Rayonlara “icaze.e-gov.az” portalı vasitəsilə icazə alan şəxslər buraxılacaq

posted in: Xəbər | 0

Rayonlara “icaze.e-gov.az” portalı vasitəsilə icazə alan şəxslər buraxılacaq

Rayonlara gediş-gəliş,Daxili İşlər Nazirliyi (DİN) avqustun 5-dən rayonlara gediş-gəlişin necə tənzimlənəcəyini açıqlayıb.

Nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov açıqlamasında bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejimi avqust ayının 31-dək davam edəcək: “Paytaxt Bakı da daxil olmaqla ölkənin 13 şəhər və rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunur. Həmin şəhər və rayonlara giriş və çıxışa nəzarəti əvvəlki dövrdə olduğu kimi xüsusi polis postlarında xidmət aparan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçiriləcək. Postlardan yalnız ölkədaxili hərəkətinə “icaze.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər və onların nəqliyyat vasitələri buraxılacaqdır. Onu da bildirim ki, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış da eyni qayda ilə tənzimlənir”.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

DSMF direktorundan saxta əlilliklərlə bağlı açıqlama

posted in: Xəbər | 0

DSMF-nin strukturunda dəyişiklik,“2020-ci ilin 6 ayı ərzində 2600-ə yaxın saxta əlillik aşkar olunaraq dayandırılıb”.

Bunu Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, ümumilikdə əlilliklərin dayandırılması prosesindən Fond ayda 2,4 milyon manat qənaət edib: “Eyni zamanda, əlillik təyanatlarına nəzarət gücləndirilib”.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev isə xatırladıb ki, əlillik təyinatı meyarları ilə bağlı yeni meyarlar hazırlanıb: “Əsassız əlillik təyinatlarına ciddi nəzarət ediləcək. Əlilliyin təyinatı ilə bağlı yeni qanun qəbul edilib. Bu sahədə qanunvericilik təkmilləşdirilir. Tibbi sahədə TƏBİB-lə sıx əməkdaşlıq edilir. Əlilliyin təyinatı ilə bağlı xüsusi meyarlar var. Hər qüsuru olan insana əlil demək doğru deyil. Bu dəyişikliklərin məqsədi keyfiyyətin yüksəldilməsi və haqqı olan vətəndaşların bu sistemə gətirilməsidir”.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Effektiv kollektivi necə toplamalı? (I hissə)

posted in: Xəbər | 0

sığorta, sigortaİstənilən problemi həll edə biləcək vahid işçi kollektivin yaradılması prosesində “cəhənnəmin” bir neçə dairəsindən keçmək lazım gəlir. Müsahibələrin səmərəliliyini artırmaq və “lazımsız” adamları tez bir zamanda seyrəltmək üçün minimum resurs və vaxt sərf etməyə çalışın.

Adamlar – bu biznesin başlıca hərəkətverici qüvvəsidir. Ona görə, əgər “mühərrikin” qüsursuz işləməsini istəyirsinizsə, onu ən yaxşı hissələrdən yığın. Lakin bütün bunlardan əvvəl gələcək əməkdaşın hansı keyfiyyətlərə və bacarıqlara malik olacağını dəqiq təsvir edin. Vəzifə təlimatlarını düşünüb, yaradın – nümunə kimi bunların bir neçəsini internetdən yükləyin. Sonra isə namizədlərin axtarışına başlayın.

Daha çox sayda əməkdaş tapmaq üçün kadrlar şöbəsinə daha bir satış şöbəsi kimi baxın: kadrlar şöbəsi soyuq zənglər edir, çoxsaylı CV-lər arasından ən yaxşılarını seçir, müntəzəm olaraq görüşlər keçirir və sonda konversiya barədə hesabat verir. Kadrlar şöbəsinin işini oxşar şəkildə qurun – əməkdaşlar arasında əmək haqqını onların effektivliyindən asılı olaraq bölüşdürün və sizin iş siyahısında dərhal onlarla müsahibə ortaya çıxacaq.

