Sahibkarların maraqlarının müdafiəsi gücləndirilir

posted in: Xəbər | 0

sahibkarlıq, Cinayət-Prosessual Məcəlləsi, Sosial yardım, dövlət rüsumu, Sosial sığorta, Vergi Məcəlləsində dəyişiklik, Vergi orqanlarının vəzifəli şəxsləri, müavinət, lisenziyadan azad, icazələr, Lisenziyalar, -ci il üçün ehtiyac meyarıSahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tətbiq dairəsi genişləndirilir.

Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, qanun tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə məhsul nümunələrinin götürülməsi və onların tədqiqi (sınağı) ilə bağlı işlərin (xidmətlərin) dəyərinin ödənilməsinin tətbiqinə hüquqi əsaslar yaradacaq.

Qeyd edək ki, tikinti dövlət nəzarətinin həyata keçirilməsinin spesifikliyini və bu məsələlərin Azərbaycan Respublikasında Şəhərsalma və Tikinti Məcəlləsi və ona uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlarla tənzimləndiyini nəzərə alaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar məhdud çərçivədə tətbiq olunur.

Bu, onunla bağlıdır ki, tikinti fəaliyyətinin ən müxtəlif istiqamətləri üzrə tikintiyə nəzarət məsələləri (tikinti materiallarına tələblər, tikintidə təhlükəsizlik, tikintiyə icazənin verilməsi, tikinti layihələrinin ekspertizası, tikinti işlərinin dayandırılması, tikintiyə nəzarət, tikinti obyektinin istismarına, icazə və s), Şəhərsalma və Tikinti Məcəlləsində öz həllini tapıb. Lakin tikinti sektoru üzrə özü də bir sahibkarlıq fəaliyyəti olduğundan və sahibkarlıq sahəsində yoxlamaları tənzimləyən baza sənəd olaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun ayrı-ayrı müddəalarının bu münasibətlərə tətbiqi zərurəti yaranır.

Qanun layihəsi istehsal edilən və ya satılan (satış üçün nəzərdə tutulan) hər hansı inşaat məhsulunun və ya xammalın müəyyən edilmiş tələblərə uyğunluğunun yoxlanılması zamanı götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi məsələlərini tənzimləməklə (götürülən məhsulun dəyərinin yoxlayıcının hesabına ödənilməklə), sahibkarların maraqlarının müdafiəsinə xidmət edir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Almaniyanın ən nəhəng şirkətlərindən biri iflas ərəfəsindədir

posted in: Xəbər | 0

Almaniyanın ən nəhəng şirkətlərindən biri iflas ərəfəsindədir

Reuters agentliyinin verdiyi məlumata görə, ölkənin ən nəhəng şirkətləri sırasına daxil olan və DAX birja indeksində yüksək mövqeyə malik olan Wirecard alman ödəniş sistemi, iflas ərəfəsində olduğunu bəyan edib. Korporasiya müflis olması ilə bağlı iddia qaldırıb.

Buna Wirecard balansında son vaxtlar aşkar edilmiş uyğunsuzluq səbəb olub. Şirkətin hesablarında 1,9 milyard avro çatışmazlıq var. Vəziyyəti artıq “qara dəlik” adlandırıblar. Bu hadisədə Wirecard şirkətinin rəhbəri Markus Braun ittiham olunur.

Ona qarşı şirkətin investorlar üçün cəlbediciliyini artırmaq naminə hesabatlarda səhv məlumatlar yerləşdirdiyinə görə ittiham irəli sürülüb. Çatışmazlıqlar Ernst &Young şirkətinin auditorları tərəfindən hər il keçirilən yoxlama zamanı aşkara çıxarılıb.

Braun hüquq-mühafizə orqanları tərəfindən nəzarətə alınmışdı. Lakin daha sonra beş milyon avro girov müqabilində sərbəst buraxılıb. Top-menecerin özü artıq istefa verib.

Wirecard son vaxtlara qədər Avropanın maliyyə texnologiyaları sahəsində ən böyük şirkətlərindən biri idi. Şirkət DAX alman indeksində yerləşdirilən ən nəhəng korporasiyalar sırasına daxil idi.

Qalmaqal fonunda Wirecard şirkətinin kapitallaşması 10 dəfə aşağı enib – yəni, 24 milyard avrodan 2,4 milyarda düşüb. Qiymətli kağızların alqı-satqısı zamanı qiymətlərin kəskin aşağı düşməsi səbəbindən Frankfurt fond birjasının işi bir neçə dəfə dayandırılıb.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilib

posted in: Xəbər | 0

İnzibati Xətalar, cərimələr, karantin, İnzibati Xətalar, məsuliyyət, Vakansiyalar, İnzibati Xətalar, Məşğulluq hesabatları, cərimələrAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 370-2-ci maddə əlavə edilib.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, telekommunikasiya operatoru və provayderi tərəfindən sorğuların müəyyən edilmiş müddətdə cavablandırılmamasına görə cərimə tətbiq ediləcək.

Qanuna əlavə edilməsi təklif edilən 370-2.1-ci maddəyə əsasən, telekommunikasiya operatoru və provayderi tərəfindən müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq-mühafizə orqanlarının sorğularına “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərdə cavab verilməməsinə və tələb olunan məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək.

370-2.2-ci maddəyə əsasən bu Məcəllənin 370-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə olunacaq.

Qeyd edək ki, “Telekommunikasiya haqqında” Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq-mühafizə orqanlarının sorğularına 3 iş günündən gec olmayaraq cavab vermək və tələb olunan məlumatları təqdim edilməlidir.

Bu müddətdə həmin informasiyanın aktuallığını itirməsi ilə əlaqədar sorğunun təcili olması barədə sorğu verənin qeydi olduqda, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Maliyyə Nazirliyi dövlət şirkətlərinə xəbərdarlıq edib

posted in: Xəbər | 0

Maliyyə Nazirliyi dövlət şirkətlərinə xəbərdarlıq edib

audit, əmr, Maliyyə Naziri, Koronavirus, Maliyyə Nazirliyi, QHT, Maliyyə Nazirliyi, Mühasibat uçotu qaydası, maliyyə,kadr, struktur, Maliyyə Maliyyə Nazirliyi vergi gömrükNazirlər Kabinetinin 4 iyun 2019-cu il tarixli qərarı ilə “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”, “Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə Qaydaları və Standartları” və “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi Qaydası” təsdiq edilib və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər qarşısında tələblər müəyyən olunub.

Bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”nın 4.1-cü bəndinə əsasən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin səmərəlilik göstəricilərinin illik proqnoz (hədəf) göstəriciləri banklar və digər kredit təşkilatları, sığortaçı və təkrarsığortaçılar, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, investisiya fondları və lisenziyalaşdırılan ödəniş sistemlərinə münasibətdə Maliyyə Sabitliyi Şurası ilə, digər hüquqi şəxslərə münasibətdə isə Nazirlər Kabinetinin 30 dekabr 2016-cı il tarixli qərarı ilə yaradılmış Komissiya ilə razılaşdırılaraq təsdiq edilməlidir. Həmçinin Qaydanın 4.2-ci bəndinə əsasən illik səmərəlilik göstəricilərinin proqnoz (hədəf) göstəriciləri hüquqi şəxsin Müşahidə Şurası (Direktorlar Şurası) tərəfindən təsdiq olunduqdan sonra hesabat ilindən əvvəlki ilin noyabr ayının 1-nə qədər “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Nazirlər Kabinetinin 30 dekabr 2016-cı il tarixli qərarı ilə iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları üzrə yaradılmış Komissiyanın Katibliyinə təqdim edilməlidir.

Komissiyanın Katibliyinin funksiyalarının həyata keçirilməsi Maliyyə Nazirliyi-nə həvalə edilib. Qərarla Komissiyaya iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının ilkin layihələrinin tərtibi, müzakirəsi, qiymətləndirilməsi və təsdiqi, təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatların Komissiyada müzakirəsi ilə bağlı işlərin həyata keçirilməsi tapşırılıb.

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”nın 5.11-ci bəndinə əsasən hüquqi şəxslər Səmərəlilik göstəricilərinin, Səmərəlilik göstəricilərinin proqnoz (hədəf) göstəricilərinin və Fəaliyyətin səmərəlilik əmsalının hesablanması ilə bağlı sənədləri bu Qaydanın 4.1-ci bəndində göstərilən aidiyyəti qurumlara hesabat ilindən sonrakı ay ərzində təqdim edir. Həmin Qaydanın 4.1-ci bəndində göstərilən aidiyyəti qurumlar təqdim olunan sənədlər əsasında ildə 1 dəfə hesabat ilindən sonrakı ilin mart ayının 31-nə qədər Səmərəlilik göstəricilərinin, Səmərəlilik göstəricilərinin proqnoz (hədəf) göstəricilərinin və Fəaliyyətin səmərəlilik əmsalının hesablanmasının monitorinqini həyata keçirir.

Paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və dolayısilə dövlətə məxsus olan səhmdar cəmiyyətlər, məhdud məsuliyyətli cəmiyyətlər Nazirlər Kabnetinin 4 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”nın tələblərinə uyğun olaraq səmərəlilik göstəricilərinin 2021-ci il üzrə illik proqnoz (hədəf) göstəricilərini razılaşdırılmaq üçün avqust ayının 1-nə qədər Komissiyanın Katibliyi funksiyasını həyata keçirən Maliyyə Naziriyinə təqdim etməlidirlər.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun