Pandemiyadan sonra hansı ölkələr iqtisadiyyatda uğur qazana biləcək? (III hissə)

posted in: iqtisadiyyat, Xəbər | 0

Pandemiyadan sonra iqtisadiyyat (III hissə)

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Koronavirus pandemiyası müxtəlif ölkələri fərqli şəkildə vurub. Nəticədə onların dünya iqtisadi reytinqlərindəki mövqeləri dəyişəcək. Ancaq bu, uğur sayıla bilərmi?

İkinci eşelonda hərəkət

İstənilən halda pandemiyadan sonra da ABŞ bir nömrəli ölkə olaraq qalacaq. ÇXR real mütləq ÜDM üzrə birləşmiş ştatları ötüb keçə bilməyəcək. Lakin digər ölkələrdə müəyyən irəliləyişlər ola bilər. Məsələn, Cənubi Koreya və İndoneziya yüksəliş əldə edə bilərlər. Onların iqtisadiyyatı bu gün özünü beynəlxalq reytinqlərə görə qonşuları olan Braziliya və Meksikanın iqtisadiyyatlarından daha yaxşı hiss edir. Vyetnamın da qlobal iqtisadiyyatdakı rolunu gücləndirmək üçün yaxşı şansı var. Vyetnamlılar və indoneziyalıların digər “kozırları” ilə yanaşı başqa üstünlükləri də vardır. Məsələn, karantin təchizat zəncirlərini qırdıqdan sonra Çin mallarını almağı dayandıran müştərilərin bir hisəsini son aylarda onlar özlərinə tərəf çəkə biliblər.

Lakin təqib etmək və ötüb keçmək heç də özünəməqsəd deyil. “Vacib olanı ölkənin sabit inkişaf etməsi və əhalinin bu perspektivi görməsidir, – Volçkova buna diqqət çəkir. – Perspektiv isə bu gün iqtisadiyyatın diversifikasiya olunduğu və bazara yüksək texnologiyalar əsasında istehsal olunan müxtəlif malların təklif edildiyi yerdə olur”. Qeyd etmək kifayətdir ki, pandemiyanın geniş yayıldığı indiki dönəmdə məsafədən çalışmaların inkişafının ardınca dünyada kompüter və telekommunikasiya texnikasının buraxılışına zəmanən verən liderlər də məhz, onlar olacaqlar.

Rusiyanın şansı

“Bir çox başqa ölkələrlə müqayisədə Rusiyada itkilər yəqin ki, daha az olacaq. Bu itkilər 2007-2008-ci illər böhranı ilə müayisədə də az ola bilər”, – Mərkəzi bankın rəhbəri Elvira Nabiullina Dövlət Dumasında məruzə ilə çıxış edərkən, koronavirusun vurduğu zərərləri belə qiymətləndirib.

“Rusiya 2020-ci ili milli valyutaların alıcılıq qabiliyyətinin pariteti nəzərə alınmaqla hesablanmış ÜDM üzrə dünyanın beşinci iqtisadiyyatı statusunda başa vuracaq. Pandemiyaya görə, ÜDM bu gün beşinci sıranı tutan Almaniyadan daha az düşərsə, bu avtomatik baş verəcək, – REA-nın xalq təsərrüfatı proqnozlaşdırılması institutunun direktor müavini Aleksandr Şirov belə deyir. – Ancaq, Rusiya əvvəlki kimi ildə 1.5-2.5% böyüməkdə davam edərsə, bu nəticə uzun sürməyəcəkdir. Rusiyaya inkişaf etmiş ölkələrlə müqayisədə daha da yüksək artım lazımdır. Tələb və qiymətlərin aşağı düşdüyü neft-qaz bazarı isə həmin artımı təmin edə bilməz. Lakin, idxal əvəzetmə siyasətinin dərinləşməsi əsasında qabaqlayıcı templərlə artmağa qadir sahələr də var: İT, müdafiə sənayesi üçün elektronika, xammal sənayesi üçün maşınlar, əczaçılıq üçün substansiyalar, kənd təsərrüfatı üçün toxum materialları istehsalı və s. İndi bu istiqamətlərdə investisiya resurslarının yönləndirmə üçün yaxşı bir zamandır”.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Almaniyanın vergi sistemi, formalaşması və inkişafı (IV hissə)

posted in: Vergi, Xəbər | 0

Almaniya vergi sistemi, formalaşması və inkişafı (IV hissə)