Ancaq namizədlərlə hər bir görüşə vaxt sərf etməyin. Üç mərhələli seçim sistemini daxil edin: birinci – şöbə rəisi ilə müsahibə, ikinci – test tapşırığı, üçüncü – sizinlə şəxsi görüş. İlk iki mərhələ namizəd sayını xeyli seyrəldir. Lakin siz özünüz görüşərkən, çox yəqin ki, həmin adamın vəzifəyə uyğun gəlib-gəlmədiyini müəyyən edə biləcəksiniz.

Bir namizədin şəxsən necə qiymətləndiriləcəyi ilə bağlı bu göstərişlərə əməl edin:

  1. Kadrlar şöbəsi tərəfindən namizədlə bağlı verilən hesabatı diqqətlə öyrənin. Rəylərlə yanaşı, həmin şəxsin sosial şəbəkədəki profilinə baxın, CV-ni və motivasiya məktubunu oxuyun. Müsahibəyə hazır olduqda siz bu şəxsin harada oxuması və nə ilə məşğul olmasını dəqiqləşdirməyib, dərhal mahiyyəti üzrə sualları verəcəksiniz.
  2. Namizədin bədən dilinə diqqət yetirin. Burada hər şey çox mühümdür: intonasiya, gülümsəmə, baxış, əllərin və bədənin vəziyyəti.  Özü də bədən dilinə tələb vəzifədən vəzifəyə fərqlənir – satış üzrə potensial menecer gülümsəməlidir və gözlərə baxmalıdır. Anbar müdiri isə sakit və təmkinli bir insan olmalıdır.
  3. İlk təəssürata etibar edin. Məlum olduğu kimi, ilk təəssürat ən doğru olanıdır. Əgər elə gəlirsə ki, namizəd nələrisə gizlədir, nələrisə uydurur və ya “özünün” olduğu kimi təsəvvür yaratmır – hətta qarşınızdakı dünya şöhrətli ekspert olsa belə, ona cəsarətlə “xoş getdin” deyin. Düzgünlük və dəqiqlik – uyğun namizədin əsas ölçüsüdür.
  4. Baş mühasib seçimi, mühasib peşəsi, namizəd seçimiNamizədin təcrübə və vərdişlərini dəyərləndirin, onun vəzifəyə uyğunluğunu yoxlayın. Bütün mümkün vasitələrdən istifadə edin: müsahibə, test tapşırığı, zəmanətlər və s.
  5. Şəxsi keyfiyyətləri qiymətləndirin. Hər bir işçi komandada işləyir, buna görə də onun ünsiyyət tərzi, davranış tərzi və açıqlıq səviyyəsi uyğun səviyyədə olmalıdır.
  6. Proqnozlaşdırılan bilən əməkdaşları axtarın. Bütün sirli və gizli şəxslərə “yox” deyin – sizin əməkdaşın güclü və zəif tərəfləri, həm də proqnozlaşdırılan davranış nümunəsi və stresə adekvat reaksiyası var.
  7. Zəkasını və yenilikləri öyrənməyə hazırlığını yoxlayın. Yalnız böyük coşqu ilə biliklərlə maraqlanan əməkdaş, öz inkişafı ilə şirkəti də irəli aparacaq. Bunu öyrənmək üçün həmin şəxsin bir insanın nəyi sevdiyini, oxuduğunu və seyr etdiyini öyrənin.
  8. Məhz, sizin şirkətdə işləməyi arzu edən əməkdaşları axtarın. Namizədin sadəcə iş axtarmadığına və ilk fürsətdə ayrılmayacağından əmin olun.
  9. Yoxlayın, bu şəxs öz işinin nəticələrini bilirmi. Bu yolla siz namizədin işin dəyərindən xəbərdar olduğunu və onun məqsədini aydın şəkildə başa düşdüyünü anlayacaqsınız.
  10. Oyun qaydalarını dəqiq razılaşdırın. Namizədə şirkətdəki gələcəyin tam təsvirini təqdim edin: maaş həddi, yüksəliş perspektivi, iş qrafikinin variantları, daxili menecment prinsipləri. Həmsöhbətinizin reaksiyasını izləyin –  bu, sizin bir-birinizə uyğun olub-olmadığınızı aydın şəkildə göstərəcəkdir.

