Read More9
Read More9

2 tarix arasındakı iş günlərini necə hesablamalı?

posted in: Excel, Xəbər | 0

2 tarix arasındakı iş günləri-nin sayını hesablamaq, 2 tarix olan xananı bir-birindən çıxmaqla əldə edilə bilər. Lakin, bu 2 tarix arasında qeyri-iş günləri də varsa, o halda bu məqamı da nəzərə almaq lazımdır.

Bu qısa videoda bu mövzuya toxunmuşuq. Xüsusilə ezamiyyə və əmək haqqı hesablamalarında faydalı olacaqdır.

Müəllif: Elçin Xəlilov


Vakansiya: Mühasib – Green City Hotel

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

mühasib keçmişdə, güzəştlər, baş mühasib, vakansiyaVakansiya: Mühasib tələb olunur

İşəgötürən: Green City Hotel

Vakansiya barədə məlumat:

Mal-material ehtiyatlarının hərəkətinin, avadanlıqların və əsas vəsaitlərin idarə olunması və saxlanmasının bütün mərhələlərində anbar fəaliyyətinin ən yüksək standartlara uyğun şəkildə təşkil olunmasının təmin edilməsi;

  • Mal-material ehtiyatlarının və əsas vəsaitlərin hərəkətinin qanunvericilik və mühasibat standartlarına uyğun uçotun təmin edilməsi;
  • Anbarlar üzrə mal-material ehtiyatlarının mədaxil və məxaric, yerdəyişmə və qaytarılma sənədlərinin (təhvil-təslim aktı, yerdəyişmə, silinmə aktı və s.) müntəzəm olaraq alınmasına və düzgün tərtib olunmasına, proqram təminatına vaxtında işlənməsinə nəzarət edilməsi;
  • Alınmış ilkin sənədlər və hesabatlar əsasında aylıq mal-materiallar ehtiyatlarının silinməsinin yoxlanılması;
Mühasib üçün tələblər:

Ali Təhsil (Mühasibatlıq, maliyyə, iqtisadiyyat)

  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi
  • Kompüter bilikləri: MS Office/Excel, mühasibat proqramları bilikleri üstanlükdür.
  • Nəzarət etmək və yerində təlimat vermək bacarığı
  • Azərbaycan dili mütləq, digər dil bilikləri üstünükdür.

CV-ni / ünvanına göndərin.

Mənbə: finstaff.az


Kapital Bank 2020-ci ilin ikinci rübünün nəticələrini elan edib

posted in: Xəbər | 0

Kapital Bank-ın aktivləri 1 iyul 2020-ci il tarixinə 4,9 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,2 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 iyul 2020-ci il tarixinə 3,6 milyard manat olub.

Bankın 1 iyul 2020-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 487 milyon manat, adi və imtiyazlı səhmlər isə 225 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (18-ci hissə)

posted in: Xəbər | 0

Mühasibat uçotu ilə bağlı ifadələr (18-ci hissə)

17-сi hissəni oxumaq üçün keçidə daxil olun


Ezamiyyə, əmək haqqı hesablanması, Vakansiya Baş MühasibHesabat qeydlərini anlaşılan və hər kəsə əlçatan dildə təsvir etmək lazımdır. Bu zaman əcnəbi ifadələr, əksəriyyətimizə naməlum olan və lazım olan fikri çatdıra bilməyən sözlərdən istifadə etmək lazım deyil.

A.S. Salmin
Əgər mühasibat və maliyyə məlumatlarının təsərrüfat fəaliyyəti dili ilə müqayisəsi yerinə düşərsə, sağlam düşüncə və tədbir hissi əsasında bu dili bu gün elmi cəhətdən çətin dərk edən bütün təsərrüfat subyektlərinə daha aydın və daha əlçatan etmək bizim gücümüzdədir.
O.M. Askeri

Elmi və praktiki terminologiya tam unifikasiya olunmadıqda, heç olmasa, maksimal dərəcədə yaxınlaşmalıdır. Vahid, aydın və sadə terminologiyanın olması təkcə uğurlu tədqiqat deyil, həm də qarşılıqlı anlaşmanın vacib şərtidir.

Lakin uçot – analitik fənlər terminologiyası əhəmiyyətli çatışmazlıqlardan əziyyət çəkir. Bu terminologiyanın qüsurları nədən ibarətdir?

Çox vaxt sinonim kimi müxtəlif terminlərdən istifadə edirlər (xüsusən də müxtəlif mənaları olan); eyni terminlə müxtəlif iqtisadi anlayışları ifadə edirlər; Bəzi terminlər hətta sadəcə səhvdir.

V. Kopnyayev

İndiyə qədər uçot – iqtisadi anlayışların və kateqoriyalarının vahid elmi cəhətdən əsaslandırılmış sistemi hazırlanmamışdır. Bəzi hallarda bir sıra anlayışlar başqa anlayışlarla əvəz olunur və demək lazımdır ki, bu hadisə çox geniş yayılıb.

V.İ. Mosyaqin

Hesabdarlıqda biz anlayışların müəyyən edilməsi məsələsində qarşılaşdığımız müxtəlif cərəyanlarla görüşürük. Elmin özünün tərifinə qədər ən əsas anlayışlar hələ də özünün son, hamı tərəfindən qəbul edilən növünü tapmamışdır.

V.K. Hun

Mühasibat terminologiyasının qeyri-müəyyənliyi və müxtəlifliyi həmişə ciddi mühasibləri təəccübləndirib.

Baş mühasib vakansiya, aparıcı mühasibS.Q. Muxov

Dərc olunan hesabatlar göstərir ki, hər yerdə özbaşınalıq, qaranlıq və qeyri-müəyyənlik hökm sürür, eyni başlıq altında müxtəlif anlayışlar nəzərdə tutulur.

Z.P. Evzlin

“Dəyər” və “xərclər, maya dəyəri, qiymət” kimi tamamilə adi sözlər üçün inanılmaz sayda istifadə olunan şərhlər vardır.

B. Rayan

Mühasibatlıqda ən ciddi məsələlərə münasibətdə belə biz ümidsiz dolaşıqlıqda oluruq. Təmiz qazanc, təmiz gəlir, ümumi gəlir, mənfəət, xalis gəlir? Mən bir çox illər ərzində hər bir halda istifadə edilməli olan düzgün terminləri və burada verilmiş terminlərin hər birinin dəqiq mənasını tapmağa çalışmışam. Mən akademik müəlliflərə (iqtisadçılar və mühasib-mütəxəssislərə) müraciət etdim. Lakin onlarda da eyni qeyri-müəyyənliyi müşahidə etdim. Məhkəmələrə müraciət etdim və onların qərarlarında da ən məzəli qarışıqlıqlarla rastlaşdım.

Q.R. Qatfeld


19-cu hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



error: Content is protected !!