Read More9
Read More9

Qovluqdakı faylların adlarından ibarət Excel cədvəlinin hazırlanması

posted in: Excel, Xəbər | 0

Bir qovluğa qoyulmuş bütün faylların adlarından ibarət Excel cədvəli necə düzəltmək olar? O qovluğa yeni fayl əlavə edildikdə, və ya qovluqdan fayl silindikdə, bizim Excel cədvəlimizdə siyahını avtomatik necə yeniləyə bilərik? Bu Excel dərsimizdə Power Query ilə bunun yolunu müzakirə etmişik.

Müəllif: Elçin Xəlilov


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməsi hallarının qarşısı alınacaq

posted in: Xəbər | 0

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, iqtisadi münasibətlərdə şəffaflığın təmin edilməsi, qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsi istiqamətində tədbirləri davam etdirir. Bu sahədə aparılan işlərin mühüm bir istiqaməti də iqtisadi dövriyyələrin şəffaflaşdırılması, elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatlar üzərində nəzarətin təmin edilməsidir. Bu sahədə əldə olunan əhəmiyyətli irəliləyişlərə baxmayaraq, bəzi hallarda vergi ödəyiciləri tərəfindən əməliyyatlarının mahiyyətinin dəyişdirilməsi yolu ilə vergidən yayınma hallarına yol verilməsinə cəhdlər müəyyən edilir.

Belə ki, son zamanlar Dövlət Vergi Xidməti tərəfindən aparılmış təhlillər nəticəsində yeni nəsil nəzarət-kassa aparatı quraşdırılmış ticarət obyektlərində ticarət fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən nəzarət-kassa aparatına bir çek üzrə istehlakçının istehlak edə biləcəyi məbləğdən yuxarı həddə pul vəsaitlərinin mədaxil olunması halları aşkar edilib.

Vergi xidmətinin tətbiq etdiyi risk qiymətləndirməsinə əsasən, sözügedən hallar faktiki olaraq topdansatış qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirililməsi yolu ilə əqdin faktiki mahiyyətinin dəyişdirilməsi kimi qiymətləndirilir.

Beləliklə, iri həcmli malın fiziki şəxslərə nəzarət-kassa aparatının çeki ilə rəsmiləşdirilməklə satılması digər sahibkarlıq subyektlərinə və ya ayrı-ayrı şəxslərə elektron qaimə-faktura tərtib edilmədən malların satışı əməliyyatının pərdələnməsidir. Faktiki olaraq topdan qaydada satılan mallar bu yolla qeyri-leqal dövriyyəyə daxil olur və “kölgə iqtisadiyyatı”nın genişlənməsinə xidmət edir. Nəticədə vergi orqanı tərəfindən bu malların hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır.

Bu kimi halların aşkar olunması məqsədilə dövlət vergi orqanları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı qanunun tələblərini pozan vergi ödəyiciləri müəyyən edilib və onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Xatırladaq ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim olunmasına görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

İqtisadiyyat Nazirliyi sahibkarları lüzumsuz maliyyə sanksiyalarına məruz qalmamaq üçün malların topdansatışı zamanı qanunvericiliyin tələblərinə əməl olunmaqla elektron qaimə-faktura tərtib etməyə dəvət edir və bildirir ki, vergidən yayınma hallarına yol verən vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pandemiyadan sonra hansı ölkələr iqtisadiyyatda uğur qazana biləcək? (I hissə)

posted in: iqtisadiyyat, Xəbər | 0

Koronavirus pandemiyası müxtəlif ölkələri fərqli şəkildə vurub. Nəticədə onların dünya iqtisadi reytinqlərindəki mövqeləri dəyişəcək. Ancaq bu, uğur sayıla bilərmi?

İqtisadçıların proqnoza görə, 2020-ci ildə Rusiya ilk dəfə alıcılıq qabiliyyəti pariteti ilə hesablanan ÜDM-in həcminə görə dünyada 5-ci yeri tutacaq. Koronaböhranın  geri çəkilməsindən sonra hansı ölkələrin iqtisadiyyatı real surətdə güclənəcək?

Liberallar uduzacaq?

“Pandemiya nəticəsində ortaya çıxan yeni dünyada başqa liderlər olacaq” – Rusiya elmlər akademiyasının şərqşünaslıq İnstitutunun Cənub-Şərqi Asiya, Avstraliya və Okeaniyanın öyrənilməsi Mərkəzinin rəhbəri Dmitri Mosyakov belə hesab edir. – Əvvəllər demokratik siyasi sistemi və liberal iqtisadiyyatı olan ölkələr liderlik edirdilər. İndi isə öz ərazilərini, əhalisini, biznesini daha yaxşı idarə edən və buna görə də qlobal təhlükələrə qarşı təhlükəsizliyini daha yaxşı təmin edə bilən dövlətlər qazanır.

Onların arasında demokratiyanın formal xarakter daşıdığı və iqtisadiyyatda dövlətin rolu yüksək olan Cənub-Şərqi Asiya ölkələri var. Çin və Cənubi Koreya dövlətləri koronavirusu başqalarından daha sürətli cilovlaya bildilər.

Vyetnamda isə ümumiyyətlə, heç bir ölüm hadisəsi baş vermədi. Pandemiyanın bitdiyi zaman bu ölkələr iqtisadi çəkilərini artırmaq üçün hər bir şansa sahibdirlər”.

Bəs iqtisadçılar nə deyir? “Bəzi hallarda dövlət tənzimlənməsi və dəstəyi ölkəni böhran zamanı daha dayanıqlı edə bilər. Lakin böhrandan sonra bazarların və özəl biznesin daha çox inkişaf etdiyi yerlərdə bərpaolunma daha tez baş verir. Çinin və digər Cənub-Şərqi Asiya ölkələrinin perspektivləri hər iki inkişaf kanalından necə istifadə edə biləcəklərindən asılıdır”, – Rusiya iqtisadiyyat məktəbinin professoru Natalya Volçkova dəqiqləşdirir.

Çin irəli gedə biləcəkmi?

Çin – müxtəlif inkişaf mənbələrinin tarazlığının olduğu bir ölkədir. Dünya bankının analitikləri 2020-ci ildə Çinin iqtisadiyyatına ÜDM-in 1% -i qədərində simvolik artım vəd edirlər. Lakin Çin iqtisadçıları hesab edirlər ki, hökumətin böhran əleyhinə tədbirləri sayəsində hətta 3-4 faizlik artım da ola bilər. Hamı yekdilliklə Çinin gələcəkdə dünyanın lokomotivi kimi rolunun güclənəcəyini bəyan edir. Bununla yanaşı, Çin dövləti iqtisadiyyatı dəstəkləmək üçün Almaniya, ABŞ və ya Yaponiyadan xeyli az pul ayırır.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu hesabatları son tarixə təqdim edə bilməyən vergi ödəyicilərinə qarşı maliyyə sanksiyaları tətbiq edilməyəcəkdir

posted in: Xəbər | 0

Elektron qaimə, bank rekvizitləri, Karantin qaydaları, icazələrin aktivləşdirilməsi, fəaliyyət növləri, icaze.e-gov.az, Dövlət Vergi Xidməti, İqtisadiyyat Nazirliyi, vergi, onlayn görüş, İqtisadiyyat nazirinin müavini, İşçi sayına məhdudiyyət, Sahibkarlıq, Nizamnamə kapitalı, İşçi sayına məhdudiyyət, monitorinqlər, Sahibkarlıq, İqtisadiyyat Nazirliyi, sahibkarlıq subyekti, Maliyyə dəstəyi, Dövlət Vergi Xidməti, Sədərək, binə, İqtisadiyyat Nazirliyi, monitorinq, Sahibkarlıq, İqtisadiyyat Nazirliyi, rəhbər kadrlar,İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatı.

Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” Qanununa edilmiş dəyişikliklərlə bağlı hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron vergi idarəsində hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi”ndə müvafiq düzəlişlər aparılır.

Dövlət Vergi Xidməti bu prosesi qısa bir zaman çərçivəsində həll edəcəyini bildirir və vergi ödəyicilərinin nəzərinə çatdırır ki, hesabatları son tarixə təqdim edə bilməyən vergi ödəyicilərinə qarşı maliyyə sanksiyaları tətbiq edilməyəcəkdir.
error: Content is protected !!