ARPA qrant müsabiqəsinin qalibi oldu

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş və müvafiqsahə üzrə ixtisaslaşmış QHT-lər üçün qrant müsabiqələri elan etmişdir. Şura 2020-ci il ikinci qrant müsabiqələrinin 4-ünü dövlət qurumları ilə birgə həyata keçirmişdir. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə keçirilən qrant müsabiqəsinin qalibləri sırasında Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) da yer almışdır. ARPA qrant müsabiqəsində “Sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi” adlı layihə ilə iştirak etmişdir.

ARPA tərəfindən icra olunacaq layihənin əsas məqsədi Azərbaycanda xüsusi əhəmiyyət kəsb edən iqtisadi sferalarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin, xüsusilə KOS-ların dəstəklənməsi, onların fəaliyyətinin keyfiyyət və effektivliyinə nail olmaqdır. Həmçinin layihə çərçivəsində iştirakçıların sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya risklərinin müəyyən edilməsi və idarə edilməsi ilə bağlı zəruri bilik və bacarıqlarının təkmilləşdirilməsi, müvafiq texnologiya və alətlərdən istifadə etməklə effektiv risk menecmentin tətbiqi ilə bağlı maarifləndirmə və daha rəqabətədavamlı və iqtisadi inkişafa töhfə verəcək KOS-ların inkişafı hədəflənir.

Layihənin icra müddəti 2020-ci ilin oktyabr-dekabr aylarını əhatə edir və icra müddəti ərzində ümumilikdə 80 kiçik və orta sahibkarlıq subyektinin fəaliyyətinin effektiv təşkilinə istiqamətlənən tədbirlərin həyata keçirilməsi hədəflənmişdir. Layihə iştirakçılarının bölgüsü Bakı şəhəri və Gəncə şəhərində fəaliyyət göstərən KOS subyektləri olmaqla, hər biri 20 nəfərdən ibarət 4 qrup şəklində təşkil olunacaqdır.

Layihənin sonunda isə ARPA tərəfindən 2 ən uğurlu sahibkara 1 ay ərzində risk menecment sahəsində konsaltinq xidməti göstəriləcəkdir.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Muzdla işləyənlərin sayı 1695,1 nəfər olub

posted in: Xəbər | 0

Muzdla işləyənlərin sayı,Statistika Komitəsi, Azərbaycan iqtisadiyyatı,İyulun 1-nə muzdla işləyənlərin sayı 1695,1 nəfər, o cümlədən, iqtisadiyyatın dövlət sektorunda 922,1 min nəfər, qeyri-dövlət sektorunda isə 773 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda 34,1 min nəfər, qeyri neft-qaz sektorunda isə 1661 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 8,2 faizi tikintidə, 7,5 faizi emal sənayesində, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2 faizi mədənçıxarma sənayesində, 1,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 19,5 faizi təhsil, 18 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi istirahət, əyləncə və incəsənət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi informasiya və rabitə, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.

2020-ci ilin ikinci rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1192 nəfər olub. Onlardan 28,5 faizi tikintidə, 25,7 faizi mədənçıxarma sənayesində, 9,6 faizi emal sənayesində, 6,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,5 faizi təhsil və 18,4 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub. 2020-ci ilin yanvar-iyun aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 131,4 saat təşkil edib.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasib olmaq istəyənlər üçün…

posted in: Xəbər | 0

Mühasib olmaq istəyənlər üçün

Riskli vergi ödəyiciləri,Təcrübəli mütəxəssis, maliyyə üzrə eskpert Ramin Ramazanov yeni başlayanlarla bəzi tövsiyələrini paylaşıb.

Mühasib hazırda ən tələb olunan peşələrdən biridir. Lakin bu peşəyə yeni başlayanlar bəzən nədən başlamalı olduqlarını bilmirlər.

1. İlk növbədə həqiqətən bu peşənin sizə uyğun olub-olmamasını dəqiqləşdirin. Bəzən insanlar kiminsə tövsiyəsi və ya asan iş tapmaq mülahizəsi ilə mühasib olmaq istəyirlər. Sonradan bu peşənin onlara uygun olmadıgını anlayanda isə gec olur.

2. Gələcək peşəniz olan mühasibata yaradıcı yanaşın, rəqəmləri sevin. Əks təqdirdə bu sahə sizə monoton görünə bilər. Mühasibat, onun əhəmiyyəti, uçotun növləri və s. kimi əhəmiyyətli məlumatları öyrənin. Mühasibatın hansı sahəsində çalışmaq istədiyinizi dəqiqləşdirin.

3. Unutmayın ki, nəzəriyyəsiz təcrübə, təcrübəsiz də nəzəriyyə sizin köməyinizə çatmayacaq. Nəzəri hissəni əla bilməyiniz sonradan qazanacağınız praktika ilə birlikdə sizi bu peşənin əsl mütəxəssisi edə bilər. Əks təqdirdə ən yaxşı halda mühasib-operator olacaqsız.

4. Hər gün öyrənin, kütləvi informasiya vasitələrini izləyin. Dövlət Vergi Xidmətinin rəsmi səhifəsində yer alan “Sual-cavab” bölməsini, mühasibata aid qrupları (https://www.facebook.com/groups/193068687740239/, https://www.facebook.com/groups/143203335774617/) telegram qruplarını (https://t.me/muhasibler), veb saytları (www.muhasibat.az, www.mks.az, www.muhasib.az) daimi izləyin. Bundan əlavə, bir çox “Youtube” kanalları var ki, onların da hesabına bilmədiyiniz bir çox şeyi öyrənə biləriz.

5. Excel proqramını öyrənmək mühasibata gedən yolda vacib amillərdən biridir, onu mükəmməl səviyyədə bilməyiniz sizə böyük uğurlar qazandıra bilər. Bunun üçün internetdə yüzlərlə pulsuz video material tapa bilərsiz. Azərbaycan dilində https://xlstuff.org saytının da sizə köməyi dəyə bilər.

6. Kursların köməyi də danılmazdır, lakin hər bir dərsdən əvvəl mütləq o mövzunu araşdırın, oxuyun və sonra dərsə başlayın.

7. Təcrübə proqramlarına qatılmaq və 2-3 ay hər hansı bir şirkətdə ödənişsiz olsa belə çalışmaq sizin üçün bir tramplin ola bilər, çünki uğurlu namizəd olduğunuz halda təcrübə keçdiyiniz şirkətdə işə qəbul edilmək şansınız böyükdür.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi güzəştləri tətbiq edilmiş sahələr üzrə yeni bəyannamə formaları istifadəyə verilib

posted in: Xəbər | 0

Vergi güzəştləri tətbiq edilmiş sahələr üzrə yeni bəyannamə formaları istifadəyə verilib

Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıAzərbaycanda koronavirus (COVID-19) pandemiyasının yayılmasının iqtisadi fəallığa təsirinin azaldılması və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin minimallaşdırılması üçün dəstək tədbirləri və proqramları həyata keçirilir. Tədbirlər çərçivəsində vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, ölkədə müvəqqəti vergi rejiminin tətbiqinə başlanılıb, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə əhəmiyyətli güzəştlər və azadolmalar verilib. Belə ki, bu şəxslər 2020-ci il üzrə əmlak və torpaq vergilərindən tam azad ediliblər, mənfəət və ya gəlirlərinin 75 faizi miqdarında vergi güzəştləri əldə ediblər.

Bundan əlavə, fiziki şəxslərdən daşınmaz əmlak icarəyə götürdükləri halda, onlar üçün daşınmaz əmlaka görə ödənilən icarə haqqının dərəcəsi 14 faizdən 7 faizə endirilib. Zərər çəkmiş sahələrdə çalışan vergi ödəyiciləri və mikro sahibkarlıq subyekti olmayan şəxslərin gəlir və mənfəət vergisi üzrə hesablanmış vergilərin ödəmə müddətləri 1 sentyabr 2020-ci il tarixə kimi uzadılıb. Eyni zamanda, mikro sahibkarlıq subyektlərinin 2020-ci ilin 1-ci və 2-ci rübləri üzrə vergi orqanına təqdim etməli olduqları sadələşdirilmiş vergi bəyannaməsinin verilmə müddəti 2020-ci il sentyabrın 1-nə kimi uzadılıb və həmin hesablanmış vergilərin də ödəmə müddəti son olaraq 1 sentyabr 2020-ci il müəyyən edilib.

Bu güzəşt və azadolmaların bəyannamə formalarında əks etdirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bir sıra bəyannamələrin, onların əlavələrinin formaları və tərtib edilməsi qaydaları təsdiqlənib.

19 avqust tarixindən “Bəyannamə Tərtibatı Proqramı”nın (BTP) növbəti yeni versiyası istifadəyə verilib. Burada pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri tərəfindən müvafiq güzəşt və azadolmaları özündə ehtiva edən “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Torpaq vergisi bəyannaməsi” və “Gəlir vergisi bəyannaməsi”nin elektron formada tərtib edilərək vergi orqanına təqdim olunması imkanı yaradılıb. Hazırda digər tədiyyələr üzrə, o cümlədən əlavə dəyər vergisi, mənfəət və əmlak vergisi üzrə bəyannamələrin elektron qaydada tərtibatı zamanı güzəşt və azadolmaların nəzərə alınması istiqamətində işlər aparılır. Yaxın vaxtlarda həmin bəyannamələrin də elektron forması vergi ödəyicilərinin istifadəsinə veriləcək.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun