Kapital Bank sərfəli şərtlərə daxili ipoteka krediti təklif edir

posted in: Xəbər | 0

Kapital Bank evi olmayanlara və mənzilini yeniləmək istəyənlərə sərfəli şərtlərlə daxili ipoteka krediti təklif edir. Müştərinin gəlirlərinin rəsmi və ya qeyri-rəsmi olmasından asılı olmayaraq və hələ də ev almaq arzusunda olanlar bankın öz vəsaiti hesabına verilən 250 000 manatadək məbləğdə olan ipoteka kreditindən bəhrələnə bilərlər.

İpoteka kreditinin məbləği 30 000 – 250 000 manat aralığında dəyişir, müddəti isə 36 aydan 120 ayadək təşkil edir. Kampaniya çərçivəsində faiz dərəcəsi 10%-dən başlayaraq müəyyən olunur. Kapital Bank ilə partnyor olan tikinti şirkətləri ilə əldə ediləcək mənzillər üzrə kredit məbləği isə 500 000 manata kimi artırıla bilər. Kampaniya 30 sentyabr 2020-ci il tarixinədək davam edir.

Qeyd edək ki, minimal ilkin ödəniş müştərinin gəlirlərindən asılı olaraq 15% – 50% arasında dəyişir. İpoteka krediti verildikdə həm əmlak, həm də həyat sığortasının olması zəruridir. Müştərilər ipoteka krediti üzrə müraciətlərini (+99451) 250 99 99 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 16 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bakıda nizamnamə kapitalı 410 min manat olan şirkət yaradılıb

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Metal Roofing Center” MMC-ni dövlət qeydiyyatına alıb.

Nazirliyə istinadən xəbər verilir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 124, mənzil 44, nizamnamə kapiatlı 409 700 manat, qanuni təmsilçisi isə Rahib Saleh oğlu Əhmədovdur.

Mənbə: report.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Putin varlılar üçün vergiləri artırmağı tapşırıb

posted in: Vergi, Xəbər | 0

Rusiya prezidenti Vladimir Putin yüksək gəlirli zəngin ödəyicilər üçün dərəcənin artırılması hesabına fiziki şəxslərin gəlir vergisini (fərdi mənfəət vergisi) artırmağı tapşırıb. Bu haqda prezident Vladimir Putin rusiyalılara ünvanladığı ənənəvi müraciətində məlumat verib. Dövlət başçısının sözlərinə görə, bu cür ödəyicilər üçün vergi dərəcəsi indiki 13 faiz əvəzinə 15 faiz təşkil edəcək. Eyni zamanda, yüksək faiz dərəcəsi yalnız ildə beş milyon rubldan çox olan gəlirlərin məbləğinə tətbiq olunacaq.

Əldə edilən vəsaitlər nadir orfan xəstəlikləri olan uşaqların müalicəsinə (əhalinin az bir hissəsini təşkil edir) istifadə ediləcək. Hal-hazırda, belə uşaqları olan ailələr çox vaxt büdcədənkənar mənbələrdən, o cümlədən xeyriyyə fondları vasitəsilə vəsait toplamağa məcbur olurlar.

Yeni vergi dərəcələri 1 yanvar 2021-ci ildən tətbiq olunmağa başlayacaq. Mövcud 13 faizlik vergi dərəcəsi vergi yığımını artırmaq məqsədi ilə 2000-ci ildən tətbiq edilmişdir. Putinin sözlərinə görə, indi vergilərin, o cümlədən fərdi gəlir vergilərinin inzibatçılığı çox yaxşılaşmışdır.

TELEGRAM KANALIMIZA ÜZV OLUN

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Özəl valyutadəyişmə məntəqələrinin fəaliyyəti ilə bağlı məlumatlara aydınlıq gətirilib

posted in: Xəbər | 0

Mərkəzi Bankdan bildirilib ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq hazırda yalnız banklar və onların filialları, eləcə də “Azərpoçt” MMC-nin filial və şöbələri valyuta mübadiləsi fəaliyyəti hüququna malikdirlər.

Yuxarıda qeyd olunan təşkilatlar istisna olunmaqla, Mərkəzi Bank tərəfindən digər hüquqi və fiziki şəxslərə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməyib.

Mənbə: vergiler.az