Startapınızın uğursuz olacağının 10 səbəbi (II hissə)

posted in: Xəbər | 0

Startapınızın uğursuz olacağının 10 səbəbi (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Niyə startap-ların bir çoxu gəlir gətirmir? Əksər startap-ların sonluğunun iflas və qoyulan sərmayələrin itirilməsi ilə başa çatmasının səbəblərini araşdıraq.

6-cı səbəb. Komanda birliyi yoxdur.

Komanda – bu, sizin şirkət üçün ən vacib olanıdır. Əgər siz əməkdaşlarınızla ümumi dil tapa bilmirsinizsə, onda işlər pisdir. Demək lazımdır ki, belə yanaşma ilə biznesdə səmərəliliyə nail ola bilməyəcəksiniz. Tabeliyinizdə olanlarla əlaqələr qurmağa çalışın və startap-ınızın məhsuldarlığı əhəmiyyətli dərəcədə artacaq.

7-ci səbəb. Şəxsi işinizlə bağlı sevginiz azlıq edir.

Əgər bizneslə məşğul olmağa sevginiz yoxdursa və gündəlik yerinə yetirdiyiniz işlər sizə sevinc bəxş etmirsə, onda başqa bir işlə məşğul olmağınız daha yaxşıdır. Belədə həmin iş daha çox ürəyinizcə olar və həyatınız da yalnız yaxşıya doğru dəyişər.

8-ci səbəb. Hədəf istehlakçıları yoxdur.
Etdiyiniz hər şey, ilk növbədə sizin istehlakçıdan ötrü olmalıdır. Buna görə də, biznes startap-ınızın ilk mərhələlərində məhsulunuzun hədəf auditoriyasını müəyyən etmək çox vacibdir. Əgər sizin hədəf auditoriyanız yoxdursa, onda müvəffəqiyyət şansınız çox kiçik olacaq. Öz alıcınızı tanımadan, siz biznesdə uğura nail ola bilməyəcəksiniz.
9-cu səbəb. Reallıq hissinin olmaması.

Biznesin normal fəaliyyətini təmin etmək üçün baş verənlərin reallığının daim hiss olunması zəruridir. Beləliklə, tərəfinizdən atılan adekvat addımların yalnız  startap-ınızı irəli aparacağına və əksinə öz uydurma dünyanızda həyatın sizə yaxşı heç nə gətirməyəcəyinə nail olacaqsınız.

10-cu səbəb. Sizin məhsulunuz heç kimə gərək deyil.

Əgər sizin məhsulunuz alıcıya lazım deyilsə, belədə siz nə etsəniz də, bu, irəliləyişə gətirib çıxarmayacaq. Həmçinin onu da demək lazımdır ki, öz işinizin müvəffəqiyyətlə aparılması üçün bu əsas tələbdir. Axı siz heç kimə lazım olmayan şeyi sata bilməyəcəksiniz.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Yüz iyirmi min şəxsə elektron qaydada fərdi hesab açılıb

posted in: Xəbər | 0

Yüz iyirmi min şəxsə elektron qaydada fərdi hesab açılıb

pensiya, Əmək məzuniyyətindən geri çağırılma, işçi qüvvəsi, Məşğulluq orqanları,İlk dəfə əmək müqaviləsi ilə işə qəbul olunan şəxslərə avtomatik qaydada sosial sığorta nömrəsi (SSN) açılması elektron xidməti bu ilin yanvarında fəaliyyətə başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həmin e-xidməti vasitəsilə iyulun 1-dək 120 min şəxsə avtomatik olaraq SSN və bununla da elektron qaydada fərdi hesab açılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, ilk dəfə işə qəbul olunan hər hansı şəxslə bağlı əmək müqaviləsi bildirişi “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilərək qeydiyyatdan keçdiyi andan ona avtomatik olaraq SSN açılması təmin edilir. Daimi xarakter daşıyan SSN ilə də həmin şəxsin fərdi uçot sistemində fərdi şəxsi hesabı yaranır.

Nəticədə o, sosial sığorta sisteminin iştirakçısı kimi, fərdi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamaq imkanı qazanır.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda orta aylıq əmək haqqı 25% artıb

posted in: Xəbər | 0

Azərbaycanda orta aylıq əmək haqqı 25% artıb

orta aylıq əmək haqqı, təqaüd, Aylıq əmək haqqı, əlavələr, Sosial xidmətlər, Sosial yardımın müddəti, aylıq əmək haqqı, müavinət, vergi,kompensasiya, muzdlu işçilər, muzdlu işçilərin sayı, Kompensasiya məbləği, dəstək proqramı, dəstək proqramı, Əmək haqqı, maaş, Valyuta rejimi, orta aylıq əmək haqqı,Bu il iyunun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 91 min nəfər və yaxud 5,7% artaraq 1 681,7 min nəfər olub, onlardan 930 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 751,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.

