Kreditlərin faizlərinin xərcə aid edilməsi üçün təsdiqedici sənədlər hansılardır?

posted in: Xəbər | 0

Müəssisədaxili intizam qaydaları, inventarizasiya, əskikgəlmələr,Sual: Mənfəət Vergisi üzrə kameral gəlib və bank kredit faizləri üzrə təsdiqedici sənədləri 5 iş günü ərzində təqdim etmək tələb olunur. Bank isə bank çıxarışından başqa sənəd verə bilmədiyini bildirir. Bu halda biz nə etməliyik?

Cavab: Bildiririk ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı vergi bəyannamələrindəki məlumatlar müqayisə edilməklə araşdırılır. Kənarlaşmalar müəyyən edildikdə vergi ödəyicisinə uyğunsuzluq məktubları göndərilərək onların aradan qaldırılması məqsədi ilə müvafiq məlumatlar istənilir. İzahlı məlumatlar təqdim edildikdə isə onlar nəzərə alınır.

Həmçinin, vergi ödəyicisi tərəfindən alınmış kreditlərin faizlərinin xərcə aid edilməsinin düzgünlüyünün araşdırılması kameral vergi yoxlaması zamanı risk meyarlarından biri hesab olunur. Qeyd etdiyiniz halda, vergi ödəyicisi ətraflı izahat məktubu, o cümlədən təsdiqedici sənədləri (kredit müqaviləsi, bank çıxarışı və s.) vergi orqanına təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 37-ci maddəsi,  Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 may tarixli 1917050000008600 nömrəli qərarı ilə təsdiq edilmiş Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

KOBİA ictimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarlara müraciət edib

posted in: Xəbər | 0

onlayn maarifləndirmə, KOBİA, KOB subyektləri, vergi məcəlləsi, Gənc Sahibkarlar Forumu, sahibkarlar, turizm, vergi güzəştləri, KOBİA, sahibkarlıq, seminar,Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ictimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarlara müraciət edib.

KOBİA-dan bildirilib ki, məlumat verildiyi kimi, avqustun 18-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin, Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) bərpa olunub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi fəaliyyətləri zamanı zəruri sosial davranış və sanitariya-gigiyena qaydalarının tələblərinə, müştəri qəbulu zamanı adambaşına müəyyən edilmiş sıxlıq normalarına riayət edilməsinin, eləcə də ictimai iaşə obyektləri üçün koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişin tələblərinə əməl olunmasının vacibliyini bir daha sahibkarların diqqətinə çatdırır.

İctimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarlar müvafiq qaydalara əməl etməklə həm özlərinin, həm də işçilərinin və müştərilərinin sağlamlığını qorumuş olacaqlar.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibatlıq şirkətlərində müasir texnologiyalar (II hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibatlıq şirkətlərində müasir texnologiyalar (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Yüksək keyfiyyətli, effektiv mühasibatlıq müasir texnologiyalar olmadan mövcud ola bilməz. Klassik kağız mühasibatlığı və ya “anbar” mühasibatlığı tədricən tarixə qovuşur. Onu elektron sənəd dövriyyəsi əvəz edir. Mühasibat uçotu təkmilləşir, maksimum səviyyədə avtomatlaşır. Bütün bunlar funksional proqram təminatı və etibarlı profil avadanlıqları tələb edir.

Outsourcer-lər hansı proqramlardan istifadə edirlər?

Proqram məhsulunun düzgün seçilməsinin əhəmiyyəti barədə danışmaq lazım gəlmir. Mühasibat firmalarında proqram təminatının (PT) seçilməsinə xüsusi diqqət yetirilir. Outsourcer-in imkanları seçimin düzgünlüyündən çox asılıdır.

Mühasibat proqramları vahid, ümumi qəbul olunmuş təsnifata malik deyildir. Bazarda təqdim olunan məhsullar, ilk növbədə, bir sıra xüsusiyyətlər və qoşulma üçün mövcud variantları ilə fərqlənir. Məhdud funksionallı sadə proqramlardan adətən sahibkarlıq subyektləri istifadə edir ki, bu da sadələşdirilmiş uçotdur. Şirkətlər klassik tətbiqləri daha çox və daha ciddi şəkildə seçirlər. Mühasibat outsourcer-ləri isə genişləndirilmiş funksional proqram məhsullarına üstünlük verirlər. Bu proqram təminatı sektorda ən bahalı proqramdır. Lakin avtomatlaşdırma, mühasibat uçotunun optimallaşdırılması üçün müvafiq imkanlarla təmin edir. Proqram kompleksləri komponentlərin mürəkkəb quruluşu ilə fərqlənir. Onların mühasibat uçotu çoxsaylı alt sistemlərdən biridir.

Profilli mühasibat proqramları, mürəkkəb, “ağır”, çoxfunksiyalı, outsourcer üçün yeganə proqram deyil. Şirkətin işinin spesifikası, xidmətlərin göstərilməsi formatı köməkçi proqram sistemlərindən, servislərdən, əlavələrdən istifadəni nəzərdə tutur. Bu siyahıda müxtəlif monitorinq vasitələri xüsusi yer tutur. Onlar qanunvericilikdə dəyişiklikləri, valyuta məzənnəsinin dinamikasını və s. izləyərkən əl əməyini istisna etməyə imkan verir. Monitorinq məsələləri müxtəlif cür həll edilə bilər. Əslində, bu kateqoriyanın vəsaitləri həm mühasiblər üçün sadə profil abunəlikləri, həm də sözdə istifadəçi, inkişaf etmiş axtarış aparmaq qabiliyyətinə malik kompleks tətbiqləri əhatə edir.


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gömrükdən sahibkarlara “qiymət” tövsiyəsi

posted in: Xəbər | 0

büdcə daxilolmaları, Araz Supermarket, inzibati protokol, Gömrük Komitəsi, Dövlət Gömrük KomitəsiDövlət Gömrük Komitəsinin (DGK) Baş Gömrük İdarəsində dərman və qida əlavələrinin idxalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

Bu barədə komitədən bildirilib.

Məlumata görə, görüşdə Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Bəhruz Quliyev, Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyev və sahibkarlar iştirak edib.

Görüş dərman preparatları və qida əlavələrinin idxalı zamanı gömrük rəsmiləşdirilməsi prosesində meydana çıxan problemlərin müzakirəsi və operativ şəkildə həll edilməsi məqsədilə keçirilib.

Görüşdə çıxış edən Komitə rəsmiləri pandemiya ilə mübarizə tədbirlərində səmərəli və işgüzar fəaliyyətlərinə görə sahibkarlara xüsusi təşəkkürlərini bildiriblər. Daha sonra dərman preparatları və qida əlavələrinin idxalı zamanı gömrük dəyərləndirilməsinin metodologiyaları ətraflı şəkildə görüş iştirakçılarına izah olunub, bu istiqamətdə qanunvericiliyin tətbiqi metodları barədə məlumat verilib. Sahibkarlara gömrük rəsmiləşdirilməsi prosesində Tarif Şurasının təqdim etdiyi qiymətləri əsas götürmək, gömrük dəyəri ilə real bazar qiymətləri arasında kəskin fərqlərin yaranmasına yol verməmək tövsiyə olunub.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun