İstehlakçı hüquqlarının pozulmasına görə sanksiyalar

posted in: Xəbər | 0

Bu dəfəki yazımızda istehlakçı hüquqları-nın qorunması ilə əlaqədar başlıca məsələləri və pozuntu hallarına görə qanunvericiliklə müəyyən edilmiş sanksiyaları izah etməyə çalışacağıq.

İstehlakçı barədə verilən anlayışa görə şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs istehlakçı hesab edilir. Hər bir istehlakçının lazımi keyfiyyətdə mal (iş və ya xidmət) istehlak etmək hüququ var. Həmçinin istehlakçının hüququdur ki, lazımi keyfiyyəti olmayan, sağlamlığa zərər vuran malın (iş və ya xidmət) vurduğu zərərin ödənilməsini tələb etsin.

İstehsalçı (icraçı) isə malın (iş və ya xidmət) zəmanət müddətində, olmadığı halda isə müqavilədə göstərilmiş qaydada normal işini (istifadəsini, tətbiqini) təmin etməlidir. Tez xarab olan, sağlamlığa təhlükəli ərzağın, dərman, kosmetika, kimya və digər malın üzərində isə yararlılıq müddəti olmalıdır. Fərqli müqavilə müddəası yoxdursa, zəmanət müddəti mal istehlakçıya veriləndən, yararlılıq müddəti mal hazırlanan gündən sayılır. Zəmanət müddətində mal xarab olarsa, istehlakçı

– yenisi ilə dəyişməni tələb edə

– satış qiymətini azaltdıra

– qüsurun aradan qaldırılmasını tələb edə

– müqaviləni ləğv edə bilər.

 İstehlakçıya malın (iş, xidmət) keyfiyyətsizliyi ilə bağlı dəymiş maddi və mənəvi zərər mütləq ödənilməlidir.

Qanunvericilikdə istehlakçı hüquqları-nın pozulması ilə əlaqədar aşağıdakı sanksiyalar nəzərdə tutulur:

1) qaz, elektrik və ya istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsinin dayandırılmasına görə

Fiziki şəxs 200-400, vəzifəli şəxs 1000-1500, hüquqi şəxs 2500-3000 ₼ həcmində cərimə edilir.

2) Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin zədələnməsinə və bunun istehlakçıların elektrik enerjisi ilə təmin edilməsində fasiləyə səbəb olmasına görə

Fiziki şəxs 200-300, vəzifəli şəxs 350-450 ₼ cərimə edilir.

3) Malın keyfiyyəti, ölçü, çəki barədə istehlakçını az miqdarda (300 ₼-dək) aldatmağa, standartlara cavab verməyən malın buraxılmasına (iş görülməsi), nəzarətdən gizlədilməsinə, sertifikatlaşdırılmamasına, saxlama müddətinin pozulmasına, istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə fiziki şəxs 350-500, vəzifəli şəxs 1500-2000, hüquqi şəxs 4000-6000 ₼-dək cərimə edilir.

4) İstehlakçını maraqlandıran malın xüsusiyyətləri, qiyməti, saxlanma, istifadə qaydaları, əldə edilmş şərtləri və təminat öhdəlikləri barəsə məlumat verilməməsinə görə 200 ₼ cərimə nəzərdə tutulur.

5) mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda (300-3000 ₼) aldatmağa görə 3000-5000 ₼-dək cərimə, 360-480 saatadək ictimai işlər növündə cəza nəzərdə tutulur.

6) külli miqdarda (3000 ₼-dan yuxarı) zərər vurmaqla aldatmağa görə 5000-7000 ₼-dək cərimə, 3 ilədək müəyyən vəzifə tutma, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə 6 ayadək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.

7) Bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda 10-15 min manatadək cərimə, 2 ilədək azadlığın məhdudlaşdırılması, 2 ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.

8) Bu hal ehtiyatsızlıqdan ölümə və ya ağır nəticələrə gətirərsə, 3-7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.


Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax: Könüllü fəaliyyəti barədə bilmədiklərimiz


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Elektron alış aktının istifadəsi Qaydaları təsdiq edildi

posted in: Xəbər | 0

ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiNazirlər Kabineti “Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nı və “Elektron alış aktı”nın formasını təsdiq edib.

APA-nın məlumatına görə, Qadalara əsasən, elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir.

Bu Qaydalara uyğun tərtib edilməyən elektron alış aktı mal alışının rəsmiləşdirilməsinə əsas vermir. Elektron alış aktı malı alan vergi ödəyicisi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında yaradılmış “elektron alış aktı” altsistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi İnternet Vergi  İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır və gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir.

– Elektron alış aktında aşağıdakı məlumatlar əks etdirilir:

– elektron alış aktının seriyası, nömrəsi və verilməsi tarixi;

– elektron alış aktının növü (cari/düzəliş/ləğv);

– satıcının soyadı, adı və atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, FİN kodu, əlaqə nömrəsi;

– vergi ödəyicisinin tam adı və eyniləşdirmə nömrəsi (VÖEN);

– kağız daşıyıcıda tərtib edilmiş alış aktının seriyası, nömrəsi və tarixi;

– sıra nömrəsi;

– malın adı;

– malın ölçü vahidi;

– malın miqdarı;

– malın vahidinin qiyməti (manatla);

– malın məbləği (manatla);

-sair qeydlər;

– yekun məbləğ (rəqəm və yazı ilə);

– malın təqdim edildiyi ünvan.

Elektron alış aktı aşağıdakı qaydada doldurulur:

-“Növü” rekvizitində – elektron alış aktının növü kimi cari, düzəliş və ya ləğv olması;

– “Kimdən” sətrində – satıcının soyadı, adı və atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, FİN kodu, əlaqə nömrəsi;

– “Kimə” sətrində – vergi ödəyicisinin tam adı və eyniləşdirmə nömrəsi (VÖEN);

– “Kağız daşıyıcıda tərtib edilən alış aktının” sətrində – kağız daşıyıcıda tərtib edilən alış aktının seriyası, nömrəsi və tarixi;

– “Sıra nömrəsi” sütununda – alınmış malların adlarının ardıcıl nömrələri;

– “Malın adı” sütununda – malın adı;

– “Ölçü vahidi” sütununda – malın ölçü vahidi;

– “Miqdarı” sütununda – malın miqdarı;

– “Malın vahidinin qiyməti (manatla)” sütununda – malın müəyyən olunmuş ölçü vahidinin qiyməti;

– “Məbləği (manatla)” sütununda – malın ümumi dəyəri;

– “Sair qeydlər” sütununda – malla bağlı sair qeydlər;

– “Yekun” sətrində – “Məbləği (manatla)” sütunundakı məbləğlərin cəmi;

– “Ünvanda” sətrində – malların təqdim edildiyi yerin ünvanı;

– “Təhvil verdim” sətrində – təhvilverən şəxsin soyadı, adı və atasının adı, imza və tarix;

– “Təhvil aldım” sətrində – təhvilalan şəxsin vəzifəsi, soyadı, adı və atasının adı, imza və tarix qeyd olunur.

Elektron alış aktının seriyası, nömrəsi və verilməsi tarixi proqram tərəfindən avtomatik generasiya olunur. Elektron alış aktında məbləğ Azərbaycan Respublikasının pul vahidi – manatla göstərilir. Elektron alış aktının hazırlanaraq qeydə alındığı tarix həmin elektron alış aktının verilməsi tarixi sayılır. Elektron alış aktının bütün xanalarının doldurulması zəruridir, onun boş qalmış sətirləri olarsa, bunlar proqram təminatı tərəfindən “0” (sıfır) kimi qəbul edilir Düzəliş elektron alış aktı tərtib edildiyi halda, elektron alış aktının “Növü” rekvizitində “Düzəliş” qeydi seçilməklə, düzəliş edilən elektron alış aktının seriyası, nömrəsi və düzəlişin səbəbi “Sair qeydlər” rekvizitində göstərilir. Elektron alış aktı tərtib edilən zaman alınmış malların dəqiq adı qeyd edilmədən ümumiləşdirilmiş adlardan istifadə edilməsinə (məsələn, “mallar”, “tikinti materialları” və digər bu kimi adlar) yol verilmir.

Vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 (beş) gün müddətində elektron alış aktını tərtib edir. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Çap edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandıqdan sonra vergi ödəyicisində saxlanılır. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktında göstərilən məlumatlar ilkin uçot sənədləri (kağız daşıyıcıda olan malların alış aktı, malların təhvil-qəbul aktı və digər ödəniş sənədləri) üzrə məlumatlarla uyğun olmadıqda və ya əməliyyat qismən ləğv edildikdə, o cümlədən mallar qismən geri qaytarıldıqda, vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsindən müvafiq düzəlişi etməklə elektron alış aktında düzəliş aparır.

Əməliyyatın tam ləğv edilməsi və eyni əməliyyat üzrə elektron alış aktının təkrar tərtib edilməsi hallarında vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində müvafiq elektron alış aktını ləğv edir. Əməliyyatın qismən ləğv edilməsi, o cümlədən malların qismən geri qaytarılması halında elektron alış aktının “Xarakteri” rekvizitində “əməliyyatın qismən ləğvi” bölməsi seçilməklə tərtib edilən düzəliş elektron alış aktına proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir.

Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktında göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara (kağız daşıyıcıda tərtib edilmiş və vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanmış alış aktına) uyğun olmadığı halda elektron alış aktının “Xarakteri” rekvizitində “ilkin uçot sənədləri üzrə səhv” bölməsi seçilməklə tərtib edilən düzəliş elektron alış aktına proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Ləğv edilmiş və ya düzəliş edilmiş elektron alış aktı çap edilərək,  vergi  orqanında  uçotda  olmayan  fiziki  şəxs  tərəfindən  5 (beş) gün müddətində imzalanır və vergi ödəyicisində saxlanılır.

Elektron alış aktının uçotu hər bir vergi ödəyicisi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi – AVİS vasitəsilə həyata keçirilir. Elektron alış aktının seriyası və nömrəsi AVİS vasitəsilə verilir. Elektron alış aktının eyni seriyada və eyni nömrədə təkrarlanmasına yol verilmir. Müəyyən edilsin ki, Azərbaycan Respublikasında elektron alış aktının təsdiq edilmiş forma və rekvizitlərə uyğun olaraq mərkəzləşdirilmiş qaydada uçotunun aparılması və tətbiqi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti elektron alış aktının tətbiqi ilə əlaqədar müvafiq texniki imkanların yaradılmasını təmin edən tədbirlər görsün.

Qərara əsasən, müəyyən edilib ki, Azərbaycan Respublikasında elektron alış aktının təsdiq edilmiş forma və rekvizitlərə uyğun olaraq mərkəzləşdirilmiş qaydada uçotunun aparılması və tətbiqi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə elektron alış aktının tətbiqi ilə əlaqədar müvafiq texniki imkanların yaradılmasını təmin edən tədbirlər görmək tapşırılıb.

 

Qaydaya nəzər yetirmək üçün faylı yükləyin: Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq edilməsi haqqında

Mənbə: cabmin.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İyunda Gömrük Komitəsinin büdcə daxilolmaları 323,7 milyon manat təşkil edib

posted in: Xəbər | 0

İyunda Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 323 milyon 718 min manat təşkil edib.

Komitədə bildirilib ki, keçən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 85 milyon 916 min manat, əlavə dəyər vergisi üzrə 222 milyon 633 min manat, aksizlər üzrə 12 milyon 175 min manat, yol vergisi üzrə isə 2 milyon 993 min manat olub.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Mühasib (İsmayıllı rayonu) – Buta Group

posted in: İş elanı, Mühasib, Vakansiya, Xəbər | 0

Mühasibat mütəxəssisi, vakansiya, baş mühasib, vergilər, vakansiya mühasib,Əmək haqqı hesablanması üzrə mütəxəssisVakansiya: Mühasib (İsmayıllı rayonu)

İşəgötürən: Buta Group

Vakansiya barədə məlumat:
  • Mal-material,əsas vəsaitlərin hərəkətinə nəzarət etmək,qaimələri və aktları tərtib etmək
  • Digər təşkilatlardan gəlmiş sənədləri yoxlamaq, müvafiq hesablar planına işləmək,
  • İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini təşkil etmək,
  • Daxili sənəd dövriyyəsinin aparılması,
  • Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları muhasibat hesabında əks etdirmək,
  • Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı Bank və Kassa əməliyyatlarının icrasını və mühasibat hesabında əks etdirilməsini təşkil edir;
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir;
  • İşçilərin əmək/haqqlarının hesablanması və ödəməsinin həyata keçirilməsi,
  • Müəssisənin kreditor qalıqlarının hesabatının aparılması
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşməsini həyata keçirməlidir
  • Sənədlər və Mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib edilməsi
  • Statistik məlumatların aparılması və hesabatların verilməsi
  • Rəhbərliyə maliyə, mühasibat nəticələri ilə bağlı mütamadi hesabatların verilməsi
  • İşləyəcəyi proqramlar: MC Office, Logo və 1C
  • Çalışacağı məkan: İsmayıllı rayon Kürdmaşı kəndi
Mühasib üçün tələblər:

− Ali təhsil; (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)

− Vergi qanunvericiliyi, Mühasibat uçotunun yeni hesablar planı, Milli və Beynəlxalq mühasibat uçotu standartlarından məlumatlı olmaq;

− Müvafiq sahədə minimum 3 (üç) il iş təcrübəsi;

E-mail: /

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun