyasının yayılmasının iqtisadi fəallığa təsirinin azaldılması və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin minimallaşdırılması üçün dəstək tədbirləri və proqramları həyata keçirilir.

Tədbirlər çərçivəsində Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilib, vergi ödəyicilərinə əhəmiyyətli güzəştlər və azadolmalar verilib. Müvafiq güzəşt və azadolmalardan istifadə etmək üçün vergi orqanlarına təqdim edilməli hesabatlarda yeniliklər edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisinin müavini Elmir Ramazanov Vergi Məcəlləsində edilmiş dəyişikliklər çərçivəsində həyata keçirilən tədbirləri şərh edərək bildirib ki,  ölkədə müvəqqəti vergi rejiminin tətbiqinə başlanılıb, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə geniş miqyasda vergi güzəştləri və azadolmalar verilib.

“Bu şəxslər 2020-ci il üzrə əmlak və torpaq vergilərindən tam azad ediliblər, 2020-ci ildə əldə edəcəkləri mənfəət və ya gəlirlərinin 75%-i miqdarında vergi güzəştləri əldə ediblər. Bundan əlavə, fiziki şəxslərdən daşınmaz əmlak icarəyə götürdükləri halda, onlar üçün daşınmaz əmlaka görə ödənilən icarə haqlarından tutulan verginin dərəcəsi 14%-dən 7%-ə endirilib. 8% vergi dərəcəsi ilə sadələşdirilmiş rejimdə fəaliyyət göstərən ictimai – iaşə obyektləri üçün vergi dərəcəsi 4%-ə, 2% dərəcə ilə vergi ödəməklə fəaliyyət göstərən sadələşdirilmiş verginin ödəyiciləri üçün isə bu rəqəm 1 faizə endirilib. Müvəqqəti vergi rejimi müddətində əhalinin sağlamlığı və zəruri ehtiyaclarının təmin edilməsi məqsədi ilə idxal edilmiş məhsullar ƏDV-dən azad edilib. Eyni zamanda həmin müddətdə hava nəqliyyatı daşıyıcılarının sərnişindaşıma fəaliyyətində istifadə etdikləri hava gəmiləri əmlak vergisindən tam azad edilib”, – deyə rəsi müavini qeyd edib.

E. Ramazanov bildirilib ki, mikro sahibkarlıq subyektlərinin 2020-ci ilin 1-ci və 2-ci rübləri üzrə vergi orqanına təqdim etməli olduqları sadələşdirilmiş vergi bəyannaməsinin verilmə müddəti, hesablanmış vergiləri, eyni zamanda pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin 2019-cu il üzrə hesablanmış mənfəət, gəlir və əmlak vergisi üzrə öhdəlikləri 2020-ci il sentyabrın 1-dək uzadılıb.

“Bundan əlavə, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin 2019-cu il üzrə hesablanmış mənfəət, əmlak və gəlir vergiləri üzrə cari ödəmələri, eyni zamanda əvvəlki ildə fəaliyyəti olmayıb cari ildə qeydiyyatdan keçmiş vergi ödəyiciləri mənfəət, gəlir və əmlak vergiləri üzrə cari ödəmələrindən tam məbləğdə azad ediliblər. Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən Qanun 8 may 2020-ci il tarixdə təsdiqlənməsinə baxmayaraq 1 yanvar 2020-ci il tarixdən qüvvədə olduğu üçün I rüb üzrə vergi orqanları tərəfindən hesablanmış, eyni zamanda vergi ödəyiciləri tərəfindən könüllü təqdim edilmiş arayışlar üzrə hesablanmış cari hesablamalar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən tam məbləğdə azaldılıb”, – deyə Dövlət Xidmətinin rəsmisi bildirib.

E. Ramazanov qeyd edib ki, bu güzəşt və azadolmaların bəyannamə formalarında əks etdirilməsi üçün Dövlət Vergi Xidməti tərəfindən bir sıra bəyannamələrin, onların əlavələrinin formaları və tərtib edilməsi qaydaları təsdiqlənib. İlk növbədə sadələşdirilmiş verginin ödəyiciləri üçün “Sadələşdirilmiş vergi bəyannaməsi” düzəlişlər edilməklə istifadəyə verilib. 19 avqust tarixindən “Bəyannamə Tərtibatı Proqramı”nın (BTP) növbəti yeni versiyası istifadəyə verilib.

Burada pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə verilmiş müvafiq güzəşt və azadolmaları özündə əks etdirən “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Torpaq vergisi bəyannaməsi” və “Gəlir vergisi bəyannaməsi”nin elektron formada tərtib edilərək vergi orqanına təqdim olunması imkanı yaradılıb. Hazırda digər tədiyyələr üzrə, o cümlədən əlavə dəyər vergisi, mənfəət və əmlak vergisi üzrə bəyannamələrin elektron qaydada tərtibatı zamanı güzəşt və azadolmaların nəzərə alınması istiqamətində işlər aparılır.

Rəis müavini yaxın vaxtlarda həmin bəyannamələrin də elektron formasının vergi ödəyicilərinin istifadəsinə veriləcəyini bildirib.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bakı üzrə muzdlu işçilərin orta aylıq nominal əmək haqqının məbləği açıqlanıb

posted in: Xəbər | 0

əmək haqqı, gəlir vergisinin hesablanması,Bakı Şəhər Statistika İdarəsi Bakı üzrə muzdlu işçilərin orta aylıq nominal əmək haqqı məbləğini açıqlayıb.

Bu ilin yanvar-iyun aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 17,5% artaraq 959,8 manat təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-may aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı üzrə göstərici 984 manata bərabər olub.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

error: Content is protected !!