Məlumata görə, muzdla işləyənlərin 19,8%-i təhsil, 17,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,8%-i tikinti, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 14%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Bu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 24,9% artaraq 728,9 manata çatıb. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İstehlakçı hüquqlarının pozulmasına görə sanksiyalar

posted in: Xəbər | 0

Bu dəfəki yazımızda istehlakçı hüquqları-nın qorunması ilə əlaqədar başlıca məsələləri və pozuntu hallarına görə qanunvericiliklə müəyyən edilmiş sanksiyaları izah etməyə çalışacağıq.

İstehlakçı barədə verilən anlayışa görə şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs istehlakçı hesab edilir. Hər bir istehlakçının lazımi keyfiyyətdə mal (iş və ya xidmət) istehlak etmək hüququ var. Həmçinin istehlakçının hüququdur ki, lazımi keyfiyyəti olmayan, sağlamlığa zərər vuran malın (iş və ya xidmət) vurduğu zərərin ödənilməsini tələb etsin.

İstehsalçı (icraçı) isə malın (iş və ya xidmət) zəmanət müddətində, olmadığı halda isə müqavilədə göstərilmiş qaydada normal işini (istifadəsini, tətbiqini) təmin etməlidir. Tez xarab olan, sağlamlığa təhlükəli ərzağın, dərman, kosmetika, kimya və digər malın üzərində isə yararlılıq müddəti olmalıdır. Fərqli müqavilə müddəası yoxdursa, zəmanət müddəti mal istehlakçıya veriləndən, yararlılıq müddəti mal hazırlanan gündən sayılır. Zəmanət müddətində mal xarab olarsa, istehlakçı

– yenisi ilə dəyişməni tələb edə

– satış qiymətini azaltdıra

– qüsurun aradan qaldırılmasını tələb edə

– müqaviləni ləğv edə bilər.

 İstehlakçıya malın (iş, xidmət) keyfiyyətsizliyi ilə bağlı dəymiş maddi və mənəvi zərər mütləq ödənilməlidir.

Qanunvericilikdə istehlakçı hüquqları-nın pozulması ilə əlaqədar aşağıdakı sanksiyalar nəzərdə tutulur:

1) qaz, elektrik və ya istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsinin dayandırılmasına görə

Fiziki şəxs 200-400, vəzifəli şəxs 1000-1500, hüquqi şəxs 2500-3000 ₼ həcmində cərimə edilir.

2) Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin zədələnməsinə və bunun istehlakçıların elektrik enerjisi ilə təmin edilməsində fasiləyə səbəb olmasına görə

Fiziki şəxs 200-300, vəzifəli şəxs 350-450 ₼ cərimə edilir.

3) Malın keyfiyyəti, ölçü, çəki barədə istehlakçını az miqdarda (300 ₼-dək) aldatmağa, standartlara cavab verməyən malın buraxılmasına (iş görülməsi), nəzarətdən gizlədilməsinə, sertifikatlaşdırılmamasına, saxlama müddətinin pozulmasına, istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə fiziki şəxs 350-500, vəzifəli şəxs 1500-2000, hüquqi şəxs 4000-6000 ₼-dək cərimə edilir.

4) İstehlakçını maraqlandıran malın xüsusiyyətləri, qiyməti, saxlanma, istifadə qaydaları, əldə edilmş şərtləri və təminat öhdəlikləri barəsə məlumat verilməməsinə görə 200 ₼ cərimə nəzərdə tutulur.

5) mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda (300-3000 ₼) aldatmağa görə 3000-5000 ₼-dək cərimə, 360-480 saatadək ictimai işlər növündə cəza nəzərdə tutulur.

6) külli miqdarda (3000 ₼-dan yuxarı) zərər vurmaqla aldatmağa görə 5000-7000 ₼-dək cərimə, 3 ilədək müəyyən vəzifə tutma, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə 6 ayadək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.

7) Bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda 10-15 min manatadək cərimə, 2 ilədək azadlığın məhdudlaşdırılması, 2 ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.

8) Bu hal ehtiyatsızlıqdan ölümə və ya ağır nəticələrə gətirərsə, 3-7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.


Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax: Könüllü fəaliyyəti barədə bilmədiklərimiz


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun