Böyük Britaniyada ictimai iaşə sektorunda ƏDV 75 faiz aşağı salınacaq

posted in: Vergi, Xəbər | 0

Böyük Britaniyada ictimai iaşə sektorunda ƏDV 75 faiz aşağı salınacaq

varlıların vergiləri, vergi,Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak koronavirus epidemiyasından sonra iqtisadiyyatın yenidən canlandırılması üçün hökumətin 30 milyard funt sterlinq (64,1 milyard manat) həcmində investisiya planı barədə açıqlama verib.

Nazir parlamentdəki çıxışında hökumətin virus epidemiyası ilə bağlı işləməyənlərə haqqı ödənilməklə evdə qalmağa icazə proqramı çərçivəsində dəstəyinin sentyabr ayının sonuna qədər davam edəcəyini, proqram başa çatandan sonra isə müəssisələrdə çalışanların hər biri üçün 3 ay ərzində 1000 (2137 manat) funt sterlinq əlavə dəstək veriləcəyini bildirib.

Sunak, “Məşğulluğun qorunması bonusu” adlandırılan bu proqramın hökumətə ümumilikdə 9,4 milyard funt sterlinqə (20 milyard manat) başa gələcəyini qeyd edib.

Maliyyə naziri ictimai iaşə, qonaqlama sahəsində tətbiq olunan ƏDV-nin müvəqqəti olaraq 20 faizdən 5 faiz səviyyəsinə endiriləcəyini vurğulayıb. Avqust ayında həyata keçiriləcək “Evdən kənarda ye və yardımçı ol” proqramı çərçivəsində restoranlarda yemək yeyənlərin 50 faiz səviyyəsində endirimdən faydalana biləcəyi, bunun ümumi dəyərinin 500 milyon funt sterlinq (1 milyard manat) olacağı və 1,8 milyon insanın məşğulluğunu davam etdirməsinə yardım edəcəyi bildirilib. Bu proqrama əsasən bazar ertəsi¸ çərşənbə axşamı və çərşənbə günləri restoranlarda yemək yeyən hər kəs 10 funt sterlinqə qədər dövlət dəstəyindən istifadə edə biləcək.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Deloitte” auditdə buraxdığı səhvlərə görə rekord məbləğdə cərimələnə bilər

posted in: Xəbər | 0

Böyük Britaniyanın Maliyyə Hesabatı üzrə Şurası (FRC) proqram təminatının işlənilməsi ilə məşğul olan “Autonomy” şirkətinin auditi zamanı ciddi və təkrarlanan səhvlərə görə “Deloitte” konsaltinq şirkətinə rekord – 15 mln. funt sterlinq (18,9 mln. ABŞ dolları) məbləğində cərimə tətbiq etmək niyyətindədir.

“APA-Economics”in “The Times” qəzetinə istinadən verdiyi məlumata görə, bu qərar “Deloitte” və şirkətin keçmiş iki partnyoru olan Riçard Nayts və Naycel Merserin ictimai maraqlara təsir edən öhdəlikləri yerinə yetirmədikləri və maliyyə göstəricilərini bilərəkdən artırdıqları qənaətinə gələn FRC-in iclasından sonra qəbul edilib. Dünya audit şirkətlərinin “Böyük dördlüyü”nə daxil olan “Deloitte” 2011-ci ildə “Autonomy”nin “Hewlett-Packard” şirkətinə (HP) satılmasından öncə onun hesablarını 11 mlrd. dollara yoxlayıb. Bir il sonra “Autonomy”nin aktivlərindən 8,8 mlrd. dollar silinib, bunun da 5 mlrd. dolları mühasibat uçotunun pozuntusuna aid edilib.

HP 2015-ci ildə London məhkəməsində “Autonomy”nin qurucusu Maykl Linç və şirkətin keçmiş maliyyə direktoru Şuşovan Hüseynə qarşı iddia qaldıraraq, 5,1 mlrd. dollar məbləğində maliyyə hesabatlarında qəsdən təhriflərə yol verildiyinə görə onlardan kompensasiya tələb edib. Üç il sonra Ş. Hüseyn Böyük Britaniyanın məhkəməsinin qərarı ilə 12 il müddətinə həbs edildi.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pandemiyadan zərər çəkən sahibkarların kreditlərinə dövlət dəstəyi müəyyənləşdirilib

posted in: Xəbər | 0

Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiNazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyi verilməsi ilə bağlı bir sıra tədbirlər barədə qərar qəbul edib.

Müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamına əsasən və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın təsdiq edilməsi və “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə

1. “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” təsdiq edilb.

2. “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” təsdiq olunub.

23. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlər 300 (üç yüz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilib.

4. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlərə dövlət zəmanətinin verilməsi 2021-ci il dekabrın 31-dək həyata keçirilir.

5. Müəyyən edilib ki, bu Qərarın 3-cü hissəsində nəzərdə tutulan dövlət zəmanəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu arasında bağlanılan Çərçivə Zəmanət Sazişi (əlavə olunur) əsasında rəsmiləşdirilir.

6. Bu Qərarın 5-ci hissəsində nəzərdə tutulan Çərçivə Zəmanət Sazişini Azərbaycan Respublikasının Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Maliyyə naziri Samir Rauf oğlu Şərifova verilib.

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

7.1. sahibkarlıq subyektləri dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliklərini icra edə bilmədiyi təqdirdə, həmin borc öhdəliklərini Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına yerinə yetirəcək;

7.2. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq cari ildə faiz subsidiyalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında bu məqsəd üçün nəzərdə tutulan vəsait hesabına verilməsini təmin etməlidir;

7.3. faiz subsidiyalarının verilməsi üçün tələb olunan vəsaitlərin növbəti illərin dövlət büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görməli.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə bu Qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq faiz subsidiyalarının maliyyələşdirilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 7-ci hissəsi ilə ayrılan vəsait və Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına təmin etmək tapşırılıb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank-ın dəstəyi ilə Qarabağ əlillərinə və şəhid ailələrinə evlər təqdim edildi

posted in: Xəbər | 0

Kapital Bank, kibertəhlükəsizlik, daxili ipoteka, Kapital Bank-ın reytinqi, Kapital Bank Sberbank, Smart tələbə kartı, Ölkə prezidentinin müvafiq göstərişlərinə əsasən, həssas qruplardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında mənzillə təminat proqramı  xüsusi yer tutur. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl olaraq davam etdirilir ki, Kapital Bank da bu işə öz töhfəsini verdi.

Belə ki, Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, əhalinin işsiz, əlil, məcburi köçkün və aztəminatlı ailələr kateqoriyasına aid olan şəxslər üçün müxtəlif tədbirlər həyata keçirir. Bu dəfəki sosial aksiya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirilərək, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

Təqdimat mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Kapital Bank-ın Filial Şəbəkəsinin İdarə Edilməsi departamentinin direktoru Tural Ayvazlı iştirak edib. Şirvan rayonu, Nəriman Nərimanov küçəsi 4 ünvanında yerləşən, 4 mərtəbəli, 3 bloklu binada 68 ədəd mənzil, sahiblərinə təqdim edildi.

Qeyd edək ki, mənzillər təmirli olmaqla, yerləşdiyi ərazidə idman və uşaq meydançası yaradılıb. Müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı binadakı mənzillərdən 6-sı birotaqlı, 44-ü ikiotaqlı, qalanları isə üçotaqlıdır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun