Effektiv kollektivi necə toplamalı? (II hissə)

posted in: Xəbər | 0

mühasib peşəsiEffektiv kollektivi necə toplamalı? (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

İstənilən problemi həll edə biləcək vahid işçi kollektivin yaradılması prosesində “cəhənnəmin” bir neçə dairəsindən keçmək lazım gəlir. Müsahibələrin səmərəliliyini artırmaq və “lazımsız” adamları tez bir zamanda seyrəltmək üçün minimum resurs və vaxt sərf etməyə çalışın.

Beləliklə, namizəd bütün yoxlamalardan keçdi və işə başladı. Əgər o, ağıl və məsuliyyət göstərirsə, amma, işlər hələ də qaydasında getməzsə, onun qabiliyyətlərinə daha uyğun olan digər vəzifələri tapmağa çalışın. Əgər işçi öz vəzifələrinin öhdəsindən açıq-aydın gəlmirsə, onu maksimum sürətlə işdən çıxarın. Əlbəttə ki, həmişə insana ikinci şans da vermək olar. Amma təcrübə göstərir ki, demək olar ki, heç kim ondan istifadə etmir.

Belə diqqətli seçim etməklə siz şirkətə yalnız düzgün insanları gətirmək üçün zəmanət verəcəksiniz və sürətli işdən çıxarılma “uyğun olmayan” əməkdaşın biznesinizə zərər vurmasına imkan verməyəcək.

İndi isə sizə müəyyən sualları təqdim edəcəyik. Həmin sualların vasitəsilə şəxsin “sizin” namizəd olub-olmadığını müəyyən edə biləcəksiniz:

  • Namizədin lazımi ixtisası və təcrübəsi varmı?
  • O, ağıllıdırmı?
  • O, hər şeylə maraqlanan və enerjili biridirmi?
  • İşlədiyi sahə onun xoşuna gəlirmi?
  • Mən onunla bir komandada işləmək istəyirəmmi?
  • Mən onu idarə edə biləcəyəmi?
  • Onun təcrübəsinə görə istədiyi qədər ödəməyə hazırammı?
  • Həqiqətənmi, o götürdüyüm işdə maraqlıdır?

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İki brend bir arada – BirKart Umico kartını qarşılayın!

posted in: Xəbər | 0

Kapital Bank “Competo” şirkəti ilə əməkdaşlıq çərçivəsində yeni ko-brend BirKart Umico kartını təqdim etdi. Adi keşbek kartlarından fərqli olaraq bu kart sahibinə ikiqat üstünlüklər və ikiqat keşbek qazandırır.

BirKart Umico vasitəsi ilə müştərilər həm BirKart-ın nağdsız ödənişlərdən verdiyi, həm də Umico proqramının daxili partnyor şəbəkəsində aparılan alış-veriş əməliyyatlarından verdiyi keşbek məbləğini qazanırlar. Qazanılan keşbeklər müştərinin Umico hesabında toplanılır. Yeni BirKart Umico debet, eləcə də taksit kartı kimi istifadə oluna bilər. Yəni müştərilər yeni kart vasitəsilə BirKart-ın taksit imkanlarından da yararlana bilərlər. BirKart Umico debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR) 36 ay müddətinə təqdim olunur.

Həmçinin, 1 milyondan artıq yüklənən və ölkənin ən məşhur tətbiqi olan BirBank-da istifadəçilər üçün xüsusi bölmə yaradılıb ki, bu bölmə vasitəsilə müştərilər Umico-da olan bonuslarını izləyə bilərlər.

Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 7500-dən çox partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar.


Excel-də Weekday funksiyası

posted in: Excel, Xəbər | 1

Excel-də Weekday funksiyası

Hər hansı bir tarixin həftənin neçənci gününə təsadüf etdiyini Weekday funksiyası ilə öyrənə bilərik. Bunun üçün WEEKDAY funksiyasının daxilinə həmin tarixi əlavə edib, kiçik bir nüansı da əlavə etməliyik.

Mövzuya başlamadan öncə qeyd etmək istərdim ki, Excel-də təqvim 01.01.1900 il tarixdən başlayır. Yəni, hər hansı bir səbəblə daha əvvəlki tarixə aid hər hansı bir hesablama aparmaq istəsək, Excel o tarixi tanımayacaq. Bundan əlavə, hər bir tarixin ardıcıl məntiqlə seriya nömrəsi mövcuddur. Təbii olaraq, 01.01.1900-cu il tarixinin seriya nömrəsi 1-dir. Günlər keçdikcə seriya nömrələri də ardıcıl qaydada artır.

Maraq üçün, gəlin həmin tarixin həftənin neçənci gününə düşdüyünə baxaq. Öncə formulu yazıb, daha sonra izahını verəcəyəm.

WEEKDAY function - 1

Formul bizə 01.01.1900-cu il tarixin həftənin bazar gününə düşdüyünü göstərir. Formulun düzgün işlədiyindən əmin olmaq üçün 01.01.1900 tarixindən 08.01.1900 tarixinə qədər olan günləri müqayisəli şəkildə analiz edək.

WEEKDAY function - 2

Gördüyümüz kimi, formul düzgün işləyir, tarix irəlilədikcə, həftənin günləri də müvafiq olaraq dəyişir. İndi isə, gəlin formulun komponentlərinə baxaq.

İlk screenshot-dan da gördüyümüz kimi, formul aşağıdakı kimi yazılır.

=WEEKDAY(tarix_olan_xana;2)

Bəs, bu 2 rəqəmi nə ifadə edir?

Formulu yazarkən, tarix olan xananı qeyd etdikdən sonra, funksiyanın ikinci komponenti ilə qarşılaşırıq (return_type).

WEEKDAY function - 3

Excel bizdən həftəmizin hansı gün ilə başlanmasını istədiyimiz soruşur. Bizim normal həftəmiz Bazar Ertəsi (1) ilə başlayıb, Bazar günü (7) ilə bitdiyi üçün, 2 rəqəmini seçirik. Əgər heç bir rəqəm seçməsək, Excel avtomatik 1 rəqəmi kimi nəzərə alacaq, yəni həftənin başlanğıcını Sunday olaraq götürəcəkdir.

İstənilən tarixin (gələcək də daxil) həftənin hansı gününə düşdüyünü öyrənə və bunu hesabatlarda istifadə edə bilərik.

Müəllif: Elçin Xəlilov


Bax: 


Gəlir vergisindən güzəşt əldə etmək üçün hansı sənədlər lazımdır?

posted in: Vergi, Xəbər | 0

rəsmiləşdirmək sədərək MMC sənədlər sənədləşməGəlir vergisindən güzəşt əldə etmək üçün hansı sənədlər lazımdır?

Sual: 01.01.2019-cu il tarixdə Vergi Məcəlləsində edilmiş dəyişikliklə bağlı işlədiyim təşkilatda daxil olan müraciətlərlə bağlı bəzi suallara aydınlıq gətirilməsi zərurəti yaranmışdır. Belə ki, Məcəllənin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarına da vergi güzəşti tətbiq edilir. Müraciət edən şəxslərin bir hissəsinin atası 2-ci dünya müharibəsinin iştirakçısı olmuşdur. Atanın vəfat etmə səbəbi müharibədə aldığı yaralar deyildir. Eyni qaydada olan digər müharibə iştirakçılarının övladlarından da müraciət daxil olurdu.

Bizim təşkilatda əvvəlcə yalnız şəhid övladlarına bu güzəştlər tətbiq edilirdi. Vergilər Nazirliyinə müraciət etdikdə güzəştin bütün müharibə iştirakçılarına şamil olunduğu bildirildi. Lakin güzəştlərin tətbiqi üçün tələb olunan sənədlərin siyahısı verilmiş Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli qərarında sənədlərin siyahısı yoxdur. Həmin qərarın 1.5-ci bəndində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin verdiyi vəsiqənin təqdim edilməsi tələb olunurş Göstərilən Xidmət bu vəsiqəni yalnız şəhid ailəsinə verir. Qeyd edilənləri nəzərə alaraq, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə və Nazirlər Kabinetinin 04.01.2001-ci il tarixli 4 nömrəli qərarına aydınlıq gətirilməsini xahiş edirik.

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

AR Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Qeyd olunanlardan göründüyü kimi, yuxarıdakı arayışlardan birini təqdim edən şəxs azadolmadan istifadə edə bilər.

Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci və 102.8-ci maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Mənbə: taxes.gov.az


Bax: