İxracla məşğul olan KOB-lar üçün onlayn təlim keçiriləcək
Avqustun 12-də, saat 15.00-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Malların daxildə emal xüsusi gömrük proseduru ilə rəqabətqabiliyyətli ixrac imkanları” mövzusunda onlayn təlim keçiriləcək.
Tədbirin keçirilməsində məqsəd xarici ticarət fəaliyyəti iştirakçısı olan KOB subyektlərinin Azərbaycan Respublikasının ticarət qanunvericiliyi, o cümlədən malların daxildə emal xüsusi gömrük proseduru ilə yerləşdirilməsi və müvafiq icazənin verilməsi, hüquqların və öhdəliklərin digər şəxslərə verilməsi qaydaları, idxal-ixrac əməliyyatları zamanı tətbiq olunan vergi və gömrük güzəştləri və s. barədə maarifləndirilməsidir.
Onlayn təlim zamanı İqtisadiyyat Nazirliyinin və Dövlət Gömrük Komitəsinin nümayəndələri tərəfindən mövzu ilə bağlı təqdimat keçiriləcək, praktik məlumatlar veriləcək, sahibkarları maraqlandıran suallar cavablandırılacaq.
Xarici ticarətlə məşğul olan sahibkarlar onlayn təlimə “Microsoft Teams” platforması vasitəsilə aşağıdakı linkə daxil olmaqla qoşula bilərlər:
Əlaqələndirici şəxs:
KOBİA-nın əməkdaşı Urfan Nəbiyev (+994 12) 404-04-01.
Mənbə: vergiler.az

İyun ayında Almaniyanın ixracı ötən ay ilə müqayisədə 14,9 faiz yüksəlib ki, bu da 1990-cı ildən bəri bütün müşahidə tarixi ərzində rekord hesab oluna bilər. Bu haqda ölkənin Federal statistika agentliyi (Destatis) məlumat verib.
Bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyət bu gündən ləğv edilib.
Azərbaycan vətəndaşı olan Zahid Əlimuradov fiziki şəxslərin vergi uçotundan çıxarılması haqqında yerli vergi orqanına elektron ərizə göndərərək bəyan ediləcək heç bir məlumatının olmadığını bildirib. Bu halda, onunla bağlı səyyar vergi yoxlaması keçirilə bilərmi? Fiziki şəxslərin vergi uçotundan çıxarılması haqqında göndərdiyi ərizəni ləğv edə bilərmi?