III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Almaniya Federativ Respublikası bir dövlət kimi siyasi və iqtisadi quruluşun müxtəlif mərhələlərini keçmiş, dəfələrlə dünya müharibələrinin yaratdığı dağıntılardan qalxmış, iqtisadi cəhətdən güclü, sosial yönümlü dövlətə çevrilmişdir.

Federal vergilər yenidən bölüşdürülə bilməz. Bunlara istehlak tələbatının məhsullarından büdcəyə daxilolmalar daxildir: benzin və digər neft yanacağı (5,6%), tütün (3,1%), şərab-araq (0,8%) və s.

İcma yığımlarında mədən və torpaq vergiləri həlledici rol oynayır. Tamamilə müvafiq idarəetmə səviyyələrinin büdcələrində qalan federal və torpaq vergisindən fərqli olaraq, icma mədən vergisi qismən (təxminən 18%) federasiyanın və ərazinin sərəncamına verilir.

Federasiya vergilərin torpaq və federasiya arasında bölüşdürülməsi, gəlir vergisində bələdiyyə orqanlarının payı, maliyyə yurisdiksiyası və s. məsələləri həll edir. Federal vergi qanunları, torpaq və bələdiyyələrə məxsus olan hissəsi bundesratın razılığını tələb edir.

Əsas vergilərə gəlir vergisi, o cümlədən əmək haqqı vergisi, mədən vergisi, torpaq vergisi, korporativ vergi, əmlak vergisi, kapitaldan gəlir vergisi, əlavə dəyər vergisi daxildir.

Gəlir vergisi Almaniyada ən əhəmiyyətli birbaşa vergilərdən biridir. Təqvim ilində əldə edilmiş məcmu illik gəlir fiziki şəxslərdən gəlir vergisinə cəlb edilir. Onlara muzdla işləyən şəxslərin əmək haqqı, sərbəst peşələrdə çalışan şəxslərin gəlirləri (qonorarlar), kapitaldan daxil olan gəlirlər, bank əmanətləri üzrə faizlər, icarə, yaşayış sahələrinin icarəyə verilməsi, fərdi əmək fəaliyyəti və s. Vergitutmanın əsasını onun mənbəyindən asılı olmayaraq, bərabər gəlirə bərabər vergi prinsipi təşkil edir.

Bu verginin hesablanması metodikası, məsələn, ABŞ-da olduğu kimi, mürəkkəbdir. Lakin vergi bazasından nəzərdə tutulan vergi güzəştləri və vergi ayırmalarının sayı azdır. Gəlir vergisindən başqa, Almaniya vətəndaşları əmək haqqı məbləğinin təxminən 7% – i (ümumi həcmin yarısı) məbləğində sosial ayırmalar edirlər.

Fiziki şəxslərdən gəlir vergisi dövlət gəlirlərinin əsas mənbəyidir. Bu, aşağıdakı kimi bölüşdürülür: daxilolmaların 42,5% – i federal büdcəyə, 42,5% – i müvafiq torpağın büdcəsinə və 15% – i yerli büdcəyə göndərilir.


V hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank tender qarantiyalarına endirimlər elan etdi

posted in: Xəbər | 0

Kapital Bank tender qarantiyalarına endirimlər elan etdi.

Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına, həmçinin bu sahədə çalışanlara endirimli şərtlər təklif etməklə öz töhfəsini verir. Bu dəfə Kapital Bank-a müraciət edən sahibkarlar tender qarantiyaları üzrə komissiyalara endirimlər   əldə edə biləcəklər.

Şərtlərə görə, tender qarantiyaların birdəfəlik komissiyasına 50% endirim tətbiq edilir. Belə ki, müştərilər tender təminat məktubu əldə etdikləri zamanı isə cari birdəfəlik komissiyanın yalnız 50%-ni ödəyəcəklər. Aksiya 24 avqust 2020-ci il tarixədək davam edəcək.

Sahibkarlar tender qarantiyalarını Kapital Bank-ın istənilən filialından 1 iş günü ərzində təminatsız şəkildə əldə edə bilərlər. Tender qarantiyalarını Kapital Bank-dan əldə etməyin əsas üstünlüklərindən biri də təqdim olunan təminat məktublarının istənilən benefisiar tərəfindən tanınıb, qəbul edilməsidir.

Qeyd edək ki, Kapital Bank kiçik və orta sahibkarlar üçün hər zaman yeni məhsullar, kampaniyalar təqdim edir və müştərilərə xidmət keyfiyyətinin yüksək səviyyədə saxlanılması istiqamətində davamlı işlər aparılır.

Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Biznes Mərkəzləri Xətai, Səbail, Nəsimi, Gənclik, Yasamal, Mərkəz, 28 May filiallarında, həmçinin Sədərək TM-də yerləşən Ticarət filialı və Binə TM-dəki Lökbatan şöbəsində fəaliyyət göstərir. Biznes mərkəzlərində KOS müştərilərə xüsusi xidmət bölməsi ilə yanaşı fərdi müştəri menecerləri də vardır. Onlar sahibkarlara bankın təqdim etdiyi məhsullar barədə məlumat verməklə yanaşı, kredit, qarantiya, overdraft, faktorinq və digər maliyyələşmə məhsullarının sifarişlərini qəbul edirlər, biznesin inkişafı üçün maliyyə məsləhətləri və bir sıra digər xidmətlər də göstərirlər.

Bankın KOS seqmenti üçün təqdim etdiyi məhsul və xidmətlər barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytında “Biznes üçün” bölməsinə, (012) 310 09 99 korporativ məlumat mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Daha 2600 əlillik ləğv olundu

posted in: Xəbər | 0

Əlillik, əmək qanunvericiliyi, hüquq pozuntuları, 190 manat, Əmək müqaviləsinin forması, 190 manat, Məşğulluq xidmətləri, pensiya, əmək məzuniyyəti, Ünvanlı sosial yardım, məzuniyyət, işəgötürən, işəgötürənlər, əmək, əlilliyi olan şəxslər, ƏƏSMN, qeyri-iş günləri, Pensiya ilə bağlı yeni qanun, pensiya, MDSS, işsizlik sığortası üzrə rekvizitlər, işsizlik səviyyəsi, Birdəfəlik ödəmə, işsiz şəxslərin sayı, birdəfəlik ödəmə, İşsiz şəxslər, İşsiz, İşsiz şəxslərin qeydiyyatı, sektorlara dəstək, xəbərdarlıq sahibkarlarƏlilliyin qiymətləndirilməsi sisteminin şəffaflaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən görülən tədbirlər 2020-ci ilin ötən dövründə davam etdirilib. Nazirlikdən verilən məlumata görə, müvafiq işçi qrupu tərəfindən xəstəlik sənədləri şübhə doğuran əlillik təyinatları üzrə aparılan araşdırmalar zamanı daha 2 min 600 əlillik təyinatının reallığı əks etdirməyən saxta tibbi sənədlərlə tərtib olunmuş əsassız göndərişlər əsasında aparıldığı aşkar edilib.

Həmin əlillik təyinatları ləğv olunub və təyin olunan sosial təminat növləri üzrə ödənişlər dayandırılıb. Bunun da nəticəsi olaraq, büdcə vəsaitinin həmin ödənişlər üzrə qeyri-qanuni istiqamətə xərclənməsinin qarşısı alınmaqla, illik 9,5 milyon, ümumi gözlənilən xərclər üzrə 225 milyon manat dövlət vəsaitinə qənaət edilib.

Ümumilikdə isə son iki ildə aparılan araşdırmalar nəticəsində 6 min 300 əlillik təyinatının əsassız göndərişlər əsasında aparıldığı aşkar olunaraq ləğv edilib. Nəticədə illik 29 milyon, ümumi gözlənilən xərclər üzrə 735 milyon manat büdcə vəsaitinə qənaət olunub.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun