ASK ilə AİBNDX arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu

posted in: Xəbər | 0
birbank biznes

Assosiasiyada effektiv menecment, onlayn seminar, ASK, biznes trendi. müsabiqə, Gələcəyin sahibkarı, onlayn seminar, Böhran dövründə şirkət psixologiyası, Öz biznesinə başla, onlayn seminar, vergi güzəştləri, tikinti sektoru,Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti (AİBNDX) arasında görüş keçirilib. Görüş Dövlət Xidməti ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, sahibkarların maarifləndirilməsi və digər məsələlərin müzakirə edilməsi məqsədini daşıyıb.

Video-konfrans formatında keçirilən görüşdə sahibkarları maraqlandıran məsələlərə toxunulub. Dövlət satınalmaları sahəsində şəffaflığın təmin edilməsi, sahibkarlar üçün satınalmalar prosesində bərabər imkanların yaradılması, istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsi, istehlak bazarına nəzarət, süni qiymət artımı ilə mübarizə, haqsız rəqabətin qarşısının alınması, standartlaşdırma, metreologiya və s. istiqamətlərdə qanunvericiliklə müəyyən edilmiş kompleks tədbirlərin görüldüyü vurğulanıb. Bildirilib ki, yeni normativ hüquqi sənədlərin hazırlanması və bəzi qanunların təkmilləşdirilməsi üzərində ciddi işlər aparılır.

Görüşdə qurumlar arasında İkitərəfli Əməkdaşlıq Şurasının yaradılması təklif edilib və bu məsələnin müzakirə edilməsi qərara alınıb.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email