Fərdi sahibkarlara maliyyə dəstəyi göstərilməsinə başlanılıb
Azərbaycan Respublikası Prezidentinin tapşırığına və Nazirlər Kabinetinin sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyi göstərilməsi barədə müvafiq qərarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fərdi (mikro) sahibkarlar üçün vəsaitlərin köçürülməsi ilə bağlı prosesə start verilib. Maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində belə dəstəyə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilir.
Avqustun 11-dən başlayaraq, ikinci mərhələ çərçivəsində 49.421 fərdi (mikro) sahibkarın bank hesablarına maliyyə dəstəyi köçürülməsinə başlanılıb. Birinci mərhələdən fərqli olaraq, bu dəfə vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi üzrə ödənişlər əvvəllər bu dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçirilir.
Qeyd edilməlidir ki, fərdi (mikro) sahibkarlar üçün maliyyə dəstəyinin göstərilməsi proqramının birinci mərhələsi çərçivəsində indiyədək daxil olmuş və təsdiqlənmiş 111.209 müraciət üzrə maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün təqdim edilib. Təsdiq olunmuş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 63,66 milyon manat təşkil edir. Artıq birinci mərhələ çərçivəsində 63,55 milyon manat vəsaitin 106.907 nəfər fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin olunub.
Yaxın zamanlarda isə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi prosesinə başlanılacaq. Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu günədək pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq, işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əməkhaqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.
Mənbə: vergiler.az

Bəzən müxtəlif səbəblərdən müəssisənin il ərzində gəlirdən çıxılan xərcləri müəssisənin il ərzində əldə etdiyi gəlirlərindən artıq olur və müəssisə cari ili zərər ilə başa vurur. Mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, bu cür hallarda vergi ödəyicisi, Vergi Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, il ərzində gəlirlərin çıxılmasına icazə verilən xərclərin gəlirdən artıq olan hissəsini, yəni cari ilin zərərini növbəti beş il ərzində mənfəəti hesabına kompensasiya edə bilər.
Auditorun peşəkar fəaliyyətinin səmərəliliyinin hər bir göstəricisi işçinin fərdi keyfiyyətlərinin ayrıca altsistemi ilə təmin olunduğundan, auditorun fərdi peşəkar inkişaf potensialı müxtəlif psixoloji amillərin alt sistemlərindən yaranır ki, bu da səmərəli peşəkar fəaliyyəti və peşəkarlığın inkişafını təmin edir. Bu zaman nəzərə almaq lazımdır ki, əməkdaşın peşəkarlığının artması onun əməyinin səmərəliliyinin artırılmasında öz əksini tapır. Lakin əgər peşəkar fəaliyyətin səmərəliliyinin ayrıca götürülmüş göstəriciləri artsa da, nəzərə almaq lazımdır ki, onların artım səviyyəsi müxtəlif olacaq.
Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 23% artaraq 720 manat təşkil edib.