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ƏDV-nin geri qaytarılmasında pozuntular aşkarlanıb

posted in: Vergi, Xəbər | 0

Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıAzərbaycanda pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesi davam edir. Bu sahədə tətbiq edilən mexanizmıə əsasən alınmış mallara görə ödənilmiş ƏDV istehlakçının portala müraciətinin daxil edildiyi tarixdən 30 gün müddətində müvəkkil bank tərəfindən qaytarılır.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Xidmətin açıqlamasına görə, bu müddət ərzində fiziki şəxs olan istehlakçılara pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) nağdsız qaydada ödədikləri ƏDV-nin 15%-i, nağd qaydada ödənilmiş ƏDV-nin 10%-i qaytarılır.

Vəsaitin qaytarılması ilə bağlı proseslər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yaradılmış www.edvgerial.az portalı üzərindən aparılır. İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı (NKA) çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin informasiya bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır. Nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur.

Bununla belə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin apardığı araşdırmalar zamanı elektron sistemə daxil edilən çeklər üzrə bir sıra hallarda bəzi vergi ödəyiciləri tərəfindən sui-istifadə faktlarının mövcud olması müəyyən edilib. Belə ki, iyun ayı ərzində ƏDV-nin geri qaytarılması üçün portala 4,9 milyon çek daxil edilib. Bu çeklərdən 3,3 mini üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilib.

Araşdırmalar nəticəsində məlum olub ki, dəyəri 2 min manatdan aşağı olan 1 914 çek üzrə imtina hallarına səbəb satıcının ƏDV ödəyicisi olmaması, alıcılar tərəfindən alınmış malların geri qaytarılması və ya çekin tərtib edildiyi vaxtdan 30 gün keçdikdən sonra sistemə daxil edilməsi olub. Həmçinin dəyəri 2 min manatdan yuxarı olan 1 382 çek üzrə müraciət təsdiqini tapmayıb. Buna səbəb isə  1 171 çek üzrə məlumatların kassa çeklərində əks etdirilməli olan məlumatlarla uyğun gəlməməsi müəyyən olunub.

Belə malın adının “Sərbəst satış”, “Satış”, “Məhsulun adı” və s. bu kimi ümumi sözlər, bir hərf, rəqəm və ya yalnız rəqəmlərlə qeyd edilməsi, o cümlədən digər kod və rekvizitlərin tam şəkildə əks olunmaması halları qeydə alınıb. Bu səbəbdən onların da təsdiqindən imtina edilib.

Bundan başqa, ƏDV-nin qaytarılması üçün NKA çekinin fiskal İD-sinin edvgerial.az portalına daxil edilməsi zamanı yeni nəsil NKA-nın quraşdırıldığı obyektin fəaliyyətinin pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyətinə uyğun olmadığına görə 107 çek, mal qalığının silinməsi və topdan satış ehtimallarının olması səbəbindən isə müvafiq araşdırma aparılmış 105 çek üzrə müraciət sistem tərəfindən qəbul edilməyib.

Qeyd edək ki, edvgerial.az portalına müraciətlər üzrə bütün araşdırmalar qaydaların tələblərinə müvafiq olaraq 30 gün ərzində aparılır.

Məlumat üçün bildirilməlidir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması” ilə bağlı qaydalara əsasən, ƏDV-nin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin tələblərinə cavab verməlidir.

Bir sıra vergi ödəyiciləri tərəfindən istehlakçılara təqdim edilən nəzarət-kassa aparatının çeklərində malın adı qeyd olunmur. Bu hal vergi ödəyicilərinə maliyyə sanksiyasının tətbiqi ilə yanaşı, istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxarır.

Bu səbəbdən vergi ödəyicilərinə sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi təsərrüfat subyektlərində quraşdırılmış nəzarət-kassa aparatlarında müvafiq texniki sazlamaların aparılması və istehlakçılara təqdim edilən nəzarət-kassa aparatının çekində qanunla nəzərdə tutulmuş məlumatların əks etdirilməsinin təmin olunması tövsiyə edilir. Eyni zamanda, istehlakçılar vergi ödəyicisi tərəfindən təqdim edilmiş çekdə malın adının əks olunmasına diqqət yetirməli və çekin düzgün verilməsini tələb etməlidirlər